Məhkəmə qərarları › İş №2(004)-3732/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3732/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3732/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanındakı mənzildən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyimə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 ildən çoxdur ki, məcburi köçkünlər həmin evdə yaşayırdılar və onun bu günədək tələblərinin olmasına baxmayaraq ev ona təhvil verilməmişdir. Həmin şəxslər xx.xx.2024-cü il tarixində öz torpaqlarına köçürülmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan digər məcburi köçkünlər, yəni cavabdehlər 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 138 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən mənzilin qapısına vurulmuş blombu qıraraq evə qanunsuz olaraq daxil olmuş və zəbt etmişlər. Qoşmaya əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 138 saylı Mənzil-Kommunal İstismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan və qoşmaya əlavə edilmiş arayışlardan da göründüyü kimi cavabdehlər evin qapısını qırmış və ona məxsus əmlakı zəbt etmişlər. Beləliklə də, o, Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüququmdan məhrum edildiyi üçün artıq məhkəməyə üz tutmaq qərarına gəldi. Hesab edir ki, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvandakı mənzildən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, 30 ildir ki,həmin mənzildə qalırlar. Şəmi adında qonşuları var idi. Orada qalırdı. Məcburi köçkün olduğu üçün ona ev verildi və sonra köçdü. Mənzilin qapısında plomb var idi. Onlar plombu qopardıb mənzildə yaşamağa başladıla. Bunu etməkdə heç bir pis niyyətləri olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia tələbi əsassızdır və qəbul etmir. Bildirmək istəyir ki,həmin yataqxanananın 3-cü mərtəbəsində yaşayırdılar. Sədaqət xanım ona zəng edib bildirdi ki,evi 5000 manat dəyərinə satıblar. Evi satan şəxs ona zəng edərək, onu narahat edir.Pul tələb edir. Onlara iddiaçı haqqında heç bir məlumat verməyib. Bildirdiklərinə görə ev iddiaçıya məxsus olmayıb. İddiaçı onları heç vaxt narahat etməyibdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Bakı Baş Tikinti” mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 264 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı verilmişdir. 138 saylı Mənzil Kommunal İstsmar Sahəsi tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli aktdan görünür ki, Füzuli rayonundan məcburi köçkünlər, dünən axşam Zahid Xəlilov küçəsi, məhəllə 570, ev 14, yataqxana, otaq 7 ünvanında yerləşən mənzilin qapısını qıraraq, evi zəbt etdilər. Ona görə də təcili mənzil sahibinə, İddiaçı qaytarılaraq, açar təhvil verildi. 138 saylı Mənzil Kommunal İstsmar Sahəsi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 0138 saylı Arayışdan görünür ki, İddiaçı 1993-cü il tarixli order əsasında ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Hazırda mənzil xx.xx.2024-cü il tarixdən Cavabdeh1 tərəfindən zəbt olunubdur. 138 saylı Mənzil Kommunal İstsmar Sahəsi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 0138 saylı Arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdən məcburi köçkün kimi ünvan 2 ünvanında yerləşən mənzili zəbt edib, ailəsi ilə birgə orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil “ünvan 3ən İddiaçı verilmişdir. Mənzildə uzun müddət (30 ilə yaxın) məcburi köçkünlər yaşamış, sonuncuların 13 may 2024-cü il tarixdə öz doğma torpaqlarına köçürülməsindən sonra, 14 may 2024-cü il tarixdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mənzilin qapısı qırılaraq, zəbt edilmişdir. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun müdafiəsini tanıyır. Cavabdehlərin isə mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas yoxdur . Odur ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanındakı mənzildən çıxarılmalı, ünvan 1 ünvanındakı mənzil İddiaçı təhvil verilməli, cavabdehlər tərəfindən İddiaçı mənzilə daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələr aradan qaldırılmalıdır, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanındakı mənzildən çıxarılsınlar. ünvan 1 ünvanındakı mənzil İddiaçı təhvil verilsin. Cavabdehlər tərəfindən İddiaçı mənzilə daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar