Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3687/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndələri Nümayəndə1, Nümayəndə2, Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunmağı, əmək müqaviləsinin müddətsiz bağlanması və 19 may 2022-ci ildən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında X6 üzrə Komissiyasının təşkil etdiyi müsabiqədən yüksən nəticə göstərməklə uğurla keçib xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti həmin nazirlyin nəzdində olan Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmişdir. Qeyd olunan struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə o, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs yaradılmışdır. Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar öz ərizəsi əsasında onun bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bundan sonra əməkdaşların bilik səviyyələrinin yoxlanılması məqsədilə Fond tərəfindən keçirilmiş test imtahanında ümumi 100 ballıq sistemdən 87 bal toplamış və bu yüksək nəticəyə görə xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsasında yaradılmış publik hüquqi şəxsin Beyləqan rayon filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Publik hüquqi şəxs yaradıldıqdan sonra işçilərlə müqavilələr müddətli olaraq bağlanmışdır. Yəni xx.xx.2020-ci il tarixdən etibarən ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs öz işçiləri ilə əmək müqavilələrini 3 aylıq müddətə bağlamışdır. Fondun rəhbər heyəti tərəfindən müsahibə yolu ilə imtahan edildikdən sonra isə o, xx.xx.2020-ci il tarixdə Fondun 10 saylı regional ərazi filialının (indiki X1) Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə o 2022-ci il 19 may tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda işləmir. 3-cü dərəcə dövlət qulluqçusudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2-ci təhsil alır. İddiaçı qeyd etmişdir ki, istər məsləhətçi vəzifəsində, istərsə də şöbə müdiri vəzifəsində işlədiyi dövr ərzində vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflıq əmək fəaliyyətinin əsas prinsipi olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışdığı 6 il yarıma yaxın vaxt ərzində vətəndaşlar tərəfindən onun əmək fəaliyyəti ilə bağlı hər hansı dövlət orqanına şikayət daxil olmamışdır. Fəaliyyəti dövründə rəhbərlik tərəfindən verilmiş əmr, tapşırıq və göstərişləri daim yüksək səviyyədə və vaxtında icra etmişdir. Fondun X1 rəhbərliyi onun fəaliyyətindən tam razı olmuş və fəaliyyətini yüksək qiymətləndirmişdir. İşdən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilmişdir. İşdən azad edilməsi haqqında qeyd olunan əmri qanunsuz və əsassız sayır. Belə ki, o, sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olmuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt-işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. ƏM-nin 47-ci maddəsində isə göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bununla da hesab edir ki, cavabdeh tərəfindən ƏM-nin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, onun xx.xx.2016-cı ildən son 6 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün ƏM-nin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla müddətli əmək müqaviləsi bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, ƏM-nin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olubdur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması üçün ƏM-nin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq cavabdeh, son 6 il müddət ərzində onunla əmək münasibətində olmağına rəğmən onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb, sonradan isə müddətin qurtarmasını əsas gətirərək bağlanmış əmək müqaviləsinə xitam vermişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin ona ünvanlanan məktubunda onunla müddətli əmək müqaviləsinin ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığı və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etdiyi göstərilsə də, o bununla razılaşmır. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Cavabdehlə onun arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə qiymət verilərkən ilk növbədə onun son 6 il müddət ərzində əvvəl ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda, sonradan isə yeni yaranmış publik hüquqi şəxsdə fasiləsiz və etirazsız işləməyi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməlidir. Eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri baxımından ona münasibətdə cavabdehin daha üstün statusda olması nəzərə alındıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq onun üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Uzun müddət ərzində fasiləsiz və etirazsız olaraq ƏƏSMN yanında DSMF-nin Beyləqan rayon şöbəsində müddətsiz əmək müqaviləsi ilə işləyərək öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasına və onun bütün hüquq və öhdəliklərini daşımasına baxmayaraq öz sələfindən fərqli olaraq işçilərlə müddətsiz deyil, 3 aylıq müddətli əmək müqaviləsi bağlayır. Hesab edir ki, bu, işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinin müddətsiz bağlanması, 19 may 2022-ci ildən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqı və mükafatların, eyni zamanda 50 manat məbləğində mediasiyaya dair xərcin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, xxxxxxx000300 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə cavabdeh Fond arasında ƏMnin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin həmin müqavilədə işçinin xx.xx.2020-ci il tarixdən işə başlamalı olduğu, əmək haqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmr verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun 10 saylı regional ərazi filialının Beyləqan rayon Qəbul şöbəsinin müdiri, xx.xx.2021-ci il tarixli **********1 nömrəli əmrlə Fondun X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, tələb əsassız olmaqla rədd edilməlidir. Belə ki, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1) müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2) müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Normanın təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalı və müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. Mülki işin məhkəmə baxışı xx.xx.2022-ci il tarixli qərardadla təyin edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında" AR-nın Qanunu ilə müəyyən edilmiş qaydada X2 iştirak tələb olunur. Həmin Məcəllənin 149-cu maddəsinə görə iddia ərizəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Bu qaydalara görə müvafiq arayış və ya protokol müraciətə əlavə edilmədikdə məhkəmə tərəfindən iş baxılmamış saxlanılır. Hazırki iş materiallarına əlavə edilmiş iddia ərizəsindən isə məlum olur ki, həmin ərizə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, ərizəyə qoşma kimi şəxsiyyət vəsiqəsinin surəti, Fondun xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin surəti əlavə olunmuşdur. Həmin ərizəyə qoşma qismində mediasiyada iştirakla bağlı arayış təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə mülki iş üzrə təqdim etdiyi sənədlərin qəbul edilməsini xahiş etmişdir. Həmin sənədlər qismində X2 iştirak edilməməsi barədə arayış, əmək kitabçası əlavə edilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının 30 iyun 2022-ci il tarixli MSB/4-01325 nömrəli X2 iştirak edilməməsi barədə arayışında əmək mübahisəsi üzrə mediasiyanın keçirilmə vaxtı xx.xx.2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. İddiaçıya müvafiq arayış xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən isə məlum olur ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl X2 iştirak tələb olunur. Hazırki işin faktiki hallarından isə görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra X2 iştiraka dair arayış təqdim etmişdir. İddiaçının məhkəməyə müraciəti zamanı belə bir arayış mövcud olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə mülki işə baxılmamış saxlanılması haqqında cavabdehin vəsatətinə etiraz ərizəsi ilə məhkəməyə müraciətində göstərmişdir ki, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi cavabdeh onun iddia tələbinə qarşı vermiş olduğu ilkin etirazını hüquqi baxımdan əsaslandıra bilməməsi, həmçinin Nizamnamənin 4.11.11-ci bəndinə əsasən onun işdən azad olunması ilə bağlı Nazirliyin razılığının olmasına dair sübutunu məhkəməyə təqdim edə bilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli əsassız vəsatət verməklə məhkəməni həqiqətdən yayındırmaq və müvafiq sənədin olmadığını məhkəmədən gizlətmək məqsədi daşıyır. Cavabdehin vəsatətdə əsas kimi göstərdiyi mediasiya xidmətinə gəldikdə isə qeyd edir ki, tərəfindən cavabdehə ilkin müraciəti məhz mediasiya ilə bağlı müraciəti olsada, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona mediasiya üçün heç bir hüquqi əsas olmadığını rəsmi səkildə bildirmiş və mediasiya prosesindən imtina etmişdir. Bu fakt onun məhkəməyə təqdim etdiyi poçt göndərişi barədə xəbərnamə və Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının MŞB/4-01325 nömrəli arayışına əsasən sübut olunur. Cavabdehin nümayəndələri ilkin hazırlıq iclasından, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər məhkəmə baxışı iclaslarında işə baxan hakim tərəfindən onlara prosessual hüquq və vəzifələrinin ətraflı izah olunmasına baxmayaraq bu əsasla hazırki işin baxılmasına heç bir etiraz etməmişdir. Beləliklə, göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli vəsatəti hüquqi baxımdan tam əsassız olmaqla məhkəmə çəkişməsini yubatmaq xarakteri daşıyır. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh tərəfindən işin məhkəmədə baxılmasının yubadılmasına xidmət edən xx.xx.2022-ci il tarixli vəsatətinin əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəsini, eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli vəsatətinə yazılı etirazını müdafiə edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, onunla cavabdeh tərəfindən müddətli əmək müqaviləsi bağlanaraq ƏM- 47-ci maddəsinin “f” bəndi kobud şəkildə pozulmuşdur. Çünki Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Fondun strukturu dəyişdirilərək publik hüquqi şəxsə çevrildikdən sonra hüquqi varis olaraq bütün işçilərlə əmək müqavilələri 3 aylıq müddətə bağlanmışdır. Bu isə ona dəlalət edir ki, bütün işçilər kimi o, da işəgötürənin diktəsinə əsasən 3 aylıq müddətə əmək müqaviləsi bağlamaq məcburiyyətində qalmışdır. Əks təqdirdə isə işəgötürənin onunla əmək müqaviləsi bağlamayacağı mövcud şəraitdən real görünürdü. Ona görə də müddətli əmək müqaviləsinin bağlanması üçün imzası onun razılığını, yəni könüllü iradəsini ifadə etməmişdir. Bu hal isə ƏM-nin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinin ona münasibətdə kobud şəkildə pozulması deməkdir. Bununla da o, yüksək nəticə göstərməklə əldə etdiyi əvvəlki vəzifəsini itirməmək üçün 3 aylıq müddətə əmək müqaviləsini imzalamaq məcburiyyətində qalmışdır. Halbuki əvvəlki işəgötürənlə bağlanmış əmək müqaviləsi müddətsiz olduğu halda, əvvəlki işəgötürənin hüquqi sələfi olan cavabdehlə 3 aylıq müddətə əmək müqaviləsi bağlamaqda onun hər hansı üstün marağı və motivi aşkar şəkildə olmamışdır. Baxmayaraq o, Fondda 6 ildən artıq fasiləsiz olaraq xidmət etdiyi müddətdə daimi xarakter daşıyan vəzifələrini layiqincə icra etmiş, onun barəsində korrupsiyaya şərait yaradan hallarla bağlı hər hansı vətəndaşdan şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli audit yoxlamasının nəticəsinə dair arayışdakı nöqsanlar onun müdir vəzifəsini icra etdiyi dövrü əhatə etmir, eləcə də onun aşkar edilmiş nöqsanlara heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq Fond tərəfindən nazirə ünvanlanmış və əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əsas olaraq göstərilən xidməti məruzədə qeyd olunmuşdur ki, guya o, aşkar edilmiş nöqsanları etiraf etmişdir. Halbuki bu xüsusat həqiqəti əks etdirmir. Çünki xidməti məruzədə qeyd olunanlardan fərqli olaraq o, izahatında nöqsanların onun tərəfindən törədildiyini etiraf etməmişdir. Sadəcə onun müdir vəzifəsinə təyin olunduğu tarixdən əvvəl baş vermiş nöqsanların mövcudluğunu təsdiq etmişdir. Həmçinin yoxlamaya dair arayışa diqqət edildikdə aşkar şəkildə görmək mümkündür ki, barələrində yoxlama aparılan digər əməkdaşların əvvəlki tutduğu vəzifələr qeyd edilməklə məqsəd onların yoxlama dövründə həmin vəzifəni icra edib-etməməsini göstərmək olmuşdur. Lakin arayışda yalnız onun sonuncu vəzifəsi göstərilmiş, əvvəlki tutduğu vəzifələr göstərilməmişdir. Bu hal ona qarşı ayrı-seçkiliyin sübutudur. Beləliklə cavabdeh rəhbərlik qarşısında onun barəsində həqiqətə uyğun olmayan yalan və nüfuzdan salan rəy formalaşdırmaqla, qanunsuz olaraq işdən azad edilməsinə nail olmuşdur. Bundan başqa əgər yoxlama arayışı və xidməti məruzədə qeyd olunanlar həqiqəti əks etdirmiş olsaydı onun əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-hissəsinin “b” bəndinə görə deyil, 70-ci maddəsinin “ç” bəndinə görə xitam verilə bilərdi. İşdən azad edilməmişdən öncə xx.xx.2022-ci il tarixdə o, rəhbərliyin qəbuluna dəvət edilərək əmək müqaviləsinə xitam verilməsinə dair könüllü ərizə verməsini təklif etmişlər. O, təklifdən imtina etdikdə müqaviləyə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Bundan başqa iddiaçı onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlamasının qanunsuz olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarını əsas gətirərək vahid məhkəmə təcrübəsinin nəzərə alınmasını xahiş etdi. İddiaçı cavabdehin onun məhkəməyə iddia ərizəsi verməmişdən öncə X2n keçməməsinə dair etiraza münasibətdə əlavə olaraq qeyd etdi ki, o, iddia ərizəsi verməmişdən əvvəl mediasiya təklifi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, təklif Fonda xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Həmin məktubda cavadbeh özü açıq şəkildə mediasiya sessiyasında iştirakına marağının olmamasını ifadə edərək, mediasiya prosesinin tətbiqinə zərurət olmadığını bildirmişdir. Mediasiya təşkilatının məktubunu isə cavabdeh xx.xx.2022ci il tarixdə rəsmi qaydada təhvil almışdır. O, cavabdehin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunu (hansıki mediasiya prosesinə zərurət olmadığı göstərilmişdir) nəzərə alıb, həmçinin məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin ötürülməməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəmə müraciət etmişdir. Mediasiya arayışını isə 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Dəftərxana vasitəsilə müvafiq sənədlər elektron sistemə yerləşdirilmiş, bununla da xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin məhkəmə hazırlıq iclası keçirilənədək cavabdehin həmin sənədlərlə tanış olub etiraz etmək üçün qanunla müəyyən edilmiş 20 günlük vaxt imkanı olmuşdur. Göründüyü kimi, onun tərəfindən məhkəmə baxışı keçirilənədək nöqsan aradan qaldırılmış və prosessual müddət baxımdan pozuntuya yol verilməmişdir. Odur ki, göstərilənlərə əsasən ərizəyə baxılmamış saxlanımasına dair vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddia tələbini münasibətdə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə verilmiş yazılı etirazları müdafiə edərək izahatında verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Nümayəndə1 məhkəmə çıxışında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi Nümayəndə2 izahatında əlavə olaraq bildirmişdir ki, işçilərlə müddətli əmək müqavilənin bağlanması işəgötürənin hüququdur. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq müddətli müqaviləni bağlayaraq, buna dair sərbəst irdasini ifadə etmişdir. İddiaçının onun əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatı olmuşdur. Bundan başqa iddiaçı ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə deyil, 68-ci maddənin 2-ci hissəsinin “f” bəndinə əsasən müqavilənin müddətinin bitməsinə əsasən xitam verilmişdir. Bu səbəbdən hesab edir ki, əmrdə əsas kimi xidməti məruzə göstərilsə də, məruzədəki qeyd olunan nöqsanların araşdırılması zərurəti yoxdur və bu xüsusatla bağlı məhkəməyə xidməti yoxlamaya dair arayışdan başqa sübut təqdim etmir. Nümayəndə2 xidməti məruzəyə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin razılığının olması xüsusatı ilə bağlı sübut olaraq məhkəməyə Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş “X7”ndən xx.xx.2022-ci il tarixli çıxarışı təqdim edib bildirmişdir ki, Nazir tərəfindən elektron qaydada qoyulmuş “baxılmaq üçün” məzmunlu dərkənar və “razıyam icra edin” məzmunlu qeyd qanunvericiliklə müəyyən edilmiş razılığı ifadə edir. O, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 digər nümayəndələrin izahatında göstərilənləri təsdiq edərək məhkəmə çıxışında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlar və işin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı ildə “Dövlət qulluğu haqqında” AR Qanunun 28.6-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmişdir. Qeyd olunan struktur dəyişikliyi ilə əlaqədar iddiaçı xx.xx.2016-cı il tarixdə Fondun Beyləqan rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək dövlət qulluqçusu statusunda olmaqla ona 3-cü dərəcə dövlət qulluqçusu dərəcəsi verilmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Fondun publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 4.1.-ci maddəsinə əsasən publik hüquqi şəxsin nizamnaməsinin layihəsinin 3 ay müddətində hazırlanması və 7-ci bəndinə əsasən Fondun öz fəaliyyətini davam etdirməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsinin təsdiq edilməsi qərara alınmış və Nazirliyə bir ay müddətində publik hüquqi şəxsin strukturunun təsdiq edilməsi, eyni zamanda Fondda işləyən işçilərin publik hüquqi şəxsdə müəyyən vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Həmçinin qeyd olunan Fərmanın 5.1-ci bəndinə görə yaradılmış publik hüquqi şəxs Fondun hüquqi varisi kimi müəyyən edilməklə, Fondun bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxsə keçmişdir. Həmin Fərmanla təsdiq edilmiş nizamnaməyə əsasən publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə onun hüquqi sələfi olan Fondun fəaliyyət istiqamətləri üzrə xidmətlər daxil edilmişdir. Daha sonra publik hüquqi şəxsin yaradılması ilə əlaqədar iddiaçının öz ərizəsi əsasında xx.xx.2016-cı il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı ildən 14 avqust 2020-ci il tarixədək müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X8 xx.xx.2020-ci il tarixli **********76 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyinatların aparılması haqqında” Əmri ilə AR ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə, 47ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmrə əlavə edilən 1 nömrəli siyahıda adları qeyd olunan şəxslər 2020-ci ilin 17 avqust tarixdən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə müvafiq vəzifələrə təyin edilmişlər. Əmrin qəbul edilməsinə əsas olaraq Fondun X8 eyni tarixli xidməti məruzəsi, siyahıda adları sadalanan işçilərin ərizələri və onlarla bağlanmış əmək müqavilələri göstərilmişdir. Əmrdən həmçinin müəyyən edilir ki, Fondda struktur dəyişikliyindən sonra bütün işçilərlə əmək müqaviləsi 3 aylıq müddətə bağlanmışdır. Həmin Əmrin 1 nömrəli əlavəsindən isə müəyyən edilir ki, iddiaçı Beyləqan rayon filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmçinin işəgötürən Publik hüquqi şəxsin İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsindən görünür ki, 3 ay müddətinə bağlanmışdır. Müqavilə 3 ay müddətinə bağlanmasına baxmayaraq 6-cı bəndinə görə işçinin iş dövrünün xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə etdiyi qeyd edilmişdir. Müqaviləyə əsasən iddiaçının əmək funksiyalarına şöbənin işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; şöbənin işçiləri arasında vəzifə və iş bölgüsünün aparılması; onlar tərəfindən icra və əmək intizamına, etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək; şöbənin illlik iş planını filial direktoru ilə razılaşdırmaqla təqdim etməkvə onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirmək və s. aid edilmişdir. Əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən iddiaçı Fondun 10 saylı regional ərazi filialının Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə, daha sonra idarənin adı dəyişdirildiyindən indiki X1 müdiri vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair müqavilələr 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin tərkib hissəsi olmaqla onun digər müddəaları, o cümlədən 3 ay müddətinə bağlanmasına dair müddəası öz qüvvəsində qalmışdır. Nizamnamədən, 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsindən, o cümlədən əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən göründüyü kimi Fondun sələfi olaraq yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətinə daxil olan xidmətlər, eyni zamanda iddiaçının əmək funksiyasına daxil edilmiş işlər daimi xarakter daşıyır. Nəhayət İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri H.Məmişovun xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq müddətli əmək müqaviləsində göstərilən müddətlərin bitməsinə görə Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 19 may 2022-ci il tarixdən xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas olaraq Fondun X8 xx.xx.2022ci il tarixli **********5 nömrəli xidməti məruzəsi göstərilmişdir. İddiaçının işdən azad edilməsinə dair əmrdə əsas olaraq göstərilən X10 sədri H.Məmişovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış xidməti məruzədə göstərilmişdir ki, nazirin xx.xx.2022-ci il tarixli **********6 və ********** nömrəli əmrlərinə əsasən Fondun 2 saylı Lənkəran-Astara regional filialında və X1 Beyləqan rayon qəbul şöbəsində keçirilən audit yoxlaması zamanı aşkar edilmiş nöqsanlarla bağlı filial müdirləri Zamin Əliyevin və İddiaçı izahatlarında nöqsanları törətmələrini etiraf etmişlər. Məruzədə ƏM-nin 186-cı maddəsinə istinad edilərək qeyd edilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən icra etmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Qeyd olunanlar nəzərə alınaraq yol verdikləri nöqsanlara görə 2 saylı Lənkəran-Astara regional filialın direktoru X3 yazılı xəbərdalıq, X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmiş və razılıq veriləcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi vurğulanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X11 xx.xx.2022-ci il tarixli ********** nömrəli əmrindən müəyyən edilir ki, Fondun Mil-Muğan regional filialın Beyləqan rayon qəbul şöbəsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi məqsədilə işçi qrupu yaradılmışdır. Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan isə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində X1 Beyləqan rayon qəbul şöbəsi üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi keçirilmişdir. Yoxlama zamanı X1 digər şöbələri ilə yanaşı Beyləqan rayon şöbəsində bəzi nöqsanlar aşkar edilmişdir. Arayışın nəticəsi olaraq təkliflər hissəsinin 8-ci bəndindən müəyyən edilir ki, barələrindən intizam tənbeh tədbrinin tətbiq edilməsi təklif edilmiş digər vəzifəli şəxslərin əvvəlki vəzifələrdə olduğu müddətlər göstərilməsinə baxmayaraq Beyləqan rayon qəbul şöbəsinin müdiri olan İddiaçı əvvəlki vəzifələrdə olduğu müddət göstərilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan əmrlərdən müəyyən edilmişdir ki, iddiaçı həmin şöbənin müdiri vəzifəsinə xx.xx.2020-ci il tarixdə təyin edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yoxlamanın əhatə etdiyi dövrün yalnız 8 günü onun şöbənin müdiri vəzifəsini icra etdiyi vaxta təsadüf etmişdir. Bundan başqa, arayışdan görünür ki, aşkar edilən nöqsanlar ümumi qeyd edilməklə, iddiaçı tərəfindən konkret olaraq hansı nöqsanlara yol verilməsi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X11 xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmrindən müəyyən edilir ki, qeyd olunan xx.xx.2022-ci il tarixli yoxlamanın nəticələrinə dair arayışa əsasən X12 Sədrinə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Xidməti məruzədə iddiaçının nöqsanları etiraf etməsi qeyd edilməsinə baxmayaraq işə əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli izahatın məzmunundan müəyyən edilir ki, o, müvafiq olaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində aşkar edilmiş nöqsanların 10 gün ərzində aradan qaldırılması istiqamətində zəruri tədbirlər görəcəyini bildirmiş, lakin o, qeyd olunan nöqsanların onun tərəfindən törədilməsini göstərməmiş, bununla bağlı etirafını ifadə etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı cavabdehin nümayəndələri iddiaçının işdən azad olunmasının qeyd olunan xidməti məruzə ilə bağlı olmamasını iddia etmələrinə baxmayaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin xidməti məruzə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli əmrin qəbul edilməsi üçün əsas olmuşdur. Xidməti məruzədə, eləcə də onun əsasını təşkil edən Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda ümumi olaraq göstərilmiş nöqsanların əhatə olunduğu dövrün isə yalnız 8 günü iddiaçının şöbənin müdiri vəzifəsini icra etdiyi vaxta təsadüf etmişdir ki, bu müddət ərzində iddiaçının nə kimi ciddi nöqsana yol verməsinə dair məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Həmçinin işin faktiki halları ilə belə bir hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, 8 gün ərzində iddiaçı tərəfindən xidməti vəzifələrinin icrasında kobud nöqsana yol verilməsi ehtimalı real deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda digər vəzifəli şəxslərdən fərqli olaraq iddiaçının yoxlama dövrü ərzində həmin şöbənin müdiri vəzifəsini icra etməyə başladığı tarixin göstərilməməsi, dolayısı ilə yoxlamanın yalnız 8 günlük müddətinin onun vaxtına tasadüf etməsinin gizlədilməsi, xidməti məruzədə nöqsanlar aşkar edilmiş şəxslərdən biri barəsində xəbərdarlıq intizam tənbehinin iddiaçı barəsində isə müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi kimi qeyri-mütənasib olan ciddi tədbir görülməsi üçün xidməti məruzə ilə müraciət olunması kimi hallar iddiaçıya münasibətdə ayrı-seçkilik kimi qəbul edilməlidir. Göstərilənlərlə yanaşı cavabdehin nümayəndələri məhkəmə baxışı zamanı izahatlarında bildirmişlər ki, xidməti məruzə Fondun Nizamnaməsinin 4.11.11.-ci maddəsinə əsasən Nazirliklə razılaşdırılmışdır və buna dair sübut olaraq məhkəməyə Nazirliyinin Sənədlərlə və vətəndaşlar müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş “X7”ndən xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. Çıxarışdan müəyyən edilmişdir ki, Nazir tərəfindən “razıyam icra edin” məzmunlu qeyd xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Lakin çıxarışdan xidməti məruzənin hansı faktla bağlı olmasını, ümumiyyətlə hazırki işlə bağlılığını müəyyən etmək mümkün olmamış, buna dair nümayəndələr tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, çıxarış mülki iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Bu isə ona dəlalət edilir ki, iddiaçının müddət bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilməklə razılıq əldə edilməsi ilə bağlı xüsusat sübutetməyükü daşıyan cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə həmçinin işin faktiki müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.2016-cı ildən 14 avqust 2020-ci il tarixədək işləyən işçinin struktur dəyişikliyi ilə bağlı öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və onun yenidən işə qəbul olunmaq üçün ərizə verərək 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Bundan başqa eyni bir əmrlə (publik hüquqi şəxsin X8 xx.xx.2020-ci il tarixli **********76 nömrəli əmri) işçilərin əksəriyyəti ilə 1 ay sınaq müddəti təyin edilməklə 3 aylıq müddətə əmək müqaviləsinin bağlanması halı belə özü-özlüyündə ona dəlalət edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, müəssisədə struktur dəyişikliyindən sonra yenidən işə bərpa olunmaqdan məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmağa məcbur olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı əmək fəaliyyəti dövründə hər hansı nöqsanlara yol verməsi, əmək funksiyalarını lazımınca yerinə yetirməməsi ilə bağlı hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, yalnız struktur dəyişikliyi olmuş, lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmamasına baxmayaraq, əksinə olaraq müsbət nəticə göstərdiyinə görə rəhbər vəzifəyə təyin edilən işçi ilə bir ay sınaq müddəti təyin edilməklə, 3 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı müqavilələrlə qeyd olunan müddəanın qüvvədə saxlanması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, publik hüquqi şəxsin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Həmçinin yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Fondun hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Göründüyü kimi ƏM-nin 45 və 47-ci maddələrinin tələblərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsini bağlanması qanunsuzdur və nəticədə ƏM-nin 43cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. İşin hallarına müvafiq olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndinə görə dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə görə Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. - 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. - 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. - 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. - Hazırki işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilmişdir. Həmin müddəaya görə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. - 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyənləşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddənin 2-ci hissəsinə görə Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. - 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 may 2022-ci il tarixli **********1 saylı “İddiaçı tutduğu vəzifədən azad edilməsi” haqqında əmri ləğv edilməli; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməli; İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində əvvəlki vəzifəsinə, yəni X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Bundan başqa ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Odur ki, məhkəmə hesab edir ki, mediasiya xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 manat məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər mükafatların cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə tələb əsaslandırılmadığından və sübut təqdim edilmədiyindən rədd edilməlidir. Məhkəmə cavabdehin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin məhkəməyə gec təqdim olunması səbəbiylə baxılmamış saxlanılmasına dair vəsatətinə münasibətdə qeyd edir ki, hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, mediasiya təklifinə dair məktub cavabdehə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Həmçinin məktubda cavabdeh “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 21 və 32-ci maddələrinə istinad edərək açıq-aşkar mediasiya prosesinə zərurət yaranmadığını bildirmişdir. Bundan başqa cavabdehin eyni tarixli digər məktubundan müəyyən edilir ki, iddiaçının müvafiq məsələyə dair 2022-ci ilin 23 may, 24 may, 25 may, 2 iyun və 09 iyun tarixlərindən maraciətləri olmuşdur. Cavabdeh tərəfindən iddiaçının işə bərpa olunması haqqında həmin müraciətləri təmin edilməmişdir. Beləliklə cavabdehin açıq-aşkar hərəkətlərinə əsasən müəyyən olunur ki, onun mübahisənin məhkəmədənkənar barışıq yolu ilə həll olunmasında niyyəti olmamışdır. Bundan başqa məhkəmə tərəfindən mülki iş üzrə ilkin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. MPM-nin 167-ci maddəsinin məzmununda da görünür ki, hazırlıq iclası ilkin dinlənilmə olmaqla tərəflərin iştirakları ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; məhkəmə tərəfindən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlaması, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməsi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi təklif edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən bu hal hazırlıq iclası keçirilənədək aradan qaldırılmış və xx.xx.2022-ci il tarixdə məhkəməyə “X2 iştirak edilməməsi barədə arayış” təqdim edilmişdir. Həmin arayış elektron kabinetə yerləşdirilmiş, bununla da cavabdehin ilkin hazırlıq iclasının keçirilməsinə 20 gün qalmış arayışla tanış olub etiraz etməsi üçün imkanı olmuşdur. Lakin cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron kabinetdən yalnız iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş qeyd olunan xüsusata münasibət bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin işə baxılmamış saxlanılmasına dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 may 2022-ci il tarixli **********1 saylı “İddiaçı tutduğu vəzifədən azad edilməsi” haqqında əmri ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində əvvəlki vəzifəsinə, yəni X1 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3687/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3687/2022
26.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver