Məhkəmə qərarları › İş №2(004)-3754/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3754/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3754/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satdığı qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 1050 manat borcun və ya qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh onun tanışları X15 və X7 ilə birlikdə onun yaşadığı Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi D.Aslan küçəsindəki 278 nömrəli evə gəlmişlər. Cavabdeh tanışları X15 və X2 vasitəsilə ondan 1 qramı 50 manat olmaqla 3.700 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır. Cavabdeh ondan aldığı qızıl-zinət əşyalarını sataraq pulunu ona ödəməli idi. Cavabdeh aldığı əşyaların dəyərindən hissə-hissə ona ödənişlər etmişdir. Daha sonra X2 onları aldatdığını öyrənmiş və şikayət etmişdir. X7 həbs edilmişdir. Bakı şəhəri Nizami RPİ İŞ-də cinayət işinin istintaqı aparılan zaman müəyyən edilmişdir ki, Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən xx.xx.2017ci il tarixə ona 1850 manat borcu qalmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh Bakı şəhəri Nizami RPİ İŞ-də ona olan borcundan 500 manatını, xx.xx.2018-ci il tarixdə 300 manatını qaytarmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh ona 400 manat, 2017-ci ilin dekabr ayında metronun Neftçilər stansiyasının yanında 100 manat, xx.xx.2018-ci ildə məktəbin yanında 100 manat pul qaytarmışdır. Cavabdeh ona pulları qaytararkən dəftərdə imza etdirmişdir. Dəftərdə qeyd olunan 600 manatı müstəntiqin yanında ona qaytarılmış məbləğlərə aiddir. Qalan pulları isə ona verilməmişdir. Cavabdeh həmin məbləğlərlə birlikdə xx.xx.2017-ci ildən sonra ona cəmi 800 manat pul qaytarmışdır, hazırda 1050 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, tanışları X15 və X2 vasitəsilə İddiaçı 1 qramı 100 manat olmaqla 3.700 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır. O, aldığı qızıl-zinət əşyalarını sataraq pulunu hissə-hissə X2 vasitəsilə İddiaçı ödəmişdir. X7 onları aldatmış qızılların pulunu mənimsəmişdir. Bu səbəbdən X7 həbs edilmişdir. Bakı şəhəri Nizami RPİ İŞ-də cinayət işinin istintaqı aparılan zaman müəyyən edilmişdir ki, onun nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən xx.xx.2017-ci il tarixə İddiaçı 1850 manat borcu qalmışdır. O, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami RPİ İŞ-də müstəntiq Ramil Əliyevin vasitəsilə İddiaçı qalan 1850 manat borcundan 500 manatını ödəmişdir, bu barədə müstəntiq protokol tərtib etmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə o, İddiaçı 400 manat qaytarmış və dəftərdə imza etdirmişdir. Çünki müstəntiq bildirmişdir ki, onun yanına gəlməyə ehtiyac yoxdur. Borcu qaytardıqca İddiaçı özünə imza etdirməklə pulu verə bilər. Daha sonra İddiaçı 2017-ci ilin dekabr ayında metronun Neftçilər stansiyasının yanında 100 manat, xx.xx.2018-ci ildə məktəbin yanında 100 manat qaytarmış və dəftərində bu barədə imza etdirmişdir. O, xx.xx.2018-ci il tarixdə yenidən Bakı şəhəri Nizami RPİ İŞ-də müstəntiq Ramil Əliyevin vasitəsilə İddiaçı qalan borcundan 300 manatını ödəmişdir, bu barədə müstəntiq protokol tərtib etmişdir. Bundan sonra xx.xx.2018-ci ildə 100 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 150 manat pulu İddiaçı vermiş və dəftərində imza etdirmişdir. Bununla da, o, İddiaçı xx.xx.2017-ci il tarixə qalan 1850 manat borcundan 800 manatını müstəntiqin iştirakı ilə, 950 manatını isə İddiaçı özünə dəftərə imza etdirməklə şəxsən qaytarmışdır. İddiaçı imzası olan dəftər vərəqini və müstəntiqin tərtib etdiyi xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli protokolları məhkəməyə təqdim etmişdir. Onun hazırda İddiaçı cəmi 100 manat borcu qalmışdır. Qalan 100 manat borcunu qaytarmağa etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının təqdim edilmiş qəbz, cavabdehin təqdim etdiyi maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X16 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli protokollar və dəftər vərəqindən, tərəflərin izahatlarından müəyyən edilir ki, İddiaçı Cavabdeh tanışları X15 və X2 vasitəsilə yaşadığı Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi D.Aslan küçəsindəki 278 nömrəli evdə cəmi 3.700 manat dəyərində olan qızıl-zinət əşyalarını nisyə satmışdır. Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarını sataraq pulunu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan məhkəmə aktlarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X12, X19 və X11 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat, X1 10.000 manat, X3 4.000 manat, X9 9.000 manat, X13 4.630 manat və X8 12.000 manat dəyərində qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36900 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-521/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X12, X19 və X11 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 600 manat, X1 10.000 manat, X3 4.000 manat, X9 9.000 manat, X13 4.630 manat və X8 12.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3344/2023 nömrəli qərardadı ilə cavabdehlər X5, X17 və X10 nümayəndələr (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-521/2023 nömrəli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X12, X19 və X11 qarşı “qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36.900 manat pulun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı ayrıca iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərindən bir hissəsini ödəmişdir. Daha sonra ödəniş olmamış və İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə şikayət etmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Cavabdeh dəymiş zərərdən könüllü ödəniş etmək istədiyini bildirmişdir. Həmin vaxt yəni, Bakı şəhəri Nizami RPİ İŞ-də cinayət işinin istintaqı aparılan zaman müəyyən edilmişdir ki, Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən xx.xx.2017-ci il tarixə İddiaçı 1850 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami RPİ İŞ-də müstəntiq Ramil Əliyevin vasitəsilə İddiaçı qalan 1850 manat borcundan 500 manatını ünvan 1 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 402 nömrəli xidməti otağında ödəmişdir, bu barədə müstəntiq protokol tərtib etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı 400 manat qaytarmış və dəftərdə imza etdirmişdir. Cavabdeh daha sonra İddiaçı 2017-ci ilin dekabr ayında metronun Neftçilər stansiyasının yanında 100 manat, xx.xx.2018-ci ildə məktəbin yanında 100 manat qaytarmış və dəftərində İddiaçı pulu almasına dair imza etdirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə yenidən Bakı şəhəri Nizami RPİ İŞ-də müstəntiq Ramil Əliyevin vasitəsilə İddiaçı qalan borcundan 300 manatını ünvan 1 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 402 nömrəli xidməti otağında ödəmişdir, bu barədə müstəntiq protokol tərtib etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2018-ci ildə 100 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 150 manat pulu İddiaçı vermiş və İddiaçı pulu almasına dair dəftərində imza etdirmişdir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Bununla da, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixə qalan 1850 manat borcundan 800 manatını müstəntiqin iştirakı ilə, 950 manatını isə İddiaçı özünə dəftərə imza etdirməklə xx.xx.2019-cu il tarixə kimi şəxsən qaytarmışdır. Cavabdeh İddiaçı imzası olan dəftər vərəqini və müstəntiqin tərtib etdiyi xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli protokolları məhkəməyə təqdim etmişdir. Cavabdeh hazırda İddiaçı cəmi 100 manat borcu qalmışdır. Cavabdeh qalan 100 manat borcunu İddiaçı qaytarmağa etiraz etmir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən xx.xx.2017-ci il tarixə ödənilməmiş qalan 1850 manat borcdan hazırkı vaxta ödənilməmiş qalan 100 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi 950 manat pul tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarının dəyərindən xx.xx.2017-ci il tarixə ödənilməmiş qalan 1850 manat borcdan hazırkı vaxta ödənilməmiş qalan 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi 950 manat pul tutulması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar