Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3653/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Haciağa oğlunun iştirakı ilə, Ərizəçi Haciağa oğlunun Maraqlı şəxs1 və Zaqatala rayonu 2 saylı Notariat Konturunu maraqlı şəxslər qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktların müəyyən olunması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Haciağa oğlu maraqlı şəxslər qismində cəlb etdiyi Maraqlı şəxs1 və Zaqatala rayonu 2 saylı Notariat Konturunu “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1938-ci il tarixdə Zaqatala rayonu Ağdamkələl kəndində anam X10 doğulmuş və 26 noyabr 2005-ci il tarixdə vəfat etmiş mərhum X2 onun qardaşı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21 fevral 1952-ci il tarixdə Zaqatala rayonu Ağdamkələl kəndində doğulmuşdur və hazırda Zaqatala rayonu Gözbarax kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. 2024-cü ilin aprel ayının sonlarında yaranmış zərurətlə əlaqədar bir anadan dünyaya gəlmiş mərhum qardaşım X1 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən ümumi sahəsi 0,2014 ha olan torpaq sahəsinin 3/8 hissəsinə dair vərəsəlik hüququ şəhadətnamənin verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat ofisinə müraciət etmişdir. Zaqatala rayon 2 saylı Notariat ofisindən ona (ərizəçiyə) bildirildi ki, mərhum qardaşı X2 vəsiyyətnaməsi olmadığı üçün qohumluq əlaqələrini təsdiq edən sənəd təqdim edilməlidir. Bununla bağlı olaraq, əvvəlcə mərhum qardaşı X2 doğum haqqında məlumatların qeyd edildiyi arayış almaq üçün Maraqlı şəxs1nə müraciət etmişdir. Lakin Maraqlı şəxs1ndə mərhum qardaşı doğumu haqqında akt qeydləri kitabında heç bir qeyd olmadığı bildirilmiş və ona (ərizəçiyə) Zaqatala rayonu Dövlət Arxivinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra Zaqatala rayonu Dövlət Arxivinə müraciət edərək Maraqlı şəxs1 1938-ci il Yuxarı çardaxlar kəndində aid doğum haqqında arxiv sənədlərində mərhum qardaşı X2 doğumu haqqında qeydinin olubolmamsının araşdırılmasını xahiş etmişdim. Lakin Zaqatala rayonu Dövlət Arxivi 26 aprel 2024-cü il tarixdə ona (ərizəçiyə) cavab məktubu verərək bildirmişdir ki, mərhum qardaşı X2 Maraqlı şəxs1 1938-ci il Yuxarı çardaxlar kəndində aid doğum haqqında arxiv sənədlərində adı aşkar edilmir. Bundan sonra, Zaqatala rayonu 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən ona 29 aprel 2024-cü il tarixli məktub təqdim edilərək, mərhum qardaşı X2 vəsiyyətnaməsi olmaması və eyni zamanda onun (ərizəçinin) mərhum qardaşı ilə qohumluq əlaqəsinin təsdiq edən sənədin olmaması səbəbindən ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmadığı bildirilmişdir. Həmin məktubla eyni zamanda ona (ərizəçiyə) miras qoyan X2 onun qardaşı olmasının müəyyən edilməsiüçün məhkəməyə müraciət tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi Haciağa oğlu ərizənin məzmununua uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1nə və Zaqatala rayonu 2 saylı Notariat Konturuna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 ifadəsində bildirmişdir ki, 1979-cu ildə Ərizəçila ailə quraraq bu ailəyə gəlin köçmüşdür. Məhəmməd Süleymanın qardaşıdır. Onlar birgə yaşayırdılar. Məhəmməd 2005-ci ildə vəfat etmişdir. Anaları Möminət idi. Anadan bir, ataları ayrı idilər Məhəmmədin atası da vəfat etmişdi. Möminət 1-ci dəfə Süleymanla nikaha daxil olmuş və həmin nikahdan Məhəmməd dünyaya gəlmişdi. Süleyman vəfat etdikdən sonra 2-ci dəfə Hacıağa ilə nikaha daxil olmuş və həmin nikahdan da Ərizəçi dünyaya gəlmişdi. Məhəmmədin iki evliliyindən də övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, Süleyman ilə yerlidirlər. Onu rayondan tanıyır. Onun anası ilə Süleymanın anası birlikdə işləyirdilər. X13 də anasıdır. Süleyman və Məhəmməd qardaşdır. Məhəmməd də kənddə yaşayırdı və övladı yox idi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, Ərizəçi onun atasıdır. X21 yaşayırdı. Məhəmməd isə əmisidir.Əmisi nənəsi ilə birgə yaşayırdı. O, 2005-ci ildə vəfat etmişdir. Əmisi Məhəmmədin övladı olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 427070 nömrəli ölüm haqqında şəhadətnamənin sürətinə əsasən müəyyən olunur ki, X7 xx.xx.2005-ci il tarixində Zaqatala rayonu Gözbarak kəndində ölmüşdür. Ölümün səbəbi mədə xərçəngi göstərilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixində Zaqatala raonu Ağdamqəlal kəndində anadan olmuşdur. Maraqlı şəxs1 sorğuya cavab 01 avqust 2024-cü il tarixli, 3-16-5/8-13-353/24 saylı məktubundan görünür ki, X18 barədə məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırımış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmı və ölüm haqqında akt qeydi aşkar olunmuşdur. Məlumat üçün bildirilir ki, doğumu və övladları barədə akt qeydi aşkarlanmamışdır. xx.xx.2024-cü il tarixli, 2597 saylı arayışdan görünür ki, X19 xx.xx.1995-ci ildə ölmüşdür. AZ-İİ seriyalı 427346 nömrəli ölüm haqqında şəhadətnamənin sürətinə əsasən müəyyən olunur ki, məmmədov X19 xx.xx.1995-ci il tarixində Zaqatala rayonu Gözbarak kəndində ölmüşdür. Ölümün səbəbi “beyinə qan sızma” göstərilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 5-82-23/2-106/2024 saylı arayışdan görünür ki, X2 birinci dərəcəli varisləri yoxdur. Ərizəçi mərhumun ikinci dərəcələri varisidir. Zaqatala rayonu Gözbarax Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 146 saylı arayışından görünür ki, Ərizəçi mərhum qardaşı X6 vəonun təsərrüfatında olan X12, X20, X4 islahat zamanı verilən 0.20 ha həyatyanı sahə və 1.12 ha pay torpaq sahələri. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Gözbaraq kəndində fərdi yaşayış evi, torpaq sahəsinin 3/8 hissədə X2, torpaq sahəsinin 3/8 hissədə X8, torpaq sahəsinin 2/8 hissədə X5, Ərizəçi fərdi yaşayış evi tam mülkiyyətindədir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, ərizəçinin izahatına, işdə olan fotoşəkillərə, Ərizəçi Haciağa oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizə və digər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin 01 iyul 1938-ci il tarixdə Zaqatala rayonu, Ağdamkələl kəndində doğulmuş və 26 noyabr 2005-ci il tarixdə vəfat etmiş X2 ögey qardaşı olması faktı müəyyən edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1938-ci il tarixdə Zaqatala rayonu, Ağdamkələl kəndində doğulmuş və 26 noyabr 2005-ci il tarixdə vəfat etmiş X2 ögey qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3653/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3653/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver