Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3891/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X9 qızının katibliyi, Maraqlı şəxsin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 1982-ci ilin oktyabr ayından x xxxx 1983-cü il tarixə kımi və xx xxxx 1985-ci ildən x xxxxxx 1987-ci il tarixə kimi Cəbrayıl Kommunal Müəssisələri Kombinatında bağ fəhləsi işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə Cəbrayıl şəhərində doğulmuşdur. Orta məktəbı bitirdikdən sonra 1982-ci ilin oktyabr ayından Cəbrayıl Kommunal Müəssisələrı Kombinatında bağ fəhləsi vəzifəsində çalışmış, x xxxx 1983-cü ildən xx xxxx 1985-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, xx xxxx 1985-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra, həmin kombinatda bağ fəhləsi işini davarm etdirmışdir. Lakin, həmin vaxt əmək kitabçası olmadığından, sonradan tərtib edilmiş əmək kitabçasında işə başlaması xx xxxxxx 1987-ci ildən göstərilmişdir. Ona məxsus olan əmək kitabçasından göründüyü kimi, xx xxxxxx 1987-ci ildən xx xxxx 1989-cu ilə qədər Cəbrayıl rayonu kommunal müəssisələri kombinatında bağ fəhləsi, bənna, çilingər santexnik işində işləmişdir. Kommunal müəssisələri kombinatı, keçmış Azərbaycan-SSR Mənzil Kommunal fəsərrüfatı Nazirliyinə xx xxx 1989-cu il tarıxli 200 saylı əmrınə və Cəbrayıl rayon XDS icraiyə Komitəsinin xx xxx 1989-cu ıl 6 nömrəlı qərarına əsasən ləğv edildiyindən və Cəbrayıl şəhərində Mənzil Təsərrüfatı istehsal İstismar Təmir sahəsi yaradıldığından həmin idarəyə keçirilmişdir. Cəbrayıl rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduğundan xx xxxxxx 1993-cü ildə işdən azad edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X10 1 saylı Bakı Ərazı şöbəsınə ünvanladığı müraciətinə cavab olaraq, **********4 saylı, 24.12 2019-cu il tarixli məktubla, onun xx.xx.2006-cı ilədək tələb olunan azı 20 il ümumi əmək stajı olmadığına görə, həmçinin xx.xx.2006-cı ilədək bilavasitə dəniz şəraitində AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutuimuş peşə və vəzıfələrdə işləməsi tam dəqiqləşmədiyindən pensiya ödənişi dayandırıldığı bildirilmişdir. Azərbaycan Respublikasının Milli X7 Rayon Dövlət Arxiv idarəsinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Kommunal müəssisələr idarəsinin arxiv sənədlərınin işğal zonasında qalmışdır. Lakin 1982-ci ılın oktyabr ayından həqıqı hərbi xıdmətə gedənədək, yəni x xxxx 1983-cü ilə qədər, hərbi xidməti başa vurduqdan sonra isə yəni xx xxxx 1985-ci ildən xx xxxxxx 1987-ci ilədək həmın kombinatda bağ fəhləsi vəzifəsində işlədiyini təsdiq edən şahidləri var. Qeyd olunanları nəzərə alaraq, məhkəyə müraciət etmək zərurəti yaranmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X13 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X5 Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birqə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4cü bəndinə əsasən “ əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi iddia edir ki (həmçinin əmək kitabçasından da məlum olur), əmək kitabçası xx.xx.1987-ci il tarixdə açılmışdır. Göründüyü kimi, əmək kitabçasında ərizəçinin işə başladığı müəssisə onun ərizəsində mübahisələndirdiyi “Cəbrayıl Kommunal Müəssisələr Kombinatı”dır. Buradan belə birsual ortaya çıxır ki, əgər ərizəçi sözügedən müəssisədə 1982-ci ilin oktyabr ayından xx xxxx 1983-cü il tarixədək və 1985-ci ilin 25 iyun tarixindən 1987-ci ilin yanvar ayının 1-dək iş fəaliyyəti olduğu təqdirdə nəyə görə müəssisə ərizəçinin əmək kitabçasındakı iş illərini 1987-ci ildən sonra götürmüşdür?! Yəni müəssisə eyni olduğu halda nəyə görə əvvəlki iş illərinin qeydləri aparılmamışdır?! Hansı ki, həmin illər heç bir təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə, işğal faktı və digər fövqəladə hallarla bağlı olmamışdır. Bu hal ona əsas verir ki. ərizəcinin mübahisələndirdivi illər ərzində onun iş fəalivvəti olmamıs, yaxud rəsmi olmamısdır Yuxarıda şərh olunanlara əsasən ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi X4 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin səlahiyyətli nümayəndəsi Kazımov Rəşad ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını və ərizənin əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilənləri və maraqlı şəxsin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə maraqlı şəxsinnümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2, 308-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş X4 məxsus olan əmək kitabçasının surətindən görünür ki, ərizəçi xx.xx.1987-ci il tarixdə Cəbrayıl Kommunal Müəssisələr Kombinatında bağ fəhləsi işinə qəbul edilmişdir. AR Dövlət X2 xx xxxxxx 2020-ci il tarixli 04 32 saylı arayışından görünür ki, Cəbrayıl Kommunal Müəssisələri İdarəəsinin arxiv sənədləri xx xxxxxx 1993-cü il tarixdə erməni işğalı zamanı işğal zonasında qamışdır. Azərbaycan Respublı̇kası Əmək və Əhalı̇nin Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yi yanında Dövlət Sosı̇al Müdafı̇ə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin X4 ünvanlanmış 19.**********4 saylı, 24.12 2019-cu il tarixli məktubundan görünür ki, ərizəçinin ərizəsinə cavab olaraq göstərilmişdir ki, "Əmək pensıyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsınə əsasən axırıncı ış yerındən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusı sahələrındə, həmçının əmək şəraiti xüsusılə zərərlı və ağır olan işlərdə (istehsalatların, peşələrın, vəzıfələrın və göstərıcılərın müvafıq icra hakimıyyətı orqanı tərəfındən təsdıq olunan Siyahısı uzrə) çalışan sığortaolunan kişilər 57 (xx.xx.2017-ci ıldən 60) yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmın işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək (01.01 2006-cı il) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensıyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverıcılıklə muəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Qeyd olunanlara əsasən ərizəsinin nəzərinə çatdırılmışdır ki, onun 01.01 2006-cı ilədək tələb olunan azı 20 il ümumı stajı olmadığından və həmçinin 01.01 2006-cı ilədək bilavasitə dəniz şəraıtındə AR. Nazirlər Kabinetinin 21 06.1993-cü il tarıxli 320 saylı qərarı ilə təsdıq edılmış 1 nömrəlı Siyahısında nəzərdə tutulmuş peşə və vəzifələrdə işləməsi tam dəqiqləşmədiyindən pensiyanın ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən, müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 87-ci maddəsinin 3-cü bəndinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Əsasnamənin 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Əsasnamənin 7.1-ci bəndinə görə bu Əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qeyd edilən Əsasnamənin 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Dövlət X11 Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəjyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə görə, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbiifəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “ əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəlarını nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən onun 1982-ci ilin oktyabr ayından x xxxx 1983-cü il tarixə kımi və xx xxxx 1985-ci ildən x xxxxxx 1987-ci il tarixə kimi Cəbrayıl Kommunal Müəssisələri Kombinatında bağ fəhləsi işləməsi faktı əsaslandırılmadığından, ərizə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3891/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3891/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver