Məhkəmə qərarları › İş №2(004)-3801/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3801/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3801/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 09.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı və 16.03.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilinə Cavabdeh istifadə hüququnun itirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli 2(004)-2962/2021 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmiş, İddiaçı cavabdehin onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməli olması göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli 2(004)-2962/2021 nömrəli qərardadından iddiaçı tərəfindən şikayət verilməmiş və qərardad qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçı eyni cavabdehə, həmin predimet barəsində və həmin əsaslarla iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etdiyindən, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməsi, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavabdehin iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasından imtina edildiyi təqdirdə isə, inzibati orqanın hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.2, 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, cavabdehin onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etməlidir. “xxxx” ASC K0104003 nömrəli terminalı vasitəsilə 16.05.2021-ci il tarixli 27332 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 10,00 (on) manat pul X1 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar