Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3830/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2008-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2009-cu il 2-111 saylı və 2-275 saylı 11 iyul 2009-cu il tarixli qətnaməsi ilə əmək haqqının ¼-i təyin olunduğundan qət olunmuş alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul məbləğində bir uşaq üçün 175.00 manat məbləğində olmaqla alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə evlənmiş, 2009cu ildə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahından 24 yanvar 2008-ci il tarixində isə X3 adlı bir uşağı anadan olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 14 aprel 2009-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən bir uşaq üçün əmək haqqının dörddə bir hissəsi olmaqla bir uşaq üçün alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Oğlu orta məktəbdə 7-ci sinifdə oxuyur. Onun keyfiyyətli təhsil almasını, lazımi qaydada qidalanmasını təmin edə bilmir, o öz yaşıdlarından geri qalır. Anası isə heç zaman oğlu ilə maraqlanmır, ona başqa maddi köməklik göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 07.06.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, iddianın təmin ediləsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18.08.2005-ci il tarixdə bağlanmış və həmin tarixdə 257 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan 24.01.2008-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan 30.07.2009-cu il tarixli İcraata başlama haqqında qərardan görünür ki, X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması qərara alınmışdır. Lakin təyin edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddia tələbini etiraf edərək, alimentin artırılmasına etiraz etmir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 24 yanvar 2008ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 24 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 24 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 24 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3830/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3830/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver