Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3691/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən olunması barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən olunması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 264 kv m torpaq sahəsinin ayrılmasına dair protokolda qeyd olunan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci ünvan 2 ünvanında yerləşən 264 kv m torpaq sahəsinin X4 məxsus olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi prosesin gedişində dəqiqləşmə ilə bağlı ərizə verərək, ünvan 3 ünvanında yerləşən, xx.xx.1954-cü il tarixli 79 saylı prokotol əsasında mərhum babası X5 ayrılan ümumi sahəsi 264 kv.m. olan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də yerləşən ərazi olması və mərhum X5 məxsus olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum babası X3 miras qalmış Yasamal Rayonu X.Q.Mustafayev küməsi 43 ünvanında yerləşən 180 saylı torpaq sahəsində yerləşən 304 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə cavabdeh baxaraq hüququn qeydiyyata alınmasından imtina etmiş və imtina səbəbi olaraq torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsada, faktiki göstərilən ərazi keçmiş 5-ci Yasamal küçəsində yerəşməsini qeyd etmişlər. Babası öldükdən sonra Yasamal rayon ərazisində yerləşən Notariat ofisinə mərhum atası X2 müraciət edərək vərəsəlik işi açdırmış və həmin ərazidə yerləşən torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi alaraq miras əmlakı qəbul etmişdir. Mərhum babasının adına çıxarış alınan torpaq sahəsinə bitişik olan ikinci torpaq sahəsinin sənədinin olması ilə bağlı məlumatı yaxın bir müddətdə bilmiş və notariat ofisinə vərəsələr müraciət etmiş və biidirmişər ki, mərhumun vərəsəsi olaraq atası bu hüquqa malikdir və miras əmlakı qəbul edə bilər. Atası mübahisəli mülkə dair vərəsəlik işi açsa da, vaxtsız ölümü miras əmlakın qəbuluna imkan verməmiş və notarius onu vərəsə kimi tanıdığı üçün bu məsələ ilə əlaqədar hüquq müstəvisi çərçivəsində hərəkət edir. Mərhum ölmədən öncə müraciət edərək miras əmlakı qəbul etdiyini bildirmiş və sənədlər daşınmaz əmlaka göndəriləndə imtina səbəbi olaraq faktiki göstərilən ərazinin keçmiş 5-ci Yasamal küçəsində yerləşdiyi və protokol sahəsində 2-ci Yasamal küçəsində ayrıldığını qeyd etmişlər. Bu sənəd əsasında mərhumun iki sənədi olmuş və bunun əsasında mülkün bir hissəsnə dair çıxarış alınmış və həmin çıxarışı ərizəyə əlavə edir. Daşınmaz əmlaka müraciət edən mərhum atası olmuş və həmin məsələni mtibahisələndirə bilməmiş, və notariusda vərəsəlik işi üzrə o vərəsə kimi tanındığı üçün . imtina müddətini ötürmədiyi və gələcəkdə eyni mövzulu cavablar alacağını bildiyi üçün məhkəmədə atasının vərəsəsi olaraq ərizə verir və vərəsə kimi tanınmasını təsdiq edən Bakı şəhər 19 saylıı Notariat ofisinin məktubunun surətin ərizəyə əlavə edir. Həmin ünvanın adlandırılmasının sonradan dəyişdirilməsi vətəndaşın hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin torpaq sahəsinin bir hissəsini də özəlləşdirilərkən ünvan imtinada qeyd olunan ünvan olmuşdur. Bundan başqa həmin sənədlər Xalq Deputatları tərəfindən verildiyi və həmin qurum fəaliyyət göstərmədiyi üçün bu məsələnin məhkəmə qaydasında tənzimlənməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli, 79 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışdan görünür ki, X9 2-ci ünvan 6 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 234 saylı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli, 84 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışdan görünür ki, X9 ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 180 saylı torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin Bakı şəhər ərazi idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 462 saylı məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş 1912-ci il təvəllüdlü X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı nəvəsi Ərizəçi tərəfindən müraciət daxil olmuş, ərizə əsasında xx.xx.2017-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə işlərinin aparılması üçün Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 304 kv/m olan torpaq sahəsinə dair mərhum X8 adına çıxarış və texniki pasport verilməsi xahiş olunur. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********57 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X7 miras qalmış ünvan 11 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmış və bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər sahə ilə eyni ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində göstərilən ərazi ümumi istifadədə olan yolun bir hissəsidir. Yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 264 kv.m. qeyd olunsa da, faktiki olaraq 241 kv.m təşkil edir. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki göstərilən ərazi keçmiş 5-ci Yasamal küçəsində yerləşir... Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hüquqların qeydiyyatından imtina edilmişdir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 3 ünvanında yerləşən, xx.xx.1954-cü il tarixli 79 saylı prokotol əsasında mərhum X5 ayrılan ümumi sahəsi 264 kv.m. olan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də yerləşən ərazi olması və mərhum X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3691/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3691/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver