Məhkəmə qərarları › İş №2(004)-3730/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3730/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3730/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı və Cavabdeh1 Cavabdeh2 QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı və Cavabdeh1 Cavabdeh2 QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Hazırki iş üzrə cavabdeh xx.xx.2020-ci il tarixdə Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəməyə vəsatətlə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsində baxılan 2(004)-3730/2019 saylı mülki işin Abşeron Rayon Məhkəməsində baxılan 2(012)- 6/2020 saylı mülki işlə birləşdirilməsi üçün 2(004)-3730/2020 saylı mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əsasən, iddiaçı Cavabdeh2 QSC cavabdehlər X1, İddiaçı, “xxxxxxxxxxx” MMC-nə, X2, X3, X4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan 2(012)-6/2020 saylı bildirişdən görünür ki, iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi Abşeron Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki iş, Abşeron Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilərək, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1 – 43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı və Cavabdeh1 Cavabdeh2 QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” barədə iddiası əsasında 2(004)-3730/2020 saylı mülki işlə Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 QSC cavabdehlər X1, İddiaçı, “xxxxxxxxxxx” MMC-nə, X2, X3, X4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair iddiası əsasında 2(012)-6/2020 saylı mülki iş birləşdirilsin. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-6/2020 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3730/2020 saylı mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar