Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-38/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, X2, X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 10141,66 (on min yüz qırx bir dollar altmış altı sent) ABŞ dolları, faiz borcu üzrə 3322,86 (üç min üç yüz iyirmi iki dollar səksən altı sent) ABŞ dolları olmaqla, cəmi 13464,52 (on üç min dörd yüz altmış dörd dollar əlli iki sent) ABŞ dolları kredit borcunun və ödənilmiş 159,18 (yüz əlli doqquz manat on səkkizqəpik) manat və iddianın təmin tədbirinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X13 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2256 saylı, 22 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2013-cü il tarixdə, № 01341 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədilə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 19760 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobil xx.xx.2013-cü il tarixdə, №1341 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X12 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 112543 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 19760 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 % faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu 10141,66 (on min yüz qırx bir dollar altmış altı sent) ABŞ dolları, faiz borcu 3322,86 (üç min üç yüz iyirmi iki dollar səksən altı sent) ABŞ dolları olmaqla, cəmi 13464,52 (on üç min dörd yüz altmış dörd dollar əlli iki sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Belə ki, Cavabdeh əsas borc üzrə 10141.66 ABŞ dolları, faiz borcu üzrə 3322.86 ABŞ dolları olmaqla, cəmi 13464.52 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 159.18 manat və iddianın təmin tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 99-GH- 213 dövlət qeydiyyat nömrəli “GEELY EMQRAND EX7” minik avtomobilinə yünəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satəşdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarmağınızı xahiş edir. Verilən pulu Cavabdeh özü qəbul edib. Hər ay da 100 dollar pul ödəyib. Əgər götürməmişdisə niyə gəlib ödənişlər edib. Son ödənişləri var. 2018-ci ildə 2 dəfə 200 ABŞ dolları, 2019-cu ildə 100 ABŞ dolları, 2020-ci ildə 100 ABŞ dolları, 2021-ci ilin sentyabrın 17-də 100 ABŞ dolları və 2021-ci ilin 25 oktyabrında 100 ABŞ dolları olub. Bundan əlavə iddiaçının nümayəndəsi qeyd etmişdir ki, qarşı tərəf bildirdi ki, ümumiyyətlə pul götürməyib, lakin 2014-cü ilin yanvar ayından başlayaraq 16 aprel 2015-ci ilədək 600-700-800 manat məbləğlərində ödənişlər edib. Belə çıxır ki, dollar qalxmasa idi, götürmədiyi pula görə hələ də ödənişlər edəcəkdi. İzahatına əlavə olaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 2013-cü ildə bankla aralarında müqavilə tərtib olunub. Müqaviləyə əsasən məbləği 1 ABŞ dolları = 0,77 manat olmaqla bank öz öhdəsinə götürüb. Bankdan bildirmişlər ki, ödənişi bu məzənnə ilə edəcək. Dolların məzənnəsi yüksələnə kimi o, 705 dollar borcu olduğu halda, "xxxx"na 555 manat ödəyirdi. Məzənnə qalxandan sonra o, ödənişləri dayandırmışdır. Çünki o, son dəfə ödəniş etməyə gedəndə ona bildirmişlər ki, artıq 555 manat yox, yeni məzənnəyə əsasən 1200 manat ödəməlidir. 1 ABŞ dolları = 0,77 manat olmaqla ödənişləri etdiyini deyəndə bildirmişlər ki, Səbail filialına getməlidir. O, oraya getdikdə onu heç müştəri kimi qəbul etmədilər. Hətta orada mübahisə də düşdü. Ona öz fikrini də bildirməyə icazə vermədilər. O, öyrənmişdir ki, bəzi banklar belə iqtisadi vəziyyət yarananda müəyyən məbləğdə dolları Azərbaycan valyutasına keçirirdilər. O, da bununla bağlı müraciət etmək istəmişdir. Gələcəkdə dolların qiyməti daha da qalxdığı halda onun ödəniş etməyə gücü çatmayacaqdı. Ona bildirmişlər ki, nə qədər bacarırsansa, ödə, artıq məbləğ də sənə borc kimi yazılacaq. İqtisadi böhran yarandı, vəziyyət pisləşdi, dollar artdı və bank ona heç bir güzəştə getmədi. Onun müqaviləsində günün məzənnəsinə uyğun ödəmə şərti yoxdur. O, 1 ABŞ dolları = 0,77 manat şərti olan müqaviləyə imza atmışdır. Hələ dollar qalxmamışdan qabaq ona 3500 dollar cərimə faizi hesablanmışdı. Onun dollar qalxmamışdan qabaq 11000 dollar əsas məbləğdə borcu qalmışdı. Bizim valyuta ilə 8800 manat pul edirdi. Dollar qalxandan sonra artıq 20000 manatdan yuxarı məbləğ alınmışdır. Onun "xxxx" ilə müqaviləsi var, İddiaçılə müqaviləsi yoxdur. 2016-cı ildə onun müqaviləsinin vaxtı bitmişdir. O, banka müraciət edəndə bildirilmişdir ki, onun işi problemli olduğuna görə xəbəri olmadan İddiaçıə verilib. İddiaçıin nümayəndəsi onu dəvət etmiş və onunla söhbət aparmışlar, ayda nə qədər ödəməyə gücü çatdığını soruşmuşlar, cavabında isə belə getsə, onun ümumiyyətlə ödəniş etməyə gücüm çatmayacağını bildirmişdir. Bank ona əlbəəl heç nə verməyib. Ona deyilib ki, get avtomobili salondan götür, onlar öz aralarında hər şeyi həll edəcəklər. O, qəbzi görən kimi ilk olaraq imzaya baxmış və demişdir ki, bu onun imzası deyil. Əlavə olaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər, hesab edirlər ki, əsassızdır. İddia müddətinin tətbiqi ilə bağlı ərizə də təqdim etmişlər. İlk növbədə qeyd etmək istəyirlər ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əsasən ona müqavilədə nəzərdə tutulmuş məbləğdə kredit verilməli idi. Kreditin verilməsi məqsədi avtomobilin alınması qeyd olunmuşdur. Müqavilə bağlandığı tarixdə iptoteka müqaviləsi bağlanır. İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan avtomobil ipoteka yüklü olunmuşdur. Avtomobil bağlanılmış kredit müqaviləsinin təminatı hesab olunmuşdur. Lakin ipoteka müqaviləsi bağlanıldıqda iddiaçının nümayəndəsinin verdiyi sənədə əsasən ona pul kredit müqaviləsi bağlanıldığı tarixdən yox, 2 ay yarım sonra, yəni, 6 dekabr 2013-cü il tarixində kredit müqaviləsi bağlanılır və 2014-cü ilin fevralında ona kredit məbləğinin verilməsi göstərilir. Əgər cavabdeh pulu maşın üçün götürmüşdüsə, onda belə çıxır ki, maşını artıq öz hesabına alıb. Onlar cavabdehə pulun verilməsini inkar edirlər və bildirirlər ki, cavabdehə qəbzdə qeyd olunan məbləğdə pul verilməyib. Sual yaranır ki, cavabdeh hansı pulla həmin maşını alıb. Tərəflər arasında müqavilə bağlanılsa da, müqavilədə tərəfə pulun verilməsi nəzərdə tutulsa da, tərəfə həmin məbləğ verilməmişdir. Artıq belə olan halda müqavilə etibarsız da hesab oluna bilərdi. Burada boşluqlar çoxdur. "xxxx" tərəfindən təqdim olunan sənədlərdə çox uyğunsuzluqlar var. Hesab edir ki, bu da çox böyük boşluqlara gətirib çıxaracaq. Digər tərəfdən iş üzrə ekspertiza keçirildi və məhkəmə ekspertizasının tədqiqatının nəticəsinə əsasən imzaların cavabdehə məxsus olduğu göstərilmişdir. Onlar hesab edirlər ki, məhz məxaric qəbzindəki imza cavabdehə məxsus deyil, qəbzdə göstərilən məbləğ cavabdehə təqdim edilməmişdir. Tərəflərindən təqdim olunan özəl ekspertiza fəaliyyəti ilə məşğul olan ekspertin rəyinə əsasən müəyyən olunur ki, həmin qəbzdəki imza cavabdehə məxsus deyil. Bu da onu göstərir ki, artıq iş üzrə iki ziddiyyətli rəy var. Həmçinin ipoteka müqaviləsi üzrə digər məhkəmədə mübahisələndirmə aparılır. Həmin iş artıq Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Hazırki iş üzrə cavabdehin arvadı tərəfindən iddia qaldırılmışdır. Həmin iş üzrə "xxxx" əsl olmayan tərəfin əsl olan tərəf, yəni İddiaçı QSC ilə əvəzlənilməsi barədə vəsatət vermişdi, lakin vəsatət təmin olunmadı. Hazırda ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iş üzrə icraat aparılır. Burada iddia müddətinin tətbiqi ilə bağlı məsələlər yarandı. Onlar iş materiallarına baxdıqda görürlər ki, son ödəniş 2015-ci ildə olmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, guya müqavilənin icra müddəti keçməmiş hər hansı şəxs tərəfindən ödənilmə baş vermişdir. Lakin həmin qəbzlərdə Cavabdeh soyadı, imzası yoxdur. Ümumiyyətlə, onun tərəfindən məbləğ verilməmişdir. Ona görə də, hesab edir ki, burada digər əsaslarla yanaşı iddia müddətinin tətbiqi ilə bağlı əsaslar yaranır. Hesab edir ki, iş üzrə qətnamə çıxarkən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizə nəzərə alınmalıdır. Buna müvafiq qətnamə çıxarılmalıdır. Sübutların qiymətləndirilməsi mərhələsi ilə bağlı qeyd edə bilər ki, heç bir sübut məhkəmə üçün əvvəlcədən önəm kəsb etmir. Hesab edir ki, iş üzrə iki ekspertiza rəyi varsa, qətnamə çıxarılan zaman hər iki rəyə qiymət verilməlidir. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ekspert X16 izahatında bildirmişdir ki, ona təqdim olunmuş sənədlər əsasında mövcud olanlar yoxlanılıb və vəsatət verilib. Eksperimental nümunələr olanda və ya nümunələr arasında hər hansı ziddiyyət olanda onlar əlavə sərbəst nümunələrin təqdim olunması ilə bağlı vəsatət verirlər. Sərbəst nümunələr hər hansı dəyişdirilmənin yaşanmadığı daha mötəbər sənədlər hesab olunur. 23 noyabr tarixində həmin sənədlər onlara təqdim olunub. Həmin nümunələr əsasında da qəti rəyə gəlmək mümkün olub. Tədqiq olunan sənədlərdə olan imza ilə verilmiş nümunələr arasında olan fərqlər və oxşarlıqlar bir tərəziyə qoyulub və imzaların Cavabdeh məxsus olması nəticəsinə gəlmişdir. Həmin nümunələr onlara kifayət edib. Bəzən onlara təqdim olunan nümunələr kifayət etmir və onlar ikinci, üçüncü dəfə vəsatət verə bilirlər. İmzalarda fərqlər və uyğunluqlar bərabər olduğu halda onlar qəti rəyə gələ bilmirlər və müəyyən etmək mümkün olmur. Lakin hazırki iş üzrə qəti rəy verilib. Təqdim olunan sənədlərin hər hansında şübhə olsa idi, o, qəti rəy verməzdi. Müstəqil ekspert kimi məhkəmə iclasında iştirak edən Mübariz Mirzəyevi tanıyır. Onlar bir müddət Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində işləmişlər, ballistik şöbənin eksperti olub. Əlyazmalarla bağlı ekspert olduğunu burada öyrənmişdir. Lakin onlar 2-3 il bir yerdə işləmişlər. O, işə başlayandan sonra Mübariz Mirzəyev pensiyaya çıxmışdır. O, Mübariz bəyin harada işlədiyini, xətşünaslıq üzrə ekspert olduğunu burada öyrənmişdir. Ona məhkəmə tərəfindən digər zidiyyətli rəyin olduğu barədə məlumat verilmişdi. Lakin hansı ekspert olduğunu bilməmişdir. Ola bilsin ki, Mübariz bəy orada imzanın oxşadılmaqla icra olunduğunu deyib. Bəzən məhkəmə tərəfindən imzanın oxşadılmaqla icra olunub-olmaması sualı da qoyulur. O, öz nöqteyi-nəzərindən deyir ki, oxşadılmanın özünəməxsus əlamətləri var, hazırki iş üzrə imzalarda o, oxşadılma görməmişdir. Bu zaman vərdiş aşağı düşür, sürət məsələsi var. O, digər rəyi şübhə altına atmaq istəmir. Sadəcə onların ekspertiza mərkəzində hər hansı narazılıq olduğu halda yenidən müraciət oluna bilər. Onun 10 il stajı var,onların mərkəzində 20 il stajı olan ekspertlər var. Tərəf istədiyi halda yeni nümunələr təqdim edərək əlavə və ya təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldıra bilər. Rəy tam obyektiv və qərəzsiz şəkildə verilib. Heç bir kənar təzyiq olmayıb. Rəyini təsdiqləyir. Onlarda mikroskopdan yox, zəruri hallarda lupadan istifadə olunur. Lakin bu da çox nadir hallarda olur. Hazırki rəy üzrə tədqiqat zamanı heç bir alətdən istifadə olunmayıb. Onların ekspertiza növlərində imzanın digər imza ilə eyniləşdirilməsinin aparılması üçün kompüter vasitələrindən istifadə olunmur. Bəzən sənədlərin texniki ekspertizası və əlyazmalarla bağlı kompleks ekspertiza təyin olunanda onlar digər şöbənin rəyindən sonra rəyi verirlər. Hər hansı bir sənəddən imzanın atılmağı ilə bağlı sual qoyulanda texniki şöbə rəy verir ki, bu sənəddəki imza şəxsin doğma imzasının hər hansı bir sənəddən, hər hansı bir qurğu vasitəsilə digər sənədə atılması nəticəsində yaranıb. Onlar bundan sonra həmin imzanın şəxsin doğma imzası kimi atılması ilə bağlı rəy verirlər. İmzanın onun tərəfindən icra olunub-olmaması sualına isə artıq texniki şöbə cavab verir. Yalnız onların şöbə rəy verəndə onlar kompüter vasitəsindən istifadə etmirlər. Hər hərfin ekspert üçün bir quruluşu, hərfi tərkibi var. Həmin hərflərin elementlərinin də itirilməyi və mürəkkəbləşdirilməyi var. Onun rəydə qeyd etdiyi, “İ” hərfinin birinci elementinə aid olub. O, hərflərin yazılış qaydasını bildiyinə görə həmin hərf uzadılmaqla mürəkkəbləşdirilmiş sayılır. Rəydə latın əlifbasının “İ” hərfindən söhbət gedir. Mübariz bəy “İ” hərifini rus əlifbasının “İ” hərifi kimi, yanındakı hissəni də rus əlifbasının “İ” hərfinin ikinci elementi kimi görə bilər. Lakin o, onu hərfləşməyən cizgi kimi görür. Hər ekspertin gördüyü var. O, həmin hissəni latın əlifbasının “İ” hərfi kimi götürmüş və uzadılmaqla qeyd etmişdir. Tərəf isə həmin hərfin kiril əlifbasının “İ” hərfi olduğunu qeyd edir. Bu sadəcə şəkildəyişdirmədir. Onun gördüyü budur. O, bu hissəni kiril əlifbasının “Ş” hərfi kimi də götürə bilərdi. O, gördüyünü yazır. O, həmin hissəni latın əlifbasının “İ” hərfi kimi və yanındakı hissəni də hərfləşməyən cizgi kimi götürmüşdür. O, rəyini tam qərəzsiz və obyektiv şəkildə vermişdir. Lakin onun təcrübəsindən daha yüksək təcrübədə olan şəxslər var. O, rəyinin tam tam obyektiv olduğunu deyə bilər. Ola bilər ki, onlar “İ” hərfinin kirillə deyil, latınla götürüldüyü üçün nəticədə səhvlərin yarandığını düşünə bilirlər. Lakin imzada digər elementlər də var. Rəy təkcə “İ” hərfinə əsasən verilməyib. Orada son cızğı, ümumi əlamətlər, hərfləşməyən cizgi də var. Az öncə Mübariz bəyin rəyində imzanın oxşadılmaqla icra olunmasının qeyd olunduğu deyildi, lakin oxşadılmaqla imza çəkiləndə dayanmalar və vərdiş surətinin aşağı düşməsi halları olur. Hazırki işlə bağlı məxaric orderindəki imzada isə bütün bunlara rast gəlinmir. Bəzən onlar ekspertiza qarşısında sual qoyulmadan özləri qeyd edirlər ki, imzalar oxşadılmaqla icra olunub, yoxsa yox. Hətta bəzən imzada cüzi oxşarlıq və ya fərq olan zaman imzanın yanında şəxsin ad və soyadı ilə bağlı onlar ekspertiza mərkəzi olaraq əlavə sual qoyurlar və onu qeyd edirlər. Tədqiq olunan sənədlərin hər üçündəki imzaya baxarkən onların Cavabdeh aid olub-olmaması ilə bağlı heç bir fərq görmür. Şəxs müxtəlif sənədləri imzalayan zaman onun müəyyən vərdişə görə imzası varsa, onlar hər bir sənəddə istər-istəməz fərqli ölçüdə və hərfli sıxlıqda icra oluna bilər. Lakin eyniləşdirilmə aparılan zaman müəyyən olunur ki, bütün imzalar həmin şəxs tərəfindən icra olunub. İmzalar arasında əlamətlərdə fərq ola bilər, lakin onların forması və digər quruluşu həqiqəti dəyişmir. Əgər üç sənəddən – ipoteka müqaviləsi, kredit müqaviləsi və məxaric orderindən birində olan imza Cavabdeh məxsus olmasa idi, o, bunu qeyd edərdi. Bəzən belə hallar olur ki, müqavilələrdəki imza şəxsə məxsus olsa da, məxaric orderindəki imza başqa şəxs tərəfindən icra olunur. Hazırki vəziyyətdə də belə hal olsa idi, üç sənəddən birinə başqa rəy verilərdi. O, hər üç sənədə baxaraq müəyyən etmişdir ki, imzalar Cavabdeh məxsusdur. Məsələn, onun imzası “F” hərfi ilə başlayır. O, ayaqüstədirsə, imzanın icrasını mümkün qədər qısa bitirməyə çalışacaq. Lakin rahat olan zaman isə o, uzun imza çəkə bilər, hərfləşməyən cizgilərin sayını artırar. Hərfləşməyən cizgilər imzada hərfə aid olmayan cizgilərdir. Ona təqdim olunan imzalarda hər hansı cüzi fərqlər olsa belə, imzaların onun tərəfindən icra olunmaması nəticəsinə gəlinməyib. Rəy tam obyektiv və qərəzsiz şəkildə verilib. Ona ilkin olaraq təqdim olunan nümunələr kifayət etmədiyi üçün o, vəsatət vermişdir. Əlavə olaraq eksperimental nümunələr təqdim olunduqda o, artıq müəyyən dəyişikliklər görmüşdür. Tərəf istənilən halda imzasını dəyişməyə çalışa bilər və bu məqsədli şəkildə olur. Bu ehtimala əsasən o yeni eksperimental nümunələrin təqdim olunmasını istəmişdir. Onun ekspertizanı nə qədər vaxta apardığı ilə bağlı suala cavab verə bilməyəcək. Çünki ay ərzində 10-15 ekspertiza yazılır və onların özünə aid mərhələləri var. O, 5 dəqiqə ərzində ekspertiza aparıb rəy əldə edə bilsəydi, məhkəmədən əlavə nümunələr istəməzdi. O, əlavə nümunələrlə tanış olduqda və eyniləşdirmə apardıqda sonradan ona təqdim olunmuş ekpsertimental imzalarda hər hansı dəyişmə ehtimalı olmadığına əmin olmuşdur. Rəydə də onların iltizamları var, onlar bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdığıqları ilə bağlı xəbərdar olunurlar. Ona təqdim olunan sənədlər əsasında tam obyektiv və qərəzsiz rəy vermişdir. O, tərəfləri tanımır. O, yenidən ekspertiza keçiriləcəyi zaman stajı ondan çox olan ekspert tərəfindən hansı rəyin veriləcəyini deyə bilməz. Lakin bu rəyin tərəfindən tam obyektiv və qərəzsiz icra olunduğuna tam əmin ola bilərlər. Sənədin surətinə baxan zaman orada şəkil görünür. Surət çıxarılan zaman sadəcə cizgilər əks olunur. Diyircəkli qələmin izlərini görmək mümkün deyil. Surət çıxarılan zaman keyfiyyət aşağı düşür və onlar hərəkətləri izləyə bilmirlər. Sənədin əslindən əldə olunmuş nümunələrlə tədqiqat aparılan zaman nəticə daha dəqiq olur. İmzada hər hansı xırda detallar olur hansı ki, onlar onu imzanın əslində görə bilirlər. Surəti çıxarılan zaman həmin detalları izləmək olmur. Məhkəmə iclasında iştirak edən ekspert X7 izahatında bildirmişdir ki, 1997-ci ildən 2014-cü ilə qədər Ədliyyə Nazirliyində işləmişdir. O, ballistika, trasologiya şöbəsində işləmişdir. Sonra həmin şöbədə daktiloskopiyada işləmişdir. Daxili İşlər Nazirliyində xətşünaslıq ekspertizasında işləmişdir. Ekspert kriminalist xətşünaslıq sahəsi üzrə də ekspert olur. Ekpsert kimi kriminalist ekspert olmuşdur. Ekspert rəyə baxarkən birinci növbədə onun daxili inamı olmalıdır. İmzada ümumi əlamətlər və xüsusi əlamətlər var. Onlar həmin əlamətləri imzada görəndə onlara əsaslanıb rəy verirlər. O, rəydə də şəkli göstərmişdir. Rəydə qeyd etmişdir ki: “xx.xx.2014-cü il tarixli "xxxx"nın ********** nömrəli məxaric orderində müştərinin imzası qrafasında Cavabdeh adından icra edilmiş mübahisəli imza Cavabdeh tərəfindən deyil, başqa bir şəxs tərəfindən rəsm kimi bənzədilmiş formada icra edilmişdir. O, rəyi əzbər yadda saxlaya bilməz, ona görə də suala cavab verərkən rəyə baxır. İmza 1341 nömrəli ipoteka müqaviləsində sərbəst icra etdiyi imza nümunəsindən seçilib götürülüb. İpoteka müqaviləsi ona təqdim edilən sənədlərin içərisində olmuşdur. Rəydə qeyd etmişdir ki, “Cavabdeh mülki işi ilə əlaqədar mübahisəli imzaların ilkin tədqiqatı Məhkəmə Ekspertiza Mərkəzində ekspert Famil Əliyev tərəfindən aparılmış və ekspert Famil Əliyevin xətşünaslıq tədqiqatının nəticəsi xx.xx.2022-ci il tarixli 41446 nömrəli ekspert rəyində göstərilmişdir.” İpoteka müqaviləsi ona tədqiqata təqdim olunmuşdur. O, son 6 ayda 25-30 xətşünaslıqla bağlı rəy vermişdir. O, rəyi yazsa da, onu əzbərləyə bilməz. Şəkildəki imza bankın sənədində olan imzadır. O, sənədləri ekspertizanın dəftərxanasından imza atıb götürür. Həmin sənədləri dəftərxanaya kimin verdiyi barədə məlumatı yoxdur. O, tədqiqatı sənədlərin əsli üzərində deyil, surətləri üzərində aparmışdır. İmzada sonradan əlavə olunma və qırıq xətlər göstərilir. Nöqtənin başlanğıcı tamamilə başqa izlərdir. O, rəyindən əmindir və əminliklə deyir ki, imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. İmza böyüdülür və böyüdücü cihazlarla imzaya baxanda diyircəkli qələmin hansı hallarda dayanıb, hansı hallarda hərəkətə gəldiyi görünür. Sənədin surətində də diyirckəli qələmin dayanıb yenidən hərəkətə gəlməsi görünür. Digər ekspert rəyində sonradan əlavə olunan hissəni göstərməyib. Surət çıxarılsa belə, hərəkətin harada dayandığı aydın görünür. İcra olunan imzada qələmin dayandığı və sonradan əlavə olunduğu görünür. Vətəndaşın imzasında imza bir xətlə gedir. Lakin bank sənədində olan imza 3 yerdə dayanıb, qırılıb və sonradan əlavə olunub. İpoteka müqaviləsində olan imzanı götürüb mədaxil qəbzi ilə eyniləşdirmişdir. Başqa nümunələr də olub. Ekspert təqdim olunan nümunələrdən istənilən nümunəni seçib onunla işləyə bilər. 30 imza təqdim olunubsa, bütün imzaları göstərməyə ehtiyac yoxdur. Sadəcə o imzaların içindən birini seçib götürürlər. İpoteka müqaviləsinin əsli və ya surəti olmasını xatırlamır. Çünki başımdan iki dəfə yaralanmışdır. O, apardığı sənədin nömrəsini və tarixini də qeyd etmişdir: “1341 nömrəli ipoteka müqaviləsində sərbəst icra etdiyi imza nümunələrindən biri seçildi. Bundan sonra seçilən imza nümunəsi müqayisəli imza adlandırılacaq.” İmza nümunələri sənədin əslindən də surətindən də götürülə bilər. İstənilən halda nəticənin dəqiqliyinə daha yaxın sənədin əslindən götürülən nümunələrdir. Lakin sənədin surətindən də götürülən nümunələrlə işləyə bilirlər. Qanunvericilikdə imzanın surətindən qələmin hərəkətinin düzgün seçilməməsi qeyd olunmur. Onlara sənədin surəti təqdim olunanda bildirirlər ki, sənədi notariusda təsdiq etdirib yenidən təqdim etsinlər. O, gördüyünü yazır. O, gördüyü əlamətləri qırmızı rənglə işarələmişdir. O, onlara əsaslanıb nəticə çıxarmışdır. Ehtiyac varsa, komisyon ekspertiza təşkil olunsun. Vətəndaş istəsə, xaricdə ekspertiza da təşkil edə bilər. O, bilir ki, onun cavabı ilə uyğun olacaq. Belə ki, imza Cavabdeh məxsus deyil. Digər ekspert öz nəticəsini əsaslandırsın. İmzadakı əlamətlər dəyişilməzdir. Beyin insanın imzasına öyrəşir. Nə qədər imza dəyişdirilmək istəsə də, bir-iki əlamət keçirilir. Həmin əlamətlər artıq beyində həkk olunur. Cavabdeh imzasında olan əlamətlər orada yoxdur. Başlanğıc nöqtənin haradan başlaması əsas rol oynayır. Xəttin əlamətlərinin birləşməsinə fikir verilir. O, hər birini qeyd etmişdir. Bütün bunlara əsaslanaraq bildirir ki, qərarı qəti və dəyişilməzdir. İmza Cavabdeh deyil, başqa bir şəxs tərəfindən icra olunub. İş materiallarında əlyazma nümunələri var idi. Onlar iş materiallarını geri qaytarırlar, özlərində saxlamırlar. Ekspertizanın nəticələrinin əldə edilməsi ekspertin təcrübəsindən asılıdır. O, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində işləyəndə bir ekspertizaya görə bizə 1 ay vaxt verilirdi. 5 günə tərəfindən ekspert rəyinin verilməsi normaldır. Rəydə qeyd etmişdir: “xx.xx.2014-cü il tarixli "xxxx"nın ********** nömrəli məxaric orderində müştərinin imzası qrafasında Cavabdeh adından icra edilmiş mübahisəli imza Cavabdeh tərəfindən deyil, başqa bir şəxs tərəfindən rəsm kimi bənzədilmiş formada icra edilmişdir. Digər qəbzlərdə də onun imzası var. Bir qəbzdə imza ona məxsus deyildi, dedi ki, oğlum aparıb pulu banka ödəyib. İmza vərdişdir. Çünki beyin də artıq buna vərdiş edir. Onlar baxmadan belə öz imzalarını çəkə bilərlər. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "xxxx" ASC ilə X8 (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixdə, № 01341 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə illik 17 faiz olmaqla 19760 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X8 (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixdə, № 1341 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixdə, № 01341 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 9/2011 saylı ekspert rəyinə əsasən cavabdeh – Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixədək banka ödənilməli olan borcu əsas borc üzrə 11419,91 ABŞ dolları, faiz borcu üzrə 3181,72 ABŞ dolları olmaqla, ümumilikdə 14601,63 ABŞ dolları təşkil edir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi əsas borc və kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə xx.xx.2022-ci il tarixli, 9/2011 saylı ekspert rəyini, iddia tələbinin əsas borc üzrə qeyd edilmiş məbləğini nəzərə alaraq hesab edir ki, əsas borcun 10141,66 ABŞ dolları məbləğində Cavabdeh tutulması qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Faiz borcuna gəldikdə isə xx.xx.2022-ci il tarixli, 9/2011 saylı ekspert rəyinə əsasən cavabdeh – Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixədək banka ödənilməli olan faiz borcu 3181,72 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi X8 tərəfindən müqabilə müddəti bitdikdən sonrakı dövrdə ümumilikdə 1300 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş faiz borcunun məbləğindən 1300 ABŞ dolları çıxılmaqla fazi borcunun məbləği müəyyən edilməlidir. Məhkəmə ödənilmiş məbləği nəzərə alaraq hesab edir ki, faiz borcun 1881,72 ABŞ dolları (3181,72 ABŞ dolları -1300 ABŞ dolları) məbləğində cavabdeh – Cavabdeh tutulması qanuni və əsaslıdır. Bundan əlavə məhkəmə prosesində Cavabdeh xx.xx.2014-cü il tarixli kassa məxaric orderindəki imzanın ona məxsus olmasını mübahisələndirmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, avtokredit təyinatı məqsədilə xx.xx.2013-cü il tarixli, 1341 saylı kredit sazişi üzrə 19760 ABŞ dolları Cavabdeh verilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 01341 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1341 saylı ipoteka müqaviləsi və kassa məxaric orderindəki imzaların X8 və ya kənar şəxslər tərəfindən icra olunmasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1446 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 18-20-ci vərəqələrində olan xx.xx.2013-cü il tarixli, 01341 saylıkredit müqaviləsinin 1-2-3-cü səhifələrinin aşağı sağ hissələrindəki imzalar, sonuncu səhifəsində “borc alan” qrafasındakı imza; xx.xx.2013-cü il tarixli, 1341 saylı ipoteka müqaviləsinin 1-2-3-cü səhifələrinin aşağı sağ hissələrindəki imzalar, sonuncu səhifəsində “ipoteka verən” qrafasındakı imza və xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “müştərinin imzası” qrafasındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan “X5” MMC-nin 30 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd A-4 formatlı kserosurətlə çap edilmiş vərəqdə xx.xx.2014-cü il tarixli “AR Beynəlxalq Bankının” ********** nömrəli məxaric orderində müştərinin imzası qrafasında Cavabdeh adından icra edilmiş mübahisəli imza Cavabdeh tərəfindən deyil, başqa bir şəxs tərəfindən rəsm kimi bənzədilmiş formada icra edilmişdir. Belə ki, müvafiq ekspert rəyinin izahı üçün zərurət yarandığından 30 yanvar 2022-ci il tarixli mütəxəssis rəyini vermiş X1 məhkəmə iclasında iştirakı təmin edilmişdir və müəyyən edilmişdir ki, ekspert X7 ekspert tədqiqatını sənədlərin əsli deyil, sürətləri üzərində aparmış, həmçinin tədqiqat üzrə vermiş olduğu ekspert rəyi əzbər yadında saxlaya bilməmiş və məhkəmə iclasında işin düzgün və obyektiv araşdırılması məqsədi ilə zəruri olan ona ünvanlanmış sualları cavablandırarkən rəyə baxmış, hətta iddiaçının nümayəndəsi tərəfindən kredit müqaviləsi, ipoteka müqaviləsi və məxaric orderində olan imzaların müqayisəsi ilə bağlı sualına cavab vermək istəmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, həmin mütəxəssis rəyi ilə razılaşmaq olmaz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X5” MMC-nin 30 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1446 saylı ekspert rəyi isə əsaslı olduğu üçün mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlyazmalar və səslərin ekspertizası şöbəsinin eksperti X16 məhkəmə iclasındakı izahatı ilə öz rəyini tam əsaslandırmış və həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilər. Belə olduğu halda məhkəmə iş materiallarında olan sənədləri, mülki iş üzrə tərəflərin, həmçinin müvafiq ekspertlərin məhkəmə iclasında verdiyi izahatları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1446 saylı ekspert rəyini rəhbər tutmaqla hesab edir ki, xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “müştərinin imzası” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2013-cü il tarixdə, № 01341 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri xx.xx.2013-cü il tarixdə, № 1341 saylı İpoteka Müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Habelə məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd etmək istəyir ki, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim olunmasına baxmayaraq cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəni xx.xx.2023-cü il tarixli məhkəmənin məhz baxış iclasında iddiaçının nümayəndəsinin çıxışından sonra, öz məhkəmə çıxışından əvvəl təqdim etmişdir. Buna görə də məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsini prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Lakin buna baxmayaraq məhkəmə bir daha qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, müqavilə müddəti bitdikdən sonra kredit borcu üzrə 1300 ABŞ dolları məbləğində ödəniş aparılmış və son ödəniş xx.xx.2021-ci il tarixinə təsadüf edir. Məhkəmə həmçinin iddianın ödənilmiş 159,18 (yüz əlli doqquz manat on səkkiz qəpik) manat məbləğində və iddianın təmin tədbirinə görə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, Cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də tələbin təmin olunmuş hissəsinə mütanəsib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu təmin olunmuş tələbin məbləğinə mütənasib olaraq Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 151 (yüz əlli bir) manat və müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri Cavabdeh tutulmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli, 9/2011 saylı ekspert rəyindən göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. xx.xx.2022-ci il tarixli, 4/1446 saylı ekspert rəyindən göründüyü kimi məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat və məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 124 (yüz iyirmi dörd) məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 10141,66 (on min yüz qırx bir dollar altmış altı sent) ABŞ dolları, faiz borcu üzrə 1881,72 (min səkkiz yüz səksən bir dollar yetmiş iki sent) ABŞ dolları olmaqla, cəmi 12023,38 (on iki min iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin) və 151 (yüz əlli bir) manat və müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilə yönəldilərək, açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban- L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməli, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat və məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 124 (yüz iyirmi dörd) məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 10141,66 (on min yüz qırx bir dollar altmış altı sent) ABŞ dolları, faiz borcu üzrə 1881,72 (min səkkiz yüz səksən bir dollar yetmiş iki sent) ABŞ dolları olmaqla, cəmi 12023,38 (on iki min iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin) və 151 (yüz əlli bir) manat və müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilə yönəldilərək, açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı, ban-L108DBZ54E3073539, “GEELY EMQRAND EX7” minik markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat və məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 124 (yüz iyirmi dörd) məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-38/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-38/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver