Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3689/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və digər ” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və digər ” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində əsasssız tətbiq olunmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı barəsində əsassız tətbiq olunmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün 705 (yeddi yüz) manat aylıq əmək haqqının, 9(doqquz) ay üçün ümumillikdə 6.345 (altı min üç yüz qırx beş) manat əmək haqqının iddiaçıya ödəməklə onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və iddiaçının hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 (beş min) manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı işəgötürən (Azərsu ASC) 07 dekabr 2021-ci il tarixli 425 k saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə İddiaçı məhkəməyə müraciət etsə də iddia müddətini ötürmüşdür. İşin materiallarından görünür ki, əmr xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə yalnız 16 iyun 2022-ci il tarixdə müraciət etmiş, bununla da nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı əsassız işdən çıxarmanın ləğv edilməsi tələbinə dair iddia tələbinə dair icraat üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Nurayeva Nərgı̇ z Oruc qızı məzuniyyət vaxtı Avstriyaya səyahət etmişdir. Daha sonra Covid 19 pandemiyası ilə əlaqədar uçuşlar təxirə salındığından geri qayıda bilməmişdir. Bununla belə Azərsu ASC-yə rəsmi məlumatlar vermiş, orada işləyən Firudin Ağayev heç bir problemin olmayacağını Nurayeva Nərgı̇ z Oruc qızına bildirmişdir. Amma dekabrın 7-si Nurayeva Nərgı̇ z Oruc qızını Əmək məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq 70-ci maddənin "xxxx" bəndinə görə işdən çıxarmışlar. Nurayeva Nərgı̇ z Oruc qızının Azərsu ASC-yə qarşı heç bir kompensasiya tələbi yoxdur. O, Əmək məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin ləğv olunmasını, öz xahişi ilə işdən azad olunmasını istəyir. İddia müddətinin tətbiqi ilə bağlı bildirmişdir ki, İddiaçı işdən çıxarılarkən Avstriyada olmuşdur. İşdən çıxarılma ilə bağlı əmr İddiaçı qızina təqdim olunmamışdır. Buna görə də iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddia tələbini qəbul etmir. Nurayeva Nərgı̇ z Oruc qızı sentyabrın 16-dan oktyabrın 17-nə kimi məzuniyyətdə olmuşdur. Oktybarın 18-dən noyabrın axırına qədər naməlum səbəbdən işə gəlməmişdir. İddia müddətinin tətbiq olunmasına dair ərizə də məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən də iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Firudin Ağayevlə aralarında nə söhbət olduğunu bilmir. Ərizəsi dekabrın 2-si daxil olmuşdur. Dekabrın 7-si işdən çıxarılmışdır. İşdən çıxarılma ilə bağlı əmrin iddiaçıya təqdim olunması ilə bağlı heç bir məlumatı yoxdur. İş materiallarında olan işəgötürən Azərsu ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli A-15/038 saylı Əmək müqaviləsindən görünür ki, işçi Azərsu ASC-nin 9cu dərəcə ilə işlər İdarəsinin İctimaiyyətlə əlaqələr və Şikayət Şöbəsinin dispetçeri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Azərsu ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı məzuniyyət vaxtı Avstriyaya səyahət etdiyini, hal-hazırda həmin ölkədə olduğunu, Avstriyada Covid-19 pandemiyası ilə əlaqədar bütün avia uçuşların təxirə salındığından geri qayıda bilmədiyini, yaxın günlərdə də məhdudiyyət tətbiq edildiyindən geri qayıtmağının mümkün olmayacağını bildirmiş və bu səbəbdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Elektron idarəetmə və müasir texnologiyalar departamentdən çıxarışlardan görünür ki, İddiaçı oktyabrın 2-dən 17-dək məzuniyyətdə olmuş, oktyabrın 18dən noyabrın sonunadək işdə olmamışdır. İş materiallarında olan sədr müvini Köçərli Həsənov tərəfindən Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin sədrinə ünvanlanmış məktubdan görünür ki, məktubda bildirilmişdir ki, Azərsu ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri İddiaçı üzrsüz səbəbdən 18 oktyabr 2021-ci il tarixindən etibarən işə gəlmir. İddiaçı Avstriya Respublikasından daxil olmuş müraciətlərinə baxmayaraq onun uzun müddət işdə olmamasının üzürlü səbəbi üçün təsdiqedici sənəd yoxdur. İddiaçı uzun müddət üzrsüz səbəbdən işə çıxmaması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab oluna bilər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubda bildirilir ki, Azərsu ASC tərəfindən təqdim edilmiş materiallardan Azərsu ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri X6 əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğu müəyyən olunmuş, bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alaraq X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. İş materiallarında olan Azərsu ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Nurayeva X5 idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan uzun müddət işə gəlmədiyinə görə xx.xx.2021-ci il tarixdə ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 4 təqvim günü pul əvəzi ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı 18 oktyabr tarixindən məzuniyyəti bitsə də, işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhədliklərini kobud şəkildə pozmuşdur. Belə olan halda işəgötürən Həmkarlar İttifaqına müraciət etmiş, Həmkarlar İttifaqının razılığı ilə işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işə uzun müddət və üzürsüz səbəbdən gəlməməsi, onun kobud əmək pozuntularına yol verməsi hesab edildiyindən, işə götürənin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə azad etmək hüququ yaranmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşçiyə işdən azad olunma barədə əmrin və son haq-hesab sənədlərinin verilməsi vaxtı iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtı müəyyən etmək mümkün deyildir. Bu halda məhkəmə iddia müddətinin tətbiqini məqbul hesab etmir. Məhkəmə qeyd edir ki, işdən azad olma barədə əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşəgötürənin əmri qanuni olduğundan əmək haqqı ödənilməsi ilə bağlı tələb, həmçinin, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb, iş materialları ilə müəyyən edilmədiyindən, rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı onun barəsində əsassız tətbiq olunmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün 705 (yeddi yüz) manat aylıq əmək haqqının, 9(doqquz) ay üçün ümumillikdə 6.345 (altı min üç yüz qırx beş) manat əmək haqqının iddiaçıya ödəməklə onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və iddiaçının hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 (beş min) manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3689/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3689/2022
06.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver