Məhkəmə qərarları › İş №2(004)-3821/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3821/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3821/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsinin verildiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının (0.74) misli həddində sonrakı artımlar nəzərə alınmaqla aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Oktay oğlundan iddia ərizəsi verilən gündən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 müalicə, təhsil,loqoped xərcləri alınaraq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Oktay oğlu ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh Oktay oğlu ilə nikahları 16 dekabr 2015-ci il tarixində pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən iki azyaşlı uşaqları ananın himayəsində saxlanılmışdır. Cavabdeh Oktay oğlu uşaqlara qayğı göstərmir və uşaqların təlim tərbiyəsində, müalicə xərclərində iştirak etmir. Onun bir uşağı xx.xx.2009-cu il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu xəstəsidir. Övladı özünə quluq qabiliyyətində deyildir və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bundan əlavə övladı resperativ nitq pozuntuludur. Övladı xx.xx.2008-ci il təvəllüdlü X6 orta-ağır miqren xəstəliyindən əziyyət çəkir. O övladlarını tək başına böyüdür və cavabdeh uşaqların saxlanılmasında və müalicə xərclərində iştirak etmir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsinin verdiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər uşağa 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının (0.74) misli həddində sonrakı artımlar nəzərə alınmaqla aliment tutularaq ona ödənilməsi, Cavabdeh Oktay oğlundan iddia ərizəsi verilən gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 müalicəsi, təhsil, loqoped, xərcləri üçün X4 aylıq 100 manat, X5 aylıq 200 manat olmaqla, cəmi 300 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə, saat 12:15-də küçiriləcək məhkəmədə səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi üçün onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3739/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində bağlanmış və 70 nömrə ilə qeyd edilmiş nikah ləğv edilmiş, boşanmadan sonra xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ 232351 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh Oktay oğlu ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 529 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Xəlilov, qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİİ 435448 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) surətinə əsasən X6 xx.xx.2008-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 141 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh Oktay oğlu, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ 250870 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2009-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 414 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh Oktay oğlu, anası İddiaçıdır. İş materiallarında olan DSMF-nin Qax şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 066499 nömrəli vəsiqəyə əsasən X7 18 yaşınadək sağlamlıq imkanları məhdud əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon X1 RMX-sı PHŞ-ın direktoruna ünvanlanmış məktuba əsasən xx.xx.2023-cü il tarixli 18-1- 50/2-M-527-42-463 saylı göndərişlə ünvan 2 ünvanında yaşayan 2009-cu il təvəllüdlü X7 xx.xx.2023 -cü il tarixdə Şəki RPX-də HPK tərəfindən müayinə olunmuşdur. D-z: Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72.1 İQ-əmsalı 24%, özünə qulluq qabiliyyətinin olmaması ilə. Kənar şəxslərin quluğuna ehtiyacı var. Resseptiv nitq pozuntusu F-80.2. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-21370/2025 nömrəli arayışa əsasən İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs X5 (FİN: 7Z70SBF) görə 300 (üç yüz) manat məbləğində sosial müavinət 250 (iki yüz əlli) manat məbləğində Prezident təqaüdü və 120 (yüz iyirmi) manat məbləğində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi: Sosial müavinət - müddətsiz, Prezident təqaüdü - müddətsiz Prezident təqaüdü (18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə)- xx.xx.2027-ci il. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X3 müalicəsi, təhsil, loqoped xərcləri üçün əlavə xərclərə görə cavabdehdən aylıq 100 manat məbləğində aliment tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X3 təhsil və müalicəsi ilə əlaqədar əlavə xərclərin yaranmasını təsdiq edəcək kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin ailə və maddi vəziyyətini, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alıb, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində və əlilliyi olan xx.xx.2009-cu il təvəllüdlü X2 əlillik müddətində əlavə xərclərə görə 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində və əlilliyi olan xx.xx.2009-cu il təvəllüdlü X2 əlillik müddətində əlavə xərclərə görə 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar