Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1316/2025 15.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “qiymətləndirilməyən iddia ərizəsi, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan birgə nikahdan doğulan, yəni xx.xx.2008-ci il tarixində doğulmuş X4 onun yanında-himayəsində qalması və xx.xx.2008-ci il tarixində doğulmuş X11 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin bütün növ gəlirlərindən sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin onun-İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.2007-ci il tarixində doğulmuş X9 aliment verilməsi hissəsinin iddia tələbindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6594/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X13 anası X1, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 atası Cavabdeh yanında qalması qət edilmişdir. Uzun müddətdir ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 onun yanında, himayəsində yaşayır, onun bütün maddi və mənəvi tələbatlarını özü ödəyir. Ona görə də X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin bütün növ gəlirlərindən sabit pul məbləğində hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, məhkəmə hazırlıq iclasında verdiyi izahatını təsdiq edir. Cavabdeh sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin onun xeyrinə verilməsini xahiş etdi. Əlavələri yoxdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, uşaqların ananın yanında saxlanılmasına etirazı yoxdur. 450 manat əmək haqqı alır və aylıq 150 manat məbləğində aliment ödəyə bilər. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatını, digər sənədlərə, həmçinin işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00144 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 16 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Aşırova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş Nihad adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1987-ci il, Ermənistan, Noyemberyan rayonunda doğulmuş İddiaçı (ŞV-nin nömrəsi: AA*******) 28 noyabr 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6594/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah pozulması, xx.xx.2007-ci il tarixdə doğulmuş X13 anası X1, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 atası Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6836/2024 saylı qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçı X6 tərəfindən ödənilmiş 50 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. İşdə olan 03 oktyabr 2025-ci il tarixli, 5-3-3/2-98/25 saylı Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəydən görünür ki, X4 anası İddiaçı himayəsinə verilməsi onun (uşağın) mənafeyinə uyğundur. İşdə olan 10 sentyabr 2025-ci il tarixli “mənzilin müayinə aktı”ndan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi R.Əliyeva və Komissiyanın üzvü R.Quliyevanın iştirakı ilə vətəndaş İddiaçı mənzil-məişət vəziyyətini müayinə etmək məqsədilə yaşadığı ünvan 3 ünvanına baxış keçirildi. Baxış zamanı evə dair hüquqi sənəd təqdim edilməmişdir. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən ünvanda xx.xx.2008ci il təvəllüdlü övladı X12, yetkinlik yaşına çatmış oğlu və anası ilə birlikdə yaşayır. Ev 0.02 ha torpaq sahəsində birmərtəbəli inşa edilməklə dəhliz, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və hamam-sanitar qovşağından ibarətdir. Evin ümumi sahəsi 80 kv.m təşkil edir. Evin istiliyi “kombi” istilik sistemi vasitəsilə təmin olunur. Su, işıq, qaz və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamamsanitar qovşağı sanitar-gigiyena tələblərinə uyğundur. İşdə olan xx.xx.2025-ci il tarixli, 46440 №li arayışdan görünür ki, İddiaçı Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatında yoxdur. İşdə olan 2 saylı Dəri-Zöhrəvi Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2 saylı Dəri-Zöhrəvi Dispanserində qeydiyyatda yoxdur. İşdə olan Bakı şəhəri 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 11233 №- li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri 11 nömrəli şəhər poliklinikasında psixiatrın qeydiyyatında yoxdur. İşdə olan X3 PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı X3 PHŞ-nin Bakı Regional Xəstəxanasında qeydiyyatda yoxdur. İşdə olan Cavabdeh 21 avqust 2025-ci il tarixli Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi izahatında görünür ki, X8 anası İddiaçı himayəsində qalmasına etiraz etmir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 03 mart 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Nihad və xx.xx.2008-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Tərəflər münasibətləri pozulduğuna görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6594/2022 saylı qətnaməsi İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2007-ci il tarixdə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş Nihad adlı uşağın anası X1, xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşağın atası Cavabdeh yanında qalması qət edilmişdir. Belə ki, qətnamədən də görünür ki, boşandıqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş Nihad adlı uşaq anası X1, xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaq atası Cavabdeh yanında qalmışdır. Lakin sonradan xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaq öz istəyi ilə anasının, yəni iş üzrə iddiaçının yanında qalmış və yaşamışdır. xx.xx.2007-ci il tarixdə doğulmuş Nihad adlı uşaq artıq yetkinlik yaşına çatmışdır. Lakin xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaq iki ildir ki, iddiaçının yanında yaşayır. Ona görə də iddiaçı uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, ananın (iddiaçının) yetkinlik yaşına çatmamış uşağın onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşağının qayğısına qalıb onu böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Gülay adlı uşaq 17 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdir. Belə olan halda uşağın fikirlərinin nəzərə alınması onun mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.8-ci bəndinə əsasən nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, uşağın məhkəmə qətnaməsi ilə atanın yanında qalması müəyyən edilsə də, sonradan uşaq öz istəyi ilə ananın yanına getmişdir. Hazırda uşaq anasının yanında qalır. Belə olan halda uşağın atanın yanında qalmasına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşağın mənafeyinə uyğun həll edilməli və uşağın anasının yanında qalması müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşağın Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi izahatında anası ilə qalmaq istəməsini bildirmişdir. Məhkəmə iclası zamanı isə cavabdeh, yəni uşağın atası uşağın anasının yanında qalmasına etiraz etmədiyini bildirdi. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li qərarına əlavə və dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020–ci il tarixli qərarının 7.1–ci bəndinə əlavə edilmiş abzasa əsasən “Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.” “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X10rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Belə ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 tərəflər arasındakı nikah pozulduqdan sonra atasının yanında qalsa da, sonradan öz istəyi ilə anasının yanına getmiş və artıq uzun müddətdir ki, anasının yanında qalır. xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşağın əlavə olaraq məhkəmədə dinlənilməsinə zərurət olmadığı qənaətinə gəldi. Beləliklə, məhkəmə xx.xx.2008-ci il tarixdə doğulmuş Gülay adlı uşağın mənafelərini, uşağın yaşını, onun təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, uşağın İddiaçı yanında qalması onun maraqlarına və qanuni mənafelərinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün aliment iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində aliment uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4- 1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və iddiaçının himayəsində yaşamalarını, diqqətəlayiq halları nəzərə alaraq ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində aliment uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və diqqətəlayiq hallarına uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə birgə nikahından doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X11 adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1316/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1316/2025
15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver