Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3745/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Mirzəyev Vüsal Əlövsət oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 247 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanan 247 saylı kredit müqaviləsinə №1 saylı əlavəyə əsasən 8000 (səkkiz min) ABŞ dolları məbləğində kreditin illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Range Rover" markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 247 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli 248 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh2 Əlişah oğlu ilə və Cavabdeh3 ilə həmin tarixdə 248 və 248/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 247 saylı kredit müqaviləsi üzrə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 1222,11 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 15.993,65 (on beş min doqquz yüz doxsan üç ABŞ dolları, 65 sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 248 saylı kredit müqaviləsi üzrə 4500 ABŞ dolları əsas borc, 2218,50 ABŞ dolları faiz borc, 1590 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 693,63 ABŞ dolları, cəmi 9002,13 (doqquz min iki ABŞ dolları, 13 sent) ABŞ dolları borcu yaranmışdır. Göründüyü kimi, cavabdehlər öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 248 saylı kredit müqaviləsi üzrə 4500 ABŞ dolları əsas borc, 2218,50 ABŞ dolları faiz borc, 1590 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 693,63 ABŞ dolları, cəmi 9002,13 (doqquz min iki ABŞ dolları, 13 sent) ABŞ dolları kredit borcunun müştərək qaydadada tutulması; Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 247 saylı kredit müqaviləsi üzrə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 1222,11 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 15.993,65 (on beş min doqquz yüz doxsan üç ABŞ dolları, 65 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması; tutmanın ipoteka predmeti olan “Range Rover” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məlum səbəblərə görə bankda yalnız onun iştirakı olmuşdur. Belə ki, pandemiya ilə bağlı sözü gedən qurumda növbəlilik prinsipinə əsasən iş qrafiki təşkil edilmişdir və həmin vaxtı da, səlahiyyətli şəxslər daima olaraq işdə olmadığından qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraiət edə bilməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Mirzəyev Vüsal Əlövsət oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh1 Agali oğlu ilə “xxxxxxxxxx” ASC arsında xx.xx.2015-ci il tarixli 247 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus avtomobil girov qoyulmuşdur. Daha sonra Cavabdeh1 Agali oğlu ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli 248 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 oglu ilə həmin tarixdə, yəni xx.xx.2015-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə qeyd etmək istəyir ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilmişdir. İddia ərizəsindən və mülki iş materiallarından aydın görünür ki, hər iki borc müqaviləsi üzrə öhdəliyin son icra müddətindən, yəni xx.xx.2017-ci il tarixdən 3 (üç) il 01 (bir) ay 13 (on üç) gün keçmişdir və bununla da, iddiaçı iddia tələbi üzrə müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan başqa hüquqlarını təmsil etdiyi şəxsə qarşı məhz İddiaçı deyil, X2 iddia qaldırmışdır. Pandemiya dövründə də, həmin qurum Nazirlər Kabinetinin 124 nömrəli Qərarına 1 nömrəli əlavəsinə əsasən fasiləsiz fəaliyyət göstərən müəssisələr siyahısında göstərilmişdir. Onlarında növbəlilik əsasında işə çıxmaları, qanunvericlik ilə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmək müddətinin ötürülməsi üçün üzürlü əsas kimi qəbul edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə həm yazılıq qaydada ərizə, həm də teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən işə onların iştirakı olmadan baxılmasını və iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı X3 müflis elan edilməsi və iflas proseduruna başlanılması, X1 xx.xx.2016-cı il tarixdən İddiaçı X3 ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 247 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 8000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 247 nömrəli, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 247 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh1 məxsus “Range Rover” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti 40000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016cı il tarixli ipoteka müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 247 saylı girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, müqavilədə qeyd olunmuş illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 248 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 4500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 248 nömrəli, xx.xx.2015-ci il tarixli və 248/1 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 bu müqavilələrə əsasən 248 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan **********934 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASCyə 8000 ABŞ dolları əsas, 3944.79 ABŞ dolları faiz, 2826.75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1222.11 ABŞ dolları, cəmi 15993.65 ABŞ dolları borcu vardır. İş materiallarında olan **********939 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASCyə 4500 ABŞ dolları əsas, 2218.50 ABŞ dolları faiz, 1590 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 693.63 ABŞ dolları, cəmi 9002.13 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 3 gün ərzində borcunu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2015-ci il tarixli, AA seriyalı, 132018 saylı çıxarışından görünür ki, Cavabdeh1 “Range Rover” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ASC-nin «Uğur» filialında ipoteka qoymuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 247 nömrəli, xx.xx.2015-ci il və 248 nömrəli, xx.xx.2015-ci il kredit müqavilələrinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçınınhüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, cavabdehlərin məhkəməyə təqdim etdiyi ərizəsindəqeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddiamüddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehlərin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddiamüddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 247 nömrəli, xx.xx.2015-ci il tarixli və 248 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin icra müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş uç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Belə olan haldaməhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbləri əsassız olduğu üçün təmin edilə bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bank tərəfindən zaminlərə qarşıməhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia tələbirədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3745/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3745/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver