Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3798/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 atasının X14, anasının isə X5 olmaqla, 1943-cü il tarixdə Şamaxı rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin Q tikilisindən 2/4 hissəsi onun ,Q tikilisininin 2/4 hissəsi isə mərhum X1nın mülkiyyətindədir. Bu barədə hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq Çıxarış verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 vəfat etdikdən sonra ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin Q tikilisindən 2/4 hissəsini miras kimi ərizəçi həmin evdə yaşamaqla faktiki qəbul etmişdir. Lakin bacısı X3 onunla bacı-qardaş olduğunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olmadığından müvafiq notariat kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Tərəfindən Maraqlı şəxs1nə müraciət edilərək, X1nın doğum akt qeydinin bərpa edilməsi xahiş edilmişdir. Bundan sonra Maraqlı şəxs1 tərəfindən Milli Arxiv İdarəsinin X12 filialına (bacım Şamaxı rayonunda anadan olmuşdur) müraciət edilmiş, lakin verilmiş cavab məktubunda 1943-cü illərə aid doğum aktının qeydiyyatı kitablarına baxış keçirildiyi, lakin X6 haqqında məlumatın aşkar edilmədiyi göstərilmişdir. Bacısından miras qalmış sözügedən əmlaka dair ona müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmək niyyətindədir. Lakin yuxarıda da qeyd etdiyim kimi bacısının doğum haqqında şəhadətnaməsinin olmaması, eləcə də onun doğumu barədə arxivdə qeydin aşkarlanmaması hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Bu səbəbdən də məhkəməyə müraciət edərək, hesab edir ki, X1nın doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, yəni bacısı X3 1943-cü il tarixdə Şamaxı rayonunda doğulması, eləcə də onun atasının X14, anasının isə X4 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin ərizənin məzmununa uyğun izahat verərək, X2 1943-cü il tarixdə Şamaxı rayonunda doğulması və atasının X14, anasının isə X5 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizəçı Ərizəçi doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, şəhadətnamənin ata qrafasında X14, ana qrafasında X5 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2001-ci il tarixli 2- 683/2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, məhkəmə araşdırması zamanı X2 1943-cü ildə anadan olması və atasının X14 olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən X2 X7 qızı olması barədə hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən edilməsi qərara alınmışdır. Qətnamə xx.xx.2001-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ayarışın surəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin Q tikilisindən 2/4 hissəsi X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 086536 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 12 iyun 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçı Ərizəçi müraciətinə əsasən, foğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əslini təqdim edilmədiyi üçün mərhum X1nın doğum akt qeydinin bərpa edilməsi barədə xahişinin təmin edilməsinin imkan xaricində olduğu bildirimiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin X15 filialinın 01 iyun 2022-ci il tarixli məktubunun surətindən görünür ki, X15 Filialında saxlanılan VVAQ-ın 1943-cü illərə aid doğum aktının qeydiyyatı kitablarına baxış keçirilmiş, vətəndaş X6 haqqında məlumat aşkar olunmamışdır. Beləliklə, ərizəçinin izahatı və iş materialları ilə ərizəçinin bacısı - X2 1943-cü il tarixdə Şamaxı şəhərində doğulması, atasının X14, anasının X5 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi bacısının doğum akt qeydinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əsli tədim edilməyinə görə doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X1nın vərəsəsi olaraq ondan miras qalmış əmlakı vərəsəlik qaydasında ala bilməsi üçün bacısının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X2 doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi X2 doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, mərhum X1nın doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X2 doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi bacısının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1943-cü il tarixdə Şamaxı şəhərində doğulması, atasının X14, anasının X5 olması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 atası X14, anası X5 olmaqla, xx.xx.1943-cü il tarixdə Şamaxı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3798/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3798/2022
08.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver