Məhkəmə qərarları › İş №2(004)-3850/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3850/2024

27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3850/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktı" ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 atanın və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəznində fəaliyyət göstərən uşaq sığınacağı - Reinteqrasiya Mərkəzində məskunlaşmış X2 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı adıçəkilən uşağın X6 ilə X1 qeyri-rəsmi nikah münasibətindən dünyaya gəldiyi, A.Mehdiyevə və V.Balacayev hər ikisi narkotik maddə istifadəçisi olduqlarından uşağa qarşı etinasız münasibət göstərdikləri və nəticədə uşaq baxımsız vəziyyətdə qaldığından Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021 -ci il tarixində akt əsasında Sığınacağa yerləşdirildiyi müəyyən edilmişdir. Sözügedən uşağın valideynlərinin tapılması istiqamətində köməklik göstərilməsi ilə bağlı Sığınacaq tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq V.Balacayevin Suraxanı RPİ-ə dəvət olunaraq ondan yazılı izahat alındığı və onun izahatında A.Mehdiyevanın vəfat etdiyi, həmçinin şəxsiyyət vəsiqəsi olmadığı üçün ona ölüm haqqında, S.Balacayevaya isə doğum haqqında şəhadətnamənin əldə edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. S.Balacayevaya doğum haqqında tibbi şəhadətnamənin əldə edilməsi üçün Sığınacaq tərəfindən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”publik hüquqi şəxsinə ünvanlanmış elektron müraciətə cavab məktubunda xx.xx.2019-cu il tarixində xəstəxanaya daxil olmuş A.Mehdiyevə adlı şəxsin xx.xx.2019-cü il tarixində cinsi qız olan uşaq dünyaya gətirdiyi, lakin şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyi üçün doğum haqqında tibbi şəhadətnamənin yazılmadığı qeyd edilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-5075/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 16-5/8-09-576/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, həmçinin aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq, uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə gedişatında ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X2 02 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən tərtib edilmiş 15 iyul 2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 15 iyul 2021-ci il tarixdə Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinə qəbul edilmişdir. Sözügedən uşağın valideynlərinin tapılması istiqamətində köməklik göstərilməsi ilə bağlı Sığınacaq tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq, bildirilmişdir ki, X8 RPİ-ə dəvət olunaraq ondan yazılı izahat alınmış və o, izahatında A.Mehdiyevanın vəfat etdiyi, həmçinin şəxsiyyət vəsiqəsi olmadığı üçün ona ölüm haqqında, S.Balacayevaya isə doğum haqqında şəhadətnamənin əldə edilməsinin qeyri-mümkün olduğu bildirmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin “Azərbaycan Uşaqları” İctimai Birliyinin elektron müraciətə cavab məktubundan görünür ki, “xx.xx.2019-cu il tarixdə saat 04:50-də xəstəxanaya daxil olmuş hamilə X3 “0.80.9 39-40 həftəlik hamiləlik, doğuşun birinci dövrü, baş gəlişi, vaxtlı doğuş İV” diaqnozları ilə Akademik M,ə,Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləliyin Patalogiyası şöbəsinə stasionar müalicəyə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə vətəndaş çəkisi 2000 qr, boyu 45sm cinsi qadın olan diri döl dünyaya gətirmişdir. xx.xx.2019- cu il tarixdə ana və uşaq kafi vəziyyətdə evə buraxılmışdır. Xəstə çıxdığı zaman şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyi üçün vətəndaşa doğum haqqında şəhadətnamə yazılmamışdır.“ Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-09-576/24 nömrəli cavab məktubunda, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisədən sənəd, kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi 103 formalı sənədlər təqdim olunmadığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ilə X1 qeyri-rəsmi münasibətindən dünyaya gələn uşaq- X5 valideynlərinin narkotik aludəçisi olması səbəbindən “Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi”nə yerləşdirilmişdir. Uşağın doğuşu ilə əlaqədar tibb müəssisədən sənəd və ya 103 formalı sənəd olmadığından müvafiq qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Suraxanı RPİ-yə dəvət olunaraq yazılı izahatı alınmış uşağın atası Valeh Balacayev uşağın anası Arzu Mehdiyevanın öldüyünü, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün ona ölüm haqqında, S.Balacayevaya isə doğum haqqında şəhadətnamənin əldə edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, uşağın rəsmi sənədlərinin olmaması gələcəkdə onun bir vətəndaş kimi hüquqlarınından (təhsil, əmək və s.) istifadə etmək imkanından məhrum edəcəkdir. Odur ki, ərizə əsaslı olub təmin edilməli, X2 02 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında ana qrafasında “naməlum”, ata qrafasında “naməlum” qeyd edilməklə məlumatlar göstərilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 02 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi 02 sentyabr 2019-cu il, doğulduğu yer - “Bakı şəhəri”, ana qrafasında “naməlum”, ata qrafasında “naməlum” qeyd edilməklə məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar