Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3694/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi X7, Cavabdeh7, Cavabdeh8 etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın cavabdehlər Cavabdeh5, Quliyev Ağabala Həsrətqulu oğlu, Cavabdeh12, Cavabdeh7, Cavabdeh8, Əsədov Bəhram Ramazan oğlu və X16 qarşı "kommunal xidmətə görə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MTK cavabdehlər Cavabdeh5, Quliyev Ağabala Həsrətqulu oğlu, Cavabdeh12, Cavabdeh7, Cavabdeh8, Əsədov Bəhram Ramazan oğlu və X16 qarşı "kommunal xidmətə görə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 1028,31 manat kommunal borcunun;Cavabdeh2 927,68 manat kommunal borcunun;Cavabdeh3 1520,15 manat kommunal borcunun; Cavabdeh4 qızından 1072,20 manat kommunal borcunun; cavabdeh X6 1567,70 manat kommunal borcunun; cavabdeh Quliyev Ağabala Həsrətqulu oğlundan 1236,0 manat kommunal borcunun; Cavabdeh12 2738,63 manat kommunal borcunun; Cavabdeh7 1986,88 manat kommunal borcunun, Cavabdeh8 1632,79 manat kommunal borcunun; cavabdeh Əsədov Bəhram Ramazan oğlundan 1957,68 manat kommunal borcunun, Cavabdeh10 1035,88 manat kommunal borcunun, cavabdeh X11 2827,04 manat kommunal borcunun, cəmi 19531,0 (on doqquz min beş yüz otuz bir) manat məbləğində kommunal borcunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən ünvan 1 ünvanda coxmənzilli (351 ədəd yaşayış mənzili) 2 yaşayış binası inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 591 saylı Sərəncamı ilə təsdiq edilmiş dövlət qəbul komissiyasının Aktına əsasən həmin binalar istismara qəbul edilmişdir. Binalarda məskunlaşma başlasa da, sakinlər qanunvericiliklə onlara verilmiş hüquqlardan və səlahiyyətlərdən istifadə etməyərək binaya kommunal xidməti həyata keçirmək və ümumi əmlakı idarə etmək məqsədi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmadıqları və binanın mühəndis - kommunal avadanlıqlarının istismarına aid cari xidməti müqavilələr İddiaçı MTK ilə bağlanmış olduqları səbəbindən İddiaçı MTK məcbur qalıb sakinlərə kommunal xidmətlərini təşkil etməli olmuşdur. Buna görə də İddiaçı MTK tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı Qərarı ilə müəyyən edilmiş tariflər əsasında hər bir mənzilə kommunal xidmətlərinin və ümumi əmlakın saxlanma xərclərinin həcmi və məbləği müəyyənləşdirilmişdir. Bu məqsədlə cəmi bina üçün hesablanmış kommunal xidmətlərinin dəyərinin ümumi məbləği istifadədə olan cəmi sahələrə bölünmüş, hər bir yaşayış və qeyri yaşayış sahəsinin tikinti müqaviləsi üzrə göstərilmiş sahəsinə düşən bir kv.metrinə uyğun aylıq kommunal xidmət haqqının və əmlak saxlama xərclərinin dəyəri əvvəl 34 qəpik, xx.xx.2019-cu il tarixdən isə 28 qəpik olmaqla təyin edilmişdir (misal , 78,0 kv.metr sahəsi olan mənzil üçün aylıq kommunal xidmət haqqının dəyəri 78,0 kv.metr x 0,34 manat = 26 manat 52 qəpik təşkil etmişdir). Bununla bağlı, MTK tərəfindən bina sakinlərinin kommunal xərclərlə bağlı ümumi yığıncağı çağırılmış və onun Qərarı əsasında MTK sədrinin müvafiq Əmri verilmiş, bütün sahə mülkiyyətçilərinin, ocümlədən cavabdehlərin mülkiyyətində və ya istifadəsində olan sahələr üçün kommunal xidmət haqqı hesablanmış, paylı mülkiyyətdə olan ümumi əmlakın saxlanılması barədə hər bir üzvün üzərinə düşən xidmət haqqı öhdəliyi təyin edilmişdir. Həmin vaxtdan sakinlərin,o cümlədən cavabdehlərin fasiləsiz kommunal xidmətləri ilə (zibil daşınması, 6 ədəd liftlərin daimi işləməsi üçün texniki xidməti, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə,abadlıq, cari təmir və s.) təmin olunmuşlar. Baxmayaraq ki, sakinlər tərəfindən üzərlərinə düşən öhdəliklə bağlı ödənişlər uzun müddət qismən və yaxud cox cüzi həcmdə ödənilsə də MTK rəhbərliyi daxili borclar hesabına illərdir həmin xidmətlərin həcmini tam şəkildə ödəmiş və binanın kommunal xidmətləri ilə təmin edilməsi fasiləsiz şəkildə aparılmış və hal-hazırda da aparılır. Lakin bir sıra sakinlərin, o cümlədən cavabdehlərin kommunal ödənişlərini qismən və ya tam şəkildə uzun müddət ödəməkdən boyun qaçırması İddiaçı MTK-ya külli miqdarda maddi ziyan vurmuş, ümumi əmlakın qorunmasına,saxlanmasına, istismarına,təhlükəsizliyinə real təhlükə yaratmışlar. Belə ki, hər ay kommunal xidmət yığımının az olması səbəbindən sakinlərin üzərinə düşən aylıq kommunal ödənişlərinin ödənilməyən hissəsinə görə MTK təsisçiləri tərəfindən məcburiyyət qarşısında külli həcmdə pul məbləğləri ödənilmişdir. Borclu sakinlərdən daxil olası məbləğin ödənilməsi üçün onlara dəfələrlə yazılı və şifahi bildiriş-xəbərdarlıq edilsədə heç bir nəticəsi olmamışdır. Nəticədə bu hal kommunal xidmətə görə hesablanmış vəsaiti vaxtında və tam ödəyən digər sakinlərin haqlı narazılığına, onların paylı mülkiyyətdə qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş, İddiaçı MTK-nm külli miqdarda borclanması hesabına maliyyə vəziyyəti xeyli pisləşmişdir. Hal- hazırda sakinlərdən, o cümlədən cavabdehlərdən daxil olası vəsaitindebitor borclarının ödənilməməsi səbəbindən bu sahədə ciddi problemlər yaranmağa başlayıb,MTK tərəfindən binada cari təmir,abadlıq və bərpa işlərinin vaxtında aparılmasında ciddi çətinliklər yaranmış, iddiaçının büdcəsinə xeyli miqdarda zərər vurulmuş,vergi orqanları ilə məhkəmə mübahisəsi yaranmış və MTK rəhbərliyinin hüquqları məhdudlaşdırılmış,müəssisənin bank hesablarına həbs qoyulmuş və nəhayət binanın istismarına dair təmir-profılaktik xərcləri artmışdır ki, bu da mövcud ümumi əmlakın vaxtından əvvəl dağılmasına real şərait yaradır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin imzaladığı xx.xx.2018-ci il tarixli, 1395-VQD saylı Qanuna əsasən kommunal xidmətinin haqqının vaxtında ödənilməməsi İnzibati Xəta hesab olunur (İXM, maddə 393-1.4) və ödənilməyən məbləğin 100% - dən - 150% - dək cərimə tətbiq edilir. Beləliklə, hesab edir ki, cavabdehlərin ödəməli olduqları aylıq kommunal xidməti haqqı məbləğinin vaxtında və tam ödənilməməsi İddiaçı MTK -nın fəaliyyətinə və yaşayış binalarının ümumi əmlakının vaxtından əvvəl xarab olmasına səbəb olmaqla zərər yaradır, kommunal-mühəndis avadanlıqların istənilən zaman sıradan çıxaraq fövqaladə hallar yaratmasına səbəb ola bilər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 1567,70 manat kommunal borcunun; cavabdeh Quliyev Ağabala Həsrətqulu oğlundan 1236,0 manat kommunal borcunun; Cavabdeh12 2738,63 manat kommunal borcunun; Cavabdeh7 1986,88 manat kommunal borcunun, Cavabdeh8 1632,79 manat kommunal borcunun; cavabdeh Əsədov Bəhram Ramazan oğlundan 1957,68 manat kommunal borcunun, cavabdeh X11 2827,04 manat kommunal borcunun, cəmi 13946,72 manat məbləğində kommunal borcunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Şahbazov Mehman iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. O, həmçinin MTK ilə iş üzrə cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh3 arasında razılıq əldə olunduğunu, razılıq əsasında Barışıq sazişinin tərtib olunduğunu bildirərək, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 MTK iddia müddətinin tətbiqinə dair ərizə verərək, bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan iddiaçının xeyrinə 1986.88 (min doqquz yüz səksən altı manat səksən səkkiz qəpik) AZN məbləğində kommunal borcun tutulmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci ildə imzalanmış "Mənzil Üzərində Olan X20 Saziş"-ə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi ilə Talıblı küçəsinin kəsişməsində inşa edilən 1 girişli binadakı 9 nömrəli mənzil (Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, giriş 1, mənzil 9) "xxxx" MTK tərəfindən mərhum həyat yoldaşı X1. İlk öncə onu bildirmək istəyir ki, nə mərhum həyat yoldaşı X5 ilə nədə onunla (yoldaşı dünyasını dəyişəndən sonra qanuni vərəsə kimi 3 saylı ASAN xidmət tərəfindən mənə verilən ********** nömrəli çıxarış əsasında artıq həmin mənzilin mülkiyyətçisidir) kommunal xidmətlərin göstərilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Belə olan halda, onlarla "xxxx" MTK arasında öhdəliklər yaranmamış və "xxxx" MTK – nın cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmamışdır. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, "xxxx" MTK tərəfindən binaya kommunal xidmətlər göstərilməyib, buda haqlı olaraq bina sakinlərinin daima narazılıqlarına səbəb olub. Ən əsası məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı "xxxx" MTK iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İlkin olaraq, onunla "xxxx" MTK arasında hər hansı müqavilə mövcud olmadığından həmçinin qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi təmin oluna bilməz. Odur ki, xx.xx.2012-ci il tarixli "Mənzil Üzərində Olan X20 Saziş"- ə əsasən iddiaçı "xxxx" MTK - ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi ilə Talıblı küçəsinin kəsişməsində inşa edilən 1 girişli binadakı 9 nömrəli mənzilə görə kommunal borcun ödənilməasi tələbi qanunsuz və əsassız olduğundan, eləcədə müqavilə tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxıldığından iddia tələbi təmin edilməməlidir. Xahiş etdi ki, iddiaçi "xxxx" MTKnın iddiasi qanunsuz və əsassiz olduğundan həmçinin iddia müddəti ötürüldüyündən rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Onu da qeyd etdi ki, MTK ilə cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını, iş üzrə həmin cavabdehlərə münasibətdə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh8 etibarnamə üzrə nümayəndəsi İsbəndərov Amid iddia müddətinin tətbiqinə dair ərizə verərək, bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 1632.79 (min altı yüz otuz iki manat yetmiş doqquz qəpik) AZN məbləğində kommunal borcun tutulmasım xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci ildə imzalanmış "Mənzil Üzərində Olan X20 Saziş"-ə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi iləTalıblı küçəsinin kəsişməsində inşa edilən 1 girişli binadakı 12 nömrəli mənzil (Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus B, giriş 1. mənzil 12) "xxxx" MTK tərəfindən onunla kommunal xidmətlərin göstərilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Belə olan halda, onunla "xxxx"xxxx" MTK-nın cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmamışdır. İkinci əsas səbəb İddiaçı tərəfindən inşa edilən mənzilin 2015-ci ilin yanvar ayında heç bir səbəb olmadan tavanı uçmuşdu. Nəticədə ona və ailəsinə həm maddi, həm də mənəvi cəlıəddən külli miqdarda ziyan dəymişdi. Ziyan nəticəsində həyat yoldaşı Cavabdeh8 hamiləlik vaxtı ciddi sarsıntı keçirmişdi. Nəticədə 2015-ci ilin iyul ayının 11-də dünyaya gələn oğlu X12 hər iki gözünün tutulmasına səbəb olmuşdu. Həmin ildən 2019-cu ilə kimi övladının müalicələrinə külli miqdarda vəsait xərcləmişdir. 2016, 2017, 2018-ci ildə övladı Sadiq İsbəndərov 3 dəfə göz əməliyyatına saldırmışdır. Bununla belə, həmin illərdə yaranan probelmə görə, o və həyat yoldaşı Cavabdeh8 işləmək imkanları da ciddi şəkildə məhdudlaşmışdı. Bu məna da külli miqdarda vəsait itirmişdilər. Digər bir tərəfdən həyat yoldaşının da müalicələrinə xərclər çəkiİib. Sual oluna bilər ki, bu günədək "Laguna” Mənzil Tikinti Kooperativi barəsində nəyə görə iddia qaldırmayıblar. Cavab olaraq deyirlər ki, buna vaxtlarə və imkanları olmayıb. Digər bir tərəfdən İddiaçı rəhbəri Fuad müəllim onlara o vaxtı dəyən zərərə görə, kommunal ödənişlərdən azad edilməklərini dedi. Həmçinin onların evin təmirinə cüzi maliyyə (800 manat təmir pulu, birdəki tikinti materialları) verdi. Onlar qış ayı olduğu üçün evi biraz təmir etdilər. Qalan tikinti materiallarını binanın eyvanında saxladılar. Həmin tikinti materiallarını da "Laguna” Mənzil Tikinti Kooperativinin o vaxtkı Zaur adlı əməkdaşı onların xəbəri olmadan oradan götürərək yoxa çıxardı. Onların başı həmin illər sosial problemlərə qarışdığı üçün ailələrinə "xxxx" MTK tərəfindən olunan haqsızlığa cavab verə bilmədilər. 2019-cu ilin iyul ayında da evi öz hesablarına təmir etdilər. Həmin ilin noyabr ayından binanın şaxtasında yararnan problemlər nəticəsində evlərini yenidən su basdı. Demək olar ki. evin aboyları hamısı töküldü. Hazırda da həmin vəziyətdə evdə yaşayırlar. Həmin vaxtı da video görüntü çəkilərək Fuad müəllimə göndərildi. O isə əmin etdi ki, baş verən hadisə qəza nəticəsində olub. Məsələ həllini tapacaq və sonradan heç bir tədbir görülmədi. 2022-ci ildən isə yenidən onlardan kommunal ödənişlərin ödənilməsi tələb edildi. O isə "xxxx" demişdir. MTK ilə aralarında müqavilə olarsa hər aylığın ödənişini tam şəkildə və sakinlərin müəyyənləşdirdiyi qiymətlər əsasında ödəməyə hazırdır. Onlar da bu tələblə razılaşıblar. Həmin ildən də iki ildən çox keçməsinə baxmayaraq, şirkət onlarla müqavilə bağlamaqdan yayınır. Ən əsası məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı "Laguna” MTK iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İlkin olaraq onunla "xxxx" MTK arasında hər hansı müqavilə mövcud olmadığından həmçinin qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi təmin oluna bilməz. O, həmçinin MTK ilə digər cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh3 ilə barışıq sazişinin təsdiq olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh5 vəkili və onun nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, işə onunla cavabdehin iştirakı olmadan baxılaraq, mülki iş üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli Sazişə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi ilə Talıblı küçəsinin kəsişməsində inşa edilən 1 girişli binadakı 57 nömrəli mənzil (Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, mənzil 57) "xxxx" MTK tərəfindən Cavabdeh5 satılmışdır. Cavabdeh5 "xxxx" MTK ilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmamışdır. Belə olan halda, tərəflər arası öhdəliklər yaranmamış və “LAGUNA" MTK-nın cavabdehə qarşı iddia tələbi irəli sürmək hüququ yaranmamışdır. İkinci tərəfdən, "xxxx" MTK binaya kommunal xidmətlər göstərməyib, buda bina sakinlərinin daim narazılığına səbəb olub. Üçüncü tərəfdən, artıq üç ildir ki, Cavabdeh5 yuxarıda qeyd olunan mənzili satıb və X3 mənzilin mülkiyyətçisidir. Dördüncü tərəfdən, məhkəmə iclasında iddiaçının nümayəndəsi suala cavab bildirmişdir ki, güya Cavabdeh5 2016, 2018, 2020-ci illər üzrə borcu yaranmış və həmin borca dair sübutlar iddia ərizəsinə əlavə etmişdir. Lakin, mülki işin sənədlərinə baxış keçirən zaman, borcun olmasına dair hərhansı bir sənədin, sübutun və ya heçolmasa cavabdehin adına borcun olması barədə bildirişin verilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Ən əsası isə iddiaçı "xxxx" MTK iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İlkin olaraq tərəflər arasında hər hansı müqavilə mövcud olmadığından, həmçinin, qanunvericilikdə qeyd edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi təmin oluna bilməz. Odur ki, xx.xx.2012-ci il tarixli Saziş əsasında iddaçı LAGUNA" MTK-ya məxsus, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi ilə Talıblı küçəsinin kəsişməsində inşa edilən 1 girişli binadakı 57 nömrəli mənzil görə kommunal borcun ödənilməsi tələbi qanunsuz və əsassız olduğundan, eləcə də müqavilə tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxıldığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh12 izahatında bildirmişdir ki, iddiaçı Laguna MTK-a ilə heç bir əlaqəsi olmayıb. O sözügedən ünvandakı mənzili Dövlət Neft Şirkəti orada layiqli mütəxəsis kimi 3 il ərzində çalışdığı üçün əldə etmişdir. Onun kommunal borclara dair heç bir xəbəri yoxdur. Buna baxmayaraq MTK-nın sədri Fuad müəllimə bildirmişdir ki, son 3 il üçün olan borcunu birdəfəlik ödəmək istəyir, onunla barışıq olunsun. Barışıq əldə etməyə çalışsa da buna nail ola bilməmişdir. O, məhkəmədən 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İzahatında qeyd etdikləri barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəməmişdirlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanda yaşayan sakinlərin kommunal pulu ödənişləri üzrə borclarına əsasən Cavabdeh5 1567,70 manat; Quliyev Ağabala Həsrətqulu oğlunun 1236,0 manat; Cavabdeh12 2738,63 manat; Cavabdeh7 1986,88 manat; Cavabdeh8 1632,79 manat; Əsədov Bəhram Ramazan oğlunun 1957,68 manat; X15 2827,04 manat məbləğində kommunal borcu mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 591 saylı sərəncamına əsasən İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş 2 ədəd 17 mərtəbəli yaşayış binaları Dövlət qəbul komissiyasının Aktına əsasən istismara qəbul edilmişdir. "xxxx" MTK-nın Mənzil-Kommunal Xidməti üçün Mədaxil qəbzlərinin məcmusundan görünür ki, X17 tərəfindən kommunal xidmətlərə görə ümumilikdə MTK-ya 2907,52 manat məbləğində pul ödənilmişdir. AN-İ seriyalı, ******* saylı, 27 sentyabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, 57 saylı mənzil Cavabdeh5 tərəfindən X2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1087.1-ci maddəsinə əsasən Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MTK üzvlərinin ümumi iclasının 30 aprel 2013-cü il tarixli, 10 saylı protokolu ilə yaşayış binalarının saxlanılması, habelə müxtəlif növ xidmətlərlə təmin edilməsi üçün aylıq kommunal xidmət haqqının və əmlak saxlama xərclərinin dəyəri yaşayış və qeyri-yaşayış sahəsinin tikinti müqaviləsi üzrə göstərilmiş sahəsinə düşən bir kv.metrinə uyğun olaraq, 34 qəpik müəyyən edilmiş, daha sonra bu məbləğ 28 qəpik müəyyən edilmişdir. Ümumi yığıncağın qərarı əsasında müvafiq əmr verilmişdir. MTK tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X14 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə cavabdehlərin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. Cavabdehlərdən Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh12 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verərək, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə hazırki tələb üzrə iddia müddətini tətbiq edərək, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etdiyi vaxtdan 3 il qabaqki dövrədək yaranmış borcun həmin cavabdehlərə münasibətdə rədd edilməsini məqsədəmüvafiq olduğunu hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Odur ki, Cavabdeh7 iddiaçının hazırki tələblə məhkəməyə müraciət etdiyi vaxtdan son 3 il ərzindəki (01 may 2024-cü il tarixədək) borcu 1086,32 manat təşkil edir. Cavabdeh8 iddiaçının ha zırki tələblə məhkəməyə müraciət etdiyi vaxtdan son 3 il ərzindəki (01 may 2024-cü il tarixədək) borcu 692,24 (altı yüz doxsan iki manat iyirmi dörd qəpik) manat təşkil edir. Cavabdeh12 iddiaçının hazırki tələblə məhkəməyə müraciət etdiyi vaxtdan son 3 il ərzindəki (01 may 2024-cü il tarixədək) borcu 888,76 (səkkiz yüz səksək səkkiz manat yetmiş altı qəpik) manat təşkil edir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh5 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, 57 saylı mənzili satdığından, xx.xx.2024-cü il tarixdən 27 sentyabr 2022-ci il dövr üzrə borcu 372,54 (üç yüz yetmiş iki manat əlli dörd qəpik) manat təşkil edir. Digər cavabdeh Quliyev Ağabala Həsrətqulu oğlunun MTK-ya borcu 1236 (bir min iki yüz otuz altı) manat, habelə cavabdeh Əsədov Bəhram Ramazan oğlunun MTK-ya borcu 1957,68 (bir min doqquz yüz əlli yeddi manat altmış səkkiz qəpik) manatdır. Məhkəmə cavabdeh İbadov Rakifə münasibətdə qeyd edir ki, onun məhkəməyə təqdim etdiyi Mənzil-Kommunal Xidməti üçün Mədaxil qəbzlərinin məcmusundan görünür ki, sonuncunun MTK-ya borcu yoxdur. Odur ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı "xxxx" MTK ilə hər biri ilə ayrı-ayrılıqda olmaqla, cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh4 qızı, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi təsdiq edilərək, mülki işin icraatına həmin cavabdehlərə münasibətdə xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh7 kommunal xidmətə görə yaranmış 1086,32 (bir min səksən altı manat otuz iki qəpik) manat borc; Cavabdeh8 kommunal xidmətə görə yaranmış 692,24 (altı yüz doxsan iki manat iyirmi dörd qəpik) manat borc; Cavabdeh5 kommunal xidmətə görə yaranmış 372,54 (üç yüz yetmiş iki manat əlli dörd qəpik) manat borc; cavabdeh Quliyev Ağabala Həsrətqulu oğlundan kommunal xidmətə görə yaranmış 1236 (bir min iki yüz otuz altı) manat borc; cavebdeh Cavabdeh12 kommunal xidmətə görə yaranmış 888,76 (səkkiz yüz səksək səkkiz manat yetmiş altı qəpik) manat borc; cavabdeh Əsədov Bəhram Ramazan oğlundan kommunal xidmətə görə yaranmış 1957,68 (bir min doqquz yüz əlli yeddi manat altmış səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməli; iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, Quliyev Ağabala Həsrətqulu oğlu, Cavabdeh12 və Əsədov Bəhram Ramazan oğluna qarşı "kommunal xidmətə görə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh7 kommunal xidmətə görə yaranmış 1086,32 (bir min səksən altı manat otuz iki qəpik) manat borc; Cavabdeh8 kommunal xidmətə görə yaranmış 692,24 (altı yüz doxsan iki manat iyirmi dörd qəpik) manat borc; Cavabdeh5 kommunal xidmətə görə yaranmış 372,54 (üç yüz yetmiş iki manat əlli dörd qəpik) manat borc; cavabdeh Quliyev Ağabala Həsrətqulu oğlundan kommunal xidmətə görə yaranmış 1236 (bir min iki yüz otuz altı) manat borc; cavebdeh Cavabdeh12 kommunal xidmətə görə yaranmış 888,76 (səkkiz yüz səksək səkkiz manat yetmiş altı qəpik) manat borc; cavabdeh Əsədov Bəhram Ramazan oğlundan kommunal xidmətə görə yaranmış 1957,68 (bir min doqquz yüz əlli yeddi manat altmış səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3694/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3694/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver