Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-373/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Rəhı̇ mzadə Rauf Oqtay oğlunun iştirakı, İddiaçı "xxxx" QSC BOKT-nin cavabdeh Rəhı̇ mzadə Rauf Oqtay oğluna qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" QSC BOKT cavabdeh Rəhı̇ mzadə Rauf Oqtay oğluna qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, ərizənin təmin edilməsini, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Barışıq sazişinin şərtlərinə görə: Bir tərəfdən, "xxxx" QSC BOKT-nin nümayəndəsi Nümayəndə və digər tərəfdən xx.xx.1963-cü il tarixində Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq aşağıdakılar barəsində razılığa gələrək hazırkı Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) imzaladılar.
1. Tərəflər razılaşırlar ki, bu Sazişlə tərəflər arasında bağlanılmış 03/19-RK-ABB saylı, xx xxxxxx 2019-cu il tarixli kredit borcunun restrukturizasiyasına dair müqavilə qüvvədən düşmüş sayılmaqla Cavabdeh bu Sazişin 1.4-cü bəndində istənilən ödənişi nəzərə alınmamaqla onun borcunun məbləği “xxxx” ASC-dən ötürülmüş 582.218,79 manat məbləğində müəyyən edilir. Tərəflər Cavabdeh İddiaçı QSC-yə olan həmin kredit borcunun olduğunu qəbul və etiraf edirlər.
2. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki aşağıdakı əmlaklar: - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 24 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 23 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 27,0 kv.m olan 32 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, bina 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,04 kv.m olan 50 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,9 kv.m olan 42 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,9 kv.m olan 41 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 29,7 kv.m olan 9 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 24,1 kv.m olan 47 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 23,4 kv.m olan 12 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 24,1 kv.m olan 46 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 29,7 kv.m olan 27 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 37 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 23,4 kv.m olan 13 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934 Bakı şəhəri, Sadıqcan küçəsi 2A, zirzəmi, B-1 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 36 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934 Bakı şəhəri, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 26,5 kv.m olan 16 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,04 kv.m olan 49 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, bina 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 26 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 25 saylı qaraja yönəldilməsinə, yuxarıda qeyd edilən əmlaklar üzərində Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsinə və İddiaçı QSC-nin həmin əmİaklar üzərində mülkiyyət hüququnun tanınmasına, həmin əmlaklar üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər.
3. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən əmlakların “X1” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəylərinə asən qiymətləndirilmiş 585.000,00 manat dəyəri ilə İddiaçı QSC-yə olan bu Sazişin 2-ci bəndində razılaşdırılan cəmi 582.218,79 manat məbləğində kredit borcu arasında aranan 2.781,21 manat məbləğində fərqlə bağlı tələbdən imtina edir.
4. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən əmlakların Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-nin adına qeydiyyata alınması üçün əsasdır.
5. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür.
6. İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
7. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.
8. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bağlanmış barışıq sazişinin təsdiq edilməsini və və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı "xxxx" QSC BOKT-nin cavabdeh Rəhı̇ mzadə Rauf Oqtay oğluna qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. Tərəflər razılaşırlar ki, bu Sazişlə tərəflər arasında bağlanılmış 03/19-RK-ABB saylı, xx xxxxxx 2019-cu il tarixli kredit borcunun restrukturizasiyasına dair müqavilə qüvvədən düşmüş sayılmaqla Cavabdeh bu Sazişin 1.4-cü bəndində istənilən ödənişi nəzərə alınmamaqla onun borcunun məbləği “xxxx” ASC-dən ötürülmüş 582.218,79 manat məbləğində müəyyən edilir. Tərəflər Cavabdeh İddiaçı QSC-yə olan həmin kredit borcunun olduğunu qəbul və etiraf edirlər.
2. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun ipoteka edmeti olan Cavabdeh mülkiyyətindəki aşağıdakı əmlaklar: - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 24 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 23 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 27,0 kv.m olan 32 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, bina 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,04 kv.m olan 50 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,9 kv.m olan 42 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,9 kv.m olan 41 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 29,7 kv.m olan 9 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 24,1 kv.m olan 47 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 23,4 kv.m olan 12 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 24,1 kv.m olan 46 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 29,7 kv.m olan 27 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, B-l sektoru, ümumi sahəsi 16,8 kv.m olan 37 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-l sektoru, ümumi sahəsi 23,4 kv.m olan 13 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934 Bakı şəhəri, Sadıqcan küçəsi 2A, zirzəmi, B-1 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 36 saylı qaraja;Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934 Bakı şəhəri, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 26,5 kv.m olan 16 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 19,04 kv.m olan 49 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, bina 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 26 saylı qaraja; - Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi 2A, zirzəmi, A-2 sektoru, ümumi sahəsi 16,8 kv.m olan 25 saylı qaraja yönəldilməsinə, yuxarıda qeyd edilən əmlaklar üzərində Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsinə və İddiaçı QSC-nin həmin əmİaklar üzərində mülkiyyət hüququnun tanınmasına, həmin əmlaklar üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına etiraz etməyəcəklər.
3. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən əmlakların “X1” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəylərinə asən qiymətləndirilmiş 585000 manat dəyəri ilə İddiaçı QSC-yə olan bu Sazişin 2-ci bəndində razılaşdırılan cəmi 582218,79 manat məbləğində kredit borcu arasında aranan 2781,21 manat məbləğində fərqlə bağlı tələbdən imtina edir.
4. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən əmlakların Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-nin adına qeydiyyata alınması üçün əsasdır.
5. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür.
6. İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
7. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.
8. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim Orxan Məmmədli