Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3904/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 min manat pulun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin alınması üçün cavabdehə 23.11.2012-ci il tarixdə 10 min manat, 07.04.2014-cü il tarixdə 10 min manat, cəmi 20 min manat məbləğində pul ödəmişdir. Bu barədə Sumqayıt şəhər 6 saylı dövlət notarat kontorunda tərəflər arasında imzalanan iltizamlar mövcuddur. 31.02.2018-ci il tarixdə tərəflər arasında bağlanmış iltizama əsasən iddiaçı cavabdehə 5 min manat pul ödənilmişdir və cavabdeh pulun alınmasını öz xətti ilə təsdiq etmişdir. Razılaşmaya əsasən iddiaçı pulu ödədikdən sonra mənzilə köçməli idi. Alınmış mənzilə dair sənədlərin rəsmiləşdiriilib təqdim edillməsinə dair çoxsaylı müraciətlər edilsə də, cavabdeh yalan vədlər vermiş, lakin yerinə yetirməmişdir. 2014-cü ilin iyun-iyul aylarında iddiaçı həmin mənzilə köçmüşdür. Mənzil tam təmirli vəziyyətdə təqdim olunmalı olmasına baxmayaraq, yaşayış üçün yararsız olduğundan mənzilin təmirinə çox pul xərclənmişdir. Əlavə olaraq cavabdeh iddiaçıdan işıq sayğacının quraşdırılması üçün 520 manat, işığa olan borc pul üçün 100 manat, qaz sayğacının quraşdırılması üçün 130 manat və qaza olan borc üçün 70 və 30 manat məbləğində pul, su sayğacının quraşdırılması üçün 250 manat, evin alt hissəsinə alçıbanın vurulması və usta üçün 375 manat məbləğində pul almışdır. Beləliklə 1475 manat məbləğində pul əlavə olaraq ödənilmişdir. 2016-cı il tarixdə cavabdeh mənzilin qapısının açarını dəyişdirmiş və iddiçının həmin mənzilə girmək hüquqları qanunsuz olaraq məhdudlaşdırmışdır. İddiaçı 23 iyun 2020-ci il tarixdə həmin mənzilə qeydiyyata düşmüşdür. Bu hal mübahisəli mənzilə dair iddiaçı tərəfindən 25 min manat məbləğində pulun verilməsini, 2012-ci ildən hazıradək cavabdehin ona qarşı dələduzluq etməsi faktını bir daha təsdiqləyir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, mübahisəli evin sənədinin olmadığını bilərək iddiaçının əmlakını, pulunu mənimsəmişdir. Cavabdeh onun pullarını mənimsəyərək əsassız varlanmışdır. Belə ki, işdə olan notariat kontorunda bağlanmış və təsdiqlənmiş iltizamlara görə pul onun tərəfindən cavabdehə ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş 03 oktyabr 2021-ci il tarixli 3433 saylı məktuba və iddiaçı tərəfindən təqdim edilmiş iddiaçı və cavabdeh tərəfindən yazılmış iltizamlara əsasən iddiaçı cavabdehə ayrıayrı vaxtlarda cəmi 25 000 manat pul vermişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 25000 manat verilməsi tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat borc pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3904/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3904/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver