Məhkəmə qərarları › İş №2(004)-3652/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3652/2025

01.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3652/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bağlanılmış xx.xx.2021 -ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı əmək müqaviləsinə xitam bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixində anadan olmuşdur. Hazırda 67 yaşın içindədir. Əmək pensiyası almaq üçün müraciət etdikdə məlum olmuşdur ki, cavabdeh "xxxx"MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün pensiyanın təyin edilməsi mümkün olmamışdır . Bununla əlaqədar Sumqayıt İnzibati Məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-K- 24581/2024 saylı imtinasını əsassız hesab etməklə həmin filialın üzərinə ona xx.xx.2024cü il tarixindən hesablanmaqla əmək pensiyası təyin olunması öhdəliyini qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclasında da ona bildirildi ki, "xxxx" ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün həmin müqaviləyə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi barədə qərar olmalıdır ki, ona pensiya təyin edilə bilinsin. Ona görə də hazırki iddia ərizəsi ilə müraciət edir. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC-nin ünvanı kimi göstərilmiş AZ 1065, ünvan 1 ünvanını axtarıb tapmışdır. Lakin ona bildirilmişdir ki, həmin ünvanda hər hansı, o cümlədən "xxxx" MMC mövcud deyildir.Bu səbəbdən də əmək müqaviləsinə xitam verdirə bilməmişdir. Məşğulluq Xitmətindən əldə etdiyi əmək müqaviləsinin bağlaması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında bilmişdir ki, onunla “ Uğurlu LTD” Məhdud Məsuliyyəti Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə mtiddətsiz olaraq əmək müqaviləsi rəsimləşdirilmiş, əməyin ödənilməsinin vaxtamuzt olması və aylıq əmək haqqının məbləğinin 250 manat olması göstərilmişdir. Halbuki o, “Uğurlu LTD"MMC-yə işlə bağlı müraciət etməmiş, işə qəbulla bağlı hər hansı ərizə göndərməmiş və “Uğurlu LTD"MMC ilə əmək müqaviləsi bağlamamış, hər hansı əmək haqqı almamışdır. Əmək kitabçası özündədir, əmək kitabçasında da "xxxx" MMC ilə əmək müqaviləsi bağlanması barədə hər hansı bir qeyd yoxdur. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər idarəsinə müraciət ünvanlanmışdır. Müraciətinə verilmiş cavabda göstərilir ki, müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi mümkün deyilsə, məhkəməyə müracət edilməsi, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli, əmək müqaviləsinn qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Göründüyü kimi cavabdehin hüquqi ünvanı müəyyən edilsə də, cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyindən, cavabdehin rəsmi qeydiyyat yeri üzrə məhkəməyə müraciət etməkdən başqa yolu olmadığından əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də (VÖEN **********) Direktor müavini vəzifəsində çalışır və əmək haqqı 250 manat təşkil edir. Müqavilə müddətsiz bağlanmış, əməyin ödənilməsi forması vaxtamuz olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-11-5/1-N-58065/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Müraciətilə əlaqədar Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən "xxxx" MMC-nin (ünvan 4 ünvanına müvafiq olaraq 3-17-5/2-46930/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin tələb olunan sənədlərin təqdim olunması "xxxx" MMC tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən ona aid əmək müqaviləsinin müvafiq olaraq xx.xx.2021-ci il tarixində qeydiyyata alındığı və həmin əmək müqavilənin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. "Uğurlu LTD” MMC tərəfindən müvafiq sənədlər X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Məlumat üçün bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək əmrinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir.“ X3 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB-MT- 027-2025-00331 nömrəli X1 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC X1 iştirak etməmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır, lakin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində heç bir əmək fəaliyyəti ilə məşğul olmur və həmin müəssisədən heç bir əmək haqqı almır. Lakin hazırki vaxtadək elektron portalda xx.xx.2021-ci il tarixli əmək müqaviləsi qüvvədədir. İddiaçının tələbinin əsasını formal olaraq Direktor müavini vəzifəsinə təyin edilməsi, orada faktiki olaraq işləməməsi, hər hansı formada əmək haqqı almaması, onlarla heç bir əlaqə yarada bilməməsi, onun adına əmək müqaviləsinin hələ də aktiv olması təşkil etmişdir. İddiaçı pozulmuş hüquqları ilə bağlı müvafiq qurumlara müraciət etsə də, əmək müqaviləsinin xitam verilməsindən imtina edilmişdir. İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2005-ci il tarixdə sonuncu iş yerində öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçasında xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də əmək faəliyyətinə başlaması barədə qeyd aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə, günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda işləməməklə, həmin MMC ilə bağlı hər hansısa bir şəkildə əlaqəsi yoxdur, həmin qurumun faktiki olaraq hansı ünvanda fəaliyyət göstərib göstərməməsini bilmir. Buna baxmayaraq, onun əmək hüquqları kobud şəkildə pozulmuş adından əmək müqaviləsi bağlanaraq, hazırda da elektron informasiya sistemində qüvvədə qalır. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X2 Xidmətinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar