Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-378/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X49 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs nümayəndəsi X27 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixdə vəfat etmiş xx.xx.1970-ci il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında şəxsin ərizəçi X3 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qızı - X9 xx.xx.1970-ci il tarixdə Moskva şəhərində anadan olmuşdur. Qızının doğum haqqında şəhadətnaməsində onun adı (ata adı) "Абдул Гусейн” kimi qeyd edilib. Eyni zamanda həmin şəhadətnamənin ata adı qrafasında onun ad, soyad və ata adı tam yazılmayıb. Belə ki, həmin şəhadətnamədə onun ad, soyad və ata adı “X3” (Гусейнов Абдул Гусейн Мамед Джафар оглы) yerinə “X43 Məmməd” (Гусейнов Абдул Гусейн Мамед оглы) kimi yazılmışdır. Qızı xx.xx.2024ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsində qızı Samirə Hüseynzadənin ata adı “Əbdülhüseyn” yerinə “Abdul Hüseyn” kimi yazılmışdır. Bu səbəblərdən onun qızının vərəsəsi kimi qəbul edilməyində maneə ortaya çıxır. Belə ki, X9 ilə qohumluq (ata-övlad) münasibətinin sübutu mümkün olmur. Maraqlı şəxsnə etdiyi müraciətin də bir nəticəsi olmamışdır. Göründüyü kimi, indiki halda bu faktın sübut edilməsinin başqa qaydası mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X33 ərizəni qəbul edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 422069 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 554 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Moskva şəhəri Leninskiy rayonu ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli, И-РБ 968964 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.1970-ci il tarixdə Moskva şəhərində doğulmuşdur. Atası X16, anası X18r. İş materiallarında olan xx.xx.1956-ci il tarixdə verilmiş İ-ИЕ 083756 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X1, anası X12r. İş materiallarında olan AЗ 119808 nömrəli evlənmək haqqında şəhadətnaməyə əsasən X2 ilə X25 xx.xx.1968-ci il tarixdə nikahlarını Bakı şəhəri Oktyabr rayonu Zaks bürosunda bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1564 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Hüseynzadə", arvada "Hüseynzadə" soyadı verilmişdir. İş materiallarında olan 59 nömrəli Azərbaycan Respublikasının xalq deputatı vəsiqəsinə əsasən X3 12-ci çağırış üzrə (1990-1995) Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin elm və texnika sahəsində Dövlət Mükafatları Komitəsinin xx.xx.1982-ci il tarixli, 195 nömrəli vəsiqəsinə əsasən X3 Azərbaycan SSR Dövlət Mükafatı laureatı ilə mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Avstriyadakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 572531 saylı doğum haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.1995-ci il tarixdə Vyana şəhərində doğulmuşdur. X13, anası X7r. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, И-ЖГ 313571 saylı boşanma haqqında şəhadətnaməyə əsasən X28 ilə X11 arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 15 dekabr 2004-cü il tarixli, 005742 nömrəli orderinə əsasən Bakı şəhəri, Z.Xəlilov küç., ev 67, mən.15, giriş 2, mər.5, 5 otaqlı, 115 kv m mənzilində X6 və oğlu X15 yaşamaq hüququ var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanından qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-34653/24 nömrəli məktubuna əsasən Ərizəçi xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədin kserosurəti göndərilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1485 nömrəli məktubuna əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum anası-X4 adına açılmış vərəsəlik işi əlaqədar bildirilir ki, tərəflərindən təqdim edilmiş ölüm haqqında şəhadətnamədə məlumatlar ilə qeydiyyat vəsiqəsində, nikah haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamədə (özünün və vərəsələrin) mərhumun soyadında, ata adında və baba adında məlumatlarda uyğunsuzluq aşkar olunduğu üçün eynilik faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1943-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə vəfat etmiş qızı X4 Moskva şəhəri Leninskiy rayon qeydiyyat şöbəsi tərəfindən 24 avqust 1970-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında X16 qeyd edilmişdir. Hazırda ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş xx.xx.1970-ci il tarixdə Moskva şəhərində doğulmuş qızı X4 doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında X3 kimi qeyd olunmasını xahiş edir. Təqdim edilmiş digər sənədlərdən də ərizəçinin soyadı, adı, atasının adının Hüseynov (Hüseynzadə) X20 olması müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 doğum haqqında şəhadətnaməsinin ata qrafasında – X3 göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş xx.xx.1970-ci il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsinin ata qrafasında – X3 kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Hüseynova (Hüseynzadə) X29 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-378/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-378/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver