Məhkəmə qərarları › İş №2(004)-387/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-387/2023

13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-387/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış “ilkin alqı-satqı müqavilə”sinin etibarsız hesab edilməsi, Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli, “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138.0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasında 1-ci giriş, 3 otaqlı, 138.0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı verilməsi, mənzilin dəyəri olan 75796 manatın isə İddiaçı tərəfindən Cavabdeh3 MTK-ya ödənilməsi barədə tərəflər öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmişdir. Mənzildə təmir işləri aparmaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs, Cavabdeh3 MTK-ya 23 avqust 2011-ci il tarixli müqavilə təqdim edərək guya mənzilin ona satıldığını iddia edərək mənzildə təmir işləri aparmağa cəhd edir. Cavabdeh3 MTK tərəfindən ona mənzilin İddiaçı məxsus olduğu bildirilsə də, Cavabdeh1 bunu qəbul etməyərək, mənzilin ona məxsus olduğunu iddia edir. Hazırda iddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Cavabdeh3 MTK-a ilə aralarında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödədiyi üçün həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasında 1-ci giriş, 3 otaqlı, 138.0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı verilməsi, mənzəlin dəyəri olan 75796 manatın isə İddiaçı tərəfindən Cavabdeh3 MTK-ya ödənilməsi barədə tərəflər öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmişdir. Mənzildə təmir işləri aparmaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs, Cavabdeh3 MTK-ya 23 avqust 2011-ci il tarixli müqavilə təqdim edərək guya mənzilin ona satıldığını iddia edərək mənzildə təmir işləri aparmağa cəhd edir. Cavabdeh3 MTK tərəfindən ona mənzilin İddiaçı məxsus olduğu bildirilsə də, Cavabdeh1 bunu qəbul etməyərək, mənzilin ona məxsus olduğunu iddia edir. Hazırda iddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Cavabdeh3 MTK-a ilə aralarında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödədiyi üçün həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəllənin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini ərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq hüququna malikdirlər. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı tərəfindən mənzil verildikdən sonra evin giriş qapısını qoyur. İddiaçı özü Azərbaycanda yaşamır. Mübahisəli mənzilə oğlu gedib-gəlmişdir. Oğlu da bir müddət Azərbaycanda olmamışdır. Sonradan məhkəmədə iddia qaldırılarkən iddiaçıya məlum olmuşdur ki, 23 avqust 2011-ci il tarixdə Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında müqavilə bağlanılaraq həmin mənzil satılır Cavabdeh1. Bundan sonra Cavabdeh1 izi azdırmaq üçün, belə düşünürlər ki, Cavabdeh2 ilə ilkin alqı satqı müqaviləsi bağlanılır. Həmin müqavilənin şərtlərinə əsasən pul ödənilir Cavabdeh1. Bizdə şübhə yaradır ki, doğurdan da bunlar arasında hər hansı bir müqavilə bağlanmışdır. Yoxsa bunlar hamısı eyni şəxslərdir sadəcə görüntü yaratmaq üçündür. Bu da müəyyən deyildir. Çünki onun tərəfindən verilmiş sorğular var ki, onları məhkəməyə təqdim etmişdir. Orada qeyd olunur ki, MTK tərəfindən Cavabdeh1 hər hansı bir mənzil satılmamışdır. Bunların sübutu kimi məhkəmə tərəfindən onların vəsatəti əsasında keçirilmiş ekspertiza rəyindən də görünür ki, Cavabdeh1 adına olan möhür Cavabdeh3 MTK-yə məxsus möhür deyildir. Hər hansı bir başqa formada hazılanmış möhürdür. Buda göstərir ki, onlar haqlı olaraq cavabdehlərdən şikayətçi olmuşlar. Buna görədə hesab edir ki, cavabdehlər arasında hər hansı bir formada bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Qeyd olunan müqavilə etibarsızdırsa onun nəticələri də etibarsızdır. Hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Bu günki gündə onların əmlaka sahiblik, istifadə hüququnun əldə edilməsi və ya başqasının əmlakını əldə etməsi hesab edirlər ki əsasızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o ev almaq istəyirmiş. Mübahisəli mənzil elanda qarşısına çıxmış, vasitəçiyə zəng vuraraq gəlib evə baxış keçirmişlər. Həmin vaxt binanın qeyri-rəsmi hüquqi işlərini aparan Samir, binanın komendatı Telman adlı şəxslər də orda olmuşlar. Gəlib evə baxış keçirmişlər. Hətta binanın giriş lifti kartla olmuşdur, yəni kartsız binaya daxil olmaq qeyri-mümkün olmuşdur. Binaya baxış keçirmiş, mübahisəli mənzilə qapını açarla açıb daxil olmuşlar. Sabahkı gün Cavabdeh1la görüşmüş və notarial qaydada 85000 (səksən beş min) manat pulu nəğd şəkildə notariusda notariusun bankına keçirmişlər. Alqı-satqı etdikdən sonra binanın komendantının yanına gəlmişlər. Mübahisəli mənzilin başqa sahibi olması barədə heç kim heçə deməmişdir. Həttta orada bildirmişlər ki, bina tikilərkən lift qoyulmamış, özləri öz hesablarına lift qoydurmuşlar. Buna görə ondan nəğd şəkildə 1100 (min yüz) manat pul almışlar. İşıq və qaz sayğaclarına sənəd vermiş və alqı-satqı etmişdir. Şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Bütün sənədləri və müqavilələri MTKnın ofisində MTK-ya təqdim etmişdir. Müqavilələrin verilməli olduğunu komendant da təsdiqləyir. Mənzildə işıq da var, qaz da. Onlar mənzildə təmir apardıqlarından sonra, qarşı tərəf gəlib hay-küy salmışdır ki, bura onun mənzilidir. Cavabdeh də bildirmişdir ki, bura ona satılmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mənzilin sənədləşməsi zamanı onlara binanın sahibkarı Cahangirin içəridə olduğu, çıxmasına 6 ay qaldığı, Cahangir çıxdıqdan sonra binanın sənədləşməsinin hazırlanacağı, onlarda möhürün olmadığı, binanın bütün sənədləri və möhürünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduğu deyilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 MTK-nın nümayəndəsi bildirmişdir ki, Cavabdeh3 MTK prosesləri məhkəmələrdə çox olur. Hər dəfə proseslər olandan gedir Cahangir Alışovun yanına. Vəkil olduğu üçün yanına giriş-çıxışı olur. Hal-hazırda 16 saylı çəza çəkmə müəssisəsində çəza çəkir. Yanına gedib bildirmişdir ki, belə bir iş vardır. Sənəd vardır. O da bildirmışdir ki, bəli sənədlər var. Bütün işləri də bilir. Yaddaşıda çox gözəldir. Dedi ki, Zərinəni tanıyır. Həqiqətəndə ona mənzilin satılması 2007-2008-ci ilərə təsadüf edir. Onunla müqavilə bağlayıblar. Pulu MTK-ya verib. Pulu da almaqıarı danılmaz faktdır. Digər şəxslər Behbudov və Afaqı isə tanımadığını, onlardan pul almadığını bildirmişdir. Bu səbəbdən də iddianı qəbul edirlər. Cahangir 2016-cı ildə həbs olunub. Amma 2015-ci ildə MTK-nın bütün sənədlərini korrupsiya idarəsi götürüb aparmışdır. MTK-nın möhürü dəyişilib. Amma hansı ildə dəyişilməsini xatırlamadığından dəqiq bilmirlər. Yəni 2011-ci il tarixdə Cavabdeh1 ilə müqavilə bağlanılan zaman hansı möhürün olması dəqiq yadında deyil. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, binanın bütün sənədləri və möhür Korrupsiya Qarşı Mübarizə İdarəsindədir. İlkin binalar tez tikilsə də, ümumilikdə bina 10 ilə tikilmişdir. MTK tərəfindən niyə görə Cavabdeh2 ödənişlərin qəbul edilməsi, lift və digər sayğaclar üçün ödəniş tələb edilməsi, təmirə şərait yaradılması barədə məlumatı olmadığından cavab verə bilməməyəcəkdir. Cavabdeh1 lifdin və blok qapılarının kartının və eləcə də, mənzilin açarlarının hardan olması barədə məlumatı yoxdu. Mübahisəıi evin Zərinəyə təhvil verilib verilməmisi barədə məlumatı yoxdu. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Yeni Yasamal MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşmiş Yeni Yasamal MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə mənzilin müəyyənləşdirilmiş haqqını qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 75796 manat müəyyən olunmuşdur. Maliyyə arayışılarından görünür ki, Yeni Yasamal MTK-ya məxsus Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv m sahəsi olan 3 otaqlı mənzilin pay dəyərindən İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 26516 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4165 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4067 manat, xx.xx.2008-ci il tarixdə 3969 manat, xx.xx.2008-ci il tarixdə 3920 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, 3969 manat, xx.xx.2008-ci il tarixdə 3888 manat məbləğində pul ödənilmişdir. Yeni Yasamal MTK ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, MTK Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşmiş Yeni Yasamal MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 69000 manat müəyyən olunmuşdur. xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Yeni Yasamal MTK-ya məxsus Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv m sahəsi olan 3 otaqlı mənzilin pay dəyərinin 69000 manatı Cavabdeh1 tərəfindən ödənilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər xx.xx.2042-ci il tarixədək Yeni Yasamal MTK tərəfindən xx.xx.2011-ci il trixdə bağlanmış müqaviləyə əsasən satıcı Cavabdeh1 Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşmiş, Yeni Yasamal MTK-nın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv m sahəsi olan 3 otaqlı mənzili özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 85000 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Yeni Yasamal MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda inşa olunan Cavabdeh3MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 10cu mərtəbə, ümumi sahəsi 138,0 kv.metr olan 3 otaqlı 71 saylı mənzilin 01 dekabr 2007-ci il tarixli müqavilə ilə İddiaçı 75796 (yetmiş beş min yeddi yüz doxsan altı) manata razılaşdırılaraq satıldığı, mənzilin MTK tərəfindən başqa şəxsə satılmadığı, lakin hal-hazırda MTK-ya məlum olmayan səbəbdən Cavabdeh1 adına mənzil müqaviləsi və X3 ilə ilkin alqı- satqı müqaviləsi ortaya çıxdığı bildirilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 'Yeni Yasamal” Mənzil Tikinti Kooperativinin (VÖEN **********) qeydiyyat qovluğunda 2010-2012-cl illər ərzində və hazırkı tarixdə möhrünün dəyişdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 146 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi ev 10- 9- saylı mənzilin keçmiş sakini vətəndaş Cavabdeh1 yuxarıda göstərilən ünvanda qeydiyyatı olub-olmaması barədə heç bir məlumatın olmadığı, 2021-ci ildə həmin mənzilin satıldığı, hal-hazırda Cavabdeh1 sôzügedan ünvanda yaşamadığı, mənzilin indiki sahibinin X4 olduğu qeyd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/417 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Yeni Yasamal MTK-nın direktoru X2 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. Təqdim edilmiş Yeni Yasamal MTK-nın direktoru X2 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin, "Yeni Yasamal” MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətlərinin üzərlərində olan yazılar, imzalar, cap mətni və möhür əksləri reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş Yeni Yasamal MTK-nın direktoru X2 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Cavabdeh3 məzmunlu möhür əksi Yeni Yasamal MTK-nın direktoru X2 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil etmir. Təqdim edilmiş Yeni Yasamal MTK-nın direktoru X2 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri MTK Yeni YASAMAL məzmunlu möhür əksi Cavabdeh3 MTK-nın təsisçilərinin ümumi yığınağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil edir. Təqdim edilmiş “Yeni Yasamal" MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun və Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətlərin üzərlərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Yeni Yasamal" məzmunlu möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil etmirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin maddənin 2-ci bəndinə əsasən Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşmiş Yeni Yasamal MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzil xx.xx.2007-ci il tarixdə İddiaçı tərəfindən əldə edilməsinə dair müqavilə bağlanmışdır. Daha sonra həmin mənzil xx.xx.20211-ci il tarixdə Cavabdeh1 tərəfindən əldə edilmiş və sonuncu həmin mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satılması barədə onunla razılığa gəlmişdir. Cavabdeh2 mənzili əldə etdikdən sonra orada təmir işləri aparmağa başlamış və bir müddət sonra İddiaçı həmin məmzilə gələrək, mənzilin ona aid olduğunu bildirmiş və hal-hazırda da, mənzilə dair digər şəxslər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış “ilkin alqı-satqı müqavilə”sinin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, qeyd edilən müqavilələrin nə Mülki Məcəllədə, nə də digər qanunvericilik aktlarında müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı 2007-ci ildə mənzili aldığını iddia etsə də, həmin vaxtdan ötən 15 il müddətində mənzilə dair heç bir iddia irəli sürməmiş, mənzilin ona təhvil verilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə kreditorun fərdimüəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq üçüncü şəxsə verilmiş olsun. Hazırkı mübahisə qanunvericiliyin qeyd edilən tələbləri əsasında həll edilməlidir. Bu məqsədlə ilk növbədə fərdi-müəyyən əşya olan qeyri-yaşayış sahəsinin kimin isdifadəsinə verilməsi məsələsi müəyyən edilməli, yalnız bundan sonra həmin sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanması nəzərə alınmalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir. Hazırkı halda mənzilin uzun müddət Cavabdeh1, daha sonra isə Cavabdeh2 istifadəsində olması iş materialları ilə müəyyən edilir. Belə ki, mənzil 2011-ci il tarixdən Cavabdeh1 satılmış və həmin vaxtdan etibarən onun istifadəsində və sərəncamında olmuş, digər Cavabdeh2 mənzilə baxarkən binaya giriş kartla olmuş, həmin kart, həmçinin mənzilin açarları Riyadda olmuş, binanın komendantı, qeyri-rəsmi təmsilçiləri binada olmuş, həmin şəxslər də, mənzilin başqa bir şəxsə aid olduğunu bildirməmişlər. Bütün bunlar mənzilin Cavabdeh1 satıldığına və bu illər ərzində də, onu isdifadəsinə verilərək sərəncamında olduğuna dəlalət edir. Daha sonra Cavabdeh1 həmin mənzili üçüncü bir şəxsə Cavabdeh2 satmışdır. Sonuncu da mənzili almış, təmir etmiş və hal-hazırda da həmin mənzildə yaşayır. Məhkəmə mənzilə münasibətdə Cavabdeh1 və eləcə də, dolayısıyla Cavabdeh2 üstünlük hüququnu nəzərə alaraq hesab edir ki, mənzilin iddaçıya təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş hallarını əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh Yeni Yasamal MTK-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir Həmçinin cavabdeh Yeni Yasamal MTK-nın iddianı etiraf etməsini və mənzilin iddiaçıya satılmasını xatırladıqlarını, Cavabdeh1 isə tanımadıqlarını bildirməsi ilə bağlı izahatlarını məhkəmə iddianın təmin edilməsi üçün əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 mənzili aldıqdan sonra ondan bütün kommunal xərclərin, sayğaclara görə ödənişlərin, liftin quraşdırılmasına, tikinti zamanı liftdən istifadə edildiyinə görə müəyyən məbləğ alınması MTK tərəfindən həyata keçirilmişdir. Bütün bu müddət ərzində MTK mənzilə təmir tikinti işlərinin aparılmasına etiraz etməmiş və mənzilin başqa şəxsə aid olduğunu bildirməmişdir, əksinə mənzildə təmir işlərini aparılmasına da, şərait yaratmışdır. Məhkəmə iddianın rədd edilmsi qənaitinə gələrkən, ümumiyyətlə idiaçının ötən 15 il ərzində mənzillə maraqlanmamsı, mənzilə dair heç bir tələb irəli sürməməsi ilə bağlı ağılabatan, tutarlı əsaslar gətirə bilməməsini, mənzilin onun isdifadəsinə verilməsi lakin sonradan iradəsinə zidd olaraq isdifadəsindən cıxması barədə məhkəməyə heç bir sübutların təqdim edilməməsini də, nəzərə alaraq, iddiaçının mülahizlərini inandırıcı saymır. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspertiza sənədlərin ksero surətləri üzərində aparılmışdır. Vizal baxımdan möhürlərin eyni möhürlər olmadığı məhkəmə tərəfindən də, müəyyən olunur. Cavabdeh MTK-nın nümayəndəsi də, MTK-nın möhürünün dəyişdirildiyini etiraf etmiş, lakin dəyişdirilməsi vaxtının xatırlamadığını bildirmişdir. İş materialları möhürün dəyişdirilməsi vaxtının müəyyən edilməsinin mümkün olmadığını və həmçinin qanunvericiliyin tələblərinə əsasən möhürün hüquqi şəxsin rəhbərinin mülahizələrinə əsasən bu və ya digər səbəbdən dəyişdirilə bilməsini, bu zaman qanunvericiliyə əsasən yeni möhürün qeydiyyata alınmasının xüsusi hüquqi prosedurlarının olmadığını nəzərə alaraq məhkəmə möhürün qanuniliyi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və AzərbaycanRespublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar