Məhkəmə qərarları › İş №2(004)-369/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-369/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-369/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı XXX İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı və Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “təhsil haqqından azad olunma tarixinin düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı XXX İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı və Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unveristetinin 15 Noyabr 2018-ci il 2/276- saylı əmrin ləğv edilməsi və əmrin 22.02.2018-ci il tarixindən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək təhsil haqqından azad olunmasının atası Nümayəndə2 Qarabağ müharibəsi əlili olduğu 22.02.2018-ci il tarixindən hesablanması vəzifəsinin Mədəniyyət və İncəsənət Universitetinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı XXX İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı il üzrə qəbul imtahanlarına sənət təqdim edərək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzərdə tutulmuş qaydaları əsasında imtahan verərək topladığı bilik və bacarığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinə illik 1800 manat olmaqla ödənişli əsaslarla daxil olmuşdur. Həmin ilin yəni 2016-2017-ci il üzrə ödənilməli olan 1800 manat pulu Unversitetin hesabına ödəyərək təhsil almışdır. 2018-2019-cu illər üzrə yeni təhsil ili başlayanda təhsilini davam etdirmiş və həmin ilin 22.02.2018-ci ildə atası Nəsibov X1 müharibəsi qazisi olduğu üçün təhsil haqqından azad edilməyi barədə dəfələrlə universitetin rəhbərliyinə müraciət etmiş, lakin heç bir müsbət qərar qəbul edilməmişdir. 22.02.2018-ci il tarixində atasına əlilik dərəcəsi təyin olunduqdan sonra belə yenidən unversitetə rəsmi müraciət edilsədə unversitet tərəfindən onu ödənişli təhsildən azad edilməyi barədə heç bir qərar və əmr verilməmişdir. Lakin lazımı orqanlara və təhsil nazirliyinə etdiyi şikayət ərizəsindən sonra unversitet rəhbərliy 15 Noyabr 2018-ci il tarixində onun təhsil haqqından azad edilməyi barədə əmr vermişdir ki, bu da atası Nümayəndə2 22.02.2018-ci il tarixdə əlil olduqdan 9-ay sonra verilmiş əmrdir. Bununla yanaşı yenidən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə əmrin ləğv edilməsi barədə etdiyi müraciətinə 11 Oktyabr 2021-ci il tarixində verilmiş savadsız və qərəzli cavab Azərbaycan Respublikası qanunları ilə ziddiyət təşkil edir. Belə ki, verilmiş cavabda qeyd edilir ki Sizin iddianız əsasında çoxsaylı məhkəmə prosesləri təyin edilmişdir ki, buda belə bir hal və fakt yoxdur. Əgər çoxsaylı məhkəmə prosesləri olsaydı Məhkəmə tərəfindən iddia üzrə hər hansı bir qərar qəbul edilə bilərdi. Qeyd edərək bildirir ki, atası Nümayəndə2 22.02.2018-ci il tarixindən 2-ci X2 əlilidir, atası əlil olduğu halda belə universitet tərəfindən ondan əlavə 700 manat vəsait alınmışdır ki, bu da onun ailə vəziyyəti üçün ağır olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı Universitetə 31.10.2021-ci il tarixdə ərizə ilə müraciət edib. Bundan sonra tərəflərindən sənədlər toplanmış və əmr qəbul edilmişdir. Bu kateqoriyadan olan tələbələrin təhsil haqqı dövlət tərəfindən verilir və dövlət tərəfindən daha çox ödəniş edilir. Tələbə müraciət etdikdən sonra ödənişlərdən azad edilir. Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, tələbənin atasının əlilliyi təyin olunduğu tarixindən tələbə təhsil haqqından azad olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmiş, lakin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 22.02.2018-ci il tarixli müayinə barədə məlumatından görünür ki, Nümayəndə2 üzvi hallyüsinoz, baş beyinin üzvi xəstəliyi (travmatik mənşəli), nəticəsində psixi pozuntular, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi,psixopata bənzər davranış pozuntuları diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının 15.11.2016-cı il tarixli, 51 saylı qərarından görünür ki, Nümayəndə2 sol əlin ovuc nahiyəsindən tış tərəfə çıxan güllə yarası, sol baldırın yuxarı 3/1-in qəlpə yarası, alın-təpə nahiyəsində qəlpə yarası, kəllə-beyin travması diaqnozu qoyulmuş və hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 24.05.2018-ci il tarixli 010442 nömrəli vəsiqənin surətindən görünür ki, Nümayəndə2 müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nümayəndə2 ünvanladığı 11.10.2021-ci il tarixli 11-01/375 saylı məktubunda qeyd olunur ki, təsdiqedici sənədləri təqdim edənə və təhsil haqqı ödənişindən azad olunana qədər qızı Nəsibova İddiaçı 1400 (min dörd yüz) manat miqdarında təhsil haqqı borcu yaranmışdır. Mövcud qanunvericiliyə əsasən tələbənin təhsil problemlərinin yaranmaması üçün həmin borcun ödənilməsi vacibdir İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nümayəndə2 ünvanladığı məktubda qeyd olunur ki, Sizin Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlər zamanı əlil olmağınız haqqında sənədlər və qızınız İddiaçı ərizəsi ADMİU-ya 2018-ci ildə daxil olduğu üçün onun təhsil haqqı ödəməkdən azad olunması müracit etdiyin vaxtdan həyata keçirilir. İş materiallarında olan 20.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15.11.2018-ci il tarixli 2/276 saylı əmrə əsasən imtiyazlı tələbə olduğu üçün təhsil haqqından azad edilmişdir və cəmi 1400 manat qalıq borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 15.11.2018-ci il tarixli 2/276 saylı təhsil haqlarının ödənilməsindən azad olunma haqqında əmrin surətindən görünür ki, İddiaçı qanuna uyğun olaraq təsdiqləyici sənədləri təqdim etdiyi vaxtdan sonrakı dövr üçün təhsil aldığı müddətdə təhsil haqqından azad edilmişdir. İş materiallarında olan Nümayəndə2 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ünvanladığı məktubun surətindən görünür ki, qızı İddiaçı ödənişli təhsildən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2016-cı il tarixdə X3 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanı nəticəsində topladığı balla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakultəsinin Solo oxuma ixtisasına bakalavr səviyyəsinə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla daxil olmuş, tərəflər arasında müvafiq müqavilə bağlanmış və illik təhsil haqqı 1800 manat olmaqla 2016/2017-ci tədris ili üçün 1800 manat, 2017/2018-ci tədris ili üçün 700 manat ödəniş həyata keçirilmişdir. İşin materiallarından görünür ki, iddiaçının atası Nümayəndə2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı əlil olmuşdur. Ona üzvi hallyüsinoz, baş beyinin üzvi xəstəliyi (travmatik mənşəli), nəticəsində psixi pozuntular, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi,psixopata bənzər davranış pozuntuları diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 22.02.2018-ci il tarixli müayinə barədə məlumatı ilə təsdiq edilir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəf Nümayəndə2 ərizəsi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 15.11.2018-ci il tarixli 2/276 saylı təhsil haqlarının ödənilməsindən azad olunma haqqında əmri ilə İddiaçı qanuna uyğun olaraq təsdiqləyici sənədləri təqdim etdiyi vaxtdan sonrakı dövr üçün təhsil aldığı müddətdə təhsil haqqından azad etmiş, lakin əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etməməsinin səbəbi kimi iddiaçının həmin dövr üzrə atasının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəbi ilə əlil olmasını təsdiq edən sənədləri universitetə təqdim etməməsinə istinad etmişdir. İddiaçı isə təhsil haqqından azad olunmasının atası Nümayəndə2 Qarabağ müharibəsi əlili təyin olunduğu 22.02.2018ci il tarixindən hesablanması vəzifəsinin Mədəniyyət və İncəsənət Universitetinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1 bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi- həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən hərbihəkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarını çıxardır. Bu qərarın çıxarılmasına aid olan hallardan biri də şəhadətləndirilən şəxsin xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almasıdır. Belə ki, işin araşdırılmış sübutları ilə tam təsdiq edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamının təsiri altına düşür və belə olan halda cavabdeh İddiaçı əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etmək üçün qeyd edilən sənədlərin təqdim edilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27.12.2002-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. XXX İddiaçı təhsil haqqından azad olunmasının atası Nümayəndə2 Qarabağ müharibəsi əlili təyin olunduğu 22.02.2018-ci il tarixindən hesablanması vəzifəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar