Məhkəmə qərarları › İş №2(010)-4142/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4142/2025

15.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4142/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış *2.02.20*4-ci tarixli *5 saylı müqavilənin, "xxxx" MTK ilə Cavabdeh4 arasında bağlanmış 22.04.20*9-cu il tarixli *4 saylı müqavilənin və "xxxx" MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli *5 saylı müqavilənin etibarsız hesab edilməsi və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 4-cü blok, *3-cü mərtəbə, ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri

2. İddiaçı ərizədə göstərmişdir ki, “Badu-Kubə" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 4-cü blok, *3-cü mərtəbə, ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzili atası 47000 manata onun adına almışdır. Pulun tam olaraq ödənilməsi ilə bağlı "xxxx" MTK tərəfindən ona xx.xx.2005-ci il tarixli 73 nömrəli “Maliyyə Arayışı” verilmişdir. Atası 202*-ci ildə rəhmətə getmiş, mənzilin sənədləri onda olduğu üçün və o, bu işlərlə maraqladığı üçün onun məlumatı olmamışdır. Atası rəhmətə getdikdən sonra mənzilə gedərkən binada müəyyən hadisələr olduğunundan mənzilə gedə bilmirdi. Ancaq mənzilin qapısının açarı ondadır. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən *2.02.20*4-ci tarixli müqaviləyə əsasən mənzil Cavabdeh3, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Abdulla oğluna və 22.04.20*9-cu il tarixli müqavilə ilə Cavabdeh4 satılmışdır.

Tərəflərin izahatları

3. İddiaçı və cavabdehlər "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İş materialları

5. İş materiallarında olan xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil 47000 manata X*.

6. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 78 nömrəli “maliyyə arayışı”nın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzilin dəyərindən 47000 manat payçı X5 tərəfindən ödənilmişdir.

7. *2.02.20*4-cü il tarixli "xxxx" MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədən görünür ki, X2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil Cavabdeh3 adına keçirilmişdir.

8. 22.04.20*9-cu il tarixli "xxxx" MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədən görünür ki, X6 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil Cavabdeh4 adına keçirilmişdir.

9. İş materiallarında olan 22.04.20*9-cu il tarixli, *4 nömrəli “mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışı”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil Cavabdeh4 adına keçirilmişdir və onun kooperativə borcu yoxdur. *0. xx.xx.2020-ci il tarixli "xxxx" MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh4 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. **. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, *3 nömrəli “mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışı”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir və onun kooperativə borcu yoxdur. *2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-905/2023 saylı, *6.05.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış *2.02.20*4-cü il tarixli *5 saylı müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzilə iddiaçı Cavabdeh3 sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və qeyd edilən mənzildən istifadəyə maneçilik törədilməsinin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir.

İşin faktiki halları

*3. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzilin cavabdeh "xxxx" MTK ilə aralarında daha əvvəl bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında ona satılmasına istinad edərək həmin mənzilə dair "Badu Kubə” MKT ilə Cavabdeh3 arasında bağlanmış *2.02.20*4-ci tarixli *5 saylı müqavilənin, Cavabdeh4 ilə bağlanmış 22.04.20*9-cu il tarixli *4 saylı müqavilənin və Cavabdeh2 Abdulla oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli *5 saylı müqavilənin etibarsız hesab edilməsini və mənzilə istifadə hüququnun tanınmasını xahiş edir. Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmir və bildirir ki, mənzil Cavabdeh3 məxsusdur və bununla bağlı məhkəmə qətnaməsi də mövcuddur. Digər cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

*5. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 202*-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

*6.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair *8 mart 2022-ci il tarixli Qərarı.

Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

*7. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 iyun 2022-ci il tarixli Qərardadı.

Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

*8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

*9. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

20. İddiaçı tələbini onunla əsaslandırır ki, qeyd olunan mübahisəli mənzili o, cavabdeh "xxxx" MTK-dan xx.xx.2005-ci il tarixli müqavilə əsasında əldə etmişdir. Hesab edir ki, bu səbəbdən həmin mənzil ona məxsus olduğundan daha sonra həmin mənzilə münasibətdə "Badu Kubə” MTK ilə digər cavabdehlər arasında - "Badu Kubə” MKT ilə Cavabdeh3 arasında bağlanmış *2.02.20*4-ci tarixli *5 saylı müqavilənin, Cavabdeh4 ilə bağlanmış 22.04.20*9-cu il tarixli *4 saylı müqavilənin və Cavabdeh2 Abdulla oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli *5 saylı müqavilələr etibarsız hesab edilməli və mənzilə istifadə hüququnun tanınmalıdır. 2*. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-905/2023 saylı, *6.05.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış *2.02.20*4-cü il tarixli *5 saylı müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi *3 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, *3-cü mərtəbəsində yerləşən ümumi sahəsi *08.5 kv.metr olan 3*0 saylı mənzilə iddiaçı Cavabdeh3 sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və qeyd edilən mənzildən istifadəyə maneçilik törədilməsinin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir.

22. Məhkəmə qeyd edir ki, 3*0 saylı mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə mübahisəsi olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmə tərəfindən araşdırılmış və bu məsələ ilə bağlı hüquqi nəticəyə gəlinmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Düzdür, hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən məhkəmə mübahisəsində tərəf kimi iştirak etməmişdir və buna görə də, ona münasibətdə həmin məhkəmə aktı preyudisiallıq yaratmır. Lakin, bununla belə, o da nəzərə alınmalıdır ki, qüvvədə olan həmin məhkəmə qətnaməsi məhz 3*0 saylı mənzillə bağlı qəbul edilmiş və həmin mənzilin kimə məxsus olması məsələsinə hüquqi qiymət verilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının, onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsaslanmaqla qaldırdığı hazırkı iddia əsaslı deyildir. Bununla belə, o da nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən müqavilə və onun əsasında verildiyi iddia edilən maliyyə arayışına istinad etməklə, ona dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnu da itirmir.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədidiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar