Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-367/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada ayrılmasına, evin pəncərəsi tərəfdən ayrı giriş qapısının açılması və ayrı giriş-çıxışların təmini məqsədilə evin həyət hissəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən tikilmiş 2 otağın və köməkçi sahələrin (ümumlikdə 39,85 kv.m sahəyə malik) 15000 manat dəyərində qiymətləndirilərək həmin məbləğin kompensasiyası kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1969-cu il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır və bütün kommunal xərclər onun adınadır. İddiaçı yaxın qohumu (mərhum qaynının oğlu) olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 kömək məqsədilə müvəqqəti olaraq ünvan 2 ünvanına qeydiyyata salmış və orada yaşamalarına icazə vermişdir. Ancaq, 2021-ci ilin ortalarından etibarən sözügedən cavabdehlər İddiaçı qarşı şiddət rətbiq edərək, döyərək və ağır təhqiramiz ifadələrlə qanunsuz şəkildə yaşadığı həmin mənzildən uzaqlaşdırmışlar. Hal-hazırda mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 və X11 İddiaçı mənzildən istifadə hüququna və mənzilə daxil olmağına qanunsuz maneələr yaradırlar. Bununla bağlı, Yasamal RPİ 29-cu Polis bölməsində araşdırma aparılıb və hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınıb. Onların iddiaçıya qoyduğu maneələrin qadağan edilməsi və iddiaçının həmin evə köçürülməsinə dair Yasamal rayon Məhkəməsi tərəfindən 2(004)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə elan edilmişdir. Bütün qeyd edilənlər 1969-cu ildən bu günə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik edən, faktiki mülkiyyətçisi olan X1 cavabdehlər tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına əsas və cavabdehlərlə bir mənzildə yaşamasına maneə olan faktlardır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələrin aradan qaldırılması barədə qərar qəbul edilmişdir. Daha sonra, Cavabdeh1 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı mərhum dayısının həyat yoldaşı olmaqla, 1995-ci ildən birgə yaşayırlar və birgə təsərrüfat aparmışlar. Sonradan o ailə həyatı qurmuş və ana-oğul münasibəti davam etmişdir, lakin 2021-ci ildən Niyətxanım qardaşı qızı Süniyənin təsiri altında evi tərk etmiş və ona qarşı məhkəmə mübahisəsi açmışdır. Niyətxanıma şiddət göstərilməsi, evdən qovulması və s. hallar həqiqəti əks etdirmir. Həmçinin 1995-ci ildən bütün kommunal xidmətləri özü ödəyir. Məlum ünvanda mərhum dayısının 2 otağı olmuşdur. Dayısının və Niyətxanımın razılığı ilə həyətdə boş sahədə öz vəsaiti ilə əlavə 2 otaq tikmişdir. Niyətxanıma aid hissədə hazırda yaşayış yoxdur. 30 ilə yaxın bir zamanda evdə aparılan əsaslı təmir işlərini öz vəsaiti hesabına aparmışdır. Mərhum dayısı və Niyətxanımla razılıq belə olmuşdur ki, ev ona qalacaqdır. X2 birlikdə mənzilə köçürmə tələbi ilə məhkəməyə müraciət etmişlər. Öncə X3 sənədlər əldə edərək ünvan 1 ünvanına pasport qeydiyyatına düşmüşdür. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə Niyətxanımın mənzilə köçürülmə tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunduğu kimi ailə üzvləri buna etiraz etməmişlər. Lakin Niyətxanım mənzilə köçməmişdir. Daha sonra Zeynalova Sünyə yenidən Niyətxanımın adından istifadə edərək, o və ailə üzvlərinə 5000 manat kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılmağı barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə ilə iddia tələbi rədd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı predmet müzakirə predmeti olmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən özbaşına tikili fərdi evin giriş-çıxış hissəsində texniki baxımdan bölgü aparmaq mümkün deyil. Sonda iddiaçı iddia tələbinin məzmununu dəyişmiş və 15000 manat pul vəsaiti kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli evdən çıxarılmağını xahiş edir. Eyni predmetlə bağlı iddiaçı məhkəməyə müraciət etmiş və rədd cavabı almışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etmədiklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və s.” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən iddiaçıların fərdi yaşayış evindən istifadə hüquqlarına törədilən maneələrin cavabdehlərə qadağan edilməsi, mübahisəli mənzilin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapılarının qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələr aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik, mülkiyyət hüququnun tanınması, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 5000 manat olmaqla, cəmi 20000 manat kompensasiya ödənilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2736/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 3016-16/2-10/9585 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən sonradan əlavə olunmuş otaq (17,49 kv.m sahəsi olan 5 və 16,76 kv.m sahəsi olan 6 saylı yaşayış otaq) və köməkçi sahələrin (5,6 kv.m sahəsi olan 7 saylı mətbəx tikilisi) tikilməsinə və təmirinə təqribən hazırki bazar qiymətlərinə uyğun olaraq 7659 manat məbləğində vəsait sərf olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı 1964-cü ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və həmin tarixdən də qeyd edilən ünvanda qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 2000-ci ildən hal-hazıradək həmin ünvanda yaşayır. Eyni zamanda Cavabdeh1 1995-ci ildən, Cavabdeh2 isə 2006-cı ildən həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 həmin ünvanda sonradan tikililər inşa etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 3016-16/2-10/9585 nömrəli ekspert rəyindən də görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən sonradan əlavə olunmuş otaq (17,49 kv.m sahəsi olan 5 və 16,76 kv.m sahəsi olan 6 saylı yaşayış otaq) və köməkçi sahələrin (5,6 kv.m sahəsi olan 7 saylı mətbəx tikilisi) tikilməsinə və təmirinə təqribən hazırki bazar qiymətlərinə uyğun olaraq 7659 manat məbləğində vəsait sərf olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İstinad olunan maddələrin tələbinə əsasən mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul edilsə belə, onun kompensasiya ödənilməklə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə də təsdiq olunmuşdur ki, həm iddiaçı, həm cavabdeh mübahisəli evdə uzun illərdir ki, qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh1 həmin ünvanda sonradan öz vəsaiti hesabına tikililər inşa etmişdir. Belə ki, mübahisəli evin əvvəllər ümumi sahəsi 2 otaqdan ibarət olmaqla 35 kv.m olmuş, lakin sonradan Cavabdeh1 vəsaiti hesabına genişləndirilərək halhazırda 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olmaqla, ümumi sahəsi 99,17 kv.m təşkil edir. Bu baxımdan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində həm iddiaçının, həm də cavabdehlərin hüquqları bərabərdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edirki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ tanınmadığından və mülki iş üzrə hər iki tərəfin həmin fərdi yaşayış evi üzərində bərabər hüquqları olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-367/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-367/2024
16.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver