Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3806/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay qızından ona verdiyi 12000 manat borc, 12000 manat dəbbə pulu, əldən çıxmış fayda kimi 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 44250 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, 2006-cı ilin may ayında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyirdi. Biləcəri Bələdiyyəsində işləyən Daşdəmir adlı Bələdiyyə işçisi vasitəsi ilə Biləcəri qəsəbəsi ərazisində 600 kv.metr sahəsi olan torpaq sahəsini satmaq istəyən Fəxriyyə və Könül adlı qadınlarla tanış oldu. Sonuncularla birlikdə gedib həmin qadınların satmaq istədikləri Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində salınmış yeni yaşayış massivi ərazisindəki torpaq sahəsinə baxsın. Torpaq sahəsini bəyəndi, torpağı satan qadın bildirdi ki, həmin torpaq sahəsi onun nənəsi Sitarə Yusifovanın adında qeydiyyatdadır, nənəsi yaşlı və xəstə olduğundan onun adından nəvəsi Cavabdeh Oktay qızına veriləcək və o, da öz növbəsində həmin torpaq sahəsini etibarnamə əsasında hərəkət edib, ona satacaqdır. Cavabdeh ona satmaq istədiyi torpaq sahəsinə aid sənədləri nəzərdən keçirib müəyyən eldi ki, torpaq sahəsi ona Bakı şəhər sakini X3 adına verilmiş Biləcəri Bələdiyyəsinin 584 saylı xx xxx 2004-cü il tarixli qərara əsasən ona aiddir. O, həmin sənədlərin arxivini Biləcəri Bələdiyyəsində yoxladaraq həqiqiliyini dəqiqləşdirdi və bundan sonra torpağı almağa razılıq verib, torpağın qiymətini 12.000 manata almağa razılaşdı. İlkin olaraq elə alacağı torpaq sahəsinin üzərində cavabdeh X2 beh kimi 2400 manat pul verdi. xx xxxx 2006-cı il tarixdə Fəxriyyə artıq nənəsi Sitarə Yusifovadan, Cavabdeh adına verilmiş Ağdam rayon dövlət notariusu tərəfindən təsdiq olunmuş xx xxxx 2006-cı il tarixli ƏN-İ N9060570 saylı etibarnaməni alaraq həmin etibarnamə əsasında Bakı şəhəri, Biləcəri Bələdiyyəsinə ünvanladığı və Xızı rayonu dövlət notariusu tərəfindən təsdiq olunmuş xx xxxx 2006-cı il tarixli ərizəsi ilə Biləcəri Bələdiyyəsinə gəlib onunla görüşdü. Bundan sonra artıq arxayın olub pulun qalan hissəsini, yəni 9.600 manatını Biləcəri Bələdiyyəsinin inzibati binasının qarşısında Cavabdeh verdi. Nəsimi rayon məhkəməsi həmin etibarnaməni ekspertizadan keçirərək etibarnamədə olan imzanın Sitarəyə məxsus olmaması qənaətinə gələrək qətnamə qəbul etmişdir.İstintaq zamanı Cavabdeh rəsmi qaydada ərizə ilə müraciət edərək cinayət hadisəsinin onun tərəfindən 2006-cı ildə baş verməsini, ona görə də məsuliyyətə cəlb etmə müddəti keşdiyinə görə onun barəsində olan həmin cinayət işinə xitam verilməsini xahiş etmiş və ondan torpaq sahəsi satmaq adı ilə 12.000 manat pul aldığını təsdiq etmiş və onu aldatdığı üçün səmimi peşmanlıq hissi keçirdiyini etiraf etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6705/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli xüsusi qərardaddan müəyyən olunur ki, iddiaçı X7 cavabdehlər Cavabdeh və Ağdam rayon Dövlət Notariat Kontoruna qarşı xx.xx.2006-cı il tarixli, ƏN-1 № 060570 saylı etibarnamənin etibarsız hesab edilməsinə dair iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarından olan Binəqədi RPŞ-nin İstintaq Şöbəsinin “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarına əsasən iş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, öz adından olan xx.xx.2006-cı il tarixli ərizədə “Hüseynova” soyadı qarşısındaki imza onun tərəfindən icra olunmuşdur. X1 adından Ağdam rayon Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ƏN-1 № 060570 saylı etibarnamə əsasında Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 584 saylı qərarına əsasən Sitarə Yusubovaya məxsus olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsini İddiaçı satmış və torpaq sahəsi Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 572 saylı qərarı ilə İddiaçı adına rəsmiləşdirilmiş, həmin torpaq sahəsinə görə İddiaçı aldatma yolu ilə 12000 manat məbləğində pul almışdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, Cavabdeh İddiaçı 12000 manat məbləğində pul almışdır. Məhkəmə hesab edir ki, iddia İddiaçı xeyrinə 12000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddiaçı eyni zamanda dəbbə pulu, əldən çıxmış qayda və bank uçot dərəcəsinin ödənilməsini də tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3806/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3806/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver