Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3845/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazılıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 11 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin eidlməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə ərizədə qeyd olunan ünvana bildiriş göndərilməsinə baxmayaraq, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin gəlməməsinin səbəbi və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3684/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 doğum tarixi xx.xx.2023-cü il, doğum yeri Quba rayonu, ana X2 və atanın isə naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi icraata qəbul edimişdir. Göründüyü kimi, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında eyni tələb üzrə eyni əsaslarla iş həmin məhkəmənin icraatında olduğu üçün ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3845/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3845/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver