Məhkəmə qərarları › İş №2(004)-3645/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3645/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3645/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh q̇arşı “pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh q̇arşı “pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1470 manat borcun və 34.70 manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 1470 manat borcun, 34,70 manat dövlət rüsumunun və 160 manat hüquqi yardım üçün ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X1 vasitəsi ilə Cavabdeh tanımışdır. Bu münasibətlərin nəticəsində cavabdeh ondan borc pul istəmiş və onun adına olan 5****2908 nömrəli bank kartına xx.xx.2020-ci il tarixdə e-manat vasitəsi ilə 200 manat, xx.xx.2020-ci il tarixdə 470 manat və xx.xx.2020-ci il tarixdə e manat vasitəsi ilə onun adına 4****9080 nömrəli bank kartına 800 manat pul göndərmişdir. Butun bunlardan sonra Cavabdeh borc verdiyi pulu geri tələb etsə də, o həmin pulu geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yasamal rayon məhkəməsində bu iş üzrə ona hüquqi yardımın göstərilməsi üçün vəkillə müqavilə bağlamış və aidiyyatı üzrə bank hesabına 160 manat pul köçürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, X2 yanında işləmiş, iddiaçını tanımamışdır. Rəvanə xanımın yanında köməkçi işlədiyi üçün kartının hesab nömrəsini ona vermiş və kartına köçürülən pulları çıxarıb Rəvanə xanıma təqdim etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya ondan borc pul istəmişdir. Bildirmək istəyir ki, iddiaçı ilə ünsiyyəti olmamışdır. Rəvanə xanım iddiaçının rəfiqəsi olmuşdur. Kartına köçürülən pulların İddiaçı və ya digər şəxs tərəfindən göndərildiyindən məlumatı olmayıb, kartına köçürülən pulları Rəvanə Kərimova qəbul etmiş, daha sonra pulları kartdan çəkərək ona vermiş və verilən kart hesabına göndərməyi tələb etmişdir. O da, pulları karta köçürmüşdür. çeklərin surətini məhkəməyə təqdim etmişdir. Göstərilnləri nəzərə alaraq, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına olan 5****2908 nömrəli bank kartına xx.xx.2020-ci il tarixdə 200 manat və xx.xx.2020-ci il tarixdə 470 manat, 4****9080 nömrəli bank kartına isə xx.xx.2020-ci il tarixdə 800 manat olmaqla, cəmi 1470 manat məbləğində pul göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmiş, X3 tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh **********879080 nömrəli kartına köçürülən bütün məbləğlərin özü tərəfindən çıxarılaraq qəbul edildiyini, bütün məsuliyyətin onun üzərində olduğunu göstərmiş və imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də olan hesabına cəmi 1415 manat, onun tapşırığına əsasən qızı Babaşova Flora Hikmət qızının "xxxx" ASC-də olan kreditinin ödənişi qismində cəmi 550 manat olmaqla, ümumilikdə 1965 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, işin məhkəmə araşdırılması zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarna görə, İddiaçı Cavabdeh məxsus bank kartlarına cəmi 1470 manat pul vəsaiti göndərmiş, həmin məbləğ cavabdeh tərəfindən deyil, üçüncü bir şəxs- X3 tərəfindən istifadə olunmuş və onun tərəfindən də qeyd olunan pul məbləği artıqlaması ilə iddiaçıya qaytarılmışdır. Hazırda İddiaçı Cavabdeh borc kimi verdiyi 1470 manatın alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Namiq qızına q̇arşı “pul tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 34,70 (otuz dörd manat 70 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar