Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-367/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X9 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı X1 Cavabdeh və X4 qarşı yaşayış sahəsindən isifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh və X4 qarşı yaşayış sahəsindən isifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, qızı (yetkinlik yaşına çatmayan) X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysetrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan satıcı X3 ilə alıcı X5 arasında bağlanmış 24.04.2012-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzili 70000 (yetmiş min) manata alıcıya satmışdır. İş materialarında olan 25.10.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzili nəvəsi İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 4531531№-li arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzildə xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh və 04.02.2011-ci il təvəllüdlü X6 qeydiyyatdadır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli mənzildə formal olaraq qeydiyyatda olduğuna istinad etmiş və xahiş etdim hissədə istifadə hüququna xitam verilməsini istəmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehlərin mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz və məhkəmə tərəfindən müəyyən edilməyən istifadə hüququna xitam verilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh, qızı (yetkinlik yaşına çatmayan) X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 57 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-367/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-367/2022
09.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver