Məhkəmə qərarları › İş №2(004)-3659/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3659/2020

11.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3659/2020 11.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin nümayəndəsi X5, tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyan ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X3 Xidmətləri Şöbəsinin çagrı Mərkəzi sektoruna çagrı nərkəzi üzrə təmsilçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixədək işləmişdir. xx xxxxxxx 2018-ci il tarixdə tam iş vaxtını işlədikdən sonra, evə gedən zaman səhhətində problemlər yarandığından təcili tibbi yardıma müraciət etmiş və xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək hipertoniya diaqnozu ilə bülleten açdırmışdır. Lakin xx xxxxxxx 2018-ci il tarixdə işə gələn zaman ona bildirilmişdir ki, o, artıq xx.xx.2018-ci il tarixdən işdən azad olunmuşdur. Lakin onun iş qrafiki bir gün iş günü, bir gün istirahət günü olmaqla, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarix olmalı olduğu halda, onu “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın xx xxxxxxx 2018-ci il tarixli K/3 562 saylı əmri ilə işdən azad etmişlər. Əmək kitabçasını alanda Azərbaycan Respublikası ƏməK Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əsasları ilə işdən azad olunmağını bilmişdir. Bu barədə əmrin surətini almaq üçün dəfələrlə ərizə ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə müraciət edərək, əmrin surətinin ona verilməsini xahiş etsə də, əmrin surəti ona təqdim edilməmiş, lakin əmək kitabçasında qeydlərdən müəyyən edilir ki, əmr qəbul edən və imzalayan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilova olmuşdur ki, onun belə bir əmr qəbul etməkdə subyektiv hüququ olmamışdır. Onun işdən azad olunmağı barədə əmr xx xxxxxxx 2018-ci il tarixdə qəbul edilsə də, o xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək bülletendə olmuş və bunu təsdiq edən tibbi sənədi iş yerinə təqdim etmişdir. 2018-ci ildən 2020-ci ilədək qanunsuz olaraq işdən azad olunmağı barədə müxtəlif dövlət orqanlarına, məhkəməyə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək, qanunsuz işdən çıxarılmağının səbəbinin araşdırılmasını və işə bərpa olunmağını xahiş etsə də, hüquqi sayadı olmadığından o hüquqi yardım almaq üçün maddi vəsaitə malik olmadığından vaxtında məhkəməyə qanunvercilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilməmişdir. Onun xəstəliyi ilə əlaqədar bülleteni olduğu halda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın xx.xx.2018-ci il tarixli K/3 562 saylı əmrlə, qanunsuz və əsassız olaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsəsən işdən azad etməsi barədə əmr qəbul etmişdir. Şərh olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsininmüdiri Şəhla Əbilova onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad etməzdən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmisdir. Belə ki, xx xxxxxxx 2018- ci il tarixli K/3 562 saylı əmri qəbul edərkən, işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” və “ç” bəndi ilə ləğv etməzdən əvvəl bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, heç bir mötəbər sübut olmadan, araşdırmanın nəticəsini gözləməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın onun, Azərbavean Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad etməyi barədə xx xxxxxxx 2018-ci il tarixli K/3 562 saylı əmri ləğv edilməi, onun əvvəlki tutduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X3 Xidmətləri Şöbəsinin çağrı Mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilci vəzifəsinə bərpa olunmalı və məcburi buraxdığı günlərin pulu Azərbaycan Respublikası Nəqlivvat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC tərəfindən ona ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci 1 tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq yə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hesab edir ki, cavabdeh mənəvi zərərə görə məsuliyyətdən azad edilməməli və ona vurduğu mənəvi zərərə görə də məsuliyyət daşımalıdır. Belə ki, o, cavebdehin qəbul etdivi qanunsuz əmr 2018-ci ildən hal-hazırkı vaxtadək heç bir işlə təmin olunmamışdır. İşdən azad olunduğu vaxtdan Nizami rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış və heç bir işlə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC tərətindən ona dəymiş mənəvi zərərə görə 80000 manat tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə xx.xx.2018-ci il tarixli K/3 562 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki tutduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X3 Xidmətləri Şöbəsinin çağrı Mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə bərpa olunmağı, işdən azad edilərkən ona ödənilməmiş son haqq hesab və məzuniyyət pulunun, məcburi buraxdığı günlərin pulunun Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-dən tutularaq öna ödənilməsi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC tərəfindən ona dəymiş mənəvi zərərə görə 80000 (səksən min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun işdən çıxarılmasına səbəb kimi idarəyə zəng vurmuş abunəçinin ondan rus dilində deyil Azərbaycan dilində danışmasını tələb edərək, onunla mübahisə etməsi olmuşdur. Halbuki, o abunəçi ilə mübahisə etməmiş, həmin an telefonu arxasında dayanmış söbə rəislərinə uzatmış və abunəçi ilə danışığı o davam etdirmişdir. Abunəçinin şikayəti əsasında onun izahatı da, alınmışdır. Daha sonra həmkarların iclasında da onunla kobud danışılaraq ondan rus dilində deyil, azərbaycan dilində danışılması tələb edilmiş, onun göstərdiyi billütenə heç baxılmamışdır. O, Azərbavean Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmiş və bu səbbədən də, iki ildir ki, heç bir yerdə iş tapa bilmir. Bu səbbədən də maddi çətinliklər çəkir. O, dəfələrlə müxtəlif qurumlara, o cümlədəndə Əmək və X6 Nazirliyinə də, şikayət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Verilmiş tələblə bağlı iddia müddətinin ötürülməsinə münasibətdə isə bildirir ki, o bu barədə xəbərsiz olmuş və hesab etmişdir ki, ilk növbədə bu barədə aidiyyəti qurumlara müraciət etməli idi. Əmək kitabçasında işdən çıxarılmasının əsası kimi 70-ci maddənin “Ç” bəndi yazıldığından onu heç bir yerdə işə götürmürlər. Odur ki, hesab edir ki, ən azından əmrə heç olmasa bu hissədə düzəliş edilməlidir ki, o başqa bir yerdə işə düzələ bilsin. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X8 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçının özünün də qeyd etdiyi kimi onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı həmin əmri xx.xx.2018-ci il tarixdə müvafiq sənədə imza etməklə almışdır. İddiaçı «xxxxxxxxx» MMC-yə qarşı iddiasını əsassız hesab edir, bununla yanaşı məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belkə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin göründüyü kimi, iddia ərizəsi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən təxminən iki ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə İddiaçı «xxxxxxxxx» MMC-yə qarşı iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - ******* nömrəli, İT-İ seriyalı Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X3 xidmətləri şöbəsinin Çağrımərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmrindən görünür ki, X3 xidmətləri şöbəsinin Çağrımərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) vəzifəsindən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqq-hesabının ödənilməsi, istifadə etmədiyi məzuniyyət günləri üçün 3 təqvim günü kompensasiyanın ödənilməsi əmr edilmişdir. İddiaçı müvafiq əmri xx.xx.2018-ci il tarixdə imza edərək rəsmi qaydada qəbul etmişdir. - xx.xx.2018-ci il tarixli Əmək Qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı hipertoniya diaqnozu qoyulmuş və sonuncu xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdən işdən azad edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli müracət vərəqəsindən görünür ki, sonuncu özünün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-dən əsassız, qeyri-qanuni işdən azad edildiyini, əmək haqqının tam ödənilmədiyini və ona köməlik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və bu ərizəsini onunla əsaslandırmışdır ki,İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmrini xx.xx.2018-ci il tarixdə müvafiq sənədə imza etməklə almışdır. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X3 xidmətləri şöbəsinin Çağrı mərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı müvafiq əmri xx.xx.2018-ci il tarixdə imza edərək rəsmi qaydada qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini hüquqi savadının olmaması ilə əsaslandırsa da, məhkəmə bu halla tənqidi yanaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. X9 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərəkiddia tələbinin əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı hissəsində əsassız olması və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsi əsas tələblərlə bağlı olduğundan və sözü gedən tələblər rədd edildiyindən, məhkəmə iddia tələbinin həmin hissəsinin müzakirəsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyan ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar