Məhkəmə qərarları › İş №2(010)-1686/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1686/2025

30.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1686/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh3 Yuləd oğlu, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 Yuləd oğlu, "xxxx" MTK və Cavabdeh2 qarşı, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlər Cavabdeh3 Yuləd oğlu, "xxxx" MTK və Cavabdeh2 qarşı, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Badu Kubə” MKT ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsini və uBadu- Kubə” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzilə sahiblik və istifadə hüququmun tanınmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı ərizədə göstərmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzili 52000 manata almışdır. Pulun tam olaraq ödənilməsi ilə bağlı "xxxx" MTK tərəfindən xx.xx.2007-ci il tarixli 102 nömrəli “Maliyyə Arayışı” verilmişdir. Həmin binda müəyyən hadisələr olduğundan mənzilə gedə bilmirdi. Ancaq mənzilin qapısının açarı ondadır. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə əsasən mənzil X1. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.”

Tərəflərin izahatları

3. Cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 4.Məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tələbdə qeyd olunanlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi.

5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi.

6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olduğunu qeyd etdi.

İş materialları

8. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzili 52000 manata İddiaçı satılmışdır.

9. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 102 nömrəli “maliyyə arayışı”nın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzilin dəyərindən 52000 manat payçı İddiaçı tərəfindən ödənilmişdir.

10. xx.xx.2024-cü il tarixli "xxxx" MTK yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədən görünür ki, Şahid adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03 nömrəli “maliyyə arayışı”nın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir və onun kooperativə borcu yoxdur.

12. "xxxx" MTK-nın təsisçilərinin xx.xx.2024-cü il tarixli Ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh2 100 % olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3861/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının istismarı "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə təhvil verilməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binası "xxxx" MTK-nə məxsusdur. Bu binanın 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzil üzərində iddiaçı X2 və istifadə hüququnun tanınması, həmin mənzilin iddiaçı X8 təhvil verilməsi və qeyd edilən mənzildən iddiaçı X4 istifadə etməsinə "xxxx" MTK tərəfindən yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə A.R.& KO” MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-913/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, X7 "Badu-Kubə” Mənzil Tikinti Kooperativinə qarşı "mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, "A.R.& KO” MMC-nin "Badu- Kübə” MTK-ya qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində irəli sürdüyü "MMC və MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, "V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 m2 sahənin təhvil verilməmiş 5000 m2 sahəsinin MMC-yə naturada təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti təmin olunaraq iddia tələbi təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin aktı xx.xx.2014-cü il tarixdə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmiş, qətnamənin icrası zamanı MMC və MTK arasında xx.xx.2016-cı il tarixdə razılaşma protokolu imzalanmış, bu razılaşma protokolu nəzərə alınaraq icra məmuru tərəfindən xx.xx.2016-cı il tarixdə akt tərtib olunmuş, akta əsasən bir sıra qeyri-yaşayış sahələri və mənzillər, o cümlədən 285 saylı mənzil "A.R.& KO” MMC-nə təhvil verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, iş materiallarından aydın olur ki, sözügedən akt tərtib olunduqdan və müvafiq icra sənədi üzrə icraata xitam verildikdən sonra X5 mübahisəsi gedən 285 saylı mənzilin "Badu- Kübə” MTK tərəfindən xx.xx.2014-cü il tarixli müqavilə əsasında ona satıldığını irəli sürməklə Suraxanı rayon İcra şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi 13M saylı evin 4-cü girişinin 9-cu mərtəbəsindəki 285 və 286 saylı mənzillərin "Badu-Kübə” MTK-dan alınıb "A.R.& KO” MMC-nə təhvil verilməsi ilə bağlı Suraxanı rayon İcra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qərarla belə nəticəyə gəlinmişdir ki, qeyd edilən mənzillər MTK tərəfindən Mirrasim Seyidova satılmışdır və mənzillərin kimin qanuni istifadə və sahibliyində olması icra şöbəsi tərəfindən araşdırılmadan başqa şəxsə məxsus mənzillərin icra sənədi üzrə tələbkara (yəni "A.R.& KO” MMC-nə) təhvil verilməsinə dair tərtib edilmiş aktın və razılaşma protokolunun təsdiq edilməsi qanunsuz olmaqla Mirrasim Seyidovun mənzillər üzərində əmlak hüquqlarını pozmuşdur. Həmin işə baxılarkən həmçinin müəyyən olunmuşdur ki, X3 "Badu-Kübə” MTK-ya qarşı "müqavilə öhdəliyinin icra olunması, mənzilə və qaraja dair mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin və qarajın ona təhvil verilməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi 13M saylı evin 4-cü girişinin 9-cu mərtəbəsindəki 285 və 286 saylı mənzillərin adı çəkilən şəxsə təhvil verilməsi qət edilmişdir. İşin müəyyən olunan digər halına görə, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı "A.R.&kO” MMC və "Badu-Kübə” MTK arasında xx.xx.2016-cı il tarixli razılaşma protokolundan əvvəl xx.xx.2015-ci il tarixdə - digər razılaşma protokolu tərtib olunmuş, sonradan ləğv edilən həmin protokol əsasında 285 saylı mənzil "A.R.& KO” MMC-nə verilmiş, MMC-nin 31 avqust 2015-ci il tarixdə X11 ilə bağladığı müqaviləyə görə mənzil 34 000 manata sonuncuya satılmış, həmin məbləğ MMC-nin kassasına mədaxil edilmişdir. Belə aydın olur ki, mübahisəsi gedən mənzillə əlaqədar "Badu-Kübə” MTK ilə X9, X5 və X12 arasında müxtəlif tarixlərdə müqavilələr bağlanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində məhz Rövşən Məhərrəmovun hüququ tanınmış və mənzilin ona təhvil verilməli olduğu nəticəsinə gəlinmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları iddiaçıya münasibətdə preyudisial olmasa da (onun həmin işlər üzrə tərəf olmaması səbəbilə), "Badu-Kübə” MTK-ya münasibətdə preyudisiya keyfiyyəti əldə etmiş, 285 saylı mənzilin MTK tərəfindən kimə təhvil verilməli olmalı məsələsinə müəyyənlik gətirilmişdir; bu hal isə özü-özlüyündə iddiaçının, həmin mənzilin ona təhvil verilməsi tələbinin dispozitiv şərtini istisna edir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Ağamalı Mehtiyevin prosessual hüquq varisi olan Əkbər Mehtiyev apellyasiya baxışı zamanı verdiyi izahatında mənzilin mərhum atası tərəfindən satıldığını bildirmişdir - bu isə o deməkdir ki, əslində Ağamalı Mehtiyev müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüquq sahibi də olmamışdır.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19 saylı müqaviləyə 10 nömrəli Əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi 13M ünvanında "xxxx" MMC-nin sifarişi ilə podratçı "Badu-Kübə” MTK tərəfindən Payçıların hesabına inşa edilmiş 4 bloklu, 15 mərtəbəli yaşayış binasından Çəmiyyətin xx.xx.2024-cü il tarixli, 19 saylı müqavilə ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş, 4-cü giriş, 9-cu mərtəbə, 285 saylı mənzili sonuncunun xx.xx.2025-ci il tarixli ərizəsinə addan-ada keçirməklə payçı Cavabdeh3 verməyi, Payçı isə həmin mənzili Bina Payçılarının öncədən müəyyənləşdirilmiş qanun və tələblərinə əməl etməklə qəbul etməyi öz öhdəsinə götürür.

16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzil ümumi dəyəri Cavabdeh2 tərəfindən tam ödənildiyindən Cavabdeh3 Cəmiyyətə borcu yoxdur.

İşin faktiki halları

17. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzilin cavabdeh "xxxx" MTK ilə aralarında daha əvvəl bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında ona satılmasına istinad edərək həmin mənzilə dair "Badu Kubə” MKT ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsini və mənzilə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və X10 iddia tələbini qəbul etmir və bildirirlər ki, həmin mənzili onlar vaxtilə qanuni əsaslarla əldə ediblər. İş üzrə üçüncü şəxs iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, "Badu Kubə” MKT-nın sözügedən mənzili iddiaçıya satmaq hüququ olmayıb, belə ki, həmin mənzil üçüncü şəxsə məxsus olub. Mübahisə obyekti olan mənzillə bağlı əvvəllər məhkəmə mübahisələri olmuş, hazırkı iş üzrə iddiaçı həmin məhkəmə mübahisələrinin tərəfi olmamışdır. Məhkəmə aktları əsasında mübahisəsi gedən mənzilin üçüncü şəxsə məxsus olması qət edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı.

Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

21. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı.

Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

24. Hazırkı mübahisədə etibarlılığı yoxlanılan əqd xx.xx.2024-cü il tarixli "xxxx" MTK yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədir. Həmin müqavilədən görünür ki, Şahid adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yeni yaşayın binasından 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 111.4 kv.metr olan 285 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, qeyd olunan mübahisəli mənzili o, cavabdeh "xxxx" MTK-dan xx.xx.2007-ci il tarixli müqavilə əsasında əldə etmişdir. Hesab edir ki, bu səbəbdən həmin mənzil ona məxsus olduğundan daha sonra həmin mənzilə münasibətdə "Badu Kubə” MTK ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03 saylı müqavilə etibarsız hesab edilməlidir. İşin hallarından göründüyü kimi, mübahisəli mənzillə bağlı bir tərəfdən "xxxx" MMC ilə "xxxx" MTK arasında, digər tərəfdən də fiziki şəxslərin MTK-nə qarşı daha əvvəl də məhkəmə mübahisələri olmuşdur. İşin hallarından müəyyən olunur ki, əvvəlki məhkəmə aktlarına əsasən, "A.R.& KO” MMC-nin "Badu- Kübə” MTK-ya qarşı irəli sürdüyü "MMC və MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, "V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 m2 sahənin təhvil verilməmiş 5000 m2 sahəsinin MMC-yə naturada təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin aktı xx.xx.2014-cü il tarixdə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmiş, qətnamənin icrası zamanı MMC və MTK arasında xx.xx.2016-cı il tarixdə razılaşma protokolu imzalanmış, bu razılaşma protokolu nəzərə alınaraq icra məmuru tərəfindən xx.xx.2016-cı il tarixdə akt tərtib olunmuş, akta əsasən bir sıra qeyri-yaşayış sahələri və mənzillər, o cümlədən 285 saylı mənzil "A.R.& KO” MMC-nə təhvil verilmişdir. Sonradan, 285 saylı mənzilin "Badu-Kübə” MTK-dan alınıb "A.R.& KO” MMC-nə təhvil verilməsi ilə bağlı Suraxanı rayon İcra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Bununla yanaşı, İş materiallarında olan apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-913\2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəsi gedən mənzillə əlaqədar "Badu-Kübə” MTK ilə X9, X5 və X12 adlı şəxslər arasında müxtəlif tarixlərdə müqavilələr bağlanmış bu şəxslərin iştirakı ilə bir neçə məhkəmə mübahisələri açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində məhz Rövşən Məhərrəmovun hüququ tanınmış və mənzilin ona təhvil verilməli olduğu nəticəsinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, 285 saylı mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə işləri olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmələr tərəfindən araşdırılmış və məhkəmələr bu məsələ ilə bağlı hüquqi nəticəyə gəlmişlər. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Düzdür, hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən məhkəmə mübahisələrində tərəf kimi iştirak etməmişdir və buna görə də, ona münasibətdə həmin məhkəmə aktları preyudisiallıq yaratmır. Lakin, bununla belə, o da nəzərə alınmalıdır ki, qüvvədə olan həmin məhkəmə aktları məhz 285 saylı mənzillə bağlı qəbul edilmiş və həmin mənzilin məhz kimə məxsus olması məsələsinə hüquqi qiymət vermişlər. Bu hal onu deməyə əsas verir ki, iddiaçının, onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsaslanmaqla qaldırdığı hazırkı iddia əsaslı deyildir. Bununla belə, o da nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən müqavilə və onun əsasında verildiyi iddia edilən maliyyə arayışına istinad etməklə, ona dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnu da itirmir.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 Yuləd oğlu, Cavabdeh1 MTK və Cavabdeh2 qarşı, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh3 Yuləd oğlu, Cavabdeh1 MTK və Cavabdeh2 qarşı, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar