Məhkəmə qərarları › İş №2(102)-1980/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1980/2024

29.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda, MPM-nin 403.1-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması tələbinə d air mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh3 MTK (bundan sonra – MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən, MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə mənzilin müəyyənləşdirilmiş haqqını qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 75796 manat müəyyən olunmuşdur.

2. Maliyyə arayışlarına əsasən MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv metr sahəsi olan 3 otaqlı mənzilin pay dəyərindən İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 26516 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4165 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4067 manat, xx.xx.2008-ci il tarixdə 3969 manat, xx.xx.2008-ci il tarixdə 3920 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, 3969 manat, xx.xx.2008-ci il tarixdə 3888 manat məbləğində pul ödənilmişdir.

3. MTK ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 69000 manat müəyyən olunmuşdur. Maliyyə arayışına əsasən mənzilin pay dəyəri 69000 manat Cavabdeh1 tərəfindən xx.xx.2011-ci il tarixdə ödənilmişdir.

4. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğısatqı müqaviləsinə əsasən tərəflər xx.xx.2042-ci il tarixədək MTK tərəfindən xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə ilə satıcı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonun, M.Xiyabani küçəsində MTK-nın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv metr sahəsi olan 3 otaqlı mənzili özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 85000 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər.

5. MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanda inşa olunan MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138,0 kv metr olan 3 otaqlı 71 nömrəli mənzilin 1 dekabr 2007-ci il tarixli müqavilə ilə İddiaçı 75796 manata razılaşdırılaraq satıldığı, mənzilin MTK tərəfindən başqa şəxsə satılmadığı, lakin hal-hazırda MTK-ya məlum olmayan səbəbdən Cavabdeh1 adına mənzil müqaviləsi və X2 ilə ilkin alğı-satqı müqaviləsinin mövcud olduğu bildirilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-980/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK) qarşı ilkin alğı-satqı müqaviləsini n etibarsız hesab edilməsi və pulun qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilərək, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85907,73 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış "xxxx"sinin etibarsız hesab edilməsi, MTK ilə İddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzildə təmir işləri aparmaq istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs, MTK-ya 23 avqust 2011-ci il tarixli müqavilə təqdim edərək guya mənzilin ona satıldığını iddia edərək mənzildə təmir işləri aparmağa cəhd etmişdir. MTK tərəfindən ona mənzilin iddiaçıya məxsus olduğu bildirilsə də, Cavabdeh1 bunu qəbul etməyərək, mənzilin ona məxsus olduğunu iddia etmişdir. Hazırda iddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı MTK ilə aralarında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödədiyi üçün həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianı n təmin olunmasını xahiş etmişdir.

10. Cavabdeh2 nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir.

11. Cavabdeh3 MTK-nın nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyini göstərmişdir.

12. Məhkəmənin qərardadı ilə iş üzrə sənədlərin-məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/417 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin, MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətlərinin üzərilərində olan ya zılar, imzalar, çap mətni və möhür əksləri reproqrafik surət olmuş, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Cavabdeh3 məzmunlu möhür əksi MTK-nın direktoru X1 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil etməmişdir. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri MTK Cavabdeh3 məzmunlu möhür əksi MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik su rətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil etmişdir. Təqdim edilmiş MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun və Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətlərin üzərilərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi “Yeni Yasamal" məzmunlu möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil etməmişlər.

13. Məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən MTK-nın (VÖEN **********) qeydiyyat qovluğunda 2010-2012-ci illər ərzində və hazırkı tarixdə möhürünün dəyişdirilməsi barədə məlumat müəyyən edilməmi şdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-387/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Toğrul Axundov). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İşə apellyasiya məhkəməsində baxılan zaman iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh2 Cavabdeh1 qarşı “aralarında bağlınmış 30 avqust 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, təmir xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhk əmənin 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının Cavabdeh1 tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət olunmuşdur. Göründüyü kimi, artıq Cavabdeh2 özü 30 avqust 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsini mübahisələndirmiş və məhkəmə qərarı ilə həmin müqavilənin etibarlılığına hüquqi qiymət verilmişdir. Həmin ilkin alğı-satqı müqaviləsi hazırki vəziyyətdə iddiaçı üçün heç bir hüquqi nəticə doğurmamışdır. Bu səbəbdən də iddia tələblərindən – “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsindən imtina etdiyini bildirərək, həmin tələblə bağlı işin icraatına xitam verilməsini xahiş etmişdir. Qalan iddia tələblərini isə müdafiə etdiyini qeyd etmişdir.

17. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən mülki işin 1-ci cildinin 43-cü vərəqində MTK və iddiaçının adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza və mülki işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində "xxxx" yazısının qarşısındak ı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 43-cü vərəqində MTK və iddiaçının adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza ilə mülki işin 143-cü vərəqində olan MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 143-cü vərəqində MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza ilə mülki işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində "xxxx" yazısının qarşısındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

18. Apellyasiya ba xışı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab məktubuna əsasən Nümayəndə müraciəti MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Azərbaycan Respublikası CM-nin 178.3.2, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırıldığı qeyd edilmişdir. Cinayət işinin istintaqı ilə sorğuda qeyd edilən mənzilin 1 dekabr 2007-ci il tarixli müqavilə və maliyyə arayışı ilə iddiaçıya satıldığı, Nümayəndə tərəfindən istintaqa təqdim edilmiş və həmin mənzilin Cavabdeh1 satılması barədə 23 avqust 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının isə MTK-nın vəzifəli şəxsləri tərəfindən deyil başqa şəxslər tərəfindən hazırlandığı müə yyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi hissələrində ləğv edilməsi və həmin tələblə bağlı hissədə mülki işin icraatına iddiadan imtina olunması əsası üzrə xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının eyni nömrəli eyni tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması, iddia tələblərinin həmin hissələrdə təmin olunması, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin etibarsız sayılması, MTK ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10cu mərtəbə, 3 otaqlı, 138,0 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva).

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları (əmlaka sahibl ik və istifadə etmək hüququ) işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda, eyni mənzilə dair MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən xx.xx.2011ci il tarixli müqavilənin etibarlılığı müəyyən edilməlidir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutlardan açıq-aşkar müəyyən olunmuşdur ki, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilə həqiqi olmamaqla, özlüyündə müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə MTK arasında bağlanmış xx.xx.2011ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbi ilə etibarsızdır.

24. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh2 etirazının əsası kimi, Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli "xxxx"nin mövcu dluğuna əsaslansa da, bu hal iddiaçının əmlak üzərində yaranmış hüquqlarını aradan qaldırmamışdır. Belə ki, mübahisə predmeti olan mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2011-ci il tarixli müqavilə həqiqi (etibarlı) olmamaqla, sonuncunun əmlak üzərində hər hansı hüquqlarının yaranmasına da əsas yaratmamışdır. İlkin müqavilə özü-özlüyündə əmlak üzərində qanuni əşya hüquqlarını yaratmamaqla, gələcəkdə müvafiq əsas müqavilənin bağlanmalı olmasını ehtiva etmişdir. Cavabdeh2 isə mübahisə predmeti olan mənzillə bağlı nə MTK, nə də iddiaçı ilə hər hansı əsas müqavilə bağlamamış, dolayısı ilə əmlak üzərində hər hansı hüquqları da yaranmamış və hazırda da mövcud olmamışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 2(00 8)-980/2023 nömrəli qətnaməsinin qanuni qüvvəsini alıbalmaması vəziyyəti dəyişdirməmişdir. Burada diqqətə alınmalı olan əsas xüsusat Cavabdeh2 özünün ilkin alğı-satqı müqaviləsinə və mənzilə bağlı qalmaması, həmin müqaviləni etibarsız sayması, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanı sonuncudan tələb istiqamətində olan iradə ifadəsi olmuşdur.

26. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda isə, istər MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd olunan, heç bir hüquqi əhəmiyyətə malik olmayan, etibarsız hesab olunan 23 avqust 2011ci il tarixli müqavilə, istərsə də Cavabdeh2 həmin mənzil üzərində hər hansı qanuni əml ak hüquqları yaratmayan Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli "xxxx" iddiaçının qanuni əsaslarla yaranmış və hazırda da hüquqi anlamda mövcudluğunu davam etdirən həmin əmlak hüquqlarını aradan qaldırmamaqla, sonuncunun hüquqlarının məhdudlaşdırılmasını əsas ola bilməz.

27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 157, 178, 337, 389, 390, 402-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırılmışdır.

30. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəyləri arasında olan ziddiyyətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81 və 88-ci maddələrinin tələbləri baxımından hərtərəfli şəkildə qiymət verməli olduğu halda, bunu etməyərək, sadəcə olaraq öz mülahizəsini qanundan üstün tutmaqla mötəbər sübut kimi qəbul etməklə, prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur.

31. Həmçinin qeyd etmişdir ki, tərəfindən Sabunçu rayon icra Şöbəsində Cavabdeh1 qarşı ərizə ilə müraciət olunaraq, tələbindən imtina olunmuş və icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.

32. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 324, 337, 452-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 186, 217, 387-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Etiraz onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə hazırki iş üzrə ünvanlanmış məktuba əlavə edilmiş, xx.xx.2024-cü il tarixli Qərardan (icraata xitam verilməsi haqqında) görünmüşdür ki, Sabunçu Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2(008)-980/2023 saylı qətnaməsi ilə borclu Cavabdeh1 tərəfindən tələbkar Cavabdeh2 ödənilməli olan pul vəsaiti tam şəkildə icra olunduğu üçün icra işi üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində kassasiya şikayəti verən Cavabdeh2 mübahisələndirilən mənzilə görə Cavabdeh1 ödəmiş olduğu 83.000 manat, mənzilin təmirinə onun tərəfindən çəkilmiş xərcin əvəzi kimi 2.242 manat, həmçinin 345.73 manat dövlət rüsumu və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85.907,73 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ödənilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qət edilmiş hal, Cavabdeh2 maraqlarına toxuna bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

37. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin b u Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır.

39. Belə ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2022ci il tarixli "xxxx"nin etibarsız hesab edilməsi, MTK ilə İddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

40. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman aşkar edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh2 Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK) qarşı ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılmas ı tələbinə dair iddiasına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış 2(008)980/2023 nömrəli iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli "xxxx"nin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85907,73 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmiş, qətnamə qanüni qüvvəyə minərək icraya yönəldilmişdir.

41. Bundan sonra hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 20 22-ci il tarixli "xxxx"nin etibarsız hesab edilməsi barədə tələbindən imtina etmiş və bu əsasla həmin hissədə işin icraatına xitam verilməsini xahziş etmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi hissələrində ləğv olunmuş və həmin tələblə bağlı hissədə mülki işin icraatına İddiaçı iddiadan imtina etməsi əsası üzrə xitam verilmişdir. Həmin qərardaddan nə İddiaçı, nə də Cavabdeh2 şikayət verməmişdir.

43. Cavabdeh2 (Vəkil3) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)355/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmşdır ki, apellyasiya məhkəməsi işdə olan ekspertiza rəyləri arasında olan ziddiyyətə qiymət verməmiş, qətnaməni öz mülahizəsinə uyğun əsaslandırmış, onun Cavabdeh1 qarşı iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinин 03 oktyabr 2023-cü il tarixli qətnaməsinin icrasından imtina etməsi, bu səbəbdən də icra Sabunçu rayon icra Şöbəsin tərəfindən icra icraatına xitam verilməsi barədə qərar çıxarılması nəzərə alınmamışdır.

44. Göründüyü kimi İddiaçı iddiası üzrə Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixl i "xxxx" müqavilənin etibarsız hesab edilməsi, MTK ilə İddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə ilə Cavabdeh2 hər hansı tələblərinin təmin olunmaması, qətnamənin onun maraqlarına toxunması, qəbul edilmiş qətnamə ilə onun hüquq və vəzifələrinin pozulması, yaxud hər hansı maraq və ya mənafelərinə toxunması müəyyən edilmir. Afaq Əlizhəsənovanın özünün iddiası ilə onun digər cavabheh Cavabdeh1 qarşı mübahisəli mənzillə əlaqədar bağlanmış müqavilə digər məhkəmə qə tnaməsi ilə etibarsız hesab olunmuş, bununla da onun mübahisəli mənzilə dair hər hansı mənafeyi qalmamışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan hallar nəzərə alınmadan Ali Məhkəmənin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-355/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 vermiş olduğu kassasiya şikayəti kifayət qədər əsas olmadan icraata qəbul edilmişdir. Ona görə də, MPM-nin 403.1-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası qətnaməsindən cavabdeh Afaq Hlihəsənovanın verdiyi kassasiya şikayətinə baxılması istisna edilir, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-355/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. 2(103)-355/2024 nömrəli mülki iş kasasiya baxışından çıxarılaraq mülki iş kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar