Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3852/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu 3-cü Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki 34B nömrəli evin ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onunla “xxxxxxxxxx” MMC arasında bağlanan xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən “xxxxxxxxxx” MMC-nin ünvan 1B ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81.5 kv metri olan 2 otaqlı 38 nömrəli mənzili almışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32.560 manatı cəmiyyətin xəzinəsinə ödəmişdir. Bu barədə ona xx xxxxxx 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzil ona verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 nömrəli qətnaməsi ilə iddası təmin edilmiş, ünvan 1 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81.5 kv metr yaşayış sahəsi olan 38 nömrəli mənzilin iddaçıya, yəni ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə “xxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə “xxxxx” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qeyd edilən qərarının 4-cü səhvəsində göstərmişdir ki, “xxxxxxxxxx.” MMC tərəfindən başlanmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçıya verilməlidir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən qətnamə icra edilən zaman müəyyən olunmuşdur ki, “xxxxx” MMC ilə “xxxxxxxxxx” MMC arasında 04.02.200.8-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri yasamal rayonu Bünyadzadə 34B ünvanda yerləşən 2 girişli 16 mərtəbəli binanın tikintisi “xxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. xx.xx.2008-ci il tarixdə “xxxxx” MMC Cavabdeh MTK-nə qoşularaq ləğv edilmiş axırıncı hüquqi şəxs “xxxxx” MMC-nin hüquqi varisi olmuşdur. xx.xx.2017-ci il tarixli aktla həmin mənzil icra şöbəsinin əməkdaşı tərəfindən borclu, Cavabdeh MTK-dan alınıb iddiaçıya təhvil verilmişdir, lakin həmin mənzili bu günədək özəlləşdirə bilməmişdir. Bu səbəbdən mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTKnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh MTK-nın sədri M.Axundov xx.xx.2020-ci il tarixli mülahizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi” tələbinə dair iddiası etiraf etdiyini bildirmiş və İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu 3-cü Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki 34B nömrəli evin ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianın etirafına dair yazılı mülahizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı və “xxxxxxxxxx” MMC arasında bağlanan xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən “xxxxxxxxxx” MMC-nin ünvan 1B ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81.5 kv metri olan 2 otaqlı 38 nömrəli mənzili İddiaçı satın almışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32.560 manatı cəmiyyətin xəzinəsinə ödəmişdir. Bu barədə İddiaçı xx xxxxxx 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzil İddiaçı verilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 nömrəli qətnaməsi ilə İddiaçı iddası təmin edilmiş, ünvan 1 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81.5 kv metr yaşayış sahəsi olan 38 nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə “xxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)- 4307/2013 nömrəli qərarı ilə “xxxxx” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qeyd edilən qərarının 4-cü səhvəsində göstərmişdir ki, “xxxxxxxxxx.” MMC tərəfindən başlanmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 nömrəli qətnaməsi icra edilməklə ünvan 1 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81.5 kv metr yaşayış sahəsi olan 38 nömrəli mənzilin İddiaçı təhvil verilsə də, cavabdeh mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədləri (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) iddiaçıya təhvil verməmişdir. Hazırda cavabdeh iddianı etiraf edir və sənədləri iddiaçıya təqdim etməkdən imtina etmir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu 3-cü Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki 34B nömrəli evin ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 191.3, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu 3-cü Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki 34B nömrəli evin ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3852/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3852/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver