Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3395/2025 15.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi və aliment təyin edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1153/2024 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 üçün cavabdeh X6 ödəməli alimenti ödəməkdən azad edilməsi və cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay ölkədə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh X10 xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar və birgə nikahdan 3 övladları anadan olmuşdur:
1. X15-xx.xx.2010-cu il təvəllüdlü 2. X11- xx.xx.2013-cü il təvəllüdlü 3. X12- xx.xx.2015-ci il təvəllüdlü Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1153/2024 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından olan hər 3 uşaq cavabdeh X4 himayəsində saxlanılmaqla İddiaçı hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğdə alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-203/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızına qarşı “uşağın yaşayış yerinin müəyyən olunması” tələbinə dair iddiası təmin olunaraq tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü övladları X9 yaşayış yerinin atası İddiaçı yanında müəyyən olunması qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi xx.xx.2010-cu il təvəllüdlü X15 xx.xx.2024-cü il tarixdən başlayaraq atası İddiaçı yanında (himayəsində) yaşayır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək bildirmişdir ki, tərəflərin birgə nikahlarından 3 uşaqları var. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar cavabdehin himayəsinə verilmişdir. Sonradan uşaqlardan biri xx.xx.2010-cu il təvəllüdlü X15 iddiaçının yanına qayıtmış, bir ildən uzun müddətdir ki, atasının yanında yaşayır. Xaçmaz rayon Məhkəməsinin 2025-ci il tarixli qətnaməsi ilə X9 yaşayış yerinin atasının yanında müəyyən edilməsi qət edilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı 3 uşaq üçün də məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməyə davam edir. Hazırda iddiaçı himayəsində olan uşaq üçün aliment ödəməkdən azad edilməsini və uşaq üçün ölkə üzrə müəyyn edilmiş minimum əmək haqqının 0.50 misli həddində alimentin cavabdehdən tutulmasını xahiş edir. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddiaçı 3-4 aydır ki, alimenti ödəmir, bununla bağlı axtarışa verilmişdir. 1,5 ildir ki, uşağı görməyə imkan vermir, uşağa təsir etmişdir. İki uşağını çətinliklə saxlayır, marketlərdə işləyir, 385 manat maaş alır. İddiaçıya himayəsində olan uşağa görə aliment ödəmək imkanı yoxdur, əlavə gəlir yeri yoxdur. İddiaçı onun himayəsində olan uşaqlarla maraqlanmır. İddiaçı hazırda Rusiya Federasiyasındadır. İddiaçının himayəsində olan uşağa görə ödəməli alimenti ödəməkdən azad edilməsinə etiraz etmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1153/2024 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 17 noyabr 2011-ci il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində bağlanmış 0755 saylı rəsmi nikah qeydi pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş uşaqları 02 dekabr 2010cu il təvəllüdlü X15, 22 may 2013-cü il təvəllüdlü X11 və 28 oktyabr 2015-ci il təvəllüdlü X12 anası Cavabdeh himayəsində saxlanılmışlar. Tərəflərin birgə nikahından anadan olmuş uşaqları - 02 dekabr 2010-cu il təvəllüdlü X9, 22 may 2013-cü il təvəllüdlü X7 və 28 oktyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizə məhkəməyə daxil olduğu gündən, yəni 07 mart 2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə alimertt alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(067)-203/2025 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızının birgə nikahından olan, yetkinlik yaşına çatmayan 02 dekabr 2010cu il təvəllüdlü X15 anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızından alınaraq atası - İddiaçı himayəsinə verilməsi qət edilmişdir. -X5 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı tərəf X5 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddaçı mediasiya prosesi ilə əlaqədar 60 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 02 dekabr 2010-cu il təvəllüdlü X15, 22 may 2013-cü il təvəllüdlü X11 və 28 oktyabr 2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikah pozulduqdan sonra hər üç uşaq ananın (hazırki iş üzrə cavabdehin) himayəsində qalmışdır. Tərəflərin birgə nikahından doğulan övladı X15 xx.xx.2024-cü il tarixdən iddiaçının yanına köçüb və daimi olaraq onun yanında yaşayır. İddiaçı övladının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda X15 iddiaçı olan atası İddiaçı yanındadır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən də görünür ki, X15 anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızından alınaraq atası İddiaçı himayəsinə verilmişdir. İddiaçının uşağın onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Hazırda iddiaçı 02 dekabr 2010-cu il təvəllüdlü X9 yaşayış yerinin onun yanında olması, X13 münasibətdə aliment ödəməkdən azad edilməsini və uşağın saxlanması üçün aliment tutulmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(067)- 203/2025 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X15 anasından alınaraq atası İddiaçı himayəsinə verildiyindən iddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment ödəmək öhdəiliyindən azad edilməli və həmin uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində alimentin tutulması tələbi üzrə cavabdehin zəruri vəsaitə malik olması sübutla yetirilməmişdir. Həmçinin, hər iki valideynin uşağı saxlamaq vəzifəsinin olduğunu, o cümlədən, iddiaçının tərəflərin birgə nikahından doğulmuş digər uşaqların saxlanması üçün ödədiyi alimentin məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment tərəflərin maddi vəziyyətinə mütənasib şəkildə tutulmalıdır. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində tutularaq ödənilməsi məqsədəuyğundur. Alimentin tutularaq iddiaçıya verilməsi iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2025-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulan iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment ödəmək öhdəliyindən azad edilməli və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-1153/2024 saylı qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödəmək öhdəliyindən xx.xx.2010-cu il təvəllüdlü X13 münasibətdə azad edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh Yusufova (Tağıyeva) Rəna İntiqam qızından İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aynur Əliyeva