Məhkəmə qərarları › İş №2(004)-375/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-375/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-375/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 1 otağa köçürülməyi; qeydiyyatda olduğu və yaşadığı Xrebtovu küçəsi ev 81 Q ünvanında yerləşən iki mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 1 otağa girişi çıxış vasitəsi olan pilləkənin cavabdehin hesabına bərpa olunması və əşyalarının cavabdehin hesabına həmin otağa yerləşdirilməsi; qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 1 otaqdan, həmçinin həmin mərtəbədə yerləşən mətbəx otağından istifadə etməyinə cavabdeh tərəfindən maneə yaradılmasına qadağa qoyulması və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü ildə X8 ilə rəsmi nikaha girməklə evlənmişdir. Birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh, xx.xx.1986-ci il təvəllüdlü X2 və xx.xx.1988-ci il təvəllüdlü X9 doğulmuşdurlar. Onlar rəsmi olaraq ünvan 2 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış yaşayırlar. Evin mülkiyyət sənədi olmasa da sahibliyində və istifadələrindədir. Evin 2-ci mərtəbəsi 5 otaqdan və mətbəxdən ibarətdir, 1ci mərtəbəsi isə bir ədəd böyük otaq, mətbəx otağı, hamam və sanitar qovşaqdan ibarətdir. Oğlu X1 2011-ci ildə, Cavabdeh xx.xx.2016-cı ildə evlənmişlər. Oğlanları evləndikdən sonra kiçik oğlu Elşən ailəsi ilə evin 2-ci mərtəbəsində 2 otaqda yaşamağa başlamışdır, böyük oğlu Yusif isə ailəsi ilə evin digər iki otağında yaşamağa başlamışlar. Evin 2-ci mərtəbəsinin bir otağında isə özü (iddiaçı) yaşayırdı. Elşənin yaşadığı 2-ci mərtəbədəki evlərin girişi digər tərəfdən pilləkənlədir. Onun (iddiaçının) yaşadığı 1 otağa və Yusifin ailəsi ilə yaşadığığı 2 otağa giriş isə digər tərəfdən pilləkənlədir. Həyat yoldaşı X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra oğlu Yusif onun (iddiaçının) yaşadığı otağın içərisində döşəməni kəsərək, 1-ci mərtbəyə giriş-çıxış üçün pilləkən quraşdırdı və o (iddiaçı) həmin pilləkənlə aşağı düşərək 1-ci mərtəbədə yerləşən mətbəxdən və hamamdan istifadə edirdi. Bundan təxminən 2 ay öncə Cavabdeh o (iddiaçı) evdə olmayanda onun əşyalarını 2-ci mərtəbədən çıxarmış və 1-ci mərətəbədə yerləşən zirzəmiyə yığmış və onun 2-ci mərətəbəyə gedən pilləkənimi sökmüş və beləliklə, onu evin 2-ci mərtbəsində yaşadığı otaqdan məhrum etmişdir. Hal-hazırda o (iddiaçı) müvəqqəti olaraq, kiçik oğlu Elşənin yaşadığı darısqal olan evdə yaşayır. O (iddiaçı) dəfələrlə oğlu Yusifə pilləkəni yerinə qoymağı və onun həmişə yaşadığı otağa girişini bərpa etməyi tələb etsə də o, bundan imtina etmişdir və onun (iddiaçının) 2-ci mərtəbəyə buraxmayacağını bldirmişdir. O, mediator Mirrəhim Muradovun mediatorluğunda mediasiya sessiyasında iştirak etdi. Lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyinə görə tam mediasiya sessiaysında iştiraka görə Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına 60 (altmış) manat ödəmişdir. Ona görə də o qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən 1 otağa köçürülməyi barədə məhkəmə müraciət etmişdir. Ona görə də o qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 1 otağa köçürülməyi barədə məhkəməyə müraciət etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ev tikiləndən orda yaşayır. Oğlu evlənəndən 1 il sonra evdə dava saldı və otağını böldü və aşağı mərtəbəyə düşən nərdivan qoyaraq, ona dedi ki, daha onların evindən gedib-gəlməsin. O da mübahisə düşməsin deyə razı olmuşdu. Lakin sonradan həmin otağı da zəbt edərək, onu oraya buraxmamış, əşyalarını da aşağı düşürtmüşdü. Halbuki onun da həmin evdə yaşamaq hüququ var. Məhkəmə iclasında Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Qeyd edilən yaşayış sahəsinin 2-ci mərtəbəsində əlavə bir tikili də var. 2-ci mərtəbənin ümumi sahəsi 75 kv.metrdir. Ona düşən otağın sahəsi 18 kv.metrdir. Qalan hissə qardaşına məxsusdur. Yerdə qalan sahələri 2006-2007-ci illərdə hissəli şəkildə tikərək öz hesabına artırmışdır. Anasının da bir otaqda qalmasına etiraz etmir. Lakin anası ona qapını bağla, otağı boşalt, ümumiyyətlə evdən çıx deyir, o bununla razı deyil. Həmin otaqda həyat yoldaşı və övladlarıyla birgə yaşayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı arayışından görünür ki, ünvan 3 ünvanında X3, Cavabdeh, X6, X10, X4, X11, X5, X12, X7, X13 və X9 qeydiyyatdadılar. xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00634 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 3 saylı Mediasiya arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 300620 Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 15 may 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zaman müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında özbaşına tikinti mövcuddur. Həyətə dəmir qapı vasitəsilə giriş mümkündür. Həyətdə iki mərtəbəli tikili mövcuddur. Mübahisə predmeti olan evə sol tərəfdən pilləkənlər vasitəsilə qalxmaqla daxil olmaq mümkündür. Tikilinin ikinci mərtəbəsi üç otaqdan ibarətdir: 1 qonaq otağı, 2 yataq otağı. Tərəflərin bildirməsinə görə qonaq otagından düzünə açılan yataq otağında əvvəllər iddiaçı qalırdı. Həmin otağın döşəməsindən birinci mərtəbəyə-zirzəmiyə nərdivan qoyulmuşdu. Sonradan ora təmir olunaraq bağlanmış, nərdivan isə ləğv olunmuşdur. Qonaq otağından sağ tərəfə açılan yataq otağı cavabdehin evə sonradan əlavə olaraq tikdirdiyi otaqdır. Tikilinin birinci mərtəbəsində zirzəmi mövcuddur. İddiaçıya məxsus mebel və digər əşyalar zirzəmidədir. Cavabdeh bildirmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi otaqda əvvəllər o, birinci nikahda olduğu ailəsi ilə yaşamışdır. Nikahları pozulduqdan sonra iddiaçı qalmış, ikinci nikaha daxil olduqdan sonra həmən otaqda o yaşamışdır. İddiaçı uzun müddət otaqdan istifadə etmədiyinə və onlarla yaşamadığına görə onun əşyalarını zirzəmiyə yığmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1983-cü il tarixdə mərhum X8 ilə 13 sentyabr 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladları anadan olmuşdur. İddiaçının rəsmi yaşayış yeri ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin rəsmi qeydiyyatı mövcud deyildir. İddiaçının həyat yoldaşı 15 may 2021-ci il tarixdə ölmüşdür. Hazırki mübahisənin mahiyyətini cavabdehin anasına törətdiyi maneə nəticəsində iddiaçının ikinci mərtəbədəki otağından istifadə edə bilməməsidir. Məhkəmə gedişatında cavabdeh iddia tələbini qismən qəbul etdiyini, anasının onlarla birlikdə yaşamasına və ikinci mərtəbədəki otağından istifadə etməsinə etiraz etmədiyini, lakin özünün ailəsi ilə birlikdə evdən tamamilə çıxarılmasının əleyhinə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (ikinci mərtəbəsinə) köçürülməli; İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (ikinci mərtəbəsindən) istifadəsinə maneə yaradılması Cavabdeh qadağan edilməli; Cavabdeh ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (ikinci mərtəbəsinə) köçürülsün. İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (ikinci mərtəbəsindən) istifadəsinə maneə yaradılması Cavabdeh qadağan edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar