Məhkəmə qərarları › İş №2(102)-33/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-33/2025

23.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-33/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, eyni mənzilə dair bir neçə kreditorla müqavilə bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “əqdin etibarsız sayılması, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh3 MTK (bundan sonra – MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən, MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə mənzilin müəyyənləşdirilmiş haqqını qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 75796 manat müəyyən olunmuşdur.

2. Maliyyə arayışlarına əsasən MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində y erləşən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv metr sahəsi olan 3 otaqlı mənzilin pay dəyərindən İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 26516 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4165 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixdə 4067 manat, xx.xx.2008-ci il tarixdə 3969 manat, xx.xx.2008-ci il tarixdə 3920 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, 3969 manat, xx.xx.2008-ci il tarixdə 3888 manat məbləğində pul ödənilmişdir.

3. MTK ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcad an müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 69000 manat müəyyən olunmuşdur. Maliyyə arayışına əsasən mənzilin pay dəyəri 69000 manat Cavabdeh1 tərəfindən xx.xx.2011-ci il tarixdə ödənilmişdir.

4. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğısatqı müqaviləsinə əsasən tərəflər xx.xx.2042-ci il tarixədək MTK tərəfindən xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə ilə satıcı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonun, M.Xiyabani küçəsində MTK-nın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv metr sahəsi olan 3 otaqlı mənzili özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 85000 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alğı-satqı müqaviləsin in bağlanmasına dair razılığa gəlmişlər.

5. MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanda inşa olunan MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138 kv metr olan 3 otaqlı 71 nömrəli mənzilin 1 dekabr 2007-ci il tarixli müqavilə ilə İddiaçı 75796 manata razılaşdırılaraq satıldığı, mənzilin MTK tərəfindən başqa şəxsə satılmadığı, lakin hal-hazırda MTK-ya məlum olmayan səbəbdən Cavabdeh1 adına mənzil müqaviləsi və X2 ilə ilkin alğı-satqı müqaviləsinin mövcud olduğu bildirilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-980/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 a rasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85907,73 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış "xxxx"sinin etibarsız hesa b edilməsi, MTK ilə İddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzildə təmir işləri aparmaq istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs, MTK-ya 23 avqust 2011-ci il tarixli müqavilə təqdim edərək guya mənzilin ona satıldığını iddia edərək mənzildə təmir işləri aparmağa cəhd etmişdir. MTK tərəfindən ona mənzilin iddiaçıya məxsus olduğu bildirilsə də, Cavabdeh1 bunu qəbul etməmsişdir. Hazırda iddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı MTK ilə aralarında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödədiyi üçün həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mənzil verildikdən sonra evin giriş qapısını qoymuşdur. İddiaçı özü Azərbaycanda yaşamamışdır. Mübahisəli mənzilə oğlu gedib-gəlmişdir. Oğlu da bir müddət Azərbaycanda olmamışdır. MTK tərəfindən Cavabdeh1 hər hansı bir mənzil satılmamışd ır. Bunların sübutu kimi məhkəmə tərəfindən onların vəsatəti əsasında keçirilmiş ekspertiza rəyindən də görünmüşdür ki, Cavabdeh1 adına olan möhür MTK-ya məxsus olmamışdır. Hər hansı bir başqa formada hazılanmış möhür olmuşdur.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, ev almaq istəyirmiş. Mübahisəli mənzil elanda qarşısına çıxmış, vasitəçiyə zəng vuraraq gəlib evə baxış keçirmişlər. Həmin vaxt binanın qeyrirəsmi hüquqi işlərini aparan Samir, binanın komendantı Telman adlı şəxslər də orda olmuşlar. Gəlib evə baxış keçirmişlər. Hətta binanın giriş lifti kartla olmuşdur, yəni kartsız binaya daxil olmaq qeyri-mümkün olmuşdur. Binaya baxış keçirmiş, mübahisəli mənzilə qapını açarla açıb daxil olmuşlar. O biri gün Cavabdeh1lda görü şmüş və notarial qaydada 85000 manat pulu nağd şəkildə notariusda notariusun depozitinə keçirmişlər. Alğı-satqı etdikdən sonra binanın komendantının yanına gəlmişlər. Mübahisəli mənzilin başqa sahibi olması barədə heç kim heç nə deməmişdir. Hətta orada bildirmişlər ki, bina tikilərkən lift qoyulmamış, özləri öz hesablarına lift qoydurmuşlar. Buna görə ondan nağd şəkildə 1100 manat pul almışlar. İşıq və qaz sayğaclarına sənəd vermiş və alğı-satqı etmişdir. Bütün sənədləri və müqavilələri MTK-nın ofisində MTK-ya təqdim etmişdir. Müqavilələrin verilməli olduğunu komendant da təsdiqləmişdir. Mənzildə işıq da olmuş, qaz da. Onlar mənzildə təmir işlərini apardıqdan sonra, qarşı tərəf gəlib hay-küy salmışdır ki, bura onun mənzilidir. Cavabdeh də bildirmişdir ki, bu mənzil ona satılmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mənzilin sənədləşməsi zamanı onlara binanın sahibkarı Cahangirin içəridə olduğu, çıxmasına 6 ay qaldığı, Cahangir çıxdıqdan sonra binanın sənədləşməsinin hazırlanacağı, onlarda möhürün olmadığı, binanın bütün sənədləri və möhürünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduğu deyilmişdir. Hal-hazırda Cahangir Alışovun 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini qeyd etmişdir. Bu işi ona məruzə etmiş və sənədin olduğunu qeyd etmişdir. O da, sənədlərin olduğunu təsdiqləmiş və bildirmişdir ki, bütün işləri də bilir. İddiaçını tanıdığını, həqiqətən də ona mənzilin satılması 2007-2008-ci illərə təsadüf etdiyini, onunla müqavilə bağlandığını, pulun MTK-ya verildiyini demişdir. Digər şəxslər Riyad və Afaqı isə tanımadığını, onlardan pul almadığın ı bildirmişdir. Bu səbəbdən də iddianı qəbul etdiyini qeyd etmişdir. Cahangir 2016-cı ildə həbs olunub. Amma 2015-ci ildə MTK-nın bütün sənədlərini Korrupsiya qarşı Mübarizə İdarəsi götürüb aparmışdır. MTK-nın möhürü dəyişilmişdir. Amma hansı ildə dəyişilməsini xatırlamadığından dəqiq bilməmişdir. Yəni 2011-ci ildə Cavabdeh1 ilə müqavilə bağlanılan zaman hansı möhürün olması dəqiq yadında olmamışdır. Binanın bütün sənədləri və möhür Korrupsiya qarşı Mübarizə İdarəsində qalmışdır. İlkin binalar tez tikilsə də, ümumilikdə bina 10 ilə tikilmişdir. MTK tərəfindən niyə görə Cavabdeh2 ödənişlərin qəbul edilməsi, lift və digər sayğaclar üçün ödəniş tələb edilməsi, təmirə şərait yaradılması barədə məlumatı olmadığından cavab verə bilməyəcəyini bildirmişdir. Cavabdeh1 liftin, blok qapılarının kar tının və eləcə də, mənzilin açarlarının hardan olması və mübahisəli evin iddiaçıya təhvil verilib-verilməməsi barədə məlumatı olmamışdır.

11. Məhkəmənin qərardadı ilə iş üzrə sənədlərin məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/417 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin, MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətlərinin üzərilərində olan yazılar, imzalar, çap mətni və möhür əksləri reproqrafik s urət olmuş, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Cavabdeh3 məzmunlu möhür əksi MTK-nın direktoru X1 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil etməmişdir. Təqdim edilmiş MTK-nın direktoru X1 ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri MTK Cavabdeh3 məzmunlu möhür əksi MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təş kil etmişdir. Təqdim edilmiş MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun və Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətlərin üzərilərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi “Yeni Yasamal" məzmunlu möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil etməmişlər.

12. Məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən MTK-nın (VÖEN **********) qeydiyyat qovluğunda 2010-2012-ci illər ərzində və hazırkı tarixdə möhürünün dəyişdirilməsi barədə məlumat müəyyən edilməmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Toğrul Axundov).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixdə bağlanmış "xxxx"sinin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, qeyd edilən müqavilələrin nə Mülki Məcəllədə, nə də digər qanunvericilik aktlarında müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı 2007-ci ildə mənzili aldığını iddia etsə də, həmin vaxtdan ötən 15 il müddətində mənzilə dair heç bir iddia irəli sürməmiş, mənzilin ona təhvil verilməs i ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mənzilin uzun müddət Cavabdeh1, daha sonra isə Cavabdeh2 istifadəsində olması iş materialları ilə müəyyən edilmişdir. Belə ki, mənzil 2011-ci il tarixdən Cavabdeh1 satılmış və həmin vaxtdan etibarən onun istifadəsində və sərəncamında olmuş, digər Cavabdeh2 mənzilə baxarkən binaya giriş kartla olmuş, həmin kart, həmçinin mənzilin açarları Riyadda olmuş, binanın komendantı, qeyri-rəsmi təmsilçiləri binada olmuş, həmin şəxslər də, mənzilin başqa bir şəxsə aid olduğunu bildirməmişlər. Bütün bunlar mənzilin Cavabdeh1 satıldığına və bu illər ərzində də, onu istifadəsinə verilərək sərəncamında olduğuna dəlalət etmişdir. Daha sonra Cavabdeh1 həmin mənzili üçüncü bir şəxsə Cavabdeh2 satmışdır. Sonuncu da mənzili almış, təmir etmiş və hal-hazıradək həmin mənzildə yaşamaqdadır. Məhkəmə mənzilə münasibətdə Cavabdeh1 və eləcə də, dolayısı ilə Cavabdeh2 üstünlük hüququnu nəzərə alaraq hesab etmişdir ki, mənzilin iddiaçıya təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbi əsassızdır.

16. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab etmişdir ki, işin müəyyən edilmiş hallarını əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması iddiaçıya izah edilməlidir.

17. Həmçinin MTK-nın iddianı etiraf etməsini və mənzilin iddiaçıya satılmasını xatırladıqlarını, Cavabdeh1 isə tanımadıqlarını bildirməsi ilə bağlı izahatlarını məhkəmə iddianın təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, Cavabd eh2 mənzili aldıqdan sonra ondan bütün kommunal xərclərin, sayğaclara görə ödənişlərin, liftin quraşdırılmasına, tikinti zamanı liftdən istifadə edildiyinə görə müəyyən məbləğ alınması MTK tərəfindən həyata keçirilmişdir. Bütün bu müddət ərzində MTK mənzilə təmir-tikinti işlərinin aparılmasına etiraz etməmiş və mənzilin başqa şəxsə aid olduğunu bildirməmişdir, əksinə mənzildə təmir işlərini aparılmasına da şərait yaratmışdır.

18. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, ümumiyyətlə iddiaçının ötən 15 il ərzində mənzillə maraqlanmaması, mənzilə dair heç bir tələb irəli sürməməsi ilə bağlı ağlabatan, tutarlı əsaslar gətirə bilməməsini, mənzilin onun istifadəsinə verilməsi, lakin sonradan iradəsinə zidd olaraq istifadəsindən çıxması barədə məhkəməyə heç bir sübutların təqdim edilməm əsini də nəzərə alaraq, iddiaçının mülahizələrini inandırıcı saymamışdır.

19. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, ekspertiza sənədlərin kserosurətləri üzərində aparılmışdır. Vizual baxımdan möhürlərin eyni möhürlər olmadığı məhkəmə tərəfindən də müəyyən olunmuşdur. Cavabdeh MTK-nın nümayəndəsi də MTK-nın möhürünün dəyişdirildiyini etiraf etmiş, lakin dəyişdirilməsinin vaxtını xatırlamadığını bildirmişdir. İş materialları möhürün dəyişdirilməsi vaxtının müəyyən edilməsinin mümkün olmadığını və həmçinin qanunvericiliyin tələblərinə əsasən möhürün hüquqi şəxsin rəhbərinin mülahizələrinə əsasən bu və ya digər səbəbdən dəyişdirilə bilməsini, bu zaman qanunvericiliyə əsasən yeni möhürün qeydiyyata alınmasının xüsusi hüquqi prosedurlarının olmadığını nəzə rə alaraq, məhkəmə möhürün qanuniliyi qənaətinə gəlmişdir.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 324, 337 və 452-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şika yəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddiaçı ilə MTK arasında mənzilin alğı-satqısına dair 1 dekabr 2007-ci il tarixdə müqavilənin bağlanması, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən 2008-ci ilin dekabr ayınadək tam olaraq ödənilməsi, həmin vaxtdan sonrakı dövrlərdə mübahisələndirilən mənzilə istifadə və sahiblik etmək, mənzil üzərində sərəncam vermək hüququnun MTK-ya deyil, iddiaçıya məxsus olması, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin etibarsız olması, ekspertiza rəyi ilə həmin müqavilədə olan möhürün, imzanın və s. əksləri reproqrafik surət olaraq, çoxaldıcı qurğu vas itəsilə surətlərinin çıxarılmasının müəyyən olunması, Cavabdeh1 barəsində cinayət təqibinin başlanması, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müvafiq sorğu verilməsi, lakin sorğunun nəticəsini gözləmədən əsassız qətnamə qəbul edilməsi, məhkəmə iclasında MTK-nın nümayəndəsinin iddianı etiraf etməsi, MTK tərəfindən mübahisəli mənzilin Cavabdeh1 satılmaması barədə izahatının da nəzərə alınmaması və s. göstərilmişdir.

23. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh2 Cavabdeh1 qarşı “aralarında bağlanılmış 30 avqust 2022-ci il tarixli ilkin alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, təmir xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi nə müraciət etmiş, həmin məhkəmənin 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının Cavabdeh1 tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət olunmuşdur. Göründüyü kimi, artıq Cavabdeh2 özü 30 avqust 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsini mübahisələndirmiş və məhkəmə qərarı ilə həmin müqavilənin etibarlılığına hüquqi qiymət verilmişdir. Həmin ilkin alğı-satqı müqaviləsi hazırki vəziyyətdə iddiaçı üçün heç bir hüquqi nəticə doğurmamışdır. Bu səbəbdən də iddia tələblərindən – “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsindən imtina etdiyini bildirərək, həmin tələblə bağlı işin icraatına xitam verilməsini xahiş etmişdir. Qalan iddia tələblərini isə müdafiə etdiyini qeyd etmişdir.

24. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən mülki işin 1-ci cildinin 43-cü vərəqində MTK və iddiaçının adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza və mülki işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində "xxxx" yazısının qarşısındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 43-cü vərəqində MTK və iddiaçının adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza ilə mülki işin 143-cü vərəqində olan MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 143-cü vərəqində MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda "xxxx" yazısının qarşısındakı imza ilə mülki işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində "xxxx" yazısının qarşısındakı imza - müxtəlif şəxslər tərəfindən icra olu nmuşdur.

25. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab məktubuna əsasən Nümayəndə müraciəti MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Azərbaycan Respublikası CM-nin 178.3.2, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırıldığı qeyd edilmişdir. Cinayət işinin istintaqı ilə sorğuda qeyd edilən mənzilin 1 dekabr 2007-ci il tarixli müqavilə və maliyyə arayışı ilə iddiaçıya satıldığı, Nümayəndə tərəfindən istintaqa təqdim edilmiş və həmin mənzilin Cavabdeh1 satılması barədə 23 avqust 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının isə MTK-nın vəzifəli şəxsləri tərəfindən deyil, başqa şəxsl ər tərəfindən hazırlandığı müəyyən edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli 23 yanvar 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi hissələrində ləğv edilməsi və həmin tələblə bağlı hissədə mülki işin icraatına iddiadan imtina olunması əsası üzrə xitam verilməsi qərara alınmışdır.

27. Məhkəmənin eyni nömrəli eyni tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması, iddia tələblərinin həmin hissələrdə təmin olunması, MTK ilə Cavabde h1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilənin etibarsız sayılması, MTK ilə iddiaçı arasında bağlanmış 1 dekabr 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138,0 kv metr sahədən ibarət olan 71 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması qət edilmişdir (hakimlər Rafael Eyvazov-sədrlik edən və məruzəçi, Günay Axundova və Cəmilə Musayeva).

28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları (əmlaka sahiblik və istifadə etmək hüququ) işin halları və qanunvericiliyin tələbləri baxım ından yaranmışdır. Belə olan halda, eyni mənzilə dair MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən xx.xx.2011ci il tarixli müqavilənin etibarlılığı müəyyən edilməlidir.

29. İşdə olan sübutlardan açıq-aşkar müəyyən olunmuşdur ki, MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli "xxxx" müqavilə həqiqi olmamaqla, özlüyündə müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməmişdir. Cavabdeh1 ilə MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbi ilə etibarsızdır.

30. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh2 etirazının əsası kimi, Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli “ilkin alğı-satqı müqaviləsi”nin mövcudluğuna əsaslansa da, bu hal iddiaçının əmlak üzərində yaranmış hüquqlarını aradan qaldırmamışdır. Belə ki, mübahisə predm eti olan mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2011-ci il tarixli müqavilə həqiqi (etibarlı) olmamaqla, sonuncunun əmlak üzərində hər hansı hüquqlarının yaranmasına da əsas yaratmamışdır. İlkin müqavilə özüözlüyündə əmlak üzərində qanuni əşya hüquqlarını yaratmamaqla, gələcəkdə müvafiq əsas müqavilənin bağlanmalı olmasını ehtiva etmişdir. Cavabdeh2 isə mübahisə predmeti olan mənzillə bağlı nə MTK, nə də iddiaçı ilə hər hansı əsas müqavilə bağlamamış, dolayısı ilə əmlak üzərində hər hansı hüquqları da yaranmamış və hazırda da mövcud olmamışdır.

31. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 2(008)-980/2023 nömrəli qətnaməsinin qanuni qüvvəsini alıb-almaması vəziyyəti dəyişdirməmişdir. Burada diqqətə alınmalı olan əsas xüsusat C avabdeh2 özünün ilkin alğı-satqı müqaviləsinə və mənzilə bağlı qalmaması, həmin müqaviləni etibarsız sayması, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanı sonuncudan tələb istiqamətində olan iradə ifadəsi olmuşdur.

32. İddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda isə, istər MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd olunan, heç bir hüquqi əhəmiyyətə malik olmayan, etibarsız hesab olunan 23 avqust 2011ci il tarixli müqavilə, istərsə də Cavabdeh2 həmin mənzil üzərində hər hansı qanuni əmlak hüquqları yaratmayan Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli “ilkin alğı-satqı müqaviləsi” iddiaçının qanuni əsaslarla yaranmış və hazırda da hüquqi anlamda mövcudluğunu davam et dirən həmin əmlak hüquqlarını aradan qaldırmamaqla, sonuncunun hüquqlarının məhdudlaşdırılmasını əsas ola bilməz.

33. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 157, 178, 337, 389, 390 və 402-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla yanaşı, hər hansı bir araşdırma aparılmadan birinci insatansiya məhkməsinin qətnaməsini ləğv edərək iddia tələbi təmin edilmişdir. Həmçinin qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhəkəmə Cavabdeh1 qanuni əsaslarla Cavabdeh3 MTK ilə xx.xx.2011-ci il tarixdə müqavilə bağlayaraq mənzilin pay dəyəri olan 69000 manatı tam ödəyərək həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etməsini nəzərə almamışdır. Daha sonra Cavabdeh1 mənzili xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 85000 manata Cavabdeh2 satılması dair razılığa gələrək müqavilə bağlamışlar. İşin hallarından aydın olur ki, İddiaçı x x.xx.2022-ci ilədək mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Bu bir daha sübut etmişdir ki, mənzil 2007-ci ildə iddaçıya satılmamışdır. Lakin, işə baxan məhkəmə kollegiyası ümumiyyətlə qeyd edilən bu xüsusata diqqət yetirməmiş və bu istiqamətdə heç bir araşdırma aparmamış, buna münasibət bildirməyərək öz qətnaməsində maddi və prosessual pozuntuya da yol verərək əsassız qətnamə qəbul etmişdir.

36. Cavabdeh1 nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə məlumatı olmamış və bu səbəbdən də məhkəmə işə çəkişmə prinsipini pozmaqla baxmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfin iştirakını təmin etmək üçün elektron məhkəmə sistemində sms göndərməklə kifayətlənmiş, lakin qanunu n tələbinə əsasən bildirişin digər elektron vasitələr və poçt vasitəsi ilə tərəfə çatdırılmasını təmin etməməklə cavabdehin məhkəmə iclasında iştirak etməsi və iddiaya qarşı öz sübut və etirazını təqdim etmək imkanını əlindən almışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həy ata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. Cavabbehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazda v ə məhkəmə iclaslarında verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməs i apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyi n yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-355/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar