Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3782/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə bərpa olunması, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun indiki - Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X13 14 saylı X24 filialında müvafiq vəzifəyə təyin edilməsi, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, 2014-cü ildən Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin Cəlilabad rayon Şöbəsinin X19 işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmri ilə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. O, işlədiyi müddət ərzində hər hansı intizam cəzası almamış və işində heç bir xətaya yol verməmişdir. Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə ona töhmət verilməsindən məlumatı olmamışdır. Hesab edir ki, həmin əmr sektorun direktor vəzifəsini icra edən X6 işində buraxılmış nöqsanlara görə verilmişdir və əmrdə göstərilən nöqsanların onun vəzifəsinə heç bir aidiyyəti yoxdur. Onun əsas vəzifələri vəzifə təlimatında göstərilmişdir. Lakin şöbədə cəmi dörd nəfər işlədiklərinə və vətəndaşların müraciətləri çox olduğuna görə, o təlimatında göstərilən vəzifələrini deyil, hər gün direktor vəzifəsini icra edən Elşən Əliyevin müəyən etdiyi vəzifələri icra etmişdir. Yəni, faktiki olaraq üç vəzifəni - özünəməşğulluq və işaxtaran vətəndaşları təlimatlandırmaq; idarəyə daxil olan müraciətləri və sorğuları cavablandırmaq; şirkət tərəfindən özünəməşğulluq təlimini uğurla bitirmiş vətəndaşlara heyvanların təhvil-təslim edilməsi zamanı video çəkiliş aparmaq kimi vəzifələri yerinə yetirmişdir. Müraciət edən vətəndaşların boş (vakant) vəzifələrlə tanış etmiş və iş yerini işaxtaranlara təklif etmişdir. İşaxtaran iş təklifini qəbul etdikdə, sektorun rəhbəri iş yerinə göndəriş vermişdir. Nəticədə işaxtaran (işçi) və işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Vətəndaşın həyatyanı sahəsi və ya heyvanı olduğu halda, vətəndaşa özünəməşğulluqla bağlı təlimat keçirilir. Vətəndaş razı olduqda özü, ona məxsus əmlakı barədə ətraflı anket doldurur. Daha sonra sektorun rəhbəri Elşən Əliyev, digər işçilər Elşad Eynəliyev və Azər Mənsimov vətəndaşın verdiyi məlumatların düzgünlyünü yoxlamaq üçün aidiyyəti yerə baxış keçirməklə akt tərtib etmişlər. Məlumatlar təsdiq olunduğu halda, sektorun rəhbəri əmr verir və bundan sonra vətəndaş 1 aylıq təlim kursuna cəlb edilir. Nazirlik tərəfindən biznes plan yaradılır və həmin biznes plan uğurlu olursa, vətəndaş imtahana buraxılır. Vətəndaş imtahanı uğurlu keçsə, ona müvafiq şirkət tərəfindən pulsuz mal-qara təhvil verilir. Daha sonra nazirlik 3 aydan bir yoxlama baxışı keçirir. Həmin yoxlama baxışları əvvəl 1 il müddətində keçirilirdi, hazırda isə həmin müddət 2 ilədək uzadılıb. Vətəndaş 2 il müddətində qurduğu biznes planı üzrə ona verilmiş əmlakdan səmərəli istifadə edirsə, həmin əmlak onun tam mülkiyyətinə keçir və vətəndaş artıq nəzərətdən götürülür. Cəlilabad rayonunun əhalisi 225.000 nəfərdən ibarətdir. Onun işlədiyi müddət ərzində idarəyə təxminən 3.400 nəfər müraciət etmişdir. Onun işlədiyi məşğulluq tədbirləri sektorunda cəmi 25 vakant vəzifə olmuşdur. Lakin sektorunda müdirdən başqa, onunla birlikdə 4 nəfər işləmişdir. O, bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Sektorun rəhbəri Elşən Əliyev ondan heç vaxt izahat almamış və onun barədə şikayət etməmişdir. Ölkədə baş vermiş pandemiya ilə bağlı dövlət tərəfindən 600.000 nəfərə sosial yardımın verilməsi zamanı Cəlilabad rayonu üzrə ödənişlərin həyata keçirilməsi tədbirində o, şəxsən iştirak etmişdir. Bunun üçün Azərbaycan Respublikası DSMF-nun işçiləri də işə cəlb olunmuşlar. Həmin tədbirin həyata keçirilməsi üçün o, digər işçilərlə birlikdə 3 növbə işləmişdir. O, 190 manat birdəfəlik ödənişlərin vətəndaşlara verilməsini təmin etmək məqsədilə digər işçi Paşa Hümbətovla birlikdə gecə növbəsində işləmişdir. Lakin işdən çıxarılarkən Nazirlik tərəfindən onun bu xidməti nəzərə alınmamış və qiymət verilməmişdir. Gecə növbəsinə görə ona əlavə əmək haqqı ödənilməyib. Həmçinin, Cəlilabad rayon Məşğulluq Mərkəzinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli əmri ilə ona müəyyən vəzifələr tapşırılsa da, onun həmin əmrin mövcudluğundan xəbəri olmamışdır. Lakin həmin əmrinin icrasının nəticələri ona nöqsan kimi irad tutulmuşdur. Belə ki, əmrə əsasən onun doğma dayısı X14 özünəməşğulluq proqramı çərçivəsində təlim kursuna cəlb edilmişdir. Halbu ki, onun dayısı həmin dövrdə artıq pensiyaya çıxmışdı və pensiyaçılar mərkəzinin özünəməşğulluq proqramına cəlb oluna bilməzdi. Dayısı onun sektorda işlədiyi müddətdən əvvəl müraciət etmiş və onun bu barədə məlumatı olmamışdır. Həmçinin, o, sektorunda çalışdığı zaman 7 ay müddətində sektorun direktoru vəzifəsini icra etmişdir. Hesab edir ki, o özünün yol verdiyi nöqsanlara görə deyil, Elşən Əliyevin yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Onun çalışdığı Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X13 14 saylı X24 filialına çevirilmişdir. İdarəyə yeni rəhbər təyin olunmuşdur. Bundan sonra o, nazirliyə dəvət edilmiş və tutduğu vəzifədən azad edilməsi barədə könüllü ərizə yazması ona təklif edilmişdir. Çünki, təzə rəhbər özünə yeni işçi qrupunu yığmış, onunla işləmək istəmədiyini bildirmişdi. O, ərizə yazmaqdan imtina etmişdir. Bu səbəbdən cavabdeh onu qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Hesab edir ki, onun işdən azad olunması barədə cavabdehin əmri əsassızdır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və İddiaçı verdiyi izahatla tam razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Azərbaycan Respublikası Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı özünün nöqsanlarına görə yox, Elşən Əliyevin nöqsanlarına görə töhmət verilib. Elşən Əliyev özünəməşğulluq proqramı zamanı növbəlik qaydasını pozmaqla, öz tanışlarını və yaxınlarını növbədə irəli çəkmişdir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən Elşən Əliyevlə yanaşı onun oğluna da töhmət verilmişdir. Halbuki, bunun iddiaçıya heç bir aidiyyatı yoxdur. Töhmət verilməsi barədə əmrdən iddiaçının məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixli əmrlə töhmət verilən şəxslər bu faktı təsdiq edə bilərlər. İddiaçı doğma dayısına heç bir qanunsuz köməklik göstərməmişdir. Hətta dayısına bildirmişdir ki, onun işi alınmayacaq, işinin düzəlməsi üçün dayısına başqa şəxsi tapmasını və işin həmin şəxsin adına sənədləşdirməsini məsləhət görmüşdür. Hesab edir ki, oğlunun işdən azad edilməsi barədə verilmiş əmr əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin nümayəndəsi X20 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. İddiaçının həmin vəzifədə çalışdığı müddət ərzində aparılmış yoxlamalar nəticəsində nöqsanlar aşkar edilmişdir. Belə ki, Cəlilabad rayonunun 11 nəfər sakini aidiyyəti orqanlara və Əmək və X18 Nazirliyinə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda çalışan əməkdaşların hərəkətlərindən şikayət etmişlər. Əmək və X18 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun xx.xx.2020ci il tarixli **********1 nömrəli xidməti məruzəsindən müəyyən edilir ki, bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X6 qanunsuz hərəkətləri barədə Əmək və X18 Nazirliyinə daxil olmuş müraciətin araşdırılması zamanı Mərkəz tərəfindən vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə Əmək və X18 naziri Sahil Babayevin adına xidməti məruzə tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli **********3 və **********7 nömrəli əmrlərə əsasən 32 nəfər rayon sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən Mərkəz tərəfindən işsiz şəxslərin və 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin həmin Mərkəz tərəfindən 1 il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulduğu halda, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, həmin vətəndaşlardan yalnız 2 nəfərin Mərkəzdə öncədən işsiz şəxs kimi qeydiyyatının və 3 nəfərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu, digər şəxslərin isə müvafiq maddələrin tələbləri pozularaq, özünüməşğulluq proqramına cəlb olunduğu və yalnız araşdırma zamanı, yəni xx.xx.2020-ci il tarixdə sonunculardan 26 nəfərin işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı, 1 nəfərin işsiz şəxs kimi qeydiyyata alınmasının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” Altsistemində (MAS) problem yaranması səbəbindən mümkün olmaması Mərkəz tərəfindən bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlardan 5 nəfəri xidmət, 27 nəfəri kənd təsərrüfatı sahəsi üzrə müraciət etmişdir. Onlardan 8 nəfəri isə “Məşğulluq haqqında” Qanunun 24.9-cu maddəsinə əsasən üstünlük verilməsi nəzərdə tutulan kateqoriyadan olan (cəzaçəkmə müəssisəsindən azad olunan və əlilliyi olan) şəxslərdir. 11 nəfər şikayətçi ilə proqrama kənd təsərrüfatı sahəsi üzrə cəlb olunmuş vətəndaşların Mərkəzdə işaxtaran kimi qeydiyyata alındığı tarix üzrə aparılan müqayisə zamanı növbəliliyə riayət olunmadığı aşkarlanmışdır. X1 Sevil oğlunun Mərkəzə müraciətinin özünüməşğulluq layihəsi ilə bağlı deyil, işlə təmin olunmaq məqsədilə olduğu da müəyyən edilmişdir. Mərkəzin direktoru vəzifəsini icra edən E.Əliyev izahatında xidmət sahəsi üzrə Mərkəzdə növbəlilik olmadığına görə həmin şəxslərin qeydiyyat tarixi nəzərə alınmadan cəlb olunduqlarını, kənd təsərrüfatı sahəsi üzrə isə Cəlilabad rayonunda sözügedən proqrama qoşulmaq üçün müraciət edən vətəndaşların sayının çox olması səbəbindən növbəliliyi nizamlaya bilmədiyini və seçim zamanı onların arasından çətin həyat şəraitində olanlara üstünlük verdiyini qeyd etmişdir. E.Əliyev həmçinin şikayət edən vətəndaşların da araşdırma dövründə özünüməşğulluq proqramında iştirak hüquqlarının və imkanlarının qiymətləndirilməsi məqsədi ilə ünvanlarına baxış keçirildiyini və müvafiq aktların tərtib edildiyini bildirmişdir. Təqdim edilən aktlara əsasən şikayətçilərdən 2 nəfər barədə proqrama cəlb olunmasının məqsədəmüvafiq hesab olunması ilə bağlı müsbət, digər 8 nəfər barədə isə mənfi qərar verildiyi müəyyən edilmişdir. Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun böyük məsləhətçisi X21, aparıcı məsləhətçisi X9 və məsləhətçisi X22 izahatlarında özünüməşğulluq proqramı ilə bağlı müvafiq işləri həyata keçirdiklərini qeyd etmişlər. Həçminin bildirir ki, bir sıra hallarda, o cümlədən sözügedən araşdırma zamanı Mərkəzlərdə öncədən işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar barədə məlumatların MAS-a daxil edilməsi zamanı qeydiyyat tarixi kimi cari tarixin sistemə düşməsi və müvafiq dəyişiklik etməyin mümkünsüz olması səbəbindən müraciət tarixi ilə MAS-da qeydiyyat tarixi arasında yaranan fərqlilik vətəndaşların növbəliliyinin və hüquqlarının pozulmasına şərait yaratmışdır. Xidməti məruzə əsasında Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X10, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X15, aparıcı məsləhətçi vəzifəsində çalışan X5 və məsləhətçi vəzifəsində çalışan X16 töhmət verilmişdir. xx.xx.2020-ci il tarixdə töhmət verilməsinə baxmayaraq İddiaçı işində dönüş yaratmamış, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmamış və öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Buna görə də Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli xx.xx.2020-ci il tarixdə Əmək və X18 naziri Sahil Babayevin adına xidməti məruzə ünvanlayaraq, Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsinin məqsədə müvafiq hesab etmişdir. Həmçinin, İddiaçı digər nöqsanlar olmuşdur və həmin nöqsanlara görə İddiaçı barəsində təqdimatlar verilmişdir. Belə ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2020-ci il tarixli yazılı məruzəsindəki birinci təklifə əsasən 2019-cu ildə Cəlilabad rayonu üzrə özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların özünüməşğulluğa hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı proqrama cəlb edilmiş iştirakçı X7 xx.xx.2019-cu il tarixdə əmək pensiyası hüququ qazanmasına baxmayaraq, xx.xx.2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edildiyi aşkar edilmiş və bununla bağlı Yunsur Cabbarov qiymətləndirmə mərhələsindən uyğun hesab edilməyərək, proqramdan kənarlaşdırılmışdır. Araşdırma aparılan zaman Yunsur Cabbarovun mərkəzin baş məsləhətçisi İddiaçı doğma dayısı olması aşkar edilmişdir. Daha sonra, Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı peşəyönümü məsləhətlərinin və peşə hazırlığı kurslarının təşkli ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq o, tapşırıqları yerinə yetirməmişdir. Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən ESDAS nömrəsi **********7 və **********3 olan sənədlərin icrası təmin edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan sənədlər icra üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı tapşırılmış, lakin o, həmin sənədlərin icrasını təmin etməmişdir. Həmin nöqsanlara görə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatlarında İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Göründüyü kimi, İddiaçı çalışdığı vəzifəsində öz əmək funksiyalarına əməl etməmiş və işində çoxsaylı nöqsanları buraxmışdır. Bu barədə ona dəfələrlə irad bildirsə də, o, həmin nöqsanları aradan qaldırmayıb. Nəticədə, Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl yol verdiyi nöqsanlarla bağlı izahat verməsi üçün dəvət edilmiş, lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Hazırda iddiaçının çalışdığı iş yeri - Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət X8 Heyətinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət X2, Masallı, Cəlilabad, Yardımlı rayon Məşğulluq Mərkəzlərinin əsasında 14 saylı X24 filialı yaradılmışdır. Hesab edir ki, iddiaçının işdən çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (atasının), cavabdehin nümayəndəsinin izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə qubul edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov xx.xx.2020-ci il tarixli **********1 nömrəli yazılı məruzə ilə ƏƏSM nazirinə məruzə edərək bildirmişdir ki, bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X6 qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinə daxil olmuş müraciət aidiyyəti üzrə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsində araşdırılmışdır. Müraciətdə 11 nəfər Cəlilabad rayon sakini Mərkəzdə özünüməşğulluq proqramına qoşulmaq məqsədi ilə qeydiyyata alındıqlarını, lakin E.Əliyevin onların növbəsini nəzərə almadan daha sonra qeydiyyata alınmış 30 nəfəri sözügedən proqrama cəlb etdiyini qeyd etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli **********3 və **********7 nömrəli əmrlərə əsasən 32 nəfər rayon sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən Mərkəz tərəfindən işsiz şəxslərin və 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin həmin Mərkəz tərəfindən 1 il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulduğu halda, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, həmin vətəndaşlardan yalnız 2 nəfərin Mərkəzdə öncədən işsiz şəxs kimi qeydiyyatının və 3 nəfərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu, digər şəxslərin isə müvafiq maddələrin tələbləri pozularaq özünüməşğulluq proqramına cəlb olunduğu və yalnız araşdırma zamanı, yəni xx.xx.2020-ci il tarixdə sonunculardan 26 nəfərin işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı, 1 nəfərin işsiz şəxs kimi qeydiyyata alınmasının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” Altsistemində (MAS) problem yaranması səbəbindən mümkün olmaması Mərkəz tərəfindən bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlardan 5 nəfəri xidmət, 27 nəfəri kənd təsərrüfatı sahəsi üzrə müraciət etmişdir. Onlardan 8 nəfəri isə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.9-cu maddəsinə əsasən üstünlük verilməsi nəzərdə tutulan kateqoriyadan olan (cəzaçəkmə müəssisəsindən azad olunan və əlilliyi olan) şəxslərdir. 11 nəfər şikayətçi ilə proqrama kənd təsərrüfatı sahəsi üzrə cəlb olunmuş vətəndaşların Mərkəzdə işaxtaran kimi qeydiyyata alındığı tarix üzrə aparılan müqayisə zamanı növbəliliyə riayət olunmadığı aşkarlanmışdır. X1 Sevil oğlunun Mərkəzə müraciətinin özünüməşğulluq layihəsi ilə bağlı deyil, işlə təmin olunmaq məqsədilə olduğu da müəyyən edilmişdir. Mərkəzin direktoru vəzifəsini icra edən E.Əliyev izahatında xidmət sahəsi üzrə Mərkəzdə növbəlilik olmadığına görə həmin şəxslərin qeydiyyat tarixi nəzərə alınmadan cəlb olunduqlarını, kənd təsərrüfatı sahəsi üzrə isə Cəlilabad rayonunda sözügedən proqrama qoşulmaq üçün müraciət edən vətəndaşların sayının çox olması səbəbindən növbəliliyi nizamlaya bilmədiyini və seçim zamanı onların arasından çətin həyat şəraitində olanlara üstünlük verdiyini qeyd etmişdir. E.Əliyev həmçinin şikayət edən vətəndaşların da araşdırma dövründə özünüməşğulluq proqramında iştirak hüquqlarının və imkanlarının qiymətləndirilməsi məqsədi ilə ünvanlarına baxış keçirildiyini və müvafiq aktların tərtib edildiyini bildirmişdir. Təqdim edilən aktlara əsasən şikayətçilərdən 2 nəfər barədə proqrama cəlb olunmasının məqsədəmüvafiq hesab olunması ilə bağlı müsbət, digər 8 nəfər barədə isə mənfi qərar verildiyi müəyyən edilmişdir. Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun böyük məsləhətçisi X21, aparıcı məsləhətçisi X9 və məsləhətçisi X22 izahatlarında özünüməşğulluq proqramı ilə bağlı müvafiq işləri həyata keçirdiklərini qeyd etmişlər. Həçminin xidməti məruzədə bildirilmişdir ki, bir sıra hallarda, o cümlədən sözügedən araşdırma zamanı Mərkəzlərdə öncədən işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar barədə məlumatların MAS-a daxil edilməsi zamanı qeydiyyat tarixi kimi cari tarixin sistemə düşməsi və müvafiq dəyişiklik etməyin mümkünsüz olması səbəbindən müraciət tarixi ilə MAS-da qeydiyyat tarixi arasında yaranan fərqlilik vətəndaşların növbəliliyinin və hüquqlarının pozulmasına şərait yaratmışdır. Heybət İmanov xx.xx.2020-ci il tarixli yazılı məruzəsində - əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X17, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X21, aparıcı məsləhətçi vəzifəsində çalışan X9 və məsləhətçi vəzifəsində çalışan X22 barədə intizam tədbirinin görülməsi üçün Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsini ƏƏSM nazirindən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X10, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X15, aparıcı məsləhətçi vəzifəsində çalışan X5 və məsləhətçi vəzifəsində çalışan X16 töhmət verilmişdir. Əsas: Azərbaycan Respublikasının ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli yazılı məruzəsi olmuşdur. Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatlarından müəyyən edilir ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2020-ci il tarixli yazılı məruzəsindəki birinci təklifə əsasən 2019-cu ildə Cəlilabad rayonu üzrə özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların özünüməşğulluğa hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı proqrama cəlb edilmiş iştirakçı X7 xx.xx.2019-cu il tarixdə əmək pensiyası hüququ qazanmasına baxmayaraq xx.xx.2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edildiyi aşkar edilmiş və bununla bağlı Yunsur Cabbarov qiymətləndirmə mərhələsindən uyğun hesab edilməyərək proqramdan kənarlaşdırılmışdır. Araşdırma aparılan zaman Yunsur Cabbarovun mərkəzin baş məsləhətçisi İddiaçı ilə yaxın qohumluq əlaqəsi olduğu aşkar edilmişdir. Daha sonra, Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı peşəyönümü məsləhətlərinin və peşə hazırlığı kurslarının təşkli ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq o, tapşırıqları yerinə yetirməmişdir. Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən ESDAS nömrəsi **********7 və **********3 olan sənədlərin icrası təmin edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan sənədlər icra üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı tapşırılmış, lakin o, həmin sənədlərin icrasını təmin etməmişdir. Həmin nöqsanlara görə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatlarda İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək məcəllənin 72-ci maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması hesab edilir. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin M.Abbasbəylinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli xidməti məruzəsindən müəyyən edilir ki, Əmək və X18 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun xx.xx.2020-ci il tarixli **********1 nömrəli xidməti məruzəsinə əsasən bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X6 qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinə daxil olmuş müraciətin araşdırılması zamanı Mərkəz tərəfindən vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Xidməti məruzənin əsasında Əmək və X18 Nazirliyinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X10, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X15, aparıcı məsləhətçi vəzifəsində çalışan X5 və məsləhətçi vəzifəsində çalışan X16 töhmət verilmişdir. Töhmət verilməsinə baxmayaraq işində dönüş yaratmadığına, həmçinin əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə verilmiş intizam tənbeh tədbirindən nəticə çıxartmadığına və öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmri ilə öhdəsinə düşən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin M.Abbasbəylinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli yazılı məruzəsi olmuşdur. Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət X8 Heyətinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət X2, Masallı, Cəlilabad, Yardımlı rayon Məşğulluq Mərkəzlərinin əsasında 14 saylı X24 filialı yaradılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı töhmət verilməsinə baxmayaraq, altı ay ərzində işində dönüş yaratmadığına və öhdəsinə düşən vəzifələri təkrarən yerinə yetirmədiyinə görə Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2020ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinə qarşı ““İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və X18 nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X12 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə (indiki - Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X13 14 saylı X24 filialında müvafiq vəzifəyə təyin edilməsi) işə bərpa olunması, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3782/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3782/2020
21.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver