Məhkəmə qərarları › İş №2(004)-3664/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3664/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3664/2022 20.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizə aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Ərizəçi maraqlı şəxsi ərizəsində qeyd etməmişdir. Eyni zamanda ərizədə ərizəçinin yaşayış yerinin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, Sarı Aşıq küçəsi, 15 saylı ev olması qeyd edilmişdir. Bundan əlavə, ərizəçi qeyd edilən faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsinə dair ərizəyə sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Həmçinin hazıkı tələblə bağlı 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” qanunun 8.2-ci bəndinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Əlavə olaraq ərizəçiyə izah olunmalıdır ki, o, nöqsanları aradan qaldırdıqdan sonra həmin tələblə yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152 və 308-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar