Məhkəmə qərarları › İş №2(004)-3856/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3856/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3856/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Baloğlan oğluna qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Baloğlan oğluna qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh Baloğlan oğlu arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq müvafiq kart cavabdehə təqdim edilmiş və istifadəsinə verilmişdir. Cavabdehə məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixdə müvafiq maliyyə əməliyyatı aparılmış, lakin əməliyyatın təsdiqinə dair məlumat təqdim olunmadığından həmin əməliyyatı aparan digər bank tərəfindən ödənilmiş vəsait geri çəkilmişdir. Nəticədə, İddiaçı ASC tərəfindən 145,32 (yüz qırx beş manat otuz iki qəpik) manat pul cavabdehin hesabına köçürülmüş, cavabdeh əsassız varlanmış və iddiaçıya maddi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh Baloğlan oğlu arasındakı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli ********************07 nömrəli müqavilənin 2.7-ci maddəsinə əsasən ........ Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehə məxsus kart hesabı üzrə xx.xx.2021-ci il tarixdə müvafiq maliyyə əməliyyatı aparılmış, lakin əməliyyatın təsdiqinə dair məlumat təqdim olunmadığından həmin əməliyyatı aparan digər bank tərəfindən ödənilmiş vəsait geri çəkilmişdir. Nəticədə, İddiaçı ASC tərəfindən 145,32 (yüz qırx beş manat otuz iki qəpik) manat pul cavabdehin hesabına köçürülmüş, cavabdeh əsassız varlanmış və iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə Cavabdeh Baloğlan oğlu arasındakı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli ********************07 nömrəli müqavilənin 2.7-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh Baloğlan oğlu varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Məhkəmə qeyd edir ki, overdraft dedikdə, texniki səhv və ya yanlışlıqla aparılmış hər hansı maliyyə əməliyyatı nəticəsində İstifadəçinin əldə etdiyi pul vəsaiti (hesaba mədaxil) başa düşülür. Lakin, tərəflər arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli ********************07 nömrəli müqavilənin 2.7-ci bəndində hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Müvafiq bəndə əsasən, overdraft nəticəsində əldə edilmiş pul vəsaiti Müştəri tərəfindən Banka geri qaytarılmalıdır. Lakin, Cavabdeh Baloğlan oğlu müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya 145,32 (yüz qırx beş manat otuz iki qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh Baloğlan oğlu tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Kart üzrə İstifadəçi qismində Cavabdeh Baloğlan oğlu çıxış edir. Beləliklə, Tərəflər arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli ********************07 nömrəli müqavilənin 2.7-ci bəndi iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 (min) manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilməli olduğu halda 100 manat, yəni 70 manat artıq ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Artıq ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu isə iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Baloğlan oğlundan 145,32 (yüz qırx beş manat otuz iki qəpik) manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Baloğlan oğluna qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Baloğlan oğlundan 145,32 (yüz qırx beş manat otuz iki qəpik) manat pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar