Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3830/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkiln oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 70000 ABŞ dolları pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma dayısı oğlu, həm də böyük qızı Şəfanın keçmiş həyat yoldaşıdır. Onunla əvvəllər bir qohum və kürəkəni kimi münasibətləri həmişə yaxşı və doğma olmuş, heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. Cavabdeh hazırda Qaradağ RPİ-də sahə müvəkkili vəzifəsində çalışır. 2021-cı il iyunun 12-də iddiaçının həyat yoldaşı X2 uzun sürən stres və ürək ağrısından vəfat etmişdir. Böyük qızı Şəfanın bir oğlu Əjdər və bir Şəbinə adlı qızı vardır. 2015-ci ilin əvvəllərində Cavabdeh və qızı Şəfa həmişə olduğu kimi onlara qonaq gəlmişdilər. Əjdər onların birinci və böyük nəvələri olduğu üçün evdə söhbət əsnasında iddiaçının həyat yoldaşı X12 Cəbrayılovdan Əjdərin artıq orta məktəbi bitirirdiyini, onun ali məktəbə daxil olması barədə nə fikri olduöunu soruşmuşdur. Hafıs Cəbrayılov bildirmişdir ki, oğlu Əjdəri Türkiyədə oxutmaq istəyir. Lakin əvvəlcə Əjdərin 5 illik təhsil haqqını keçirmək və qərib ölkədə yataqxanalarda qalmaması üçün ona ikiotaqlı bir mənzil almağı barədə öz planlarını bildirmiş, daha sonra sözünə əlavə edərək bildirmişdir ki, lakin bu işləri görmək üçün bu işə 70 min ABŞ dolları pul lazımdır. Bundan sonra da Hafıs onlara bildirmişdir ki, onda bu qədər məbləğ yoxdur. İmkan varsa ona oğlu Əjdərin xatirinə 70 min dollar pul versinlər ki, bu işləri görə bilsin. Hafizin onlara dediyi məbləğ onlar üçün çox ağır olmuşdur. Əjdərin onların birinci və böyük nəvələri olmasını və həmin vaxt Hafıs Cəbrayılovun kürəkəni olmasını nəzərə alaraq həyat yoldaşı X9 bildirmişdir ki, bu pulu düzəltməyə çalışacaq. Hafıslə bü söhbətdən sonra onun həyat yolddaşı Sədrəddin bu söhbət barədə qızı Şəfaya və qardaşları İsmayıl və Elsevərə də bildirmiş, birinci nəvələri Əjdərin xaricdə oxuması və ona ev alınması üçün qardaşlarının da kömək etməsini xahiş etmiş, İsmayıl və Elsevər də bu təklifə xoşluqla razılaşmışlar. Bundan sonra o, qara gun üçün yığdığı 10 min dolları yoldaşı Sədrəddinə vermişdir. Həyat yoldaşı Sədrəddin də həmin vaxtlarda onlara məxsus evlərini satdıqları üçün həmin puldan qalan 50 min ABŞ dollarını da onun verdiyi pulun üstünə qoyaraq 60 min dollar pulu Hafizə vermək üçün hazırlamışlar. Bundan sonra günlərin bir günü qızı Şəfanın Bilgəh qəsəbəsində yerləşən bağ evinə gedərək qardaşları İsmayıl və Elsevəri də bağa dəvət etmişlər. Bağda onlar görüşərək istirahət edən vaxt oraya Hafiz də gəlib çıxmış və iddiaçının həyat yoldaşı Sədrəddin qardaşları İsmayıl və Elsevərin cəmi olaraq verdiyi 10 min ABŞ dolları da yığdıqları pulun üstünə qoyaraq cəmi 70000 ABŞ dolları pulu onların iştirakı ilə Sədrəddin Hafısə vermiş və onlar bir müddət bağ evində dincəldikdən sonra hər biri öz evlərinə getmişlər. X13 70000 ABŞ dolları pulu aldıqdan sonra az-az gəlməyə və onlardan gizlənməyə başlamışdır. Nəhayət sonradan onlara məlum olmuşdur ki, Hafizin məqsədi oğlu Əjdəri xaricdə oxumağa göndərmək üçün onlardan aldığı 70000 ABŞ dollarını öz oğlu Əjdəri xaricdə oxumağa göndərmək adı ilə bəhanə edərək və etibarlarından sui-istifadə edərək onları aldadaraq 70000 ABŞ dollar pullarını mənimsəmişdir. Sonradan başa düşmüşlər ki, Hafiz onlar etibarlarından sui istifadə edərək onları aldatmış və hər dəfə də həyat yoldaşı pulu geri qaytarmağını tələb etdikdə Hafiz pulu tezliklə qaytaracağını bildirərək onlardan qaçmağa başlamışdır. Bundan sonra, həyat yoldaşı Sədrəddin yuxarıda qeyd olunanlarla bağlı bütün hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər etməsinə baxmayaraq şikayətlərinin heç bir nəticəsi olmamışdır. Bütün bu hadisələrdən sonra Hafiz onun qızı Şəfanı da aldığı 70000 ABŞ dolları pulu qaytarmamağı bəhanə edərək boşamış və hal-hazırkı vaxta qədər ona verdikləri pulu qaytarmamışdır. Bütün bu hadisələrdən sonra isə yoldaşı Sədrəddin Hafizin bu hərəkətlərinə dözməyərək əsəb xəstəliyinə tutulmuş və 2021-ci ilin 12 iyununda vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-410/2022 saylı mülki işinin protokolunda Cavabdeh ondan 70 min dollar pulun alınması öz təstiqini tapmışdır. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddiasına görə iddia olunan vəsait iddiaçının mərhum həyat yoldaşı olan Qədirov Sədrəddin tərəfindən cavabdehə onların nəvəsi Cəbrayılov Əjdərin xaricdə (Türkiyə Respublikasında) təhsil alması və ona təhsil alarkən həmin ölkədə yataqxanalarda qalmaması üçün mənzil alınması üçün kömək məqsədilə verilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı Qədirov Sədrəddin tərəfindən cavabdehə, yəni iddiaçının keçmiş kürəkəni və doğma dayısı oğlu olan Cavabdeh nəvələrinin (Cəbrayılov Əjdərin) xarici ölkədə təhsil alması və onun həmin ölkədə qalarkən yaşayış şəraitinin təmin edilməsi üçün kömək, başqa bir sözlə maddi yardım məqsədiylə ümumilikdə 70000 ABŞ dolları məbləğində pul verildiyi iddia edilir. İddia ərizəsində iddiaçının qeyd etdiklərindən göründüyü kimi, nə iddiaçının mərhum həyat yoldaşı Qədirov Sədrəddin ilə, nə də ki, İddiaçı ilə onun keçmiş kürəkəni, həm də doğma dayısı oğlu olan Cavabdeh arasında yaranmış münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində verildiyini iddia etdiyi məbləğdə pul vəsaitinin X3 gələcəkdə geri qaytarılması şərtiylə borc pul kimi verildiyini təsdiq edəcək hər hansı bir sənəd, sübut yoxdur. İddiaçı öz iddia ərizəsində etiraf etmişdir ki, mübahisə predmeti olan məbləği onlar nəvələri Cəbrayılov Əjdərin xarici ölkədə təhsil alması üçün təhsil haqqının və orada yaşaması üçün xərclərinin qarşılanması məqsədi ilə hədiyyə etmişlər. Digər bir tərəfdən İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində iddia etdiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitinin Cavabdeh borc kimi verildiyini və həmin məbləğin sonradan Cavabdeh tərəfindən onlara geri qaytarılmasını təsdiq edən hər hansı bir sənəd, sübut yoxdur. İddiaçı cavabdehdən mübahisə predmeti olan pul vəsaitinin borc olaraq sonradan geri qaytarılmaq şərtiylə cavabdehə verildiyini sübut edə bilmədiyindən, o cümlədən cavabdehin iddiaçı qarşısında, habelə onun mərhum həyat yoldaşı Qədirov Sədrəddin qarşısında belə bir öhdəliyinin olduğunu təsdiq edən hər hansı bir fakt olmadığından iddiaçının cavabdehə qarşı pul tələbinə dair yönəlmiş sözügedən iddiası tamamilə əsassısdır və belə bir iddia tələbinin təmin edilməməsinə (iddianın rədd edilməsinə) dair müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Digər bir tərəfdən, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya Cavabdeh İddiaçı 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulun alınmasını təsdiq etmiş və bu hal məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Bu halla bağlı onu bildirmək istəyir ki, Cavabdeh tərəfindən mübahisə predmeti olan 70000 manat və ya hər hansı bir məbləğində pul vəsaitinin iddiaçıdan və ya onun mərhum həyat yoldaşı olmuş Qədirov Sədrəddindən alınması və eləcə də həmin məbləğin sonradan onlara geri qaytarılmasının cavabdeh tərəfindən qəbul edilməsinə (etiraf edilməsinə) dair hər hansı bir fakt yoxdur. Göründüyü kimi, yenə də iddiaçı hər hansı bir fakta və ya sübuta (təsdiqedici sənədə) istinad etmədən tam əsassız bir şəkildə guya mübahisə predmeti olan məbləğin cavabdehin aldığını təsdiq etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkiln oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin qeyd etmişdir ki, cavabdehə ümumiyyətlə 70000 ABŞ dolları pul verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh isə həm bacısının keçmiş kürəkəni, həm də onun dayısının oğludur. Bu hadisələr olmamışdan əvvəl cavabdehlə münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ədavətləri olmamışdır. Cavabdeh ailəsinə qarşı yaxşı münasibətdə olmuşdur. O, bacısını çox istəmiş, tez-tez onlara getmiş, yaxın münasibətləri olmuşdur. Bir gün bacısının həyat yoldaşı mərhum Qədirov Sədrəddin ona zəng edərək, axşam onlara gəlməsini istəmişdir. O, həmin gün axşam bacısıgilə getmişdir. Həmin vaxt 2015-ci ildə ali məktəblərə qəbul vaxtı idi. Sədrəddin bildirmişdir ki, nəvəsi Əjdər məktəbi bitirmişdir. Hafiz onun yanına gələrək, uşağın burada oxumasını deyil, Türkiyədə oxumasını istədiyini bildirmişdir. Buna görə də Hafiz Əjdərin yataqxanada qalmaması üçün ona iki otaqlı ev almaq istəyir, həmçinin 5 illik təhsil haqqını da ödəməlidir. Bunun üçün Hafizə pul lazımdır. Əjdər bacısının ilk nəvəsidir. Hamısı onu çox istəyir. Sədrəddin bildirmişdir ki, özü və həyat yoldaşı pensiya aldıqları üçün lazım olan pulu yığa bilməmişlər. Ona görə də qardaşı İsmayıl ilə kömək etsələr onlar pulu düzəldə bilərlər. Sədrəddin bildirmişdir ki, həyat yoldaşının 10000 ABŞ dolları pulu var. Həmçinin evlərinin satışından əldə edilən 50000 ABŞ dolları ilə birlikdə 60000 ABŞ dolları pulları var. İsmayıl və o kömək etsə 70000 ABŞ dolları pul düzələr. O, da Əjdəri çox sevdiyindən bu məsləni sevinclə qarşılamış və çalışıb kömək edəcəyini bildirmişdir. Sədrəddin ondan sonra İsmayılı da çağırıb onunla da danışmışdır. Sonra İsmayıl ona demişdir ki, bu məsələyə o da qoşulur. Əjdərin sənədlərini də Hafiz götürmüş, belə olacağı onların ağlına gəlməmişdir. Bundan sonra onlar bağ evinə getmişlər. Sədrəddin, bacısı və Hafizin həyat yoldaşı da orada olmuşdur. Daha sonra Hafiz də iş formasında ora gəlmişdir. Sədrəddin həyat yoldaşına çantadanı gətirməsini bildirmişdir. Bacısı çantanı gətirmiş, Sədrəddin müəllim salafan torbanın içərisindən pulu çıxartmış, o və İsmayıl da hərəsi özlərində olan 5000 ABŞ dolları pulu vermişlər. Sədrəddin onların verdiyi pulu da əlavə edərək 70000 ABŞ dolları pulu Hafizə vermişdir. Hafiz də pulu sayaraq qəbul etmişdir. O həmişə bacısıgilə tez-tez getmişdir. Bir müddət sonra bacısıgilə gedəndə onun narahat olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda bacısı Əjdərin sinif yoldaşlarının və digər uşaqların üniveristetə qəbul olduğunu, lakin Əjdərin üniversitetə qəbulu ilə bağlı heç bir xəbərin olmadığını bildirmişdir. O, bir dəfə hətta Hafisə zəng etmiş, Hafiz isə işinin çox olduğunu bildirmişdir. Uşaq Universitetə qəbul olmadıqda Sədrəddin pulu dəfələrlə Hafizdən geri istəmişdir. Bundan sonra, Hafiz evə gəlməməyə başlamış, dostunun evində yaşamışdır. Həmin vaxt onun bu barədə məlumatı olmamışdır. Sədrəddin xəstələnərək, ürəyi ağrımağa başladıqdan sonra bu barədə məlumatı olmuşdur. Daha sonra eşitmişdir ki, Hafiz onlardan xəbərsiz nikahın pozulması üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Şəfayənin xəbəri olmadan və iştirakı təmin edilmədən nikahları pozulmuşdir. O, şəxsən pulu Hafizdən istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, 2015-ci ildə tələbə qəbulu vaxtları idi. Sədrəddin ona zəng edərək onlara gəlməsini istəmişdir. Onların evi 5 dəqiqəlik məsafədə yerləşir. O, Sədrəddingilə getmişdir. Sədrəddin bildirmişdir ki, Əjdərin ali məktəbə qəbul olmaq məsələsi var, Elsevər də gələcək. Bundan sonra Elsevər də gəlmişdir. Sədrəddin onlara bildirmişdir ki, Hafiz ona Əjdəri oxumaq üçün Türkiyəyə göndərmək və ona ev almaq istədiyini bildirmişdir. Onlar da Əjdər bacının ilk nəvəsi olduğu və onu çox sevdikləri üçün bu halı sevinclə qarşılamışlar. Həmçinin bildirmişdir ki, Hafizə təhsil haqqının keçirilməsi və ev almaq üçün 70000 ABŞ dolları pul lazımdır. 10000 ABŞ dolları həyatyoldaşının, 50000 ABŞ dolları evin satışından əldə olan vəsait olmaqla 60000 ABŞ dolları pulları var. Hər biri 5000 ABŞ dolları versələr lazım olan pul düzələr. Bir müddət sonra Sədrəddin ona zəng edərək, Elsevərə də zəng etdiyini, onların Bilgəhdə yerləşən bağ evinə gəlmələrini bildirmişdir. Onlar Elsevərin avtomobili ilə bağ evinə getmişlər. Hafiz də iş formasında gəlmişdir. Sədrəddin həyat yoldaşına pulu gətirməsini bildirmişdir. Bacısı salafan torbada pulu gətirmiş, Elsevərlə o pulu Sədrəddinə vermişdir. Sədrəddin onların verdiyi pulu özlərində olan pula əlavə edərək 70000 ABŞ dolları pulu Hafizə vermişdir. Hafiz də pulu götürmüş, işi düzəltdikdən sonra geri qaytaracağını bildirmişdir. Bundan sonra tələbələr ali məktəbə qəbul olmuş, Əjdərin ali məktəbə qəbul olması ilə bağlı məlumat olmamışdır. Onlar pulu Hafizdən tələb etdikcə Hafiz onlardan uzaqlaşmağa başlamışdır. Sədrəddin Hafizə pulu sayaraq vermişdir. Hafiz pulu götürərkən saymamışdır. Hafizə verilən bütün pullar ABŞ dolları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Hafiz evdə bildirmişdir ki Əjdərin Türkiyədə təhsil almasını istəyir. Həm təhsil haqqının ödənilməsi, həm də ona ev almaq üçün 70000 ABŞ dolları lazımdı. Hafiz bu barədə onun atasına bildirmişdir. Onların 50000 ABŞ dolları atasının mülkünün satışından əldə edilən pul, 10000 ABŞ dolları anasının müəllimə işləyərək yığdığı pul olmaqla 60000 ABŞ dolları pulu var idi. 10000 ABŞ dolları pul çatmırdı. Ata və anası məslətləşərək həmin pulu da dayılarından istəmişlər. Dayısının hər biri 5000 ABŞ dolları pul gətirib vermişlər. O, Hafizə pul veriləndə mətbəxdə olmuş və onlara çay gətirərkən görmüşdür. Hafiz də pulu sayaraq götürmüşdür. O, uşağın məktəbə qəbul olunması ilə bağlı soruşduqda onları aldadaraq bu gün, sabah gedəcəyini bildirmişdir. Sentyabrda da Hafiz evdən birdəfəlik çıxıb getmiş, özünə kirayə mənzil tutumuşdur. Hafizə verilən bütün pullar ABŞ dolları olmuşdur. Məbləğin geriq qaytarılması ilə bağlı Hafiz öhdəlik götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Hafiz nənəsi və babasına müraciət edərək, onu Türkiyədə oxutmaq istədiyini bildirmiş, təhsil haqqının ödənilməsi və ona ev alınması üçün 70000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Babası da 50000 ABŞ dolları evin satışından əldə edilən vəsait, 10000 ABŞ dolları nənəsinin və nənəsinin qardaşıları Elsevər və İsmayılın hər birinin 5000 ABŞ dolları olmaqla 70000 ABŞ dolları vermişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 70000 ABŞ dolları pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. İddiaçının bu tələblə bağlı yeganə arqumenti məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadəsidir. Məhkəmə qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə iclasında dindirilmiş bütün şahidlər iddiaçının yaxın qohumu (qardaşları, qızı və nəvəsi) işin iddiaçının xeyrinə həll olunmasında bilavasitə maraqlıdırlar. Bununla bağlı onun istinad etdiyi şahid ifadələri isə özünün yaxın ətrafına daxil olan şəxslərin ifadələri olmaqla, kifayət qədər şübhədən kənar sübutlar deyildir. Ona görə də yalnız şahid ifadələrinə əsaslanmaqla iddianın təmin əsaslı olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3830/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3830/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver