Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3833/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onu aldadaraq 6000 manat pulunu dələduzluq etməklə ələ keçirmişdir. Belə ki, onun razılığı ilə ona məxsus Bakı şəhəri Bəşir Səfəroğlu 183 ünvanında yerləşən 13 saylı mənzilini xarici vətəndaşlara kirayə verərək gəlir əldə etmək məqsədilə ondan 2020-ci ilin fevral ayında “Torqovı” adlanan ərazidə yerləşən “McDonald”sın yanında 7300 manat almışdır. Pandemiya şəraiti ilə bağlı karantin rejimi olduğundan mənzilin yerləşdiyi əraziyə təhlükəsizlik baxımından xarici vətəndaşların mənzil kirayələməsinə qadağalar qoyulduğu və xaricilərin buraxılmaması səbəbindən mövcud qadağaları ona bildirərək pulunu geri tələb etsə də, 2020-ci ilin mart ayından onu müxtəlif bəhanələrlə aldadaraq dəfələrlə pulu qaytarılmasına görə görüş yerləri və vaxt təyin etməsinə baxmayaraq bu günədək də pulunu geri qaytarmır. Özü isə bu qadağaların mövcud olmasına baxmayaraq bir müddət hətta mənzilinə xarici vətəndaş yerləşdirərək ondan alacağı kirayə haqqı məbləği hesabına yenə də pulun qaytarılmasına vəd verməsinə baxmayaraq kirayəşindən aldığı pulu da ona verməyərək bir daha onu aldadır. Bundan sonra isə gah Azərbaycan hüdudlarından kənarda olduğunu, gah guya mənzilində olan əşyaların yoxa çıxması səbəbindən onu şərləyərək pulun verilməsini gecikdirərək nəticədə də ondan qaçıb gizlənir. Telefonlarına cavab vermədiyindən və ondan qaçıb gizləndiyinə görə onun barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməyə məcbur qalmışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci PB-də aparılmış araşdırma zamanı cavabdeh polisin çağırışından yayınmışdır. Toplanmış material rəsmi qaydada ona göndərilməklə mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.. Prosesin gedişində Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində kirayə haqqının, məişət əşyalarına görə 4910 manat pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin, cəmi 10.140 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsasdlandırılmışdır ki, Nəsimi rayon B.Səfəroğlu küç. 183 saylı binanın 13 saylı mənzili xüsusi mülkiyyətindədir. Bu mənzili 2020-ci ilin əvvəllərində İddiaçılə razılaşmış və kirayə verilməsi üçün ona təhvil vermişdir. Bu Bakı şəhərində futbol oyunlarının keçirilməsi dövründə baş vermiş, pandemiya ilə bağlı oyunlar təxirə salınmış və sair. İddiaçılə aralarında heç bir rəsmi sənəd imzalanmamışdır. Özü ölkə hüdudlarından kənarda olmuş, sonradan yaxınları tərəfindən ona məlum olmuşdur ki, guya İddiaçı onunla razılaşmış və 6 aylıq kirayə haqqını, hər ay üçün 1000 manat olmaqla 6000 manat pul ödəmişdir. Hansı ki, danışıqları 6 ay ərzində olsa da, birinci ayın pulunu 1000 manat beh qismində almış, qalan vəsaiti Rizvan ona hər ay hesabına köçürməli idi. Lakin İddiaçı hər ay 1000 manat hesabı ilə 5000 manat məbləğində kirayə haqqını ona ödəməmişdir, (hesabına köçürməmişdir). İddiaçı onun mənzilində kişi və qadın cinsindən olan insanların görüşün təşkil etmişdir. Bu hal uzun müddət davam etmiş və qonşuların şikayəti əsasında 22-ci Polis Bölməsi mənzildə baş verənlərlə bağlı araşdırma aparılmışdır. Yaxınlarının vasitəsilə mənzilin açarını binanın mühafizəçisi vasitəsilə almış və bu zaman aşağıdakılar məlum olmuşdur: a) İtən əşyalar: - Bütün mətbəx ləvazimatları: tarelkalar, stəkanlar, qaşıq-çəngəllər, qazanlar, tavalar və sair. Qiyməti - 400 man. - Bütün yataq dəstləri (dörd dəst). Qiyməti - 350 man. - Divardan asma şəkil (əl işi) - Qiyməti - 500 man - Məişət nərdivanı - qiyməti 30 man - Əl-üz dəsmalı - 150 man b) Yararsız vəziyyətə salınmış və təmir etdiyi və atılmış yenisi alınmış əşyaların siyahısı: - yataq taxtı - təmir olunub - 100 manat - şkaf - təmir olunub - 30 manat - duş kabinası - atılıb - yenisilə əvəzlənib - 700 manat - smistitel - atılıb - yenisi alınıb - 85 manat - kombi sistemi - təmir - 130 manat - masa və 6 stul atılıb - yenisi alınıb - 500 manat - giriş qapının kilidi - təzəsi alınıb - 100 manat - jalüz - atılıb - yenisi - 185 manat - jurnal stolu - təzəsi alınıb - 350 manat - ütü - təzəsi alınıb - 70 manat - telefon aparatı - təzəsi alınıb - 80 manat - komod sınıb - təmir olunub - 60 manat - parket təmir olunub - 300 manat - təmizləyici - pilisos - yenisi alınıb - 120 manat - elektrik naqilləri - 160 man - ariston su qızdırıcı - yararsız - yeni alınmayıb - ziyan 240 manat - ümumilikdə cavabdehin vurduğu ziyan 4910 manat təşkil edir. Bu vəsaitin və hər ayı 1000 manat olmaqla 5 aya görə 5000 manat kirayə haqqının ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh məlum etmişdir ki, guya mənzil kirayəsindən gəlir əldə edə bilməyib və qabaqlayıcı tədbir kimi məhkəməyə müraciət etmişdir. Cavabdeh mənzilin kirayəsindən qazanc əldə etməməsinin heç bir əsası yoxdur və bu səbəbdən onun iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh ilə qonşu olmuşdur. İddiaçı tanımır. Onu, binanın komendantının yanında Səidə xanımın mənzilində yol verdiyi pozğunluqlarla bağlı mübahisə edərkən görmüşdür. Məsələ ilə bağlı hətta RPİ-nin rəisi şəxsən gəlib araşdırma aparmışdır. Səidə xanım ağlayırdı ki, mənzili xaraba qoyublar. Hadisə may ayının axırında iyunun əvvəlində olub. Səidə xanımın mənzilinin açarını ona mühafizəçi Arif vermişdir. Rizvan özündə olan açarla gəlib bəzi əşyaları götürüb aparmışdır. Mənzilin digər açarları hələ də ondadır. Bildiyinə görə, Rizvan mənzilin kirayəsinə görə bir aylıq kirayə haqqını Səidəyə verməli, qalan ayları isə aybaay onun hesabına köçürməli idi. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 385.1-386.1-ci, 675, 676, 683, 685, 689, 700 və 704-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi Zaur Əliyevin İddiaçı ünvanlanmış 28.02.2021-ci il tarixli məktubuna əsasən, sonuncunun 18.02.2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi ünvanladığı şikayət ərizəsinə baxılmış, 2020-ci ilin fevral ayında Nəsi rayonu, B.Səfəroğlu küçəsi 183 ünvanında 13 saylı mənzilin kirayə götürülrməsi üçün ödədiyi 7.300 manat pulun, həmin mənziln sahibi olan Səidə adlı şəxs tərəfindən geri qaytarılmaması faktı mülki xareklerli olduğunu nəzərə alıb araşdırma diyandırılmışdır Məlumat, bu tələblə bağlı məhkəmə orqanlarına müraciət etməsi hüququ izah olunmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı iddia edir ki, Cavabdeh onun ünvan 4 ünvanında yerləşən mənzilini xarici vətəndaşlara kirayəyə verərək gəlir əldə etmək məqsədilə 2020-ci ilin fevral ayında 7300 manat pul vermişdir. Mənzilin kirayəyə verilməsi ölkədə, o cümlədən dünyada baş vermiş Koronoviris pandemiyasına görə mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçı iddia tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandıra bilməmişdir. Tərəflər arasında şifahi kirayə müqaviləsi bağlanmış Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzilin açarlarını iddiaçıya vermişdir.Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzilin açarları cavabdehə təhvil verilməmiş və mənzildə olan iddiaçıya məxsus əşyalar müqavilə müddəti bitdikdən sonrada iddiaçı tərəfində mənzildən çıxarılmamışdır.Həmçinin, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarş "pul tələbinə dair" ilkin iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3833/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3833/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver