Məhkəmə qərarları › İş №2(004)-3650/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3650/2025

30.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3650/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı İsrafilov Fəxrəddin Sərdar oğlunun cavabdeh Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı İsrafilov Fəxrəddin Sərdar oğlu cavabdeh Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasında stamotoloq həkim və terapiya Mühavizənini direktoru vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3cü maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində irəli sürülmüş tələb qeyri-müəyyən şəkildə ifadə olunmaqla, cavabdeh qismində Qəribli Məmmədəli qeyd edilsə də, cavabdeh şəxsin eyniləşdirmə məlumatları ərizədə öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində şərəf və ləyaqətini alçaldan, habelə ictimai nüfuzuna xələl gətirən yazıların müəllifi olan Məmmədəli Qəriblidən “bakı-xəbər” qəzetində habelə başqa mətbuat orqanlarında şərəf və ləyaqətini alçaldan yazıların təcili silinməsi tələbini irəli sürsə də, nə iddia ərizəsinin əsaslandırma hissəsində, nə də tələb hissəsində onun şərəf və ləyaqətini alçaldan yazıların nədən ibarət olmasını qeyd etməmiş, bununla bağlı sübutunu iş materiallarına əlavə etməmişdir. Beləliklə iddia tələbi qeyri-müəyyən olduğundan icraata qəbul edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində iddia tələbini nikahın pozulmasıi qeyd etmiş, lakin xahiş edirəm hissəsində onun Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasında stamotoloq həkim və terapiya Mühavizənini direktoru vəzifəsində işləməyi faktının müəyyən edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının xahişi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi olduğundan tərəflər iddiaçı və cavabdeh deyil, ərizəçi və maraqlı şəxs olmalıdır. Ərizə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında verilməlidir. Bundan başqa, iddiaçı ilk növbədə hüquqi faktın müəyəyn edilməsi üçün cavabdeh orqana müraciət etməlidir. Həmin orqan imtina verdiyi təqdirdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi üçün iddiaçı İsrafilov Fəxrəddin Sərdar oğlunun cavabdeh Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ M: İddiaçı İsrafilov Fəxrəddin Sərdar oğlunun cavabdeh Şirvan şəhəri 1 saylı Stamotologiya Poliknikasına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar