Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3787/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehinnümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” ilkin, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın tutulmasıtələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmrinin etibarsız hesab edilməsi, işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən əsas iş yeri üzrə müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən vəzifəsindən azad edilmiş, təhkim edilmiş inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait onun əmək haqqından tutulmuşdur. Cavabdehin qeyd edilən əmri əsassız olmaqla və əmək qanunvericiliyinin tələblərinə zidd verilməklə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh onun işdən çıxarılmasını xx.xx.2020-ci il tarixində bir vətəndaşa sığorta xidmətini göstərə bilməməsi ilə bağlayır. Həmin tarixdə ona yaxınlaşan vətəndaş nəqliyyat vasitəsini sığorta etdirmək istəmiş və cavabdehin müəyyən etdiyi tələblərə uyğun olaraq müvafiq sığortanın həyata keçirilməli olduğu informasiya sistemində ondan asılı olmayan səbəbdən elektron imza aktiv olmadığından, sığorta əməliyyatını edə bilməmiş və vətəndaşın narazı qalmaması üçün işlədiyi mərkəzdə digər hüquqi şəxsin əməkdaşına yönləndirərək sığortanın edilməsində köməklik istəmiş və nəticədə sığorta əməliyyatı onun vasitəçiliyi olmadan baş tutmuşdur. Cavabdeh bu əməliyyatın həyata keçirilməməsi nəticəsində 15% satış komissiyası və 5% reklam komissiyası olmaqla, cəmi 10 manat məbləğini keçməyən həddə gəlirdən məhrum olmuşdur ki, o, hər iş günününsonunda müvafıq “Whatsapp qrup”una həyata keçirdiyi əməliyyatların siyahısına bu əməliyyatı səhvən yazmaqla əslində cavabdehi bu barədə məlumatlandırmışdır.Cavabdeh tərəfindən isə intizam tənbehinin tətbiqi qaydalarına riayət edilməmiş və nəticədə əsassız olmaqla yanaşı, qanunvericiliyin tələblərinə zidd əmr çıxarılmışdır. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfındən əmək və ya ıcra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırki halda əmr yalnız bir ay müddət keçəndən sonra 24 iyun tarixində çıxarılmışdır. Həmçinin cavabdeh bu cür tənbeh tədbiri tətbiq edərkən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş,onun fəaliyyəti ilə bağlı həmin tarixə kimi heç bir narazılıq olmamasını və fəaliyyəti ilə bağlı hər hansı bir xəbərdarlıq və ya tənbeh tədbirləri tətbiq olunmamasınə nəzərə almamışdır. Bundan əlavə, həmin əmrlə inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait əmək haqqından tutulmuşdur. Halbuki onun təqsirindən kompyuterə heç bir ziyan dəyməmiş və cavabdeh maddi məsuliyyət tətbiq edərkən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Daha sonra İddiaçı İddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqlarının qorunması məqsədilə vəkil xidmətindən istifadə edilməsini nəzərə alaraq, vəkilə çəkilmiş xərcin cavabdehdən tutulması məqsədilə iddia tələbinin həcminin artırılmasına jərurət yarandığını göstərmiş, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmrinin etibarsız hesab edilməsi, işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın və vəkil xidmətindən istifadəyə görə çəkilmiş 500 manat məbləğində xərcin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələblərinin hər hansı bir hüquqi əsasları mövcud deyildir. İddiaçınınəmək müqaviləsi işəğötürən tərəfındən əmək qanunvericiliyi çərçivəsində ləğv edilmişdir. Belə ki, cəmiyyətin qanunla qorunan mənafelərinə formasından və əhəmiyyətindən asılı olmayaraq ziyan və xələl gəlmişdir. Eyni zamanda iddiaçı vəzifə borcunu yerinə yetirməməklə, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Onun yazdığı izahatında da etiraf etdiyi kimi, maliyyə kənarlaşmasını bir dəfə deyil, bir neçə dəfə təkrar törətmişdir. Halbuki, qanunvericilikdə əhəmiyyətli və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq mənafeyə xələl gətirmə halı və ya faktı varsa, işəgötürən işçinin vəzifə fünksiyalarının kobud pozuntu hallarını ehtiva edən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə, həmçinin digər əsas olan “c” bəndinə istinad edilməklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini ləğv etməkdə səlahiyyətlidir. İddiaçı iddia edir ki, əmək müqaviləsinin ləğv edilməsini İşəgötürən əsaslandırmamışdır. Halbuki, əmək müqaviləsinin ləğvinə dair işəgötürən xx.xx.2020-ci il tarixli əsaslandırılmış ümumi əmr vermişdir. Digər tərəfdən kadrlar əmrinin əsası olan intizam tənbehi əmri xx.xx.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Digər tərəfdən maliyyə kənarlaşması təsdiqini tapdığı üçün bu kimi halda hər hansı bir şəxsi göstəricilərin nəzərə alınması yolverilməzdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, müqavilənin müddətinin artırılması halı baş verməsinin səbəbi əmək və icra intizamının pozulması halının araşdırılması olmuşdur. Bu bir daha təsdiq edir ki, işəgötürən qanunvericiliyə zidd olmadan, araşdırma və təhlillərlə bu qənaətə gəlmişdir. Kompyuterə dəymiş maddi ziyana dair akt tərtib edilmişdir. Bu akt üzrə noutbukun və kullerin içərisində kağız tapılması öz təsdiqini tapmışdır. Bu isə İddiaçının bilərəkdən maddi zərər vurmasını təsdiq edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Habelə məhkəmə gedişatında Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 7347,96 manat məbləğində maddi ziyanın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rafıq qızı tərəfmdən Cavabdeh MMC-də çalışdığı son 1 il müddətində 7,347.96 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə Cəmiyyət tərəfındən İddiaçı Rafıq qızının hesabtları analiz və təhlil edilərək, 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayı daxil olmaqla, son 1 il ərzində onun tərəfindən MMC-dən ümumilikdə 7.347,96 manat məbləğində maliyyə vəsaiti kənarlaşdırmaqla, Cəmiyyətə maddi ziyan vurmasına dair Akt tərtib olunaraq, təsdiq edilmişdir. Həmin akt üzrə maddi zərər məbləğin aşağıdakı qaydada açıqlanmışdır: 2019-cü ilin son 6 ayı nəzərə alaraq ümumi yığım 1.382.821,58 AZN əşkil edir. Qəbələ rayon ASAN Xidmət Mərkəzinin yığımı cari dövrə görə 14.283,56 AZN (1,03%) təşkil edir. 2020-ci ilin ilk 4 ayı nəzərə alaraq ümumi yığım 1.211.774,19 AZN təşkil edir. Qəbələ rayon ASAN Xidmət Mərkəzinin yığımı cari dövrə görə 8.652,38 AZN (0,71%) təşkil edir. Yeni əməkdaşın aylıq nəticələrini hesablasaq 2020-ci ilin iyul və avqust aylarının ümumi yığımı 171.595,61 AZN olduğu halda, cari şöbənin yığımı 3.959,99 (2,30%) AZN təşkil edir. Keçmiş dövrün son 2 ayına faiz potensialına nəzərən 2019-cu ilin son 6 ayı ərzində Qəbələ ASAN yığımı 31.804,89 AZN, 2020-ci lin ilk 4 ayı üzrə olan yığım isə 27.870,80 AZN təşkil etməli idi. Sığorta haqqının 20% həcmində komission əldə edildiyii nəzərə alınaraq 2019-cu ilin son 6 ayına görə itirilmiş məbləğ 3.504,27 AZN, 2020-ci ilin ilk 4 ayına görə itirilmiş məbləğ isə 3.843,69 AZN təşkil edir. Cavabdehin tam maddi məsul şəxs olmasını və vurduğu maddi ziyan məbləğinin aylıq əmək haqqı məbləğindən artıq olmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən tam maddi ziyanı Cəmiyyətə ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, məhkəməyə verdiyi izahatında ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək, məhkəməyə verdiyi izahatında ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin vəqarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Cavabdeh MMCnin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmri ilə müştəri xidməti təmsilçisi İddiaçı Rafıq qızı əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, son haqq-hesab məbləğindən işçinin istifadəsinə təhkim edilmiş inventara (kompyuterə) dəymiş 217 məbləğində maddi zərər işçinin son haqqhesabından tutulmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması, həmçinin, inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. AR Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Habelə, məhkəmənin gəldiyi qənaətə görə qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh MMC cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, qarşılıqlı iddia tələblərinin əsasını təşkil edən xx.xx.2020-ci il tarixli akt konkret faktlarla deyil, mülahizələr və ehtimallarla əsaslanmışdır. Məhkəmə qeyd edir ki, tələb yetərincə əsaslandırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” ilkin iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanınn tutulması tələbinə dair” iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3787/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3787/2020
22.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver