Məhkəmə qərarları › İş №2(004)-3768/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3768/2022

21.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3768/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixindən Cavabdeh ASCdə işləyir. Belə ki, xx.xx.2012-xx.xx.2013-cü il tarixlərində 18-ci dərəcə ilə Kommersiya departamentinin rəisi, xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində 18-ci dərəcə ilə Əmlak məsələləri departamentinin rəisi, xx.xx.2014-xx.xx.2016-ci il tarixlərində 16-ci dərəcə ilə Əsas fondların idarə olunması şöbəsinin rəisi, xx.xx.2016 - xx.xx.2022-ci il tarixlərində Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmışdır. xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində onun rəisi olduğu Əmlak məsələləri departamentinin tərkibində 2 şöbə - Əsas fondların idarə olunması və Əmlakın inventarlaşdırılması şöbələri olmuşdur. Onun Cavabdeh ASC-də olan 10 il 2 ay əmək stajından, sonuncu tutduğu vəzifədə əmək staji xx.xx.2013-cü il tarixindən hesablanaraq 9 il 3 ay təşkil etmişdir. 2021-ci ilin avqust ayına qədər işlədiyi şöbə 9 ştat vahidindən və onunla birlikdə 9 işçidən (bir şöbə rəisi, bir şöbə rəisinin müavini, 7 nəfər digər işçilər) ibarət olub. Şöbənin üzərinə düşən bütün öhdəliklər və verilən tapşırıqlar həmişə vaxtında yerinə yetirilib. Lakin heç bir ehtiyac olmadan 2021-ci ilin avqust ayında şöbədə bir aparıcı mühəndis ştatı əlavə edilərək xx.xx.2021-ci il tarixində bir işçi, 2021 -ci ilin oktyabr ayında isə şöbədə şöbə rəisinin müavini olmasına baxmayaraq ikinci bir şöbə rəsinin müavini ştatı əlavə edilməklə ştatlar şişirdilmişdir. Bununla da xx.xx.2021-ci il tarixindən onun rəhbərlik etidyi şöbə 11 ştat vahidindən və 11 işçidən - bir şöbə rəisi, iki şöbə rəisinin müavini və 8 digər işçilərdən ibarət oldu. Hər iki ştat vahidinin artırılması heç bir ehtiyac olmadan məqsədli şəkildə edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 338-k nömrəli əmri ilə X7 həmin tarixdən onun rəhbərlik etdiyi şöbədə yeni açılmış ştata, yəni iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin sədr müavini X1 strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrin 1.1-ci bəndinə əsasən "iqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması” şöbəsinin adı dəyişdirilərək “Əsas fondların inventarlaşdırılması və idarə olunması” şöbəsi adlandırılmışdır. Bu əmrdən 1 iş günü sonra isə yenidən Cavabdeh ASC-nin sədr müavini Köçərli Həsənov Cavabdeh ASC-nin 03 fevral 2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrin 1 -ci bəndinə əsasən Cavabdeh ASC-nin 03 fevral 2022-ci il tarixli 55 nömrəli əmri ləğv edilmişdir. Bundan 1 gün sonra yenə də Cavabdeh ASC-nin sədr müavini Köçərli Həsənov Cavabdeh ASC- nin Aparatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrin 1.1-ci bəndinə əsasən “iqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması” şöbəsi ləğv edilmiş, həmin əmrin 1.2-ci bəndinə əsasən Cavabdeh ASC-nin Aparatının tərkibində “Əsas fondların idarə olunması və monitorinqi” şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 9.2-ci bəndində Cəmiyyətin sədrinin səlahiyyətləri göstərilmişdir. Həmin Nizamnamənin 9.2.3-cü bəndinə əsasən, Sədr Cəmiyyətin müəssisələrinin strukturunu və ştat cədvəllərini təsdiq edilməsi; 9.2.8-ci bəndinə əsasən, Cəmiyyətin mərkəzi aparatının işçilərini, tabeliyində olan müəssisələrin icra orqanlarının rəhbərlərini və İdarə Heyətinin qərarı ilə müəyyən edilmiş digər rəhbər işçilərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir. Bu baxımdan Cavabdeh ASC-nin sədr müavini X1 strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı əmrlərin qanuniliyi bir qədər mübahisə doğurur. Yuxarıda göstərilən səlahiyyətlərin AR Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Cəmiyyətin sədrinin səlahiyyətlərinə aid olmasına baxmayaraq bu cür əmrlərin K.Həsənov tərəfindən verilməsi nə qədər qanunauyğundur? K.Həsənovun belə bir səlahiyyəti varsa bu hansı hüquqi aktda öz əksini tapıb? Cavabdeh ASC-də 5 sədr müavini var, onlardan biri hətta sədrin birinci müavinidir, işəgötürənlik səlahiyyəti AR Prezidenti tərəfindən hər hansı bir sədr müavininə sədrin vəzifəsinin həvalə olunması sərəncamı ilə ötürülür. Belə sərəncam olmadan xeyli sayda işçilərin işdən səbəbsiz və əsassız olaraq çxarılması baş vermişdir. 2021ci ilin avqust ayına qədər 9 ştat vahidindən və 9 işçidən ibarət olan iqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsi ləğv edilən zaman 11 ştat vahidindən və 11 işçidən, bir şöbə rəisi, iki şöbə rəisinin müavini və 8 digər ştat vahidlərindən ibarət olmasına baxmayaraq, eyni funksiyaları yerinə yetirən, adına sadəcə “monitorinqi” sözü artırılmış Cavabdeh ASC-nin Aparatının tərkibində olan Əsas fondların idarə olunması və monitorinqi şöbəsi 14 ştat vahidindən, yəni bir şöbə rəisi, bir şöbə rəisinin müavini və 12 digər ştat vahidlərindən (11 ştat vahidi olanda şöbə rəisinin müavini 2 ştat vahidi, 14 ştat vahidi olduqda isə şöbə rəisinin müavini 1 ştat vahidi) ibarət olaraq təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda bir şöbə ilə əlaqəli 3-8 fevral tarixlərində olan 4 iş günündə 3 əmrin imzalanması məqsədli və qərəzli olmaqla bərabər, idarəetmənin mövcud qanunvericiliyinin tələblərinə və idarəetmə strukturunun səmərəli surətdə təkmilləşdirilməsinə deyil, şəxsi və subyektiv mülahizələrə uyğun şəkildə olmasını əyani şəkildə sübut edir. Bütün bu “struktur dəyişikliyi” əmrlərindən sonra ona ünvanlanmış xx.xx.2022-ci il tarixli 03/01-1/1/1649 nömrəli xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri ilə onuntutduğu vəzifə ixtisara düşmüşdür və bu səbəbdən də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Həyat yoldaşının COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığından xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində işdə olmamış və bununla bağlı xəstəlik vərəqəsi təqdim etmişdir. İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin xx.xx.2021-ci ildən rəis müavini vəzifəsinə təyin edilmiş X7 ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh ASC-nin sədr mavini Köçərli Həsənovun imzaladığı xx.xx.2022-ci il tarixli 55-k nömrəli əmrə əsasən dəyişiklik edilmiş və edilmiş dəyişikliyə əsasən, xx.xx.2022- ci il tarixdən, cəmi 4 ay işlədikdən sonra X7 16-cı dərəcə ilə Cavabdeh ASC-nin aparatı tərkibində “Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Cərrahi əməliyyat keçirdiyi üçün o, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində Seriya SN 00007 Na ******* olan Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən işdən azad edilmiş, xx.xx.2022-ci il tarixindən işə başlamışdır. Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 03/01-1/1/1649 nömrəli xəbərdarlıq məktubunda göstərilmiş vaxt isə bitmişdir. Bəs nəyə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində yox, xx.xx.2022-ci il tarixində xitam verilmişdir? Əgər onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdirsə nəyə görə həmin gün əmək kitabçası ona təqdim edilməmişdir və son haqq hesabı hesabına həmin gün yox, xx.xx.2022-ci il tarixində köçürülmüşdür? Sonradan Cavabdeh ASC-nin işlər idarəsinin rəisi Möhsün Quliyev tərəfindən imzalanmış “Əmək kitabçasının götürülməsi haqqında” xx.xx.2022ci il tarixli 01/1/01-1/1/7648 nömrəli məktub poçt vasitəsi ilə qeydiyyatda olduğu ünvana göndərilmişdir və xx.xx.2022-ci il tarixində ona çatmışdır. Göstərilənlərdən məlum olur ki, “Azərsu" ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri formal olaraq verilmiş, əslində isə həmin şöbə ləğv edilməmiş, sadəcə işlədiyi şöbə iqtisadiyyat və uçot idarəsinin tabeçiliyindən çıxarılaraq Cavabdeh ASC-nin aparatı tərkibində yenidən təşkil edilmiş və adında cüzi dəyişiklik edilmişdir. Faktiki olaraq ştat ixtisarı aparılmamış, onunla əmək müqaviləsini ləğv etmək üçün rəhbərlik etdiyi şöbənin adı və tabeçiliyi dəyişdirilmişdir. Hesab edir ki, əmək funksiyalarının xarakteri və məzmunu saxlanılmaqla vəzifənin yalnız adının dəyişdirilməsi (işəgötürənin əvvəllər mövcud olmuş vəzifələrin əvəzinə yalnız onların adını dəyişdirməsi, əmək funksiyalarının, hüquq və vəzifələrinin xarakterinin isə dəyişməz qalması) AR Əmək məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. Bundan başqa əgər xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri ilə “İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması” şöbəsi ləğv edilmişdirsə, onda həmin şöbənin bütün işçiləri ilə bağlanmış əmək müqavilələri ləğv edilməli idi. Lakin, həmin ştat ixtisarı əmrindən sonra xx.xx.2022-ci il tarixli 55k nömrəli əmr əsasında X7 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək o, Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bütün bunlar bir daha sübut edir ki, ştat ixtisarına dair əmr formal olaraq verilmiş, əslində isə heç bir ştat ixtisarı həyata keçirilməmişdir. Əksinə əvvəlcə 9 ştat vahidindən və 9 işçidən ibarət olan şöbə heç bir əsas olmadan artırılaraq 11 ştat vahidi və 11 işçidən ibarət olmuş, “ləğv” olunduqdan sonra isə yeni yaradılan şöbə 14 ştat vahidinə qədər artırılmışdır. Onu tutduğu vəzifədən kənarlaşdırmaq və X3 həmin vəzifəyə təyin etmək üçün formal olaraq ştat ixtisarı əmri verilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Əvvəlcə 9 ştat vahidindən və 9 işçidən ibarət olan və sonradan heç bir əsas olmadan artırılaraq 11 ştat vahidi və 11 işçidən ibarət olmuş, “ləğv" olunan şöbədə 11 işçidən yalnız ona taarif maaşımdan əlavə hər ay peşəkarlığına görə 1000 (min) manat məbləğində əlavə ödəniş məyyən edilərək hesablanmış və əmək haqqı şəklində ödənilmişdir. Bu ödəniş onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilənə qədər ödənilmişdir. Onun peşəkarlığı olmasa belə ödəniş necə ödənilə bilərdi ? Ştat ixtisarı müəssisənin işinin yaxşılaşdırılması və onun daha ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə tədbirlərdən biri olduğundan bu əsas üzrə daha aşağı ixtisaslı işçilərlə əmək müqaviləsi ləğv olunmalıdır. Lakin, hazırki vəziyyətdə biz tamamilə bunun əksini görülür. Onun Cavabdeh ASC-də xx.xx.2012-ci il tarixindən, sonuncu vəzifə üzrə isə xx.xx.2013-cü il tarixindən işləməyinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.X8 Əliyevin dəfələrlə çıxışlarında qeyd etdiyi qohumbazlığa, yerlibazlığa və haqsızlığa son qoyulması barədə tələblərinə zidd olaraq, təcrübəli, savadlı və peşəkar işçiləri işlərindən kənarlaşdırıb onun əvəzinə qohumluq və ya tanışlıq zəminində münasibəti olan (X5 şirkətində işləmiş X7) Ə.Dadaşovu yeni şöbə rəisinin müavini ştatı açılaraq xx.xx.2021-ci il tarixində Cavabdeh ASC- də şöbəyə ikinci şöbə rəisinin müavini kimi işə qəbul edilmiş, bundan sonra cəmi 4 ay Cavabdeh ASC-də işlədikdən sonra xx.xx.2022-ci il tarixində fərqli addan təsis edilmiş və tabeçiliyi dəyişdirilmiş eyni bir şöbəyə rəis vəzifəsinə təyin edilmişdir. Hansı peşəkarlıq səviyyəsi və ya stajı əsas götürülməklə yox məhz Ə.S. Dadaşov həmin vəzifəyə təyin edilmişdir?! Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi nə təcrübi, nə də nəzəri bilikləri baxımından Ə.S.Dadaşov həmin vəzifəyə uyğun ixtisaslı kadr hesab edilə bilməz. Cavabdeh ASC-nin Cavabdeh ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrində “iqtisadiyyat və uçot dərəsinin Əsas fondların idarə olunması” şöbəsinin ləğv edilməsi və "Azərsu” ASC-nin aparatı tərkibində “Əsas fondların idarə olunması və monitorinqi” şöbəsi yaradılması heç bir əsaslı arqumentlə əsaslandırılmamışdır. Belə ki, işlədiyim şöbənin adının və tabeçiliyin dəyişdirilməsi ştat ixtisarı hesab edilə bilməz və həmin 62 nömrəli əmrdə heç bir əsaslandırma yoxdur. Əmrdə istinad edilən ifadələr ştat vahidinin ixtisarının əsaslılığına dəlalət etmir. Ona görə ki, əvvəlcə 11 ştat vahidindən və 11 işçidən ibarət olan şöbə hazırda 14 ştat vahidi ilə fəaliyyət göstərir. Bu isə “ştat ixtisarı”adı altında pərdələnmiş ştat artırılmasıdır. Azərbaycan Su Təsərrüfatı işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənova ünvanlanmış xx.xx.2022-ci il tarixli 174 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, xx.xx.2022ci il tarixli, 03/01-1/1/3153 saylı məktubda göstərilmiş Əsas fondların idarə olunması şöbəsinin rəisi İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. X6 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2022-ci il tarixli 174 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı onu məlumatlandırmamış, dəvət etməmiş, araşdırma aparmadan və heç bir iclas keçirilmədən məktub hazırlayıb. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda limlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və onunla bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyini göstərir. Cavabdeh ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev tərəfindən təsdiq edilmiş və həmin idarənin İnsan resursları şöbəsinin rəisi Namiq Mahmudov, İnsan resursları şöbəsinin mühəndisi Sənan Ağayev və insan resursları şöbəsinin aparıcı mühəndisi Svetlana Şıxverdiyeva tərəfindən imzanlanmış xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Əsas fondların idarə olunması şöbəsinin rəisi İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşdüyü üçün ona Əsas fondların idarə olunması və monitorinqi şöbəsində aparıcı iqtisadçı vəzifəsi təklif olunmuş, lakin İddiaçı təklif olunan işdə işləməkdən imtina etmişdir. O, xx.xx.2022 - xx.xx.2022ci il tarixlərində müalicəsi ilə əlaqədar işdə olmamış və bunu təsdiq edən sənədi (xəstəlik vərəqəsini) təqdim etmişdir. Qeyd olunan akt sonradan hazırlanmışdır. Onu da qeyd etmək istəyir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, həyat yoldaşının COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığından o da test vermiş, testin nəticəsi xx.xx.2022-ci il tarixdə işdə olarkən telefonuna gəlmişdir. O, bu barədə rəhbərliyə məlumat vermiş, ən gec səhər saat 11-də işdən çıxıb evə getmişdir. Əmr şöbəyə xx.xx.2022-ci il tarixdə verilmiş, həmin vaxt o, işdə olmamışdır. O, xx.xx.2022-ci il tarixdə işə çıxanda da əmri görməmişdir. Həmçinin bildirmişdir ki, şöbədə 11 işçidən yalnız ona taarif maaşından əlavə hər ay peşəkarlığına görə 1000 (min) manat məbləğində əlavə ödəniş məyyən edilərək hesablanmış və əmək haqqı şəklində ödənilmişdir. Bu ödəniş onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilənə qədər ödənilmişdir. Bu da, onun daha yüksək peşəkarlığa malik olmasını göstərir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasla işçinin işdən kənarlaşdırılması işəgötürənin hüququdur. İddiaçı ixtisarın formal xarakter daşıdığını iddia edir. Cavabdeh ASC- nin Aparatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrdən də görürünr ki, müəsissənin fəaliyyətinin optimallaşdırılması, gündəlik xərclərin azaldılması məqsədilə ixtisar prosesi aparılmışdır. Bundan başqa, ştatların artırılması və şöbənin adına “monitorinq” sözünün əlavə edilməsi da ixtisar prosesinin dügün aparılmadığına əsas vermir. İşəgötürənin hüququdur ki, ştatlar ixtisar edildikdən sonra yeni şöbə yaratsın. Şöbənin adına “monitorinq” sözünün əlavə edilməsi ilə əlavə əlavə funksiyalar və işçi qüvvəsinə ehtiyac yaranmışdır. Ştat vahidini artırmaq işəgötürənin hüququdur və bu hüquq əmək qanunvericiliyi ilə məhdudlaşdılmamışdır. Bu hallara istinad edərək, ixtisar prosesinin düzgün aparılmamağı qənaətinə gəlinməsi absurddur. Girişçıxış məlumatlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:04-də "Azərsu” ASC-yə gəlmiş və saat 12:25-də oradan çıxmışdır. Həmin saatlarda işdə olmuş və xəbərdarlıq məktubu ona təqdim edilmişdir. Əmək kitabçasının ona həmin gün təqdim edilməməsi və son haqq hesabın hesabına həmin gün yox, xx.xx.2022-ci il tarixində köçürülməsi pozuntudur və müvafiq məsuliyyətə səbəb olur, lakin ixtisar prosesinin düzgün aparılmamağına əsas vermir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, ixtisar ştat vahidlərinin artırılmasını istisna etmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materiallarından görünür ki, iddiaçıya peşkarlıq səviyyəsi yüksək olduğuna görə əmək haqqına əlavə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin mövqeyi ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 95/k nömrəli əmrə əsasən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin Aparatının təşkilati strukturunda və ştat cədvəlində dəyişikliklər edilərək, İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin adı dəyişdirilərək Əsas fondların inventarlaşdırılması və idarə olunması şöbəsi adlandırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrinə əsasən dövlət əmlakının qorunub saxlanması, rentabelliyinin və onlardan istifadənin səmərəliliyinin təmin edilməsi, idarəetmənin optimallaşdırılması və effektiv idarəetmə mexanizminin yaradılması məqsədi ilə Cavabdeh ASC-nin Aparatının təşkilati strukturunda aşağıdakı dəyişikliklər edilərək, Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin ləğv edilməsi və “Azərsu ASC-mn Aparatının tərkibində Əsas fondların idarə olunması və və monitorinqi şöbəsinin yaradılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli 62 saylı əmrinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2022-ci il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilə bilərsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Covid-19 diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “kəskin bronxit” diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “sağ tərəfli qaşıq yırtığı” diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh ASC-nin sədr müavini K.Həsənovun “Əmək Müqaviləsinin ləğv edilməsinə razlıq verilməsi haqqında” məktubuna əsasən Saday Alıyevin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki təminatlar təmin edilməklə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ASC üzrə peşəkarlığa görə əlavə ödəniş təyin edilən işçilərin siyahısından görünür ki, Əsas fondların idarə olunması şöbəsi üzrə yalnız həmin şöbənin rəisi Saday Alıyevin əmək haqqına peşəkarlığa görə 1000 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 338-k nömrəli “Əmək müqaviləsinin bağlanması haqqında” əmrin surətindən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 55-k nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” əmrin surətindən görünür ki, X7 - İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən 16-cı dərəcə ilə Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 3№li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci iltarixdən İqtisadiyyat və uçot idarəsi Əsas fondların idarə olunması şöbəsi üzrə 11 ştat vahidi ştat cədvəlindən çıxarılmış, həmin tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 12 ştat vahidi ştat cədvəlinə daxil edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 9№li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 1 ştat vahidi (iqtisadçı) ştat cədvəlindən çıxarılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 10№li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 1 ştat vahidi ştat cədvəlindən çıxarılmış, həmin tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 2 ştat vahidi ştat cədvəlinə daxil edilmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Göründüyü kimi, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Məhkəmə qeyd edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı əmək münasibətlərinə də şamil olunur. İş materiallarından göründüyü kimi, əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinə əsasən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin adı dəyişdirilərək Əsas fondların inventarlaşdırılması və idarə olunması şöbəsi adlandırılması qərara alınmış, daha sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrinə əsasən isə Azərsu” ASC-nin Aparatının təşkilati strukturunda dəyişikliklər edilərək, Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin ləğv edilməsi və “Azərsu ASC-nin Aparatının tərkibində Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin yaradılması qərara alınmışdır. İddiaçının işlədiyi şöbə ləğv edilsə də, əslində şöbə Cavabdeh ASC-nin aparatı tərkibində 12 ştat vahidindən (əvvəlkindən 1 ştat vahidi artıq) ibarət olmaqla yenidən təşkil edilmiş, həmçinin adında dəyişiklik edilmişdir. Bu zaman iddiaçının tutduğu Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı və digər 10 ştat vahidi (şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı) ştat cədvəlindən çıxarılmış, ştat cədvəlinə Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi və digər 11 ştat vahidi əlavə edilmişdir. Göründüyü kimi, faktiki olaraq ştat ixtisarı aparılmamış, şöbənin adı və tabeçiliyi dəyişdirilmiş, iddiaçının işlədiyi Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlindən çıxarılsa da, Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlinə əlavə edilmişdir. Yeni yaradılan şöbə 14 ştat vahidinə qədər artırılmışdır. Bu zaman Əsas fondların idarə olunması şöbəsinin bütün işçiləri ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmiş, xx.xx.2021-ci il tarixdən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsini tutan X7 (iddiaçıdan daha az əmək stajına malik olan şəxs) ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Əsas fondların idarə olunması şöbəsi üzrə yalnız həmin şöbənin rəisi Saday Alıyevin əmək haqqına peşəkarlığa görə əlavə ödənilmişdir. Həmçinin bu hal cavabdehin nümayəndəsi tərəfindən də təkzib edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab eddir ki, Cavabdeh ASC-nin 95-K nömrəli 19 may 2022-ci il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ASC-nin 95-K nömrəli 19 may 2022-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar