Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3886/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi barədə” ərizəsinə dair (Maraqlı şəxs) mülki işə 24 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğulmuş uşaqların doğum faktı müəyyən edilməsi, uşaq bəndində soyad Səfərov ad X5 ata adı X7, doğum tarixi 21.07.2015, doğum yeri Suriya Raqqa şəhəri, ata bəndində soyad Səfərov ad X7, ata adı Aslan, milliyyəti türk, ana bəndində Ərizəçi, milliyyəti azərbaycanlı, soyad Səfərov, ad Mhysah Safiyyah, ata adı “X7” doğum yeri Suriya Deirez-Zor şəhəri, doğum tarixi 07.08.2017, ata bəndində soyad Səfərov ad X7, ata adı Aslan, milliyyəti türk, ana bəndində Ərizəçi, milliyyəti azərbaycanlı yazılmağını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Yılmaz X7 Aslan ilə 2014-cü ildən faktiki nikah münasibətlərinə daxil olmuşlar. Faktiki nikahdan iki övladları var. Uşaqlarının heç birinin doğum haqqında şəhadətnaməsi yoxdur. Xəstəxanadan verilən sənədləri də itirmişdir. Yoldaşı Yılmaz X1 2017-ci ildə dünyasını dəyişmişdir. Hal-hazırda uşaqlarına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmir. Ovladlarına doğum faktının qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata alına bilməməsi barədə qanunvericiliyin tələbləri izah edilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, Ərizəçi doğulmuş uşaqların doğum faktı müəyyən edilməsi, uşaq bəndində soyad Səfərov ad X5 ata adı X7, doğum tarixi 21.07.2015, doğum yeri Suriya Raqqa şəhəri, ata bəndində soyad Səfərov ad X7, ata adı Aslan, milliyyəti türk, ana bəndində Ərizəçi, milliyyəti azərbaycanlı, soyad Səfərov, ad Mhysah Safiyyah, ata adı “X7” doğum yeri Suriya Deirez-Zor şəhəri, doğum tarixi 07.08.2017, ata bəndində soyad Səfərov ad X7, ata adı Aslan, milliyyəti türk, ana bəndində Ərizəçi, milliyyəti azərbaycanlı yazılmağına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkün kimi QMKİ üzrə DK Yasamal rayonu üzrə sektorunda qeydiyyatdadır. Mülki işin materiallarından da görünür ki, Ərizəçi uşaqlarının doğum faktının qeydə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciətlər etmiş və ona cavab olaraq bildirilmişdir ki, bunun üçün № 103 formalı sənəd təqdim olunmalıdır. Doğum haqqında tibbi şəhadətnamələr təqdim olunmadığı üçün doğumun qeydiyyata alınması imkanları xaricindədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladlarının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin uşaqların doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi uşaqların doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, uşaqların doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin uşaqların doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi uşaqlarının doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Məhəmməd Cəbrayıl adlı kişi cinsində uşağın 21 iyul 2015-ci il tarixdə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində doğulması, Safiya adlı qadın cinsində uşağın 07 avqust 2017-ci il tarixdə Suriya Ərəb Respublikasının Deyr əz-Zövr şəhərində doğulması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə qismən təmin edilməli, uşaqların ata barəsində məlumatlarının ananın göstərişinə əsasən qeyd edilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 21 iyul 2015-ci il tarixdə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində kişi cinsində Məhəmməd Cəbrayıl adlı uşağın doğulması faktı müəyyən edilsin. Ərizəçi 07 avqust 2017-ci il tarixdə Suriya Ərəb Respublikasının Deyr əz-Zövr şəhərində qadın cinsində Safiya adlı uşağın doğulması faktı müəyyən edilsin. Uşaqların ata barəsində məlumatlarının ananın göstərişinə əsasən qeyd edilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3886/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3886/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver