Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3688/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona borclu olduğu 32000 (otuz iki min) məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 186 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qohumu olan cavabdehə 44000 manat məbləğində borc pul vermişdir. O, həmin borc pulu hazırda qeydiyyatda olduğu mənzilin söküləcəyi və ona verilən kompensasiya ilə qaytaracağı vədini versə də vədinə sadiq çıxmamışdır. Nəticədə borclu olan pulu ona birdəfəlik qaydada qaytarmamışdır. Bugünədək borcundan hissəhissə yəni aylıq ödənişlər etsə də artıq geri qalan məbləği yəni 32000 manatı ödəməkdən yayınmaqdadır. Onun əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Yasamal rayonu 26-cı polis Bölməsinə şikayət vermişdir. Şikayətin nəsasında cavabdeh dəvət edilib və izahatı alınmışdır. Verdiyi izahatada da borcunun olmasını etiraf etmişdir. Həmçinin, cavabdeh tərəfindən əlyazmalar onda mövcuddur. Həm borcu alması, nə qədər ödəməsi və nə qədər qalmasını özü təsdiq edir. Axırıncı dəfə 2023-cü ilin may ayında ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh hissə-hissə borc verməsi cavabdehin özü tərəfindən yazılmış qəbzdə sübut olunur. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş dəftərdə borcların qaytarılmasına dair qeydlərlə razıdır, dəftərdə qeyd olunan məbləğlərdə pul cavabdeh tərəfindən qaytarılmışdır. 2022-ci ildə cəmi 3 dəfə, hər dəfə 150 manat olmaqla cavabdehin qonşusu Şahid pul götürmüşdür. Hazırda cavavdeh götürdüyü borcdan 32.000 manat geri qaytarmamışdır. Həmin məbləğdə borcun qaytarılmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçıdan hissə-hissə borc pul götürmüş və həmin pulları da hər ay faizi ilə birlikdə geri qaytarmışdır. Borc pul götürməsinə dair məhkəməyə təqdim olunmuş qəbzdəki əl yazısı ona məxsusdur. Borcu qaytarmasını hər ay dəftərdə özü qeyd edirdi, 2022-ci ildə təxminən 7-8 ay pulu qonşusu Şahid vasitəsilə qaytarmışdır. 2023-cü il ərzində isə borcu iddiaçının əri Böyükağa Əliyevin kart hesabına köçürmüşdü. Buna dair qəbzləri məhkəyə təqdim etmişdir. Hazırda iddiaçıya olan borcunu tam şəkildə bağlamışdır, iddiaçının ondan tələb etdiyi faizdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayından sentyabr ayına kimi qonşusu Cavabdeh ona pul vermişdir ki, İddiaçı həmin pulu ondan götürsün. İki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat pul vermişdi. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh tərəfindən yazılmış kağızda olan qeydlərdən görünür ki, o hissə-hissə olmaqla İddiaçı cəmi 44800 manat məbləğində borc pul götürmüşdür. Həmçinin onun tərəfindən yazılmış dəftərdəki qeydlərdən görünür ki, həmin borcdan 2018-ci il üzrə 4250 manat, 2019-cu il üzrə 2100 manat, 2020-ci il üzrə 1800 manat, 2021-ci il üzrə 1500 manat və 2022-ci il üzrə 450 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən İddiaçı Əlimövsum qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, vət. İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterlidir və şikayəti ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. Cavabdeh tərəfindən X2 hesabına ödənilmiş 10.12.22-ci il tarixli 27772 nömrəli, 10.01.23-cü il tarixli 27578 nömrəli, 14.02.23-cü il tarixli 31935 nömrəli, 09.03.23-cü il tarixli 11985 nömrəli, 10.04.23-cü il tarixli 184122 nömrəli, 10.05.23-cü il tarixli 220464 nömrəli qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı əri X2 hesabına hər dəfə 150 manat olmaqla, cəmi 900 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda olmaqla, cəmi 44000 manat məbləğində borc pul götürməklə, götürdüyü pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi lazımi qaydada icra etməyərək, borcdan cəmi 11.000 manat qaytarmış, qalan məbləği isə geri qaytarmamışdır. Şahid qismində ifadə verən Şahid 2022-ci ilin mart ayından sentyabr ayına kimi Cavabdeh ona iki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat olmaqla pul vəsatini İddiaçı çatdırması üçün verdiyini qeyd etsə də, İddiaçı Şahid hər dəfə 150 manat olmaqla, 3 dəfə cəmi 450 manat məbləğində pul götürdüyünü təsdiq etmişdir. Cavabdeh isə 2022-ci ilin mart ayından sentyabr ayınadək hər ay qonşusu vasitəsilə pulu qaytarması bildirsə də, dəftərində bunun qeydiyyatını niyə aparmamasını əsaslandıra bilməmişdir. Qeyd olunan dəftərdən görünür ki, 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pul qaytarılması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş dəftərdən və ödəniş qəbzlərindən təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya tələb olunan 32000 manat pul vəsaitinin 11000 manat hissəsi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 153 (yüz əlli üç) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 153 (yüz əlli üç) manat hissəsi tutularaq İddiaçı Əliövsüm qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3688/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3688/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver