Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2927/2025 14.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 12 oktyabr 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün çəkilən əlavə xərclərə görə 200 manat pulun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdeh X4 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün çəkilən əlavə xərclərə görə 200 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 08 sentyabr 2014-cü il tarixdə Cavabdeh ilə faktiki olaraq ailə qurmuşdur. Rəsmi nikahları olmamışdır. Onların birgə qeyri-rəsmi nikahlarından 12 oktyabr 2015-ci il tarixdə X9 doğulmuşdur. Onların rəmi nikahları olmasa da uşağın atalığı müəyyən edilmişdir. Cavabdehlə bir müddət normal yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə münasibətləri korlanmışdır. Bu səbəbdən də o, cavabdehdən ayrılaraq azyaşlı övladı ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Cavabdeh həmin vaxtdan bu günə kimi onunla və uşağı ilə maraqlanmır. X1 "Kvadroplegik spastik serebral iflic, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, əqli gerilik Spastik tetraplegiya’’ diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir və onun yardıma ehtiyacı olduğu üçün o, özü də işləyə bilmir və uşağa qulluq edir, buna görə isə cəmi 120 manat dövlət tərəfindən ona müavinət verilir. Bu isə həm onun dolanışığı, həmdə uşağın müalicəsi, dərmanları, yeməyi üçün kifayət etmir. Cavabdeh isə heç bir maddi yardım etmir. Hazırki dövrdə o, işləmir və təkbaşına uşağın normal yaşaması və bütün ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Valideynlərinin köməkliyi ilə uşağına çətinliklə baxır. O, cavabdehdən aliment tələbi ilə bağlı Mediasiya sessiyasının keçirilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh işləyir və onun aylıq qazancı dəyişən və qeyri-müntəzəmdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 838/12 saylı arayışdan görünür ki, X10 12 oktyabr 2015-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 837/12 saylı arayışdan görünür ki, 12 oktyabr 2015-ci ildə İddiaçı doğulmuş X5 atası Cavabdeh hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eksper Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 05 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, 12 oktyabr 2015-ci il təvəllüdlü X7 “Kvadroplegik spastik sereral iflic, Davranış pozutusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, Əqli gerilik Spastik tetraplegiya.” Diaqnozu qoyulmuşdur, müddətsiz birinci dərəcəli əlildir, orqanizmin funksiyalarının pozulması faizi 85%-dir. İşdə olan 1113003AAE8P nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, 12 oktyabr 2015-ci il təvəllüdlü X9 xəstəliyi ilə bağlı xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə Cəlilabad RMX-də və xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə X2 stasionar müalicələr almışdır. İşdə olan 31 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün göndərişdən görünür ki, 12 oktyabr 2015-ci il təvəllüdlü X9 xəstəliyi ilə bağlı xx.xx.2019 - xx.xx.2019-cu il və xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə X2 stasionar müalicələr almışdır. İşdə olan 16 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, 12 oktyabr 2015-cü il təvəllüdlü X7 “G800- Kvadroplegik spastik serebral iflic, G824-Spastik tetraplegeya, R263-İmmobillik, F780-Əqli gerilik” diaqnozları qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi sosail müavinət və təqaüd haqqında 22 avqust 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs kimi 120 manat məbləğində müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, iddianın aliment tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın cavabdehə qarşı 12 oktyabr 2015-ci il təvəllüdlü X5 müalicəsi üçün 200 manat pulun tutulması tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahında doğulmuş 12 oktyabr 2015-ci il təvəllüdlü X9 həqiqətən "Kvadroplegik spastik serebral iflic, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, əqli gerilik Spastik tetraplegiya’’ diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir və uşağın yardıma ehtiyacı olduğu üçün iddiaçı Sahilə Əzivova işləyə bilmir və uşağa qulluq edir, buna görə isə cəmi 120 manat dövlət tərəfindən iddiaçıya müavinət verilir. Bu isə uşağın müalicəsi, dərmanları, yeməyi üçün kifayət etmir. Cavabdeh isə uşağına heç bir maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 15 sentyabr 2025-ci il tarixdən başlayaraq 12 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 12 oktyabr 2015-ci il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay əlavə olaraq 100 manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 15 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 12 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 12 oktyabr 2015-ci il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay əlavə olaraq 100 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2927/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2927/2025
14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver