Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3663/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsi üzrə 5917,47 manat əsas borc, 517,97 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 6435,44 manat borcun və 30 manat dövlət rüsumu məbləğində pulun tutulması, tutmanın cavabdehə məxsus olan girov qoyulmuş 10-luq - 10 ədəd, çəkisi - 85,6 qr, əyarı - 880, qolbaq - 2 ədəd, çəkisi 51,8 qr., əyarı – 750, sep - 1 ədəd, çəkisi - 13,4 qr, əyarı – 750, komplekt - 1 ədəd, çəkisi - 16.7 qr, əyarı – 750, üzük - 1 ədəd, çəkisi - 6,5 qr, əyarı – 750, kulon - 1 ədəd, çəkisi - 7 qr, əyarı – 750 və sep - 1 ədəd, çəkisi - 34,9 qr, əyarı – 583, cəmi-215,9 qram qızıl-zinət əşyalarına yönəldilərək hərracda satılması, satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsibnə yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 15.11.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 10-luq - 10 ədəd, çəkisi - 85,6 qr, əyarı - 880; Qolbaq - 2 ədəd, çəkisi 51,8 qr., əyarı - 750; sep - 1 ədəd, çəkisi - 13,4 qr, əyarı - 750; komplekt - 1 ədəd, çəkisi - 16.7 qr, əyarı - 750; üzük - 1 ədəd, çəkisi - 6,5 qr, əyarı - 750; kulon - 1 ədəd, çəkisi - 7 qr, əyarı - 750; sep - 1 ədəd, çəkisi - 34,9 qr, əyarı - 583 cəmi - 215,9 qr. 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Proses gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə istinad edib tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh iddiaçının xeyrinə 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsi üzrə 3317,47 manat əsas borc, 819,46 manat faiz borcu, 54,34 manat cərimə borcu olmaqla, cəmi 4191,27 manat borcun və 30 manat dövlət rüsumu məbləğində pulun tutulması, tutmanın cavabdehə məxsus olan girov qoyulmuş 10-luq - 10 ədəd, çəkisi - 85,6 qr, əyarı - 880, qolbaq - 2 ədəd, çəkisi 51,8 qr., əyarı – 750, sep - 1 ədəd, çəkisi - 13,4 qr, əyarı – 750, komplekt - 1 ədəd, çəkisi - 16.7 qr, əyarı – 750, üzük - 1 ədəd, çəkisi - 6,5 qr, əyarı – 750, kulon - 1 ədəd, çəkisi - 7 qr, əyarı – 750 və sep - 1 ədəd, çəkisi - 34,9 qr, əyarı – 583, cəmi-215,9 qram qızıl-zinət əşyalarına yönəldilərək hərracda satılması, satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsibnə yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması və digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə istinad edərək, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrini, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 36.2, 36.3-cü maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, eyni tərəflər arasında bağlanmış 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən Cavabdeh məxsus olan 10-luq - 10 ədəd, çəkisi - 85,6 qr, əyarı - 880; Qolbaq - 2 ədəd, çəkisi 51,8 qr., əyarı - 750; sep - 1 ədəd, çəkisi - 13,4 qr, əyarı - 750; komplekt - 1 ədəd, çəkisi - 16.7 qr, əyarı - 750; üzük - 1 ədəd, çəkisi - 6,5 qr, əyarı - 750; kulon - 1 ədəd, çəkisi - 7 qr, əyarı - 750; sep - 1 ədəd, çəkisi - 34,9 qr, əyarı - 583 cəmi - 215,9 qr. qızıl-zinət əşyaları banka girov qoyulmuş və həmin qızıl-zinət əşyaları 15.11.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 17.07.2021-ci il tarixinə cavabdehin 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsi üzrə banka olan borcu 3317,47 manat əsas borc, 819,46 manat faiz borcu, 54,34 manat cərimə borcu olmaqla, cəmi 4191,27 manat borc pul təşkil edir. Göründüyü kimi, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, müvafiq kredit müqaviləsi ləğv edilməklə, cavabdehdən 3317,47 manat əsas borc, 819,46 manat faiz borcu, 54,34 manat cərimə borcu olmaqla, cəmi 4191,27 manat məbləğində borc pul tutulmalı, tutma cavabdehə məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilərək, açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənilməlidir. Bununla yanaşı, iddia girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehin digər əmlakına yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb həmin hissədə kifayət qədər əsaslandırılmadığından, həmçinin, qeyd olunan məsələ icra məhrələsinə aid olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 15.11.2019-cu il tarixli, YSLMB-5765 saylı kredit müqaviləsi üzrə 3317,47 manat əsas borc, 819,46 manat faiz borcu, 54,34 manat cərimə borcu olmaqla, cəmi 4191,27 (dörd min bir yüz doxsan bir manat 27 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş 10-luq - 10 ədəd, çəkisi - 85,6 qr, əyarı - 880, qolbaq - 2 ədəd, çəkisi 51,8 qr., əyarı – 750, sep - 1 ədəd, çəkisi - 13,4 qr, əyarı – 750, komplekt - 1 ədəd, çəkisi - 16.7 qr, əyarı – 750, üzük - 1 ədəd, çəkisi - 6,5 qr, əyarı – 750, kulon - 1 ədəd, çəkisi - 7 qr, əyarı – 750 və sep - 1 ədəd, çəkisi - 34,9 qr, əyarı – 583, cəmi-215,9 qram qızıl-zinət əşyalarına yönəldilərək, açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyalarının satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. Qızıl-zinət əşyalarının satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, yerdə qalan məbləğ ümumi qaydada cavabdehdən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3663/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3663/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver