Məhkəmə qərarları › İş №2(004)-3715/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3715/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3715/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu Ç.Mustafayev küçəsi, ev 110, 8 saylı mənzili xx.xx.2012-ci il tarixdə cavabdehdən almışdır. Bir neçə ay əvvəl isə yaşayış yeri üzrə arayış alarkən məlum olmuşdur ki, evin əvvəlki sahibi qeydiyyatdan çıxmayıb. Hazırda Avstriyada yaşayan cavabdeh tezliklə Bakiya gələcəyinə və bu zaman qeydiyyatdan çixacağına söz versə də, məlum pandemiya vəziyyəti ilə bağlı bu mümkün olmamış və yaxın müddətdə mümkünsüzdür. xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nə yazılı müraciətinə verilən 091-214477-3220 nömrəli cavabla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Proses gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 110, 8 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehin ünvanına göndərilmiş bildirişin 42 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən alındığı iş materialları ilə təsdiq olunur. Bildirişin üzərində “Bu ünvanda yaşamər, harada yaşaması barədə MKİS-də məlumat yoxdur.” sözləri qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1,152.1,152.5, 385.1, 386.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 110, 8 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2012-ci il tarixli notariat qaydasında təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 110, 8 saylı mənzil satıcı Səmədzadə (Qasımova) Könül Fəxrəddin qızı tərəfindən alıcı İddiaçı satılmışdır. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş AR DİN yaşayiş yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qeyd edilən ünvanda qeydiyyatdadır. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, satıcının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi başa düşülməlidir. Müvafiq müqavilə üzrə icra natamamdır. Cavabdehin mənzilə olan istifadə hüququ formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 110, 8 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar