Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3878/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə (vəzifəsinə) bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, DSMF-nin 14 avqust 2020-ci il tarixli, **********6 №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 üzrə X4 rayon Şöbəsinin kargüzarı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********93 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmiş, daha sonra isə o, DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmiş və həmin vaxtdan 13 mart 2024- cü il tarixədək həmin işdə işləmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3- 4-425/2024 №-li əmrlə onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uygun olaraq xitam verilmişdir. O, işdən çıxarılmağı barədə Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişov adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmri qanunsuz və əsassız hesab edir. Belə ki, əmrin qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsinə onun əmək müqaviləsinin müddətinin qurtarmasının səbəb olmasını göstərmişdir. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğundan, onunla müddətli müqavilə bağlana bilməzdi. Cavabdeh isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasının mümkünlüyünə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olııb-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin 1-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir. Lakin işəgötürən heç bu halları da nəzərə almadan onunla müddətli əmək müqaviləsi bağladığı qənaətinə gəlmişdir. Halbuki, onunla bağlanmış və ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli, **********6 №-li əmrindən görünür ki, o, AR ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin f bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uygun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin ştatdankənar işçisi təyin edilmiş və həmin əmrdə onun əmək müqaviləsinə hər hansı bir müddət təyin edilməmişdir. Sonradan isə o, DSMF-nin xx.xx.2020-ci il tarixli, **********93 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmişdir. Daha sonra isə o, DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-ii əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmişdir. Beləliklə, o, sonuncu dəfə DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə təyin edilmiş və həmin əmrdə ona hər hansı bir müddət təyin edilməmişdir. Lakin onun işdən azad edilməyinə dair Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-l/3-4-425/2024№-li əmrdə isə onun barəsində verilmiş sonuncu əmr yəni, DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmri deyil, 4(dörd) il əvvəl verilmiş 14 avqust 2020-ci il tarixli, **********6 №-li əmrin ləğv edildiyi göstərilmişdir. Buna görə də onun işdən çıxarılmağına dair verilmiş əmr qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Bu halı təsdiq edən başqa bir hal isə ondan ibarətdir ki, işəgötürən onun barəsində verdiyi 14 avqust 2020-ci il tarixli, 2 ********* №-li əmrdə AR ƏM-nin 51-ci maddəsinin 1-ci hissəsinə əsaslanmışdır ki, bu da əmrdə müddətli əmək müqaviləsinin mövcudluğunu deyil, sınaq müddətinin təyin edildiyini göstərir. Bununla yanaşı onun başqa işə keçirilməyi barədə verilmiş DSMF-nin xx.xx.2020-ci il tarixli, **********93 №-li və xx.xx.2021-ci il tarixli, **********1 №-li əmrlərin məzmunundan da açıq-aşkar görünür ki, işəgötürən AR ƏM-nin 59-cu maddəsinə əsaslanaraq onunla müddətli əmək müqaviləsi bağlamamış, yalnız sınaq müddəti təyin etmişdir ki, bu da müddətli əmək müqaviləsi sayılmır. Çünki, AR ƏM-nin «Sınaq müddəti» adlanan 51-ci maddəsinin 1- cı hissəsində göstərilir ki, Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq; səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. AR ƏM-nin «Başqa işə keçirmə» adlanan 59-cu maddəsində göstərilir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Ona görə də yuxarıda göstərilən Qanunvericiliyin qeyd olunan müddəalarının pozulması ilə verilmiş əmrlər qanunsuz və əsassız sayılır və bu səbəbdən də barəsində çıxarılmış əmr qanunsuz və əsassızdır və ləğv edilməlidir. Əmrin qanunsuz və əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, əmrin forma və məzmununa dair tələblər pozulmuşdur. Belə ki, qeyd olunan əmrin məzmunundan görünür ki, onunla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi rəhbər tutularaq Fondun 2024-cü il 13 mart tarixli, 3- 17-1/3-1-19363/2024 №-li xidməti məruzəsi əsas götürülmüş, lakin bu zaman əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair AR ƏM-nin 83 və 84-cü maddələrinin tələblərinə riayət edilməmişdir ki, bu da əmrin qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.3cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutmalı olduğu halda bunları etməmiş və onu əmək müqaviləsi üzrə öhdəliklərinə daxil olmayan qanunsuz fəaliyyətə cəlb edə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsi üzrə öhdəliklərinə daxil oİmavan qanunsuz fəaliyyət dedikdə isə o nəzərdə tutulur ki, Nazirlikdən (DSMF-dən) ona öz yaxın qohumlarını gətirmək və onları əyani baxışdan keçirtməyini tələb etmişlər (bu fakt telefon danışmalarında öz əksini tapır), əks təqdirdə onu işdən çıxarmaq məcburiyyətində qalacaqları barədə xəbərdar etmişlər. O isə öz yaxın qohumlarını əyani baxışa gətirə bilmədiyi üçün, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etdiyi üçün onu işdən çıxarmışlar, lakin işdən çıxarılmağının səbəbini başqa əsasla, yəni müqavilə müddətinin başa çatması ilə əsaslandırmışlar, əslində isə əmrin bu qaydada əsaslandırılması qanunsuz və əsassızdır. Belə ki, onun işdən çıxarılmağı barədə Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişov adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmrdə onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Ona məxsus əmək kitabçasından isə görünür ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, **********6 №-li əmrlə o, AR ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin f bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uygun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin ştatdankənar işçisi təyin edilmiş və həmin əmrdə onun əmək müqaviləsinə hər hansı bir müddət təyin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən İdarə Heyətinin sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna almaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Lakin əmrdən göründüyü kimi onun işdən çıxarılmağı Nazirliklə razılaşdırılmadan, yalnız Fondun 2024-cü il 13 mart tarixli, 3-17-1/3-1- 19363/2024 №-li xidməti məruzəsi əsas götürülməklə verilmişdir ki, bu da əmrin qanunsuz və əsassız olduğunu göstərir. Bu hal isə onunla müəyyən edilir ki, əgər Nazirliklə razılaşdırılma olsaydı onda bu hal mütləq əmrdə öz əksini tapmış olardı, ikincisi isə, əmrin verilməsi üçün əsas kimi götürülmüş Fondun 2024cü il 13 mart tarixli, 3-17-1/3-1-19363/2024 №-li xidməti məruzəsinin nədən ibarət olması onun üçün aydın deyildir, ancaq onun bildiyinə görə bu məruzə məhz onun Fond tərəfindən yaxın qohumlarında bağlı əmək müqaviləsi üzrə öhdəliklərinə, əmək funksiyasına daxil olmayan işlərin, xidmətlərin yerinə yetirilməsinin ondan tələb edilməsi və onun bu işləri, xidmətləri yerinə yetirməməyilə bağlı olmuşdur ki, bu da əmrin qanunsuz və əsassız olduğuna dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları» adlanan 9-cu maddəsinin ə) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən M ilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən mtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri» adlanan 10-cu maddəsinin a) bəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, f) bəndinə əsasən isə işçinin əmək qanunvericiliyinin tələblərinə əməl etmək kimi əmək müqaviləsi üzrə əsas əzifələri vardır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan bu müddəaları mənə verimiş əmrin tamamilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Üçüncüsü, əmrin məzmunundan görünür ki, əmək kitabçasında yazılan əmrlə ona verilmiş əmrin surəti birbirindən kəskin fərqlənir. Belə ki, əmək kitabçasında onun barəsində verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024№-li əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uygun olaraq tutduğu vəzifədən azad edildiyi göstərildiyi halda, ona təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il rarixli, 3-17-1/3-4-425/2024 №-li əmrdə isə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməyi və onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verildiyi və əmrin verilməsinə əsas kimi Fondun 2024-cü il 13 mart tarixli, 3-17-1/3-1- 19363/2024 №-li xidməti məruzəsinin əsas götürüldüyü göstərilmişdir. Ona görə də hesab edir ki , onun işdən azad edilməyi barədə qanunun pozulması ilə verilmiş əmr ləgv edilməli, o, öz iş yerinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. İddianın uğurlu olması ilə əlaqədar bildirir ki, qanunvericiliyə əsasən o, işə bərpa ilə bağlı işdən çıxdıqdan sonra bir ay ərzində iddia verməli idi. Lakin o, bu müddəti üzürlü səbəblərdən gec almışdır. Belə ki, DSMF-dən əmək kitabçanı və əmrin təsdiq edilmiş surətini ona göndərmədikləri səbəbindən o, X9 oglu adlı bacısı oğluna etibarnamə verməklə onu Bakı şəhərinə, DSMF-nin inzibati binasına göndərdikdən sonra 02 iyul 2024-cü il tarixdə əldə edə bilmişdir. (Bu fakt DSMF-nin sənədlərin verilməsi jurnalında müvafiq qeydlərlə təsdiq edilir). Ona görə də hesab edir ki, o, iddia verilməsi üçün müəyyən edilmiş bir aylıq müddəti buraxmamışdır. Bunun əksini fərz etsə belə hesab edir ki, məhkəmə iddia verilmə müddətinin buraxılma səbəbini üzürlü sayıb həmin müddəti bərpa edəcəkdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı işə bərpa tələbinə dair 2(004)-3878/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa”tələbinə dair 2(004)-3878/2024 nömrəli mülki iş vardır. İddiaçı iddia ərizəsində əmək funksiyalarının yerinə yetirilməsi cəhətdən işinin daimi xarakterə malik olmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən etibarən müddətli əmək müqaviləsi əsasında işlədiyini və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini iddia etməklə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müdddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraatınızda olan 2(004)-3878/2024 nömrəli mülki iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur. 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 14 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqavilədə işçinin işə başlamalı olduğu tarix, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 2020-ci il 14 avqust tarixli **********6 nömrəli əmr verilmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 üzrə mərkəzi filialının Tərtər rayon şöbəsinin kargüzarı olan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq 13 mart 2024-cü il tarixli 3-17-1/3-4-425/2024 nömrəli əmrlə 13 mart 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd edilmiş qanununun normalarından və məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır. Həmçinin cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı 2(004)- 3878/2024 nömrəli iş üzrə işə bərpa tələbinə dair iddiasının, iddia müddətinin keçməsinə görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa” tələbinə dair 2(004)-3878/2024 nömrəli mülki iş vardır. İddiaçı K.Şükürova iddia ərizəsində əmək funksiyalarının yerinə yetirilməsi cəhətdən işinin daimi xarakterə malik olmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən etibarən müddətli əmək müqaviləsi əsasında işlədiyini və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini iddia etməklə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müdddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, icraatda olan 2(004)-3878/2024 nömrəli iş üzrə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İstinad olunan Məcəllənin 375-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 mart 2024-cü il tarixli 3-17-1/3-4- 425/2024 nömrəli əmrinə əsasən müəyyən olunur ki, Fondun Regionlarla iş üzrə mərkəzi filialının Tərtər rayon şöbəsinin kargüzarı olan İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir (mülki işin mübahisəsiz halıdır). xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir. xx.xx.2024- cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, iddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış, iddiaçı xx.xx.2024-cü ıl tarixdə ərizə ilə mediasiya təşkilatına müraciət etmiş və proses xx.xx.2024-cü il tarixdə bitmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə iddiaçı ərizəylə məhkəməyə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən (son haqqhesabın ödənildiyi xx.xx.2024-cü il tarixdən) etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. İşin faktiki hallarından və iş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı əmək münasibətlərinə xitam verilməsi halı 29 mart 2024-cü il tarixdə məlum olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3- 17-1/3-4-425/2024 №-li əmrin ləğv edilərək işə bərpa edilməsi, aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq ödənilməsi, ödənilməmiş sosial ödənişlərinin tam ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və ödənişin gecikdirilməsi ilə bağlı hər gün üçün 1 faiz olmaqla məzuniyyət pulunun düzgün hesablanıb ödənilməsi, onunla olan əmək kontraktına qanunsuz və əsassız olaraq xitam verildiyi üçün keçirdiyi mənəvi iztiraba görə isə 5000 manat dəyərində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, DSMFnin 14 avqust 2020-ci il tarixli, **********6 №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 üzrə X4 rayon Şöbəsinin kargüzarı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********93 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmiş, daha sonra isə mən DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmiş və həmin vaxtdan 13 mart 2024- cü il tarixədək həmin işdə işləmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024№-li əmrlə onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uygun olaraq xitam verilmişdir. Onun işdən çıxarılmağı barədə Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişov adından verilmiş 13 mart 2024-cü il tarixli, 3- 17-1/3-4-425/2024 №-li əmri qanunsuz və əsassız hesab edir. Belə ki, əmrin qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsinə onun əmək müqaviləsinin müddətinin qurtarmasının səbəb olmasını göstərmişdir. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinin əsas şərli tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyekıləıi tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən, məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən ötməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanı ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 3-5-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir. Lakin işəgötürən heç bu halları da nəzərə almadan onunla müddətli əmək müqaviləsi bağladığı qənaətinə gəlmişdir. Halbuki, onunla bağlanmış və ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli, **********6 №-İi əmrindən görünür ki, mən AR ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə, 47ci maddəsinin f bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uygun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin ştatdankənar işçisi təyin edilmiş və həmin əmrdə onun əmək müqaviləsinə hər hansı bir müddət təyin edilməmişdir. Sonradan isə o, DSMF-nin xx.xx.2020-ci il tarixli, **********93 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial' Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmişdir. Daha sonra isə o, DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-İİ əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə keçirilmişdir. Beləliklə, o, sonuncu dəfə DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmrilə AR ƏM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının ştatdankənar referenti vəzifəsinə təyin edilmiş və həmin əmrdə ona hər hansı bir müddət təyin edilməmişdir. Lakin onun işdən azad edilməyinə dair Dövlət Sosial Müdafiə İdarə Heyətinin sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmrdə isə onun barəsində verilmiş sonuncu əmr yəni, DSMF-nin xx.xx.2021-ci il tarixli, **********1 №-li əmri deyil, 4(dörd) il əvvəl verilmiş 14 avqust 2020-ci il tarixli, **********6 №-li əmrin ləğv edildiyi göstərilmişdir. Buna görə də onun işdən çıxarılmağına dair verilmiş əmr qanunsuz və əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Bu halı təsdiq edən başqa bir hal isə ondan ibarətdir ki, işəgötürən onun barəsində verdiyi 14 avqust 2020-ci il tarixli, **********6 №-İi əmrdə AR ƏM-nin 51-ci əsaslanmışdır ki, bu da əmrdə müddətli əmək müqaviləsinin mövcudluğunu deyil, sınaq müddətinin təyin edildiyini göstərir. Başqa işə keçirilməyi barədə verilmiş DSMF-nin xx.xx.2020-çi il tarixli, **********93 №-li və xx.xx.2021-ci il tarixli **********1 №-li əmrlərin məzmunundan da açıq-aşkar görünür ki, işəgötürən AR ƏM-nin 59-cu maddəsinə əsaslanaraq onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Yalnız sınaq müddəti təyin etmişdir ki, bu da müddətli əmək müqaviləsi sayılmır. Çünki, AR ƏM-nin «Sınaq müddəti» adlanan 51-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq; səviyyəsini və müvafiq əmək funksiyasım icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. AR ƏM-nin «Başqa işə keçirmə » adlanam 59-ctı maddəsində göstərilir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Ona görə də yuxarıda göstərilən Qanunvericiliyin qeyd olunan müddəalarının pozulması ilə verilmiş əmrlər qanunsuz və əsassız sayılır və bu səbəbdən də barəmdə çıxarılmış əmr qanunsuz və əsassızdır və ləğv edilməlidir. Əmrin qanunsuz və əsassız olmasına dair iknci dəlilim ondan ibarətdir ki, əmrin forma və məzmununa dair tələblər pozulmuşdur. Belə ki, qeyd olunan əmrin məzmunundan görünür ki, onunla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi rəhbər tutularaq Fondun 2024-cü il 13 mart tarixli, 3- 17-1/3-1-19363/2024 №-li xidməti məruzəsi əsas götürülmüş, lakin bu zaman əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair AR ƏM-nin 83 və 84-cü maddələrinin tələblərinə riayət edilməmişdir ki, bu da əmrin qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 İyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.3cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarım, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutumalı olduğu halda bunları etməmiş və onu əmək müqaviləsi üzrə öhdəliklərinə daxil omayan qanunsuz fəaliyyətə cəlb edə bilmədiyi üçün onunla bağlanmış əmək muqaviləsinə xitam vermişdir. Əmək müqaviləsi üzrə öhdəliklərinə daxil olmayan qanunsuz fəaliyyət dedikdə isə o nəzərdə tutulur ki, Nazirlikdən ona öz yaxın qohumlarını gətirmək və onları əyani baxışdan keçırtməyini tələb etmişlər, əks təqdirdə onu işdən çıxarmaq məcburiyyətində qalacaqları barədə xəbərdar etmişlər. O isə öz yaxın qohumlarını əyani baxışa gətirə bilmədiyi üçün, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etdiyi üçün onu işdən çıxarmışlar, lakin işdən çıxarılmağının səbəbini başqa əsasla, yəni, müqavilə müddətinin başa çatması ilə əsaslandırmışlar, əslində isə əmrin bu qaydada əsaslandırılması qanunsuz və əsassızdır. Belə ki, onun işdən çıxarılmağı barədə Dövlət Sosial Müdafiə İdarə Heyətinin sədri Himalay Məmişov adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmrdə onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Ona məxsus əmək kitabçasından isə görünür ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, **********6 №-İi əmrlə mən AR ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin f bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uygun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsiıyn ştatdankənar işçisi təyin edilmiş və həmin əmrdə onun əmək müqaviləsinə hər hansı bir müddət təyin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən İdarə Heyətinin sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Lakin əmrdən göründüyü kimi onun işdən çıxarılmağı Nazirliklə razılaşdırılmadan, yalnız Fondun 2024-cü il 13 mart tarixli, 3-17-1/3-1- 19363/2024 №-li xidməti məruzəsi əsas götürülməklə verilmişdir ki, bu da əmrin qanunsuz və əsassız olduğunu göstərir. Bu hal isə onunla müəyyən edilir ki, əgər Nazirliklə razılaşdırılma olsaydı, onda bu hal mütləq əmrdə öz əksini tapmış olardı. İkincisi isə, əmrin verilməsi üçün əsas kimi götürülmüş Fondun 2024cü il 13 mart tarixli, 3-17-1/3-1-19363/2024 №-li xidməti məruzəsinin nədən ibarət olması onun üçün aydın deyildir, ancaq onun bildiyinə görə bu məruzə məhz onun Fond tərəfindən yaxın qohumlarında bağlı əmək müqaviləsi üzrə öhdəliklərinə, əmək funksiyana daxil olmayan işlərin, xidmətlərin yerinə yetirilməsinin ondan tələb edilməsi və onun bu işləri xidmətləri yerinə yetirməməyimlə bağlı olmuşdur ki, bu da əmrin qanunsuz əsassız olduğuna dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsi üzrə içşinin əsas hüquqları” adlanan 9-cu maddəsinin ə) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəvvən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri» adlanan 10-cu maddəsinin a) bəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, f) bəndinə əsasən isə işçinin əmək qanunvericiliyinin tələblərinə əməl etmək kimi əmək müqaviləsi üzrə əsas vəzifələri vardır. Beləliklə, qanunvericiliyin bu müddəaları ona verilmiş əmrin tamamilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Üçüncüsü, əmrin məzmunundan görünür ki, əmək kitabçasında yazılan əmrlə ona verilmiş əmrin surəti bir-birindən kəskin fərqlənir. Belə ki, əmək_kitabçasında onun barədə verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 №-li əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uygun olaraq tutduğu vəzifədən azad edildiyi göstərildiyi halda, ona təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri Himalay Məmişovun adından verilmiş 13 mart 2024-cü il tarixli, 3-17-1/3-4-425/2024№-li əmrdə isə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməyi və onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xilam verildiyi və əmrin verilməsinə əsas kimi Fondun 2024-cü il 13 mart tarixli, 3-17-1/3-1-19363/2024 №-li xidməti məruzəsinin əsas götürüldüyü göstərilmişdir. Ona görə də hesab edir ki , onun işdən azad edilməyi barədə qanunun pozulması ilə verilmiş əmr ləğv edilməli, o, öz iş yerinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün ona əməkhaqqı ödənilməlidir. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. İddianın uğurlu olması ilə əlaqədar bildirir ki, qanunvericiliyə əsasən o, işə bərpa ilə bağlı işdən çıxdıqdan sonra bir ay ərzində iddia verməli idi. Kitabçanı və əmrin təsdiq edilmiş surətini ona göndərmədikləri səbəbindən o, X9 oglu adlı bacısı oğluna etibarnamə verməklə onu Bakı şəhərinə, DSMF-nin inzibati binasına göndərdikdən sonra 02 iyul 2024-cü il tarixdə əldə edə bilmişdir. (Bu fakt DSMF-nin sənədlərin verilməsi jumalında müvafiq qeydlərlə təsdiq edilir). Ona görə də hesab edir ki, o, iddia verilməsi üçün müəyyən edilmiş bir aylıq müddəti buraxmamışdır. Bunun əksini fərz etsə belə hesab edir ki, məhkəmə iddia verilmə müddətinin buraxılma səbəbini üzürlü sayıb həmin müddəti bərpa edəcəkdir. Cavabdeh məhkəməyə etiraza əlavə ərizəsi ilə müraciət edərək, İddiaçı işə bərpa tələbinə dair 2(004)-3878/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraza əlavə ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ‘işə bərpa" tələbinə dair 2(004)-3878/2024 nömrəli mülki iş vardır. İddiaçı K.Şükürova iddia ərizəsində əmək funksiyalarının yerinə yetirilməsi cəhətdən işinin daimi xarakterə malik olmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən etibarən müddətli əmək müqaviləsi əsasında işlədiyini və xx.xx.2024-cü ı! tarixdə əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini iddia etməklə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müdddəti üçün əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, icraatınızda olan 2(004)-3878/2024 nömrəli mülki iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154cü maddəsini rəhbər tutaraq işə dair etiraza əlavələrini təqdim etmişlər. Belə ki, iddiaçı iddia ərizəsinə dəqiqləşmə edərək, müvafiq əmrin ləğv edilməsini, məcburi iş buraxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi, əməkhaqqının ödənilməsinin gecikdirilməsinə görə günlük 1 % məbləğin hesablanaraq ödənilməsi, ödənilməmiş sosial ödənişlərin tam ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və ödənişin gecikdirilməsi ilə bağlı hər gün üçün 1 % olmaqla məzuniyyət pulunun hesablanaraq ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı keçirdiyi mənəvi iztiraba görə 5000 manat dəyərində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172ci maddəsinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Lakin hal-hazırda iddiaçıya əməkhaqqının ödənilməməsinin səbəbi, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və ıddiaşı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət işgüzar nüfuz şəxsi ailə sirn. hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də. cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib hailartn nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ah Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli. 7 saylı qərarında göstərilmişdir ki. zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər, imperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının huququnun pozulmasını və mübahısələndirilməsinı təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır kı. mənəvi zərərin ödənilməsi uçün cavabdeh inzibati orqanın hərəkət yaxud hərəkətsizliyi ilə iddiaçıya mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəblı əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə ona mənəvi iztirablar çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Eyni zamanda, cavabdehin iddiaçıya qarşı heç bir qanunsuz hərəkəti olmamışdır. Çünki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsində işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. İddiaçının istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və ödənişin gecikdirilməsi ilə bağlı hər gün üçün 1 % olmaqla məzuniyyət pulunun hesablanaraq ödənilməsi tələbi ilə bağlı onu qeyd edirlər ki, Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2024-cü i! tarixli 3-17-1/3-1-72201/2024 nömrəli xidməti məktubuna əsasən, İddiaçı sonuncu dəfə 2024-cü ilin mart ayında əmək haqqı ilə bağlı ümumilikdə 638.85 manat vəsait köçürülmüşdür. Həmin vəsaitin 247.20 manatını İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixili əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 3-17- 1/3-4- 425/2024 nömrəli əmrlə xitam verilməsi ilə əlaqədar 2023-2024-cü iş illəri üzrə istifadə edilməmiş 11 təqdim günü məzuniyyət üçün kompensasiya təşkil edir. İş üzrə icraat materiallarına əlavə edilmiş 14 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsindən də göründüyü kimi iddiaçı K. Əzimova ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən xx.xx.2020-cı i! tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqavilədə işçinin işə başlamalı olduğu tarix, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 2020-ci il 14 avqust tarixli **********6 nömrəli əmr verilmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Regionlarla i üzrə mərkəzi filialının Tərtər rayon şöbəsinin kargüzarı olan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b” bəndinə uyğun olaraq 13 mart 2024-cü il tarixli 3-17-1/3-4-425/2024 nömrəli əmrlə 13 mart 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 14 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddia tələbinin ödənilməmiş sosial ödənişlərin tam ödənilməsi hissəsi ilə bağlı bildirilir ki, iddiaçı həmin ödənişlərin nədən ibarət olmasını dəqiq qeyd etməmişdir. Qeyd edilmiş qanununun normalarından və məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, izahatında iddiaçının mart ayından işə gəlmədiyini, 29 mart 2024-cü il tarixdə iddiaçıya əmək haqqı ilə bağlı 638.85 manat və istifadə edilməmiş 11 təqvim günü məzuniyyət üçün 247.20 manat məbləğində pul olmaqla son haqq-hesabın ödənildiyini, qanunvericilikdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda iddiaçının bu müddəti ötürdüyünü bildirdi və məhkəmədən iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Tərtər rayon filialına ştatdankənar işçi vəzifəsinə xx.xx.2020-ci il tarixdən 3(üç) ay müddətinə müddətli əmək müqaviləsi ilə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2448 nömrəli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edərək, Əmək Məcəlləsinin 46-cı maddəsini rəhbər tutaraq tərəflərin qarşılıqlı razılığı ilə bu sənəd xx.xx.2024-cü il tarixdən etibarən qüvvədədir və İddiaçı X6 iş üzrə X4 rayon qəbul şöbəsinin kargüzarı vəzifəsinə keçirilmiş, bu əmək müqaviləsi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixi müddətinə bağlanmışdır. İş materiallarında olan AZE ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun Regionlarla iş üzrə X4 rayon qəbul şöbəsinin kargüzarı vəzifəsinə keçirilmiş, xx.xx.2024cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-425/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 üzrə X4 rayon qəbul şöbəsinin kargüzarı İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli işdən azad olmanın təhvil işləri üzrə qeyd vərəqəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə işdən azad olunmuşdur. İstifadə etmədiyi məzuniyyət 11 gün kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 329695 nömrəli “A” formatlı ödəniş tapşırığına əsasən İddiaçı 2024-cü ilin mart ayının əmək haqqı məbləği onun bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-72201/2024 nömrəli İddiaçı məlumatlarının təqdim edilməsi barədə xidməti məktubuna əsasən İddiaçı sonuncu dəfə 2024-cü ilin mart ayında əmək haqqı ilə bağlı ümumilikdə 638.85 manat vəsait köçürülmüşdür. Həmin vəsaitin 247.20 manatını İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləyə xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-425/2024 nömrəli əmrlə xitam verilməsi ilə əlaqədar 2023-2024-cü illəri üzrə istifadə edilməmiş 11 təqvim günü məzuniyyət üçün kompensasiya təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-171/2-7-110630/2024 nömrəli məktubuna əsasən 2020-ci il 14 avqust tarixındə AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2024-cü il 13 mart tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq müddətin qurtarması əsası ilə xitam verilmiş və son haqq-hesabın aparılmasının təmin edilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-001179 nömrəli Gəncə 1 saylı Mediasiya təşkilatının “X1 (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mediasiya prosesində iştirak etməmiş, İMS xx.xx.2024cü il tarixdə keçirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur). 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin X1 iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 2002-ci il 31 may tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsi arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Tərtər rayon filialına xx.xx.2020-ci il tarixdən 3 ay müddətinə ştatdankənar işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdən X6 iş üzrə X4 rayon qəbul şöbəsinin kargüzarı vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2020-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Hazırda iddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilərək işə bərpa edilməsi, aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq ödənilməsi, ödənilməmiş sosial ödənişlərinin tam ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və ödənişin gecikdirilməsi ilə bağlı hər gün üçün 1 faiz olmaqla məzuniyyət pulunun düzgün hesablanıb ödənilməsi, onunla olan əmək kontraktına qanunsuz və əsassız olaraq xitam verildiyi üçün keçirdiyi mənəvi iztiraba görə isə 5000 manat dəyərində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində və izahatında qohumlarının əlil olduğuna görə cavabdehin ondan qohumlarının əyani baxışdan keçirilməsi üçün onları gətirməsini tələb etdiyini, əks təqdirdə onu işdən çıxarmaq məcburiyyətində qalacaqları barədə xəbərdar etdiyini, qohumlarını əyani baxışa gətirə bilmədiyi üçün işdən çıxarıldığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh iddiaya etiraz edərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmək kitabçasını və əmrin təsdiq edilmiş surətini ona göndərmədikləri səbəbindən bacısı oğlu X2 etibarnamə verməklə onu Bakı şəhərinə, DSMF-nin inzibati binasına göndərdikdən sonra 02 iyul 2024-cü il tarixdə əldə etdiyini, buna görə də iddia müddətini ötürmədiyini bildirmişdir. Cavabdeh isə iddiaçının mart ayından işə gəlmədiyini, son haqq-hesabın iddiaçıya xx.xx.2024-cü il tarixdə ödənildiyini, iddiaçının həmin vaxtdan hüquqlarının pozulduğunu aşkar etdiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İşin faktiki hallarından və iddiaçının özünün izahatından da görünür ki, iddiaçı mart ayından işə getməməklə, mart ayının sonunda son haqq-hesabın ona ödənilməsi ilə hüquqlarının pozulduğunu həmin vaxtdan aşkar etmişdir. Bununla da, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmrin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməyinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi hissəsində təmin edilmədiyini və digər tələblərin bu tələbdən asılı olduğunu nəzərə alaraq digər tələblərə münasibətdə hesab edir ki, iddia tələbi qalan hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə, mənəvi zərərin nədə ifadə olunduğuna dair kifayət qədər sübutlar təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3878/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3878/2024
06.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver